Azərbaycan İƏT-ə daxil olan ölkələrlə əlaqələrin daha da inkişaf etdirilməsində maraqlıdır

 

Azərbaycan, həmçinin, İƏT-in müxtəlif təşkilatları ilə sıx əməkdaşlıq edir. Bu baxımdan, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın fəaliyyəti xüsusilə təqdirəlayiqdir. Həmin fəaliyyətin nəticəsidir ki, 2006-cı ildə İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri sivilizasiyaların yaxınlaşmasındakı fəaliyyətinə görə Mehriban xanım Əliyevaya İSESCO-nun xoşməramlı səfiri adının verilməsi haqqında diplom təqdim edib. Həmçinin, 2008-ci ilin iyununda Bakıda keçirilən “Mədəniyyətlərarası Dialoqda Qadınların rolunun genişləndirilməsi” mövzusunda beynəlxalq forumda iştirak edən İKT baş katibi E.İhsanoğlu humanitar sahədəki fəaliyyətinə görə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya “İƏT-in humanitar məsələlər üzrə xüsusi elçisistatusuna dair diplom təqdim edib. Əlamətdar haldır ki, İslam ölkələrinin daxil olduğu təşkilatın bu yüksək adlarına layiq görülən ilk qadın məhz Azərbaycanın birinci xanımıdır.

Qurumun XI Zirvə Konfransında İƏT-in yeni Nizamnaməsi qəbul edilib ki, bu beynəlxalq təşkilatın əsas sənədinin məqsəd və məramları bölməsində Azərbaycan nümayəndə heyətinin məqsədyönlü işi və israrlı mövqeyi nəticəsində işğal altında olan dövlətlərin öz ərazi bütövlüyünü bərpa etməsi hüququnun üzv dövlətlər tərəfindən birmənalı dəstəklənməsi barədə müddəanın təsbit edilməsi ölkəmiz üçün müstəsna əhəmiyyət kəsb edir. Təsadüfi deyil ki, 2008-ci ildə BMT Baş Assambleyasının 62-ci sessiyasında Azərbaycan nümayəndə heyətinin təqdim etdiyi “Azərbaycanın işğal altında olan ərazilərindəki vəziyyət” adlı qətnamənin qəbul edilməsində İƏT-ə üzv olan dövlətlərin mövqeyi həlledici rol oynayıb.

Təşkilatın 2011-ci ilin fevralında keçirilən İƏT xarici işlər nazirlərinin 36-cı iclasında da analoji mövqe bir daha vurğulanıb. İclasda bir daha qeyd olunub ki, Ermənistan Azərbaycan torpaqlarını işğal edib və BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsini yerinə yetirməyib. Quruma üzv olan ölkələrin xarici işlər nazirlikləri Ermənistanı işğaldan əl çəkməyə çağırıb.

Təşkilatın Azərbaycanın bir nömrəli probleminin həllində ölkəmizə verdiyi dəstək bununla da yekunlaşmır. Qeyd etdiyimiz kimi, 2009-cu ildən Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun (DƏ-İKGF) mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” kampaniyası keçirilir. Kampaniya çərçivəsində Xocalı qətliamının adı İsveçdə yaradılmış və virtual aləmdə geniş vüsət almış “Beynəlxalq Müharibə Qurbanları Memorialı” arxiv layihəsinə daxil edilib. Layihədə kampaniyanın rəsmi saytına istinad edilərək Dağlıq Qarabağ müharibəsi zamanı erməni silahlı qüvvələri tərəfindən Xocalı şəhərində xüsusi amansızlıqla öldürülən qurbanların siyahısı yerləşdirilib, faciə saytın istifadəçilərinə XX əsrin ən dəhşətli qətliamı kimi təqdim edilib. Xocalı qətliamının adı Əlcəzair, Srebrenitsa, Darfur, Madaqaskar, Nigeriya, Ruanda, Vyetnambaşqa yerlərdə törədilmiş soyqırımları və qətliamlarla bir sırada çəkilib.

Bununla yanaşı, 2010-cu il yanvarın 31-də İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Parlament İttifaqının Uqandanın Kambala şəhərində keçirilən və 51 ölkənin parlament nümayəndələrinin iştirak etdiyi VI konfransında “Xocalıya ədalət!” beynəlxalq kampaniyasına dəstək çərçivəsində xüsusi qətnamə qəbul edilib. Qətnamədə bildirilib ki, İslam Konfransı Təşkilatı Parlament İttifaqı DƏ-İKGF-nin mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyevanın təşəbbüsü ilə irəli sürülən və erməni hərbi birləşmələri tərəfindən Azərbaycanın Xocalı şəhərində dinc əhaliyə qarşı törədilmiş kütləvi qırğın haqqında tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasına yönələn “Xocalıya ədalət!” beynəlxalq kampaniyasını dəstəkləyir: “Üzv dövlətlərin parlamentlərini insanlığa qarşı bu cinayəti düzgünmüvafiq şəkildə tanımağa, sözügedən kampaniyaya milli və beynəlxalq səviyyədə tam dəstək verməyə çağırırıq”.

Qeyd etmək lazımdır ki, bu sənəd beynəlxalq təşkilatlar tərəfindən Xocalı faciəsini insanlığa qarşı cinayət kimi tanıyan ilk qətnamədir. Yeri gəlmişkən, qətnamənin qəbulu prosesində Ermənistanın da təmsil olunduğu Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Birliyinə üzv olan dövlətlərin nümayəndələri də iştirak ediblər. “Xocalıya ədalət!” kampaniyası çərçivəsində əldə olunan ilk uğur İƏT xarici işlər nazirləri tərəfindən Xocalı faciəsini kütləvi qırğın kimi qiymətləndirmək barədə qətnamənin qəbul edilməsi sayıla bilər. 2009-cu ilin iyul ayında isə DƏ-İKGF ilə İSESCO arasında imzalanmış anlaşma nəticəsində Xocalı faciəsi haqqında məlumatın İƏT ölkələrinin tarix dərsliklərinə daxil edilməsi barədə razılıq əldə olunub.

2013-cü il dekabrın 9-11-də Qvineyanın paytaxtı Konakridə 57 ölkənin üzv olduğu İslam Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurasının (İƏT XİNŞ) 40-cı sessiyası keçirilib. İƏT-lə sıx əməkdaşlıq edən Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumu da sessiyada təmsil olunub. DƏ-İKGF tərəfindən sessiyaya Xocalı faciəsini soyqırımı aktı kimi tanımaq barədə qətnamə layihəsi təqdim edilib.

İƏT XİNŞ həmin qətnaməni qəbul etməklə Xocalı faciəsini soyqırımı aktı kimi tanıdığını bir daha bəyan edib. DƏ-İKGF nümayəndə heyətinin rəhbəri kimi sessiyada iştirak edən Elməddin Mehdiyev bildirib ki, Forum tərəfindən təqdim edilən qətnamə layihəsində DƏ-İKGF-nin mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” kampaniyasına dair xüsusi bənd yer alıb. Həmin bənddə deyilir: “İƏT XİNŞ “Xocalıya ədalət!” beynəlxalq məlumat kampaniyasını alqışlayır və üzv dövlətləri bu soyqırımı aktının milli və beynəlxalq səviyyədə insanlığa qarşı cinayət kimi tanınması üçün kampaniyanın işində fəal iştirak etməyə və lazımi səylər göstərməyə çağırır”.

Sözügedən qətnamədə, həmçinin, DƏ-İKGF tərəfindən həyata keçirilən “Dünyanı dəyişə biləcək 10 gənc müsəlman” beynəlxalq mükafat layihəsi alqışlanıb və üzv dövlətlər bu sahədə DƏ-İKGF ilə əməkdaşlıq etməyə çağırılıb. Həmin mükafat layihəsinə 2011-ci ilin noyabrında Bakıda DƏ-İKGF-nin və Azərbaycan hökumətinin birgə təşkil etdiyi İslam Əməkdaşlıq Təşkilatı Gənc Sahibkarlar Şəbəkəsinin (ICYEN) təsis konfransı zamanı start verilibilk mükafatlandırma mərasiminin beynəlxalq səviyyədə təşkil edilməsi qərara alınıb. İƏT XİNŞ-nin 40-cı sessiyasında DƏ-İKGF-yə 2014-cü ildə İƏT ölkələri gənclər və idman nazirlərinin konfransını təşkil etmək həvalə olunub.

Qeyd edək ki, tədbirdə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov da iştirak edib. Ümumiyyətlə, Azərbaycan İƏT çərçivəsində aktiv fəaliyyət göstərir, dinlər və sivilizasiyalararası dialoqda mühüm rol oynayır. Nazir E.Məmmədyarov da Azərbaycanın İslam sivilizasiyasının ayrılmaz bir hissəsi olduğunu, onun mütərəqqi irsini bölüşdüyünübu əsasda da İƏT ölkələri ilə əməkdaşlığın Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biri olduğunu vurğulayıb.

Ümumiyyətlə, Azərbaycanın Cənubi Qafqaz regionunun lideri olması artıq beynəlxalq səviyyədə qəbul olunmuş bir faktdır. Regionun lider dövləti kimi Azərbaycan bu bölgənin siyasi, iqtisadi atmosferinin formalaşmasında həlledici təsirə malikdir. Məhz bu imkanlarından yararlanaraq ölkəmiz daxili sabitlik və çoxşaxəli xarici əlaqələr əsasında bölgədə sülhsabitliyin təmin olunmasında öz mövqeyini konkret fəaliyyəti ilə ortaya qoyur. Azərbaycanın kənar təsirlərə tabe olmadan müstəqil siyasət yeritməsi, öz yolu ilə irəliləməsi ölkənin siyasi nüfuzunu artırır. Məhz respublikamızın beynəlxalq siyasi nüfuzunun durmadan artmasının nəticəsidir ki, ölkəmizin dövlətlərarası və regional münasibətlərdə fəaliyyəti xarici ekspertlər və analitik mərkəzlər tərəfindən yüksək dəyərləndirilir. Ümumiyyətlə, respublika rəhbərliyinin həyata keçirdiyi fəal xarici siyasət müxtəlif dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlığa əsaslanır. Bu əlaqələr gerçəkliyə çevrilən nəhəng enerji layihələri və bir sıra digər layihələrlə daha möhkəm və praqmatik xarakter alır. Mövcud vəziyyətə əsaslanaraq deyə bilərik ki, Azərbaycanın bölgədəki siyasəti regionun siyasi, iqtisadi gələcəyinə əhəmiyyətli dərəcədə təsir etmək gücündədir. Bu isə o deməkdir ki, Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmlənməsi və xarici əlaqələrinin genişlənməsi təkcə ölkəmiz üçün deyil, bütövlükdə regionun stabil inkişafı baxımından çox böyük önəm daşıyır. Tam müstəqil siyasət həyata keçirən Azərbaycan dövləti yalnız milli maraqlara uyğun addımlar atır. Təbii ki, bu siyasət Azərbaycana gələcəkdə də böyük uğurlar qazandıracaq və beynəlxalq miqyasda nüfuzunu, mövqeyini daha da gücləndirəcək.

 

əvvəli var

 

Pərviz SADAYOĞLU

Yeni  Azərbaycan.-2014.- 23 iyul.- S. 8.