“Heydər Əliyev və Azərbaycan mətbuatı”

 

Yeni Azərbaycan Partiyasının Mətbuat və ictimai əlaqələr komissiyasının təşkilatçılığı ilə bu mövzuda “dəyirmi masakeçirilib

 

Dünən Yeni Azərbaycan Partiyasının (YAP) Mətbuat ictimai əlaqələr komissiyasının təşkilatçılığı iləHeydər Əliyev Azərbaycan mətbuatımövzusundadəyirmi masakeçirilib. “Dəyirmi masada komissiyanın üzvləri, Milli Məclisin deputatları, kütləvi informasiya vasitələrinin rəhbərləri iştirak ediblər. Tədbiri giriş sözü ilə açan komissiyanın sədri, YAP İdarə Heyətinin üzvü Nizami Xudiyev bildirib ki, Azərbaycanda mətbuat XIX əsrdə yaransa da, onun tam şəkildə müstəqil dövlətçilik maraqlarına xidmət etmək funksiyası yalnız XX əsrin sonlarında reallığa çevrilib. Onun sözlərinə görə, Həsən bəy Zərdabinin əsasını qoyduğu “Əkinçi” qəzetilə Azərbaycan xalqının milli ideyasının formalaşması prosesində milli mətbuatın rolu nəzərə çarpmağa başladı. Amma dünyanın reallığa çevrilən çağırışlarına cavab verə biləcək, Azərbaycan coğrafiyasında ictimai düşüncəni formalaşdıracaq və xalqımız haqqında həqiqətləri beynəlxalq ictimaiyyətin diqqətinə çatdıracaq media institutu sonralar yarandı. “Ümummilli lider Heydər Əliyev, eyni zamanda cəmiyyətimizin “güzgüsüolan, ictimai-siyasi düşüncə tərzini formalaşdıran, Azərbaycan xalqının milli kimliyini dünya xalqlarına nümayiş etdirə bilən medianın əsaslarını yaratdı. Ulu öndərin Azərbaycan mətbuatının inkişafında rolu xüsusilə özünü müstəqillik illərində göstərib. Müstəqilliyimizin ilk illərində təsadüf nəticəsində hakimiyyətə gəlmiş iqtidarın hərbi və siyasi senzurasında boğulan Azərbaycan mətbuatı yalnız Ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra xilas oldu, inkişaf etdi” - deyə, Nizami Xudiyev vurğulayıb.

Komissiya sədri bildirib ki, Ümummilli lider Heydər Əliyevin səyləri nəticəsində Azərbaycanda mətbuat orqanlarının azad fəaliyyəti və inkişafı yolunda süni maneələrin aradan qaldırılması, qanunvericilik bazasının təkmilləşdirilməsi, KİV-in maddi-texniki təchizatının yaxşılaşdırılması sahəsində ardıcıl tədbirlər həyata keçirildi. Belə ki, vətəndaş cəmiyyəti quruculuğunu özünün inkişaf modeli kimi qəbul edən Azərbaycan Respublikası insan hüquqları, söz və mətbuat azadlığının təmin olunması ilə bağlı bir sıra beynəlxalq konvensiya və sazişlərə qoşuldu. Müstəqil kütləvi informasiya vasitələrinin təsis edilməsi və azad fəaliyyəti üçün ölkəmizdə zəruri qanunvericilik bazası yaradıldı. Bu hüquqi baza isə informasiya azadlığına təminat verən, mətbuat da daxil olmaqla KİV-də dövlət senzurasının aradan qaldırılması prinsipini təsbit edən Azərbaycan Respublikasının Konstitusiyasına söykənir.

N.Xudiyev onu da bildirib ki, jurnalistlər bütün məsələlərdə vətəndaşlıq mövqeyindən çıxış etməlidirlər. Onun sözlərinə görə, KİV nümayəndələri hər şeydən öncə vətənpərvər olmalıdır, işlərinə peşəkarlıq və məsuliyyətlə yanaşmalıdırlar.

N.Xudiyev son illər mətbuatda ciddi inkişafın müşahidə edildiyini deyib. Komissiya sədri qeyd edib ki, hazırda Prezident İlham Əliyev milli mətbuatımıza diqqət və qayğı ənənəsini layiqincə davam etdirir.

Çıxış edən Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli Azərbaycan mətbuatının inkişafının bir neçə mərhələdən ibarət olduğunu deyib.

V.Səfərli KİVDF-nin yaradılmasını da mühüm hadisə kimi dəyərləndirib. Onun sözlərinə görə, bir neçə il öncə mətbuatı maliyyə böhranından çıxarmaq üçün Mətbuat Şurasında peşəkar jurnalistlərdən və mütəxəssislərdən ibarət işçi qrupu yaradıldı. “İşçi qrupu KİV-in İnkişafına Dövlət Dəstəyi Konsepsiyasını hazırlayaraq dövlətimizin başçısına təqdim etdi. Konsepsiyaya Prezident Administrasiyasında baxıldı və Prezidentin 2008-ci il 31 iyul tarixli Sərəncamı ilə təsdiqləndi. Konsepsiyadan irəli gələn vəzifələri həyata keçirmək məqsədi ilə 2009-cu il aprelin 3-də Prezident İlham Əliyevin Fərmanı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradıldı. Fond fəaliyyət göstərdiyi müddətdə öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışır” - deyə, icraçı direktor vurğulayıb.

V.Səfərlinin sözlərinə görə, bu il fondun büdcəsi 3 milyon 900 min manat civarındadır. İl ərzində 300-dən çox jurnalist KİVDF-nin elan etdiyi müsabiqələrin qalibi olur. “Dövlət başçısı jurnalistlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə 2010-cu ildə mətbuat işçiləri üçün yaşayış binasının tikilməsi üçün ilkin olaraq 5 milyon manat vəsait ayırdı. Ötən il həmin binanın cənab Prezidentin iştirakı ilə açılışı oldu. Elə həmin gün dövlət başçısı tərəfindən yeni binanın təməli qoyuldu. Hazırda binanın 8-ci mərtəbəsi tikilir. Bu bina 17 mərtəbə, 3 girişli və 250 mənzildən ibarət olacaq və gələn ilin sonlarında istifadəyə veriləcək” - deyə, V.Səfərli qeyd edib.

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov isə çıxışında “dəyirmi masa”nın mövzusunun çox aktual olduğunu bildirib. Onun sözlərinə görə, Ulu öndər Heydər Əliyev milli mətbuatımızın inkişafına hər zaman böyük diqqət və qayğı göstərib: “Milli Mətbuat Günü təkcə jurnalistlərin deyil, eyni zamanda, bütün xalqımızın bayramıdır. Demək olar ki, respublikamızın hər yerində Milli Mətbuat Günü qeyd olunur. Təkcə bu fakt Azərbaycanda dövlət və cəmiyyətin mətbuata olan ümumi münasibətinin göstəricisidir”.

Bu il 139 illiyini qeyd etdiyimiz milli mətbuatımız böyük və şərəfli inkişaf yolu keçib. Azərbaycan mətbuatı mütərəqqi ənənələri formalaşdıraraq cəmiyyət qarşısında üzərinə götürdüyü missiyanı ləyaqətlə yerinə yetirir” - deyə, Ə.Amaşov qeyd edib. O, bildirib ki, ölkəmizdə plüralizmi, söz və mətbuat azadlığını məhdudlaşdıran süni maneələr Ümummilli lider Heydər Əliyevin siyasi iradəsi nəticəsində aradan qaldırılıb. Ulu öndərin bu siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Bu gün Azərbaycanda medianın inkişafı üçün hər cür şərait yaradıldığını vurğulayan Mətbuat Şurasının sədri xatırladıb ki, rəhbərlik etdiyi qurum jurnalistlərin peşəkarlıqlarının artırılmasına, ixtisasları üzrə biliklərinin dərinləşdirilməsinə həmişə böyük önəm verib. Onun sözlərinə görə, mövcud istiqamətdə müxtəlif qurumlarla birgə layihələr reallaşdırılıb və indidavam etdirilməkdədir.

Milli TeleviziyaRadio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli isə bildirib ki, hazırda Azərbaycan mətbuatı daha çox dövlətçilik maraqlarından çıxış edir. O qeyd edib ki, Ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra Azərbaycanda sabitliyin bərqərar olunmasını təmin etdi. Onun sözlərinə görə, bu isə bütün sahələrdə olduğu kimi, media sahəsində də inkişafa zəmin yaratdı.

“Vaxtilə Ulu öndər Heydər Əliyev media sahəsinin maddi-texniki təminatının genişləndirilməsi üçün müvafiq tapşırıqlar vermişdi. 1990-cı illərin əvvəllərində Azərbaycanda müstəqil və yeni televiziya kanalları fəaliyyətə başladı. Artıq Azərbaycan dövləti və cəmiyyətində bu sahədə xarici asılılıq aradan aldırıldı. Bu gün artıq media bütün fəaliyyət sahələrindən öndə gedir” - deyə, MTRŞ-in sədri qeyd edib.

N.Məhərrəmli deyib ki, Ulu öndər Heydər Əliyev hər zaman milli-mənəvi dəyərlərin qorunmasına xüsusi diqqət yetirib: “Ulu öndərdən sonra hakimiyyətə gələn Prezident İlham Əliyev də bu sahəyə diqqət və qayğısını əsirgəmir”.

O, rəhbərlik etdiyi qurumun fəaliyyəti haqqında da məlumat verib: “ŞuraTeleviziyaradio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə dövlət başçısının 2002-ci il 5 oktyabr tarixli Fərmanı ilə yaradılıb. Yarandığı dövrdən bu günədək MTRŞ qanunvericiliklə ona verilmiş səlahiyyətlər daxilində öz fəaliyyətini qurub, televiziyaradio yayımlarının fəaliyyətini tənzimləyib, yayım zamanı ictimaiyyətin maraqlarını qoruyub, televiziyaradio yayımı sahəsində qanunvericiliyin icrasına nəzarəti həyata keçirib, beynəlxalq sahədə bir sıra teleradio qurumları ilə əməkdaşlıq edib. Şura bu müddət ərzində öz işini göstərə bilib, cəmiyyət tərəfindən qəbul olunub, qiymətləndirilib”.

YAP Siyasi Şurasının üzvü Xeyrəddin Qoca isə çıxış edərək jurnalistləri fəaliyyətlərində ədalətli olmağa çağırıb.

Demokratik cəmiyyətin ən mühüm prinsiplərindən biri mətbuat, söz azadlığı, plüralizmdir. Bu istiqamətdə də prioritetləri düzgün müəyyənləşdirən Ulu öndər çox qətiyyətli, prinsipial addımlar atdı”. Bu fikirləri isə “Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov çıxışı zamanı deyib. B.Sadıqov bildirib ki, Azərbaycan mətbuat tarixinin ilk müjdəçisi olan “Əkinçi” qəzeti hələ işıq üzü görməmişdən əvvəl onun senzurası yaradıldı. Onun sözlərinə görə, general-qubernator bu qəzetin senzurasını üzərinə götürdükdən sonra qəzetin nəşrinə icazə verildi. “O vaxtdan ölkəmizdə qəzetlərə dövlət nəzarəti həmişə mövcud olub. Ulu öndər Heydər Əliyev 6 avqust 1998-ci ildə senzuranı ləğv edənə qədər. Müstəqil mətbuat yarandıqdan sonra onun problemləri də bəlli oldu. Ulu öndərin qətiyyəti və səyi nəticəsində o dövr üçün xarakterik olan iqtisadi böhranı aradan qaldırmaqla digər sahələrin də inkişafına təkan verildi. Cəmiyyətdə gedən bütün proseslər mətbuata da təsirini göstərirdi. Qəzetlərin maddi çətinliyi yarandığı dövrdə Ulu öndər Heydər Əliyev mətbuatın nəşriyyatlara olan borclarını dövlət büdcəsinin vəsaitləri hesabına ödədi. Beləliklə, daha bir xeyirxahlıq ənənəsinin əsasını qoydu. Yəni, mətbuatın mənəvi intibahına nail olan Ümummilli lider Heydər Əliyev KİV-lərə dövlət dəstəyinin də ənənəsini yaratdı. Mətbuata göstərdiyi diqqət və qayğıya görə Ulu öndər “Jurnalistlərin dostuelan edildi. Heydər Əliyev məktəbinin yetirməsi və Ulu öndərin davamçısı Prezident İlham Əliyev bu sahədə də çox uğurlu fəaliyyət göstərir. Yəni, Azərbaycan mətbuatının müasir intibahı cənab İlham Əliyevin adı ilə bağlıdır” - deyə, B.Sadıqov qeyd edib.

Çıxış edən Milli Məclisin deputatı Jalə Əliyeva isə bildirib ki, Ulu öndər Heydər Əliyev həmişə mətbuatımıza düzgün yol göstərirdi. Onun sözlərinə görə, Ümummilli liderimiz Azərbaycanda bütün sahələrdə olduğu kimi mətbuatın inkişafına da xüsusi diqqət göstərib.

“525-ci qəzet”in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid də çıxış edərək Ümummilli lider Heydər Əliyevin milli mətbuatımızın inkişafındakı xidmətlərindən geniş bəhs edib: “Heydər Əliyev və Azərbaycan mətbuatı əbədi bir mövzudur. Heydər Əliyev hər zaman mətbuata xoş münasibət bəsləyib. O, ictimai rəyin idarə edilməsinin ustası kimi mətbuata bol mövzular verirdi. Heydər Əliyev Azərbaycan mətbuatı üçün böyük sərvət idi”.

 

Nardar BAYRAMLI

Yeni  Azərbaycan.-2014.- 19 iyul.- S. 6.