Qəbələ Beynəlxalq Musiqi Festivalı - mədəniyyətlərin canlı ünsiyyəti

 

Mehriban xanım Əliyeva: Biz bu festivalı müxtəlif millətlərin musiqi mədəniyyətinin qarşılıqlı zənginləşməsinə, xalqlararası dostluq münasibətlərinin daha da möhkəmlənməsinə verilən böyük bir töhfə kimi dəyərləndiririk

Məlum olduğu kimi, iyulun 23-dən avqustun 1-dək Azərbaycanda növbəti möhtəşəm incəsənət bayramı - VI Qəbələ Beynəlxalq Musiqi Festivalı keçirilir. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə baş tutan festivalda Rusiya, Türkiyə, Cənubi Afrika, ABŞ, Kanada, Fransa, Avstriya, İsrail, UkraynaKoreyadan dünya şöhrətli dirijorlar, musiqiçilər və kollektivlər - İohannesburq Filarmonik orkestri, İsrailBrass kvintet”, “Kiyev solistləri” milli kamera orkestri, Vyana Akademik Orkestri solistləri, Tel-Əviv baleti, Oksana Yablonskaya, Dmitri Yablonski, Yulian Raxlin, Gil Şohat, Tatyana Şafran, Çen Zimbalista, Janna Qandelman, Mira Avad və başqaları iştirak edirlər. Festival konsertlərində Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik orkestri, Xalq artistləri Fərhad Bədəlbəyli, Rauf Abdullayev, Murad Adıgözəlzadə, Yalçın Adıgözəlov, Yeganə Axundova, Əli Əsgərov, Əməkdar incəsənət xadimi Fəxrəddin Kərimov, Əməkdar artistlər Gülnaz İsmayılova, Fəridə Məmmədova, Səbinə Əsədova, Sahib Paşazadə, beynəlxalq müsabiqələr laureatları Yusif Eyvazov, Azər Rzazadə, Kamran Ömərli, istedadlı gənc solistlər, muğam ifaçıları və başqaları çıxış edəcəklər.

Xatırladaq ki, Heydər Əliyev Fondunun ən böyük layihələrindən olan Qəbələ Beynəlxalq Musiqi Festivalı 2009-cu ildən başlayaraq hər il yay aylarında keçirilir. Artıq ənənə halını alan Festival beynəlxalq miqyasda böyük maraqla qarşılanır. Dünyada keçirilən mədəniyyət tədbirləri arasında özünə yer tapan Qəbələ Beynəlxalq Musiqi Festivalı Azərbaycanı dünyada mədəniyyətlərin qovuşduğu mərkəzlərdən birinə çevirib. Bu festival ölkəmizdə mədəniyyətə, musiqiyə, incəsənətə nə qədər böyük önəm verildiyini göstərir.

Qəbələdə keçirilən musiqi festivalı Azərbaycan xalqının əsrlər boyu yaradıb günümüzədək yaşatdığı milli musiqimizin nadir incilərinin, eləcə də, Qara Qarayev, Üzeyir Hacıbəyli, Soltan Hacıbəyov, Fikrət Əmirov kimi milli musiqinin dünya musiqisi ilə sintezindən yaranan gözəl sənət nümunələrinin müəlliflərinin əsərlərinin dünyaya tanıdılmasında mühüm rola malikdir. Ölkəmiz barəsində informasiyaya malik olmayan, yaxud da Azərbaycanı yalnız neft ölkəsi kimi tanıyan xarici ölkə vətəndaşları Qəbələdə olduqdanfestivalda iştirak etdikdən sonra Azərbaycan mədəniyyəti barədə tamamilə yeni və zəngin təəssüratlara sahib olurlar. Həmçinin, Azərbaycan musiqi mədəniyyəti ilə tanışlıq ölkəmizin qədim, zəngin, özünəməxsus musiqi irsinə, dəyərlərə sahib olduğunubu gün dünya musiqisi ilə əlaqəli surətdə inkişaf etdiyini sübuta yetirir. Qəbələyə toplaşan tamaşaçılar bu ildünya musiqi inciləri ilə yanaşı, Azərbaycan bəstəkarlarının simfonik əsərlərini, muğamımızı dinləmək imkanı qazanıblar.

Festivalın füsunkar təbiətin qoynunda keçirilməsi, təşkilati işlərin yüksək səviyyədə olması, iştirakçılara hər bir şəraitin yaradılması, eləcə də, festivalın beynəlxalq səviyyədə tanınması sayəsində bu möhtəşəm tədbirdə iştirak istər musiqiçilərdə, istərsə də dinləyicilərdə ən xoş təəssüratlar yaradır.

Qəbələ Festivalının nüfuzu ildən - ilə artır

Qeyd olunduğu kimi, Azərbaycan artıq dünyanın mədəniyyət mərkəzlərindən biri kimi tanınmaqdadır. Azərbaycanda musiqi mədəniyyətinin inkişafı və təbliğində müstəsna rolu olan Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nunİSESCO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın festival iştirakçılarına ünvanladığı məktubunda da deyildiyi kimi, xalqlararası mədəni-mənəvi inteqrasiyanın səmərəliliyini artıran layihələr böyük önəm daşıyır: Nüfuzu ildən-ilə artmaqda olan və hər il dünyanın ayrı-ayrı ölkələrindən istedadlı musiqiçiləri bir araya gətirən Qəbələ Beynəlxalq Musiqi Festivalı da artıq milli mədəniyyətimizin tarixində ənənəyə çevrilmiş musiqi bayramı olmaqla yanaşı, həm də mədəniyyətlərarası dialoqa böyük töhfə verən əhəmiyyətli bir tədbir kimi tanınmaqdadır. Biz bu festivalı müxtəlif millətlərin musiqi mədəniyyətinin qarşılıqlı zənginləşməsinə, xalqlararası dostluq münasibətlərinin daha da möhkəmlənməsinə verilən böyük bir töhfə kimi dəyərləndiririk”.

Həmçinin, bildiyimiz kimi, Azərbaycanın iqtisadi, siyasi, habelə informasiya-kommunikasiya texnologiyaları sahəsində Avropa ilə Asiyanı birləşdirən mühüm dəhliz olması beynəlxalq miqyasda qəbul olunur. Qəbələdə keçirilən musiqi festivalı isə ölkəmizin həm də mədəniyyətlərarası dialoqda önəmli körpü rolunu oynadığını sübuta yetirir. Festivalda iştirak etmək üçün ölkəmizə gələn qonaqların mənsub olduqları region və ölkələrin müxtəlifliyi də bu fikri təsdiq edir. Belə ki, AmerikaAvropa qitələrindən, Uzaq Şərq regionundan qatılan qonaqların təmsil etdikləri musiqi mədəniyyəti nümunələrinin bir arada, bir məkanda səslənməsi mədəniyyətlərarası dialoqun gerçəkləşməsinə xidmət edən mühüm mədəniyyət hadisəsidir. Təsadüfi deyil ki, festivalda iştirak etmək üçün ölkəmizə gələn qonaqlar da Qəbələ Festivalının Qərblə Şərqi yaxınlaşdırdığını, mədəniyyətlərarası dialoqa töhfə verdiyini etiraf edirlər.

Beləliklə, Azərbaycan bu gün mədəniyyət beşiyi olmaqla yanaşı, həm də dünya musiqisinə dəyər verən, onu zənginləşdirən bir diyar kimi tanınmaqdadır.

Heydər Əliyev Fondu musiqi mədəniyyətimizi dünyada təbliğ edir

Bildiyimiz kimi, Azərbaycanın musiqisinin dünyada təbliği və ölkəmizin beynəlxalq mədəniyyət mərkəzinə çevrilməsi Heydər Əliyev Fondunun fəaliyyətinin əsas istiqamətlərindən birini təşkil edir. Azərbaycanın muğam və aşıq sənətinin UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilməsində UNESCO-nunİSESCO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun rəhbəri, millət vəkili, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva böyük xidmətlər göstərib. Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Fond ayrı-ayrı ölkələrdə mütəmadi olaraq Azərbaycan mədəniyyətini tanıtmağa yönələn tədbirlərdə milli musiqimizin təbliğini də həyata keçirir.

Bunlarla yanaşı, Heydər Əliyev Fondunun bir sıra dövlət qurumları ilə birgə təşkil etdiyi və 2009-cu ildən keçirilən Respublika muğam müsabiqəsi və Beynəlxalq Muğam Festivalı həm Azərbaycanda muğam sənətinə üz tutan gənclərin sayını xeyli artırıb, həm də milli muğam musiqimizi dünyaya tanıdıb.

Bu baxımdan, Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən Qəbələ Beynəlxalq Musiqi Festivalı ölkə mədəniyyətinin tanıdılması istiqamətində görülən işlərin zirvəsini təşkil edir. Bu festivalın əhəmiyyəti möhtəşəm musiqi əsərlərinin ifası ilə məhdudlaşmır. Qəbələ Festivalı müxtəlif ölkələrdən olan görkəmli musiqiçilərin bir-biri ilə tanış olmasına, yeni əməkdaşlıq münasibətlərinin qurulmasına şərait yaradır. Belə bir mötəbər beynəlxalq festivalda iştirak həm kifayət qədər tanınan musiqiçilər, həm də sənətə yeni başlayanlar üçün gözəl təcrübədir.

Festivala təkcə dəvət olunan qonaqlar deyil, ölkəmizə gələn turistlər də böyük maraq göstərirlər. Onlar təbiət qoynunda keçirilən, ən gözəl musiqi nümunələrinin ifa olunduğu möhtəşəm beynəlxalq festivalda iştirak fürsətini əldən vermirlər.

Beləliklə, sadalananlar Qəbələ Beynəlxalq Musiqi Festivalının getdikcə daha böyük maraq doğuran əsl beynəlxalq musiqi bayramına çevrildiyini bir daha təsdiq edir.

 

Hülya MƏMMƏDLİ

 Yeni  Azərbaycan.-2014.- 25 iyul.- S.3.