Son 6 ayda Azərbaycanın qeyri-neft sektoru 7 faiz artıb

 

Prezident İlham Əliyev: Bizim uğurlu siyasətimizin nəticəsində bu gün neftdən asılılıq böyük dərəcədə aşağı düşmüşdür ümumi daxili məhsulumuzun böyük hissəsi qeyri-neft sektorunda yaranır

 

Son illərdə müstəqil Azərbaycanın mənzərəsi hər sahədə yüksək inkişaf göstəriciləri, müsbət dəyişikliklərlə xarakterizə olunur. Ölkədə genişmiqyaslı sosial məzmunlu infrastruktur layihələri həyata keçirilir, insanların sosial rifah halı getdikcə yaxşılaşır. Bütün bunların əsasında isə dövlət başçısı İlham Əliyevin ardıcıllıqla həyata keçirdiyi düşünülmüş, praqmatik siyasət, iqtisadi islahatlar dayanır. Bu islahatlar nəticəsində ölkə iqtisadiyyatının dinamik inkişaf tempini cari ilin birinci yarısında da qoruyub saxlamaq mümkün olub.

Cari ilin birinci yarısında iqtisadiyyat 2,1 faiz artıb

Cari ilin birinci yarısının yekunları son illərdə Prezident İlham Əliyevin rəhbərliyi altında iqtisadi sahədə həyata keçirilən islahatların kifayət qədər səmərəli olduğunu bir daha təsdiqləyir. Belə ki, ötən 6 ayda Azərbaycan iqtisadiyyatı 2,1 faiz artıb. İlin birinci yarısının yekunlarına görə, makroiqtisadi vəziyyəti əks etdirən əksər göstəricilər müsbətdir. Son 6 ayda dövlət büdcəsinin gəlirləri 9,3 milyard manat ya 101,6 faiz yerinə yetirilib. Hazırda respublika üzrə inflyasiya 1,6 faiz təşkil edir. Əhalinin pul gəlirləri isə 4,7 faiz artaraq inflyasiyanı 3 dəfə üstələyir.

Yeri gəlmişkən, iyulun 10-da Prezident İlham Əliyevin Sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı çıxışında dövlət başçısı ilin birinci yarısında iqtisadiyyatımızın artmasından məmnunluğunu ifadə edərək bildirib ki, dünyada, bölgədə Avropada yaşanan iqtisadi çətinliklər fonunda bu, çox gözəl göstəricidir. Həqiqətən , son illərdə beynəlxalq maliyyə-iqtisadi böhranı dünyanın ayrı-ayrı ölkələrində ciddi fəsadlarla nəticələnib. Hətta inkişaf etmiş bir sıra ölkələrdə belə kəskin maliyyə çatışmazlığı ucbatından investisiya proqramları yarımçıq dayandırılıb, sosial layihələr ixtisara salınıb, on minlərlə yerləri bağlanıb. Azərbaycan iqtisadiyyatı isə beynəlxalq maliyyə-iqtisadi böhranı şəraitində nəinki ağır kataklizmlərdən yan keçə bilib, hətta öz yüksək dayanıqlılığını qoruyaraq dinamik inkişaf tempini daha da artırıb.

İqtisadiyyatımızda qeyri-neft sektorunun çəkisi artır

Son illərdə Azərbaycan iqtisadiyyatının dinamik inkişafını xarakterizə edən əsas cəhətlərdən biri ondan ibarətdir ki, respublikamız karbohidrogen ehtiyatları ilə zəngin olan bir sıra ölkələrin üzləşdiyi neft amilindən asılılıq sindromundan yan keçə bilib. Nazirlər Kabinetinin iclasında bu fakta diqqət çəkən Prezident İlham Əliyev vurğulayıb: “Bizim uğurlu siyasətimizin nəticəsində bu gün neftdən asılılıq böyük dərəcədə aşağı düşmüşdür ümumi daxili məhsulumuzun böyük hissəsi qeyri-neft sektorunda yaranır”.

Qeyri-neft sektorunun artım tendensiyası 2014-cü ilin ilk yarısında da qorunub saxlanıb. Belə ki, son 6 ayda qeyri-neft sektorunda 7 faiz artıma nail olunub. Ümumiyyətlə, 2014-cü ilin sonunadək qeyri-neft sektorunun Ümumi Daxili Məhsulda çəkisinin 60 faizi ötəcəyi proqnozlaşdırılır.

Əlbəttə, respublikamızda qeyri-neft sektorunda Prezident İlham Əliyevin məqsədyönlü şəkildə həyata keçirdiyi iqtisadiyyatın şaxələndirilməsi siyasəti çox mühüm rol oynayıb. Dövlət başçısı İlham Əliyev Nazirlər Kabinetinin yuxarıda xatırlatdığımız iclasında ölkə iqtisadiyyatının strukturunda baş verən keyfiyyət dəyişikliyindən-qeyri-neft sektorunun artmasından məmnunluğunu ifadə edib, eyni zamanda, diqqəti bir daha bu istiqamətdə dövlət tərəfindən həyata keçirilən məqsədyönlü tədbirlərə yönəldib: “Əgər biz vaxtilə neft kapitalını insan kapitalına, infrastruktur layihələrinə yönəltməsəydik, bu gün qeyri-neft sektorumuz bu qədər arta bilməzdi”.

Qeyd edək ki, ölkəmizdə dövlət başçısının müəyyənləşdirdiyi strateji xəttə uyğun olaraq qeyri-neft sənayesinin, sahibkarlığın, kənd təsərrüfatının inkişaf etdirilməsi güclü şəkildə təşviq olunur, neft sektorundan gələn gəlirlər hesabına bu kimi sahələrin inkişafına böyük həcmli investisiyalar yönəldilir. Məsələn, kənd təsərrüfatına diqqətin artırılması, fermerlərə güzəştli şərtlərlə kreditlər verilməsi, lizinq yolu ilə müxtəlif növ kənd təsərrüfatı texnikasının alınması, suvarma-meliorasiya layihələrinin reallaşdırılması digər belə tədbirlər sayəsində kənd təsərrüfatında əkin sahələrinin genişləndirilməsinə, məhsuldarlığın artırılmasına nail olunub, eləcə ölkədə güclü aqrar-sənaye kompleksi qurulub. Təsadüfi deyil ki, cari ilin əvvəlindən bəri ölkənin kənd təsərrüfatında 6 faiz artıma nail olunub. Eləcə təkcə son illərdə respublikanın müxtəlif bölgələrində qeyri-neft sektoruna aid onlarca sənaye müəssisəsi istifadəyə verilib, sahibkarlıq subyektləri fəaliyyətə başlayıb.

Bu tendensiya gələcəkdə davam etdiriləcək. Hazırda paytaxt Bakının Qaradağ rayonunda, Sumqayıtda, Mingəçevirdə, Gəncədə digər şəhər rayonlarda qeyri-neft sektoruna aid yeni sənaye obyektləri yaradılır. Şübhə yoxdur ki, yeni yaradılan sənaye parkları qeyri-neft sektorunun bütövlükdə iqtisadiyyatımızın inkişafına yeni impuls verəcəkdir.

Azərbaycanın valyuta ehtiyatları artır

Hazırda Azərbaycan iqtisadiyyatı həm də yüksək maliyyə dayanıqlılığı ilə səciyyələnir. Respublikamız 54 milyard ABŞ dolları həcmində valyuta ehtiyatlarına malikdir. Adambaşına düşən valyuta ehtiyatlarına görə isə Azərbaycan dünyada ən qabaqcıl yerlərdə qərar tutur.

Prezident İlham Əliyevin Nazirlər Kabinetinin iclasında vurğuladığı kimi, valyuta ehtiyatlarının artması infrastruktursosial layihələrin icrasına geniş imkanlar açır. Təsadüfi deyil ki, hazırda respublikanın bütün bölgələrində genişmiqyaslı abadlıq-quruculuq işləri aparılır, infrastruktur layihələri gerçəkləşdirilir-yeni yollar salınır, su, kanalizasiya xətləri çəkilir, məktəblər, səhiyyə ocaqları tikilir.

Dövlət başçısı İlham Əliyev Nazirlər Kabinetinin iclasında, həmçinin, ölkədə valyuta ehtiyatlarının artması ilə paralel surətdə vəsaitlərin maksimum səmərə ilə idarə edilməsinin vacib şərt olduğunu nəzərə çatdırıb: “Biz bu vəsaitdən çox qənaətlə istifadə edirik, ən vacib olan sahələrə yönəldirik”.

Prezident İlham Əliyev onu da vurğulayıb ki, biz populist vədlərdən tamamilə uzağıq, ancaq praqmatik, düşünülmüş siyasət aparmışıq. Bu siyasət imkan verdi ki, biz bütün çətinliklərdən şərəflə, üzüağ çıxa bilək.

Yeni yerlərinin açılması daimi proses olmalıdır

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən praqmatik siyasətin əsas qayəsi ondan ibarətdir ki, ölkə iqtisadiyyatının güclənməsi sosial sferada, insanların həyat şəraitinin yaxşılaşmasında öz əksini tapmalıdır. Yeni yerlərinin yaradılması, əhalinin məşğulluğunun təmin olunması dövlətin sosial siyasətinin prioritet istiqamətini təşkil edir. Prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasında ölkəmizdə yeni yerlərinin açılmasından məmnunluğunu ifadə edərək bildirib ki, üçüncü regional inkişaf proqramının icrası nəticəsində artıq cari ilin altı ayında 65 min yeni yeri açılmışdır ki, onlardan 52 mini daimi yeridir. Ümumiyyətlə, 2003-cü ildən bu günə qədər-regional inkişaf proqramlarının icrasına başlayandan sonra 1 milyon 300 min yeri açılmışdır ki, onlardan təqribən 1 milyonu daimi yeridir.

Nazirlər Kabinetinin iclasında dövlət başçısı yerlərinin yaradılması ilə bağlı yeni hədəfləri diqqətə çatdıraraq vurğulayıb: “Yeni yerlərinin açılması daimi proses olmalıdır. Biz uzunmüddətli məşğulluq konsepsiyasının müzakirəsini başlamalıyıq.

Sənayeləşmə, kənd təsərrüfatı, yüksək texnologiyalar, digər sahələr sürətlə inkişaf etməlidir ki, biz insanlarımızı gələcəkdə yerləri ilə təmin edə bilək”.

 

Mübariz ABDULLAYEV

Yeni  Azərbaycan.-2014.- 16 iyul.- S. 3.