Qeyri-neft sektorunun inkişafında
sahibkarlığın rolu artır
Ölkəmizdə sahibkarlığın inkişaf etdirilməsi dövlətin iqtisadi siyasətinin başlıca hədəflərini təşkil etməkdədir. Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasının mühüm istiqamətlərindən biri ölkədə sahibkarlığın inkişaf etdirilməsindən ibarətdir. Dövlət başçısı sahibkarların bütün qayğılarına diqqətlə yanaşıb və onların ən yaxın dostu olduğunu bəyan edib. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə son 10 ildə sahibkarlıq sektorunda davamlı islahatların həyata keçirilməsi, biznes mühitinin daha da yaxşılaşdırılması, qanunvericilik bazasının təkmilləşdirilməsi, eləcə də, yerli və xarici investisiyaların, müasir texnologiyaların cəlb edilməsi və bu yolla yüksəkkeyfiyyətli, rəqabət qabiliyyətli məhsulların istehsalı və digər sahələrlə bağlı sistemli tədbirlərin miqyası daha da genişlənib. Sahibkarların hüquqlarının müdafiəsi və sahibkarlığın inkişafına mane olan müdaxilələrin qarşısının alınması ilə bağlı qətiyyətli addımlar atılıb.
Liberal iqtisadiyyatın təmin olunması Azərbaycanda iqtisadi inkişafı sürətləndirib. Ötən 10 ildə sahibkarlığa dövlət dəstəyinin genişləndirilməsi, vergi yükünün azaldılması, sağlam rəqabətin təmin edilməsi, “bir pəncərə” prinsipinin tətbiqi, güzəştli kreditlərin verilməsi və digər tədbirlər ölkəmizdə güclü özəl sektorun formalaşmasına səbəb olub, ölkə iqtisadiyyatının həcmi 3 dəfədən çox artıb. Buna adekvat olaraq, sahibkarlıq subyektlərinin sayı da təxminən eyni səviyyədə yüksəlib. 2003-cü ildən indiyədək yeni fəaliyyətə başlayan sahibkarlıq subyektlərinin sayı 2,5 dəfədən çox artıb ki, bu da biznes mühitinin yaxşılaşdırılması, sahibkarlıq sektorunda qeydiyyat və icazələr sisteminin əhəmiyyətli dərəcədə təkmilləşdirilməsi ilə bağlıdır.
Avropa İttifaqı: Azərbaycanda şəffaf biznes mühiti mövcuddur...
Heç də təsadüfi deyil ki, ölkəmizdə yaradılan biznes mühiti və bu istiqamətdə həyata keçirilən islahatlar beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilir. Məsələn, Avropa İttifaqının nümayəndəsi Malena Mard deyib ki, sahibkarlığın inkişafı ilə bağlı davamlı islahatların həyata keçirilməsi hökumətin azad biznesin inkişafı naminə göstərdiyi iradənin nümunəsidir: “Bu tədbirlər dövlətin liberal bazar iqtisadiyyatını inkişaf etdirməsinə əsaslı zəmin yaradır, eyni zamanda, xarici investorların Azərbaycana inamını artırır. Son dövrlərdə sahibkarlıq sektorunda yeniliklərin tətbiq olunması, dövlət-biznes münasibətlərinin sivil formada qurulması, yeni idarəetmə texnologiyalarının tətbiqi şəffaflığın artmasına, korrupsiyaya şərait yaradan halların aradan qaldırılmasına səbəb olmaqdadır”.
Azad biznesin əsas göstəricilərindən biri ölkədəki iqtisadi fəallıq və xarici investorların iqtisadiyyatda iştirakı ilə bağlıdır. Azərbaycan hökuməti yerli və xarici investorların fəaliyyətinə geniş şərait yaratmaqla respublikamıza sərmayə qoyuluşlarının artmasına nail olub. Respublikada investorların hüquq və mənafelərinin qorunması, mülkiyyətin toxunulmazlığı, yerli və xarici sahibkarlara eyni iş şəraitinin yaradılması, əldə edilmiş mənfəətdən maneəsiz istifadə olunması ilə bağlı mühüm qanunlar qəbul edilib. “İnvestisiya fəaliyyəti haqqında”, “Xarici investisiyaların qorunması haqqında” qanunların icrası, eləcə də, Azərbaycanla bir sıra xarici dövlətlər arasında ikiqat vergitutmanın aradan qaldırılması və investisiyaların təşviqi və qarşılıqlı qorunması haqqında sazişlərin qüvvəyə minməsi xarici investorların, beynəlxalq maliyyə qurumlarının və iqtisadi təşkilatların ölkəmizə olan marağının daha da artmasına əsaslı zəmin yaradıb.
ABŞ hökuməti azad sahibkarlığı təqdir edir...
Azərbaycanda azad biznes mühitinin təmin olunması beynəlxalq maliyyə institutlarının hesabatlarında açıq şəkildə öz əksini tapıb. Avropa Komissiyası, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı, digər beynəlxalq qurumların dəstəyi əsasında Azərbaycanda biznes mühitinin vəziyyətini araşdırmaq məqsədilə aparılan monitorinqlərdə ölkəmizin biznes sektorunda müsbət dəyişikliklərin baş verdiyi, bir sıra göstəricilərin yaxşılaşdığı, ümumilikdə, respublikada iqtisadi fəallıqla bağlı nikbin gözləntilərin, Biznes İnam İndeksinın yüksəlməsi qeyd olunur.
ABŞ-ın dövlət katibinin köməkçisinin müavini Erik Rubin Azərbaycanın sahibkarlıq sektorundakı inkişaf meyillərini dəyərləndirərkən dövlətin biznesə göstərdiyi dəstəyin mühüm əhəmiyyətini qeyd edib. Respublikamızın iqtisadiyyatında fəal iştirak edən Azərbaycanda Amerika Ticarət Palatasının üzvləri də respublikamızda biznes layihələrinə böyük diqqət göstərirlər. Bu təşkilat ölkəmizdə kiçik və orta biznesə dəstək layihələrində yaxından iştirak edir.
Dövlət sahibkarlara 1,2 milyard manatdan artıq kredit verib...
Azad sahibkarlığın inkişafında dövlət
dəstəyi tədbirləri
də mühüm rol oynamaqdadır. Son 10 ildə ölkə sahibkarlarına təkcə
Sahibkarlığa Kömək
Milli Fondunun xətti ilə 1 milyard 200 milyon manat güzəştli şərtlərlə kreditlər
verilib. Dövlət
Sahibkarlığa Kömək
Milli Fondunun vəsaitləri ilə yanaşı, digər maliyyə mənbələri,
eləcə də, maliyyə-kredit təşkilatlarının,
bankların, Kənd Təsərrüfatı üzrə
Kredit Agentliyinin və digər qurumların güzəştli
şərtlərlə verilən
kreditləri hesabına
100-lərlə sahibkarın maliyyə təminatı yaxşılaşdırılacaq. Beləliklə, bu il ölkəmizdə
sahibkarların fəaliyyətinin
daha da stimullaşdırılması
üçün davamlı
tədbirlər həyata
keçiriləcək. Bu tendensiya sahibkarların aldıqları vəsaitlər
hesabına gəlir əldə etdiklərini və kreditləri geri qaytarmaq imkanlarına malik olduqlarını təsdiqləyir.
Hər il
geri ödənilən
kreditlər isə əlavə maliyyələşmə
üçün əlverişli
şərait yaradır.
Bu isə növbəti
illərdə sahibkarlara
daha çox kredit verilməsini şərtləndirir.
Sahibkarlara verilən kreditlərin 99 faizi regionların payına düşür ki, bu da
bölgələrdə sahibkarlıq
fəaliyyətinin daha
da inkişafına geniş imkan yaradır. Son illərdə
rayonlarda yüzlərlə
yeni istehsal sahəsinin yaradılması
və ölkəmizdə
istehsal olunan kənd təsərrüfatı
məhsullarının həcminin
artması milli sahibkarlıq sektorunun yüksək inkişafının
göstəricisidir.
İqtisadiyyat və Sənaye
Nazirliyinin (İSN) Sahibkarlığın
inkişafı siyasəti
şöbəsinin müdiri
Zaur Qasımovun sözlərinə görə,
son illər ölkədə
sahibkarlığın inkişafının
sürətləndirilməsi, biznes mühitinin əlverişliliyinin daha da artırılması və biznesə başlama prosedurlarının
sadələşdirilməsi, sahibkarlığın inkişafına
mane olan halların aradan qaldırılması
ilə bağlı zəruri tədbirlər görülüb. Lisenziyalaşdırma sahəsində Avropanın
ən qabaqcıl biznes təcrübəsi öyrənilərək tətbiq
olunub, lisenziya verən dövlət orqanları tərəfindən
sahibkarlıq fəaliyyəti
ilə məşğul
olanlara qarşı neqativ hallar aradan qaldırılıb,
bürokratik əngəllərə
son qoyulub. Sahibkarlığın inkişafına dövlət
qayğısının artırılması
məqsədilə xüsusi
icazə tələb edən fəaliyyət növlərinin sayı kəskin surətdə azaldılıb, lisenziya müddəti uzadılıb,
lisenziya verilməsi prosesində dövlət orqanları tərəfindən
sui-istifadə hallarına
yol verməyən və bu sahədə
şəffaflığı təmin edən qaydalar tətbiq edilib. Eyni zamanda, sahibkarlıq
subyektlərinin qeydiyyatı
proseduru əhəmiyyətli
dərəcədə yaxşılaşıb.
İqtisadçı hesab
edir ki, biznes mühitinə dair qanunvericiliyin və inzibati prosedurların təkmilləşdirilməsi,
sahibkarlıq sektorunda
davamlı islahatların
həyata keçirilməsi,
elektron xidmətlərin
genişləndirilməsi, eləcə
də, yerli və xarici investisiyaların, müasir
texnologiyaların cəlb
edilməsi və bu yolla yüksəkkeyfiyyətli,
rəqabət qabiliyyətli
məhsulların istehsalı
və digər sahələrlə bağlı
sistemli tədbirlərin
miqyası daha da genişlənib.
Prezident
İlham Əliyevin
2014-cü ilin mart ayında
imzaladığı “Sahibkarlıq
sahəsində aparılan
yoxlamaların tənzimlənməsi
və sahibkarların maraqlarının müdafiəsi
haqqında” Fərman sahibkarlıq fəaliyyətini
təşviq etmək
və inkişafına
şərait yaratmaq, sahibkarlara kömək göstərmək, onlara əsassız müdaxiləni
aradan qaldırmaq baxımından əhəmiyyət
kəsb edir və dövlətin bizneslə əlaqədar məqsədlərini açıq
şəkildə ortaya
qoyur.
“Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası: Yeni hədəflərə çağırış...
Azərbaycan hökuməti qarşıdakı ortamüddətli dövrdə ölkə sahibkarlarına dövlət dəstəyi tədbirlərini gücləndirmək, qeyri-neft sektoru və regionlarda mövcud olan böyük potensialın üzə çıxmasında bu təbəqənin imkanlarından daha çox yararlanmaq niyyətindədir. Sahibkarlığın inkişafı məqsədilə biznes mühitinin daim yaxşılaşdırılması, bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsi, yerli və xarici investisiyaların, müasir texnologiyaların, idarəetmə təcrübəsinin cəlb edilməsi və bu yolla yüksəkkeyfiyyətli, rəqabət qabiliyyətli məhsulların istehsal edilməsi respublikamızın iqtisadi inkişaf strategiyasının mühüm prioritetlərindəndir. Həyata keçiriləcək bu tədbirlər sayəsində ölkə sahibkarlarının sayının indiki ilə müqayisədə 2 dəfə artacağı proqnozlaşdırılır.
Qarşıdakı illərdə sahibkarlığın inkişafı sahəsində dövlət siyasətinə uyğun olaraq sahibkarlıq fəaliyyətini tənzimləyən normativ-hüquqi bazanın təkmilləşdirilməsi işinin davam etdirilməsi, iqtisadiyyatın dövlət tənzimləməsinin səmərəliliyinin artırılması, sahibkarlığın, xüsusilə regional sahibkarlığın maliyyə təminatının təkmilləşdirilməsi, bu istiqamətdə məqsədli dövlət maliyyələşməsi ilə yanaşı, alternativ maliyyə mənbələrinin daha da aktivləşdirilməsi üzrə zəruri mühitin yaradılması, kiçik və orta sahibkarların maliyyəyə çıxış imkanlarının daha da artırılması, kreditlərin sığortalanması mexanizminin formalaşdırılması üçün təkliflərin hazırlanması nəzərdə tutulur. Həmçinin, start kapitalının formalaşması, kapital qoyuluşlarının maliyyələşməsi üçün uzunmüddətli kreditlərə çıxış imkanlarının genişləndirilməsi, öncül sahələrdə sahibkarlığın inkişafına yönəldilmiş təşkilati tədbirlərin əhatə dairəsinin genişləndirilməsi, müxtəlif istiqamətdə davamlı və sistemli xidmətlər göstərən təsisatların yaradılması, ölkənin ixrac potensialının səmərəli reallaşdırılması məqsədilə özəl sektorun ixrac qabiliyyətli sahələr üzrə məhsul istehsalı, onun dünya bazarlarına çatdırılması və rəqabət qabiliyyətinin yüksəldilməsi, milli istehsalçıların xarici bazarlarda mövqelərinin möhkəmləndirilməsi, maraqlarının müdafiəsinin gücləndirilməsi istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi başlıca məqsədlərdəndir.
Qarşıdakı ortamüddətli dövrdə dövlət ölkədə innovativ və yüksək texnologiyalar əsasında rəqabət qabiliyyətli sənaye istehsalının inkişafı üçün münbit şərait yaratmaqla bu sahədə sahibkarlığın dəstəklənməsi, dünya praktikasında müvəffəqiyyətlə tətbiq edilən təşkilati modellərin, o cümlədən sənaye parkları, biznes-inkubatorlar və s. yaradılması işlərini sürətləndirəcək.
Zahid İLHAMOĞLU
Yeni Azərbaycan.-2014.- 5 iyul.- S. 8.