Azərbaycanda uğurlu gənclər siyasəti həyata keçirilir

 

Lerikdə Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin təşkil etdiyi “Gənc liderlər” gənc siyasətçilər üçünYay məktəbi” layihəsinin IV turu öz işini davam etdirir

 

Xəbər verdiyimiz kimi, iyulun 27-də Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin təşkil etdiyiGənc liderlərgənc siyasətçilər üçünYay məktəbilayihəsinin IV turuna start verilib. Yay məktəbi” layihəsinin Lerik IV turunun ilk günü, YAP Siyasi Şurasının üzvü, partiyanın Qaradağ rayon təşkilatının sədri, qrup rəhbəri Aydın Hüseynovun rəhbərliyi ilə layihə iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin rayon mərkəzindəki abidəsini ziyarət edib, abidənin önünə tər çiçəklər düzüblər. Sonra abidənin önündə xatirə şəkli çəkdirilib.

Daha sonra gənclər rayondakı Heydər Əliyev Mərkəzini ziyarət ediblər. Burada layihə iştirakçılarına Ulu öndərin həyat və fəaliyyəti, Onun Lerik rayonuna səfərləri barədə məlumat verilib. Gənclər, həmçinin, Ümummilli liderin həyat və fəaliyyətini əks etdirən eksponatlarla da tanış olublar.

SonraRelax” istirahət mərkəzində qrup rəhbəri Aydın Hüseynov gənclərə “Yay məktəbi”nin məqsəd və vəzifələri barədə ətraflı məlumat verib. Bildirilib ki, avqustun 1-dək davam edəcək “Yay məktəbi” layihəsi çərçivəsində müxtəlif seminar və “dəyirmi masa”ların, eləcə də, gənclər arasında müxtəlif idman yarışlarının və intellektual oyunların keçirilməsi nəzərdə tutulur.

İyulun 28-də isə Lerik rayonunda müxtəlif mövzularda diskussiyalar aparılıb, interaktiv oyunlaridman yarışları keçirilib.

Öncə “Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin banisidir və ölkənin uğurlu iqtisadi inkişafında İlham Əliyev faktorumövzusunda seminar keçirilib. Lerik IV tur qrupunun rəhbəri, YAP Siyasi Şurasının üzvü və partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov çıxışında Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında misilsiz xidmətlər göstərdiyini vurğulayıb. Qeyd olunub ki, Ulu öndər respublikamıza ilk dəfə rəhbərlik etdiyi dövrdə çox qısa bir zamanda Azərbaycan orta səviyyəli aqrar respublikadan keçmiş SSRİ-nin ən inkişaf etmiş sənaye respublikalarından birinə çevrilib.

Ümummilli lider Heydər Əliyevin 1969-1982-ci illəri əhatə edən respublikaya rəhbərliyi dövründə azərbaycançılıq ideologiyasının əsasının qoyulması, milli özünüdərkin bərpası kimi tarixi xidmətlər göstərdiyini deyən qrup rəhbəri Ulu öndərin xalqımız qarşısındakı ən böyük xidmətlərindən birinin Azərbaycan dövlətçiliyinin xilası və bunun sayəsində ölkənin siyasi tarixində yeni bir mərhələnin açılması olduğunu bildirib.

Yeni Azərbaycan Partiyasının yaranması ilə Azərbaycanın siyasi tarixində mühüm bir səhifənin açıldığını diqqətə çatdıran qrup rəhbəri qeyd edib ki, ümumxalq partiyası olan YAP ötən dövr ərzində öz səmərəli fəaliyyəti ilə Azərbaycanın dinamik inkişafına müstəsna töhfələr verib.

“Xalqın Ümummilli lider Heydər Əliyevə olan inamı isə tez bir zamanda siyasi səhnədə parlayan Yeni Azərbaycan Partiyasının tarixi məsuliyyəti öz üzərinə götürməsinə imkan verdi. Ümummilli liderimizin nüfuzu, Azərbaycan xalqının Ona göstərdiyi misilsiz etimad Yeni Azərbaycan Partiyasının qısa müddət ərzində təşkilatlanmasına, ölkənin bütün regionlarında özəklərini yaratmasına və 1993-cü ildə hakimiyyətə gəlməsinə şərait yaratdı” - deyə A.Hüseynov bildirib.

A.Hüseynov əlavə edib ki, Ulu öndər Heydər Əliyev 1993-cü ilin iyununda Azərbaycan üçün çox ağır bir zamanda xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə gəldi. “O dövrdə Azərbaycan dövləti məhv olmaq təhlükəsi ilə üz-üzə qalmışdı, ölkə vətəndaş müharibəsinin astanasında idi. Qarabağ cəbhəsində uğursuzluqlar davam edirdi, hər ötən gün Vətən torpağının daha bir hissəsini itirirdik, vahid komandanlığın olmaması səbəbindən milli ordu pərən-pərən olmuşdu, hər gün cəbhədən igid oğullarımızın ölüm xəbərlərini eşidirdik. Məhz Ümummilli lider Heydər Əliyevin yüksək dövlətçilik təcrübəsi sayəsində Azərbaycan dövləti dağılmaq təhlükəsindən xilas oldu. Cəbhədə atəşkəsə nail olundu. Qısa müddətdə ölkədə siyasi sabitlik bərqərar oldu. Tamamilə dağılmış ölkə iqtisadiyyatının inkişafının təməli qoyulmuş oldu. 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması ilə Azərbaycan xarici sərmayədarların maraq dairəsinə çevrildi, ölkə iqtisadiyyatına xarici investisiyalar cəlb olunmağa başladı. Azərbaycan nüfuzlu beynəlxalq təşkilatların tamhüquqlu üzvünə çevrildi”.

Qrup rəhbəri qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət sayəsində Azərbaycan Respublikasının inkişafı davam edir, ölkəmiz davamlı olaraq çoxsaylı nailiyyətlər qazanır: “Məhz Prezident İlham Əliyevin apardığı uğurlu iqtisadi siyasət nəticəsində bu gün Azərbaycan iqtisadiyyatı dünyada ən sürətli inkişaf edən iqtisadiyyat hesab olunur. Məhz bu siyasət nəticəsində dünya ölkələrini bürüyən iqtisadi böhran ölkəmizdən yan keçdi. Ölkəmizdə bütün sahələrdə inkişaf davam etməkdədir”.

Sonra seminar diskussiya şəklində davam edib. Diskussiyada iştirak edən gənclər Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu inkişaf siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildiriblər. Çıxışlarda qeyd olunub ki, ümumiyyətlə, Azərbaycanda uğurlu gənclər siyasəti yürüdülür. 2012-ci ildə Avropanın ən nüfuzlu musiqi yarışması olanEurovision” mahnı müsabiqəsinin Bakıda uğurla keçirilməsi, həmçinin, gələn il tarixdə ilk dəfə olaraq keçiriləcək I Avropa Olimpiya Oyunları ölkəmizin beynəlxalq nüfuzunun ildən-ilə yüksəlməsinin bariz nümunəsi olmaqla yanaşı, həm də Azərbaycanda uğurlu gənclər siyasətinin həyata keçirilməsini, gənclərin fiziki hazırlığının yüksəlməsinə, onların asudə vaxtlarının səmərəli təşkilinə dövlət səviyyəsində böyük qayğı göstərilməsini təsdiqləyir. Gənclər öz çıxışlarında, həmçinin, bu işdə Azərbaycanın birinci xanımı, UNESCO-nunİSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın da müstəsna xidmətlərinin olduğunu vurğulayıblar.

Həmin gün “Azərbaycan cəmiyyətində ailənin rolumövzusunda da seminar keçirilib. Seminarda Azərbaycanda ailələrin yüksək dövlət qayğısı ilə əhatə olunması diqqətə çatdırılıb.

İyulun 29-da “Fundraising” (Layihələrin yazılması və idarə olunması) mövzusunda təlim təşkil edilib. Təlimdə Lerik IV tur qrupunun rəhbəri, YAP Siyasi Şurasının üzvü, partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov və YAP İcra katibliyinin işlər idarəsinin müdiri Mahir Abbasəliyev də iştirak ediblər.

Lerik IV tur qrupunun məsul şəxsi Məmmədbağır Məmmədovun moderatorluğu ilə keçən təlimdə gənclərə layihələrin yazılması, təqdimatı, maliyyə mənbələrinin axtarılması, layihələrin düzgün idarə olunmasına dair tövsiyələr verilib. Gənclər təlimdə aktivlik nümayiş etdiriblər.

İyulun 30-da isə qrup rəhbərliyinin müəyyənləşdirdiyi plana uyğun olaraq, “Leadership” (Liderlik) mövzusunda təlim keçirilib. Öncə Lerik IV tur qrupunun rəhbəri Aydın Hüseynov mövzu ilə bağlı gənclərə öz tövsiyələrini verib.

Sonra tədbir Mahmud Məmmədzadənin moderatorluğu ilə davam etdirilib. Təlim zamanı gənclərlə praktiki oyunlar keçirilib, onlara komandada işləmək bacarıqları öyrədilib, liderliyin müxtəlif növləri haqda məlumat verilib. Təlim qarşılıqlı dialoq şəklində davam etdirilib gənclər aktiv şəkildə müzakirələrə qoşulublar.

Təlim zamanı Ümummilli liderimiz Heydər Əliyevin üstün liderlik xüsusiyyətləri barədə danışılıb, Onun Azərbaycana rəhbərlik etdiyi ayrı-ayrı dövrlərdə ölkəmizin beynəlxalq imicinin yüksəldilməsi, respublikamızın inkişafı, onun keçmiş SSRİ-nin aqrar respublikasından güclü iqtisadiyyata malik sənaye ölkəsinə çevrilməsi, təhsilin inkişafı, ana dilimizin dövlət dili səviyyəsinə yüksəldilməsi digər istiqamətlərdəki fəaliyyəti qeyd olunub.

Eyni zamanda, Ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə gəlməsindən sonra Azərbaycanın tənəzzüldən xilas olaraq inkişaf yoluna qədəm qoyduğu diqqətə çatdırılıb. Bundan başqa, o da vurğulanıb ki, Ulu öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev Özünün üstün liderlik keyfiyyətləri ilə Azərbaycanı dinamik inkişaf tempinə malik olan qlobal miqyasda etibarlı tərəfdaş kimi tanınan ölkəyə çevirib.

Daha sonra gənclər qruplara bölünərək ayrı-ayrı siyasi partiyalar şəklində şərti olaraq qarşıdan gələnprezident seçkiləri”nə hazırlaşıblar. Hərpartiyaözünün plarformasını hazırlayıb namizədini irəli sürüb.

Prezidentliyə namizəd”in vəkilləripartiyalar”ının seçki proqramlarını səsləndiriblər lider”lərini ictimaiyyətə təqdim ediblər. Bütünnamizədlər”in seçki platformaları dinlənildikdən sonra Yeni Azərbaycan Partiyasından olan namizədin seçki platforması daha mükəmməl hesab edilib. Əminliklə vurğulanıb ki, budəfəki prezident seçkisində Yeni Azərbaycan Partiyasının irəli sürdüyü namizəd seçicilərin mütləq əksəriyyətinin səsini qazanacaq.

Günün ikinci yarısında isə gənc liderlər müxləlif idman yarışlarında iştirak ediblər. Həmçinin, interaktiv intellektual oyunlarda öz bilik bacarıqlarını nümayiş etdiriblər.

 

Səlim LOĞMANOĞLU

Yeni  Azərbaycan.-2014.- 31 iyul.- S. 4.