Yeni Azərbaycan Partiyası gənclərin böyük hamisidir

 

Oğuz rayonunda Yeni Azərbaycan Partiyası Gənclər BirliyininGənc liderlərgənc siyasətçilər üçünYay məktəbilayihəsinin II turu davam edir

 

Oğuz rayonunda Yeni Azərbaycan Partiyası (YAP) Gənclər BirliyininGənc liderlərgənc siyasətçilər üçünYay məktəbilayihəsinin II turu davam edir. Dünən öncəBədən dilimövzusunda təlim keçirilib. Təlim çərçivəsində sosial münasibətlər ünsiyyətdə bədən dilinin - jestlərin əhəmiyyətindən danışılıb. Bildirilib ki, insan cəmiyyəti təşkil edən fərd olmaq etibarilə sosial münasibətlər çərçivəsində çoxsaylı ünsiyyətə girir. Bu zaman ünsiyyət vasitəsi olan dillə yanaşı, jestlərdən aktiv şəkildə istifadə olunur. Məhz bu jestlər vasitəsilə insan psixologiyası ünsiyyət forması öyrənilir. Bu baxımdan, bədən dili siyasi-diplomatik jest münasibətlərin xarakteristikasının öyrənilməsi üçün müstəsna əhəmiyyət daşıyır. Sağlam mükəmməl bir ünsiyyət qurmaq üçün bədən dilinin sözlərin birlikdə - paralel istifadə edilməsi lazımdır. Bununla insanlar duyğu düşüncələrini daha konkret sərbəst ifadə edə bilirlər.

Daha sonra qarşılıqlı fikir mübadiləsi aparılıb gənclərin sualları cavablandırılıb.

Yeri gəlmişkən, “Yay məktəbi”ndə iştirak edən gənclər məktəbin işini, təşkil olunma səviyyəsini, aparılan diskussiyaları yüksək qiymətləndirirlər.

Məsələn, YAP Yasamal rayon təşkilatının Gənclər Birliyinin sədr müavini, Oğuz II tur qrupunun məsul şəxsi Elməddin Əmirov qeyd edib ki, Yeni Azərbaycan Partiyası hər zaman gənclərə xüsusi diqqət və qayğı göstərib.Yeni Azərbaycan Partiyası gənclərin fəallığına, ictimai-siyasi proseslərdə aktiv təmsil olunmasına, intellektual imkanlarının artmasına xüsusi diqqət yetirir. Bunun nəticəsidir ki, bu gün YAP-ın ətrafında sağlam düşüncəli gənclər birləşib”.

YAP Gənclər Birliyinin təşkil etdiyiYay məktəbləri”nin gənclərin inkişafına əhəmiyyətli töhfələr verdiyini deyən E.Əmirovun sözlərinə görə, bu tədbir gənc fəallara öz asudə vaxtlarından səmərəli istifadə etməyə imkan yaradır:Eyni zamanda, burada gənclər arasında yeni dostluq münasibətləri formalaşır, gənclər öz bilik və bacarıqlarını nümayiş etdirmək imkanları əldə edirlər. Deyə bilərəm ki, Oğuz rayonunda keçirilən “Yay məktəbi”nin ikinci turu öz səmərəli nəticələrinə görə olduqca əlamətdardır”.

YAP Siyəzən rayon təşkilatının Gənclər Birliyinin sədri Rəşad Rəhmanov isə bildirib ki, Yeni Azərbaycan Partiyası gənclərin böyük hamisidir: “İctimai-siyasi proseslərdə milli maraqlar əsasında çıxış edən gənc YAP fəalları cəmiyyətin ən dinamik təbəqəsini təşkil edirlər. Onlar öz üzərlərinə düşən məsuliyyəti dərindən dərk edir və dövlətçiliyimizin möhkəmlənməsinə, milli inkişafımıza xüsusi töhfələr verirlər”, - deyə R.Rəhmanov vurğulayıb.

O bildirib ki, YAP Gənclər Birliyinin 2007-ci ildən bəri təşkil etdiyiYay məktəbləri” hər il özünün spesifik yenilikləri və zəngin proqramları ilə seçilir: “Proqramda gəncləri maraqlandıran məsələlər öz əksini tapır ki, bu da gənc fəalların bilik və bacarıqlarının ortaya çıxarılması, inkişaf etdirilməsi baxımından əhəmiyyət kəsb edir. Gənclər bu məktəblərdə yeni biliklər və vərdişlər əldə edir, müəyyən təcrübələr qazanırlar”.

YAP Xətai rayon təşkilatının Gənclər Birliyinin sədri Sərxan Əliyev də Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin “Gənc liderlər” gənc siyasətçilər üçünYay məktəbi” layihəsini olduqca yüksək qiymətləndirib. Onun sözlərinə görə, layihə çərçivəsində Oğuz II tur qrupunun fəaliyyəti - təşkil edilən diskussiya və tədbirlər kifayət qədər səmərəli olub: “Ümumiyyətlə, tur çərçivəsində təşkil edilən diskussiyalar, təlimlər və seminarlar gənclər tərəfindən yüksək qiymətləndirildi. Bir məqamı da qeyd etmək istəyirəm ki, “Yay məktəbləri”nə ayrı-ayrı regionları təmsil edən gənclər qatılır, daha sonra isə onlar arasında sıx əməkdaşlıq və dostluq münasibətləri qurulur”.

Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatının Gənclər Birliyinin üzvü, Milli Aviasiya Akademiyasının tələbəsi Aysel Kazımova isə gənclər siyasətinin Yeni Azərbaycan Partiyasının fəaliyyətində prioritet istiqamət olduğunu qeyd edərək diqqətə çatdırıb ki, gənclərin YAP-ı seçməsi onların partiyamıza olan inam və ümidlərinin göstəricisidir: “Hər bir sağlam düşüncəli gənc özünün parlaq perspektivini Yeni Azərbaycan Partiyasında görür. Çünki Yeni Azərbaycan Partiyası Ümummilli liderimiz Heydər Əliyevin ideyaları əsasında fəaliyyət göstərərək daim möhtəşəm qələbələr qazanır. Bu gün Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurlu daxilixarici siyasət həyata keçirilir. Əldə edilən bütün uğurlar Azərbaycan xalqının Yeni Azərbaycan Partiyasına üz tutmasını şərtləndirir”.

Onun sözlərinə görə, Oğuz rayonunda təşkil edilən “Yay məktəbi”nin II turu öz səmərəli nəticələri ilə yadda qalıb: “Gənclər müxtəlif xarakterli diskussiyaseminarlarda iştirak etdilər, interaktiv oyunlar keçirdilər, özlərinin bilik və bacarıqlarını inkişaf etdirirlər. Bir sözlə, “Yay məktəbləri” gənc fəalların aktivliyini, intellektual potensialları və ünsiyyət imkanlarını artıran, onların asudə vaxtının səmərəli təşkil olunmasını şərtləndirən mühüm amildir”.

Yay məktəbi”ndə təmsil olunan gənclərin fəallığı xüsusilə diqqəti cəlb etdi. Deyə bilərəm ki, gənclərin fəallığı məktəbin işinin səmərəli olmasına əhəmiyyətli töhfələr verir. Bu baxımdan, Oğuz II tur qrupunun işini yüksək qiymətləndirirəm”. Bu fikirləri isə YAP Binəqədi rayon təşkilatının Gənclər Birliyinin üzvü Sahib Hacızadə deyib.

YAP Suraxanı rayon təşkilatının Gənclər Birliyinin üzvü Aytən Balazairova da öz növbəsində Oğuz II tur qrupunun təmsil olunduğuYay məktəbi”nin işini yüksək qiymətləndirdiyini bildirib. O deyib ki, gənclər tur çərçivəsində öz asudə vaxtlarından səmərəli istifadə edirlər, yeni dostlar və biliklər qazanırlar: “Ümidvarıq ki, gənclərin hamisi olan Yeni Azərbaycan Partiyasının dəstəyi ilə gənc fəallar yeni nailiyyətlər əldə edəcəklər”.

YAP Səbail rayon təşkilatının Gənclər Birliyinin üzvü, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbəsi Natiq Ağcayev də “Gənc liderlər” gənc siyasətçilər üçünYay məktəbi” layihəsinin II turunun mühüm nəticələrlə yadda qaldığını bildirib: “Ümumiyyətlə, Yeni Azərbaycan Partiyasının bu cür xüsusi diqqət və qayğısı gənclərə stimul verir. Gənc fəallar öz potensiallarından səmərəli istifadə etmək istəyindədirlər. Ümumxalq partiyası olan YAP öz diqqəti ilə gənclərə bu imkanı yaradır, gənc fəalların uğurlu fəaliyyətinə əlverişli şərait formalaşdırır. Biz gənclər bütün bunlara görə Yeni Azərbaycan Partiyasına sonsuz təşəkkür edirik”.

Yay məktəbi” gənclərə intellektual potensiallarının artırılması, yeni biliklər və təcrübə qazanmaq üçün əhəmiyyətli imkanlar açır. Bu cür layihələr gənclərdə olduqca müsbət təəssüratlar yaradır, onları milli maraqlar ətrafında sıx birləşdirir”. Bu sözləri YAP Nərimanov rayon təşkilatının Gənclər Birliyinin üzvü Şöhrət Əliyev deyib.

YAP Xətai rayon təşkilatının Gənclər Birliyinin İdarə Heyətinin üzvü İlyas Baqiyev isə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən gənclər siyasətindən və YAP-ın gənclərə olan qayğısından danışaraq bildirib ki, bu gün Azərbaycan cəmiyyətində gənclərin fəallığı aşkar hiss olunur: “Rasional düşüncəli gənclər ictimai-siyasi proseslərə dövlətimizin milli maraqlarını rəhbər tutaraq qoşulurlar. Heç şübhəsiz, sağlam təfəkkürlü gənclərin formalaşmasında Prezident İlham Əliyevin və Onun Sədrlik etdiyi Yeni Azərbaycan Partiyasının xidmətləri misilsizdir. Ona görə də gənclər Ümummilli lider Heydər Əliyevin ideyalarına sadiq olan Yeni Azərbaycan Partiyasının və partiyamızın Sədri, Prezident İlham Əliyevin ətrafında sıx birləşiblər. “Yay məktəbi”nə gəlincə, ümumiyyətlə, bu layihə gənclərin intellektual inkişafına xidmət edir. Zənnimcə, iştirak etdiyimiz Oğuz II turu da bu baxımdan kifayət qədər faydalıdır”.

Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin hər il təşkil etdiyiYay məktəbi” gənclərin bilik və bacarıqlarını artırmaq və nümayiş etdirmək üçün mühüm əhəmiyyət kəsb edir”. Bu sözləri YAP Xətai rayon təşkilatının Gənclər Birliyinin üzvü Rəhim Cəfərov deyib. YAP-ın gənclər siyasətinin əhəmiyyətini vurğulayan R.Cəfərovun sözlərinə görə, gənclərin alternativsiz seçimi Cənubi Qafqazın ən güclü siyasi partiyası olan Yeni Azərbaycan Partiyasıdır. O bildirib ki, Yeni Azərbaycan Partiyasının gənclərə olan diqqəti təqdirəlayiqdir.

“Düşünürəm ki, Oğuz rayonunda Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin “Gənc liderlər” gənc siyasətçilər üçünYay məktəbi” layihəsinin II turu öz işini uğurla davam etdirir. Yeni dostluqlar və səmimi münasibətlər yarandı, gənclər əhəmiyyətli biliklər əldə edirlər. Buna görə Yeni Azərbaycan Partiyasına xüsusi minnətdarlığımı bildirirəm”, - deyə R. Cəfərov əlavə edib.

YAP Beyləqan rayon təşkilatının Gənclər Birliyinin üzvü Röyal Əliyev də ölkəmizdə həyata keçirilən gənclər siyasətinin uğurlu nəticələrinə toxunubqeyd edib ki, əsasını Ulu öndər Heydər Əliyevin qoyduğu gənclər siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. “Bunun timsalında Yeni Azərbaycan Partiyası gənclərin səmərəli fəaliyyətinə əlverişli şərait yaradır, gənclərə yeni imkanlar açır. “Yay məktəbi” də gənc fəalların inkişafına xidmət edir”, - deyə o qeyd edib.

YAP Sumqayıt şəhər təşkilatının Gənclər Birliyinin üzvü Vəfa Cəbiyevanın sözlərinə görə isə, intellektual potensiala malik olan gənclərin bu cür mühüm əhəmiyyət kəsb edən layihələrə cəlb edilməsi sevindirici haldır. Bunun da nəticəsidir ki, gənclərin ictimai-siyasi fəallığı getdikcə daha da artır və önəmli nəticələr əldə olunur. “Oğuz rayonunda təşkil edilən “Yay məktəbi”nin II turu, həqiqətən, unudulmaz və əlamətdardır”, - deyə V.Cəbiyeva bildirib.

Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin təşkil etdiyi bu layihə gənclər tərəfindən yüksək qiymətləndirilir. Çünki bir tərəfdən cəmiyyətin ən aktiv təbəqəsi olan gənclərin öz ideya və fikirlərini həyata keçirmələri üçün mühüm platforma yaradır, digər tərəfdən isə, bacarıqlar və vərdişlərin inkişafı üçün əlverişli imkandır. Biz tur çərçivəsində əhəmiyyətli fikir mübadiləsi aparırıq, asudə vaxtlarımızı səmərəli dəyərləndiririk. Mən öz növbəmdə Yeni Azərbaycan Partiyasına xüsusi minnətdarlığımı bildirirəm”. Bunu isə YAP Nərimanov rayon təşkilatının Gənclər Birliyinin üzvü Elməddin Allahverdiyev bildirib.

YAP Binəqədi rayon təşkilatının Gənclər Birliyinin üzvü Hikmət Quliyevöz növbəsində Oğuz rayonunda Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin “Gənc liderlər” gənc siyasətçilər üçünYay məktəbi” layihəsinin II turunu yüksək qiymətləndirib. Gənclərin fəallığının artırılmasına və intellektual imkanlarının genişlənməsinə xidmət edən bu cür layihələrin əhəmiyyətindən danışan H.Quliyev əlavə edib ki, bütün bunlar ümumxalq partiyası olan YAP-ın gənclərə olan xüsusi diqqət və qayğısını göstərir. “Yeni Azərbaycan Partiyası, sözün əsl mənasında, gənclərin birmənalı seçimidir”, - deyə o vurğulayıb.

 

Nurlan QƏLƏNDƏRLİ    

Yeni  Azərbaycan.-2014.- 18 iyul.- S. 4.