Ulu öndər Heydər Əliyev müxtəlif siyasi-ideoloji dövrlərdə Azərbaycanda milli dövlət quruculuğunu təmin edən böyük dövlət xadimidir

 

Oğuz rayonundaYay məktəbi” layihəsinin II turu öz işini davam etdirir

 

İyulun 14-də Oğuz rayonunda Yeni Azərbaycan Partiyası (YAP) Gənclər BirliyininGənc liderlərgənc siyasətçilər üçünYay məktəbilayihəsinin II turu öz işini davam etdirib. Yay məktəbi”nin II turunun ikinci günündə müxtəlif məsələlərə dair diskussiyalar aparılıb, interaktiv oyunlaridman yarışları keçirilib.

Öncə “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Oğuz II tur qrupunun rəhbəri Hikmət BabaoğluYay məktəbi”nin iştirakçılarına “Ulu öndər Heydər Əliyev müxtəlif siyasi-ideoloji dövrlərdə Azərbaycanda milli dövlət quruculuğunu təmin edən böyük dövlət xadimidirmövzusunda mühazirə oxuyub. Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı və dövlətçiliyi qarşısındakı misilsiz xidmətlərindən bəhs edən Hikmət Babaoğlu deyib ki, 14 iyul tarixində bu mövzuda fikir mübadiləsinin aparılması olduqca müstəsna əhəmiyyət kəsb edir. Çünki Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 14 iyul 1969-cu il plenumunda Ümummilli lider Heydər Əliyevin Azərbaycan KP MK-nın birinci katibi seçilərək respublikanın rəhbəri olması Azərbaycan tarixinin dönüş nöqtəsi oldu. Hikmət Babaoğlu bildirib ki, məhz bundan sonra bütün sahələrdə həyata keçirilən islahatlar, görülən tədbirlər respublikamızın inkişafını təmin edən strateji əsas oldu: “Məlum olduğu kimi, həmin dövrə qədər Azərbaycan SSRİ miqyasında xammal mənbəyi qismində çıxış edən aqrar respublika kimi tanınırdı. Odur ki, respublikamızın yalnız xammal mənbəyi kimi çıxış etməsi ənənəsini aradan qaldırmaq və davamlı, sürətli inkişafı təmin etmək üçün kompleks səciyyəli strateji islahatlar aparmaq, genişmiqyaslı tədbirlər görmək zəruri idi. Bunun üçünsə ilk növbədə sosial-iqtisadi islahatlar həyata keçirməklə, milli inkişafın maddi bazasını formalaşdırmaq lazım idi. Ulu öndər Heydər Əliyev də məhz bu istiqamətdə fundamental strateji tədbirlər görməklə, davamlı və nizamlı inkişafı təmin etməyi bacardı. Sürətli sənayeləşmə kursu seçildi və qısa zaman kəsiyində sənaye sahəsinin inkişafında mühüm irəliləyişlər qeydə alındı. Ardıcıl surətdə sənaye müəssisələri tikilib istifadəyə verildi ki, bu da davamlı inkişaf konsepsiyasının həyata keçirilməsini təmin edən əsaslardan biri oldu. Qısa müddətdə Azərbaycan İttifaq səviyyəsində sənaye istehsalının artım sürətinə görə ilk yerdə qərarlaşdı. Bununla yanaşı, kənd təsərrüfatı sənaye təməli üzərində inkişaf etdirildiistehsal olunan məhsulların orta illik həcmi mütəmadi surətdə artırıldı. Artıq 1982-ci ildə kənd təsərrüfatı məhsullarının istehsal həcmi ilk dövrlərlə müqayisədə 6 dəfə artırılmışdı ki, bu da aqrar sektorun inkişafı yönündə həyata keçirilən siyasətin səmərəliliyindən xəbər verirdi. Eyni zamanda, Ulu öndər Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrdə neft sənayesində də tənəzzül meyilləri aradan qaldırıldı və bəhs edilən sahədə ehtiyatlardan səmərəli istifadə etməklə davamlı və nizamlı inkişafın əsası qoyuldu. Nəticə etibarilə, neft hasilatı xeyli artırıldı.

Beləliklə, görülən tədbirlərin fonunda tənəzzül meyillərinə son qoyuldu və respublikamızın sosial-iqtisadi inkişafına, dirçəlişinə start verildi. Sosial-iqtisadi inkişafın təmin edilməsi mədəniyyət, təhsil, səhiyyə və digər sahələrdə də görülən fundamental strateji tədbirlərin uğurluluğunu şərtləndirdi ki, bu da Azərbaycanın SSRİ səviyyəsində ən yüksək inkişaf tempinə malik olan respublikaya çevrilməsinin təminatçısı qismində çıxış etdi”.

Baş redaktor əlavə edib ki, həmin dövrdə siyasi-ideoloji müstəvidə görülən işlər də milli inkişaf və həmrəyliyimizin təminatçısı qismində çıxış etdi: “Milli ideoloji siyasətin tərkib hissəsi kimi, 1978-ci ildə Heydər Əliyevin cəhdləri və təşəbbüsü sayəsində Azərbaycan SSR-in Konstitusiyasına “Azərbaycan dili Azərbaycan SSR-in rəsmi dövlət dilidir” maddəsi daxil edildi. Bu, milli ideologiyamızın funksional vahidi olan milli dilimizin mühafizəsi və təbliği baxımından mühüm tarixi strateji addım oldu. Bunun ardınca “Müasir Azərbaycan dili” və “Azərbaycan dili” dərslikləri hazırlandı ki, bu da bəhs edilən siyasətin milli-ideoloji əsası əhəmiyyəti daşıdı”.

Ümummilli lider Heydər Əliyevin 1969-1982-ci illəri əhatə edən respublikaya rəhbərliyi dövründə Bakının milliləşdirilməsi, azərbaycançılıq ideologiyasının əsasının qoyulması, milli özünüdərkin bərpası kimi tarixi xidmətlər göstərdiyini deyən qrup rəhbəri Ulu öndərin xalqımız qarşısındakı ən böyük xidmətlərindən birinin Azərbaycan dövlətçiliyinin xilası və bunun sayəsində ölkənin siyasi tarixində yeni bir mərhələnin açılması olduğunu bildirib. Baş redaktor bu kontekstdə Ulu öndər Heydər Əliyevin fəaliyyətinin Naxçıvan dövrünə və Yeni Azərbaycan Partiyasının yaradılmasına diqqəti çəkib. O əlavə edib ki, siyasi fəaliyyətinin Naxçıvan dövründə Ümummilli lider Heydər Əliyev gördüyü işlər və atdığı səmərəli addımlarla Muxtar Respublikanın qurtuluşunu, dirçəlişini və həmrəyliyini təmin etmiş oldu.

Yeni Azərbaycan Partiyasının yaranması ilə Azərbaycanın siyasi tarixində mühüm bir səhifə açıldığını diqqətə çatdıran baş redaktor əlavə edib ki, ümumxalq partiyası olan YAP ötən dövr ərzində öz səmərəli fəaliyyəti ilə Azərbaycanın dinamik inkişafına müstəsna töhfələr verdi. “Xalqın Ümummilli lider Heydər Əliyevə olan inamı isə tez bir zamanda siyasi səhnədə parlayan Yeni Azərbaycan Partiyasının tarixi məsuliyyəti öz üzərinə götürməsinə imkan verdi. Ümummilli liderimizin nüfuzu, Azərbaycan xalqının Ona göstərdiyi misilsiz etimad Yeni Azərbaycan Partiyasının qısa müddət ərzində təşkilatlanmasına, ölkənin bütün regionlarında özəklərini yaratmasına və 1993-cü ildə hakimiyyətə gəlməsinə şərait yaratdı. Yeni Azərbaycan Partiyası dünyada analoqu olmayan bir siyasi təşkilat kimi yarandığı müddətdən 6 ay sonra siyasi hakimiyyətə gəldi”, - deyə Hikmət Babaoğlu vurğulayıb.

Qrup rəhbəri daha sonra diqqətə çatdırıb ki, müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, Ümummilli lider Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısındakı misilsiz xidmətlərindən biriuğurlu dövlət quruculuğu prosesinin əsasının qoyulmasıdır: Bu sıraya təkmil siyasi sistemin, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesinin, siyasi mədəniyyətin əsasının qoyulması, davamlı siyasi-hüquqi islahatların həyata keçirilməsi, eyni zamanda, milli həmrəylik və bütövlüyü təmin edən ideologiyanın yaradılması aid edilə bilər. Ulu öndərin uzaqgörən xarici siyasət kursu sayəsində Azərbaycan beynəlxalq mövqeyini möhkəmləndirdi və etibarlı tərəfdaşa çevrildi”.

“Beləliklə, bütün bunlar deməyə əsas verir ki, Heydər Əliyev Azərbaycan xalqı üçün Ümummilli lider, dünya üçün ümumbəşəri dəyərdir. Ulu öndər Heydər Əliyevin adı və fəaliyyəti Azərbaycan etno-siyasi coğrafiyası ilə məhdudlaşmır. Ulu öndər elə böyük dövlət və siyasi xadimlərdən idi ki, dövlətçiliyin siyasi-ideoloji əsaslarını yaratmaqla bərabər, eyni zamanda, onun varisliliyini də təmin etdi. Hər hansı bir dövlətin var olması üçün mütləq ideoloji-siyasi varislik lazımdır. Əgər bu olmasa, dövlət bir nüfuza, liderə, fiziki şəxsə bağlı olduqda, o şəxsin fiziki-bioloji mövcudluğu bitdikdən sonra dövlətin də ömrü bitir. Məhz bunu bilən Ulu öndər dövlətçiliyimizin siyasi-ideoloji varisliliyini də təmin etmiş oldu”, - deyən baş redaktor əlavə edib ki, Ümummilli lider Heydər Əliyevin müəllifi olduğu dövlət quruculuğu siyasətinin fonunda əldə edilən nailiyyətlərin sayını istənilən qədər artırmaq olar. Amma təkcə sadalananlar da onu deməyə əsas verir ki, Ulu öndər Heydər Əliyev Azərbaycanı, sözün əsl mənasında, müstəqil ölkəyə çevirdi, müstəqilliyimizi daimi və dönməz etdi.

Bu gün müasir müstəqil Azərbaycanın Ümummilli liderin ideyaları əsasında inkişaf etdiyini bildirən Hikmət Babaoğlu onu da deyib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli siyasət sayəsində Azərbaycan Respublikasının inkişafı davam edir, dövlət quruculuğu istiqamətində əhəmiyyətli nailiyyətlər əldə edilir.

Sonra gənclərin sualları cavablandırılıb və qarşılıqlı fikir mübadiləsi aparılıb.

Daha sonraNikah müqavilələrinin bağlanması və Ailə Məcəlləsi” mövzusunda seminar keçirilib. Seminar diskussiya şəraitində davam edib.

Gənclər, həmçinin, Ümummilli lider Heydər Əliyevin 14 iyul 1969-cu il tarixində Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilərək respublikanın rəhbəri olmasını simvolizə edən “45 ilflaşmobu keçiriblər.

 

Nurlan QƏLƏNDƏRLİ

Yeni  Azərbaycan.-2014.- 15 iyul.- S. 4.