Azərbaycan NATO ilə əlaqələrə böyük əhəmiyyət verir

 

Ölkəmizin nümayəndə heyəti NATO Parlament Assambleyasının yaz sessiyasında iştirak edib

Xəbər verildiyi kimi, Milli Məclis sədrinin birinci müavini, NATO Parlament Assambleyasında (PA) Azərbaycan parlamenti nümayəndə heyətinin rəhbəri Ziyafət Əsgərovun başçılığı ilə deputatlar Siyavuş Novruzov, Məlahət İbrahimqızı, Qüdrət Həsənquliyev və Tahir Süleymanov qurumun yaz sessiyasında iştirak etmək üçün mayın 29-dan iyunun 2-dək Litvanın paytaxtı Vilnüsdə səfərdə olublar. Yaz sessiyasını NATO PA-nın prezidenti Hu Beylin açıb, sonra plenar iclasda Litva Seyminin spikeri xanım Loreta Grauziniene və ölkənin Baş naziri Algirdas Butkeviçius çıxış ediblər. NATO-nun Baş katibi Anders Foq Rasmussen iştirakçıları maraqlandıran sualları cavablandırıb. Assambleyanın təşkilati işlərinə baxıldıqdan sonra plenar iclas işini yekunlaşdırıb.

Sessiya çərçivəsində siyasi qrupların iclaslarına liberallar, mühafizəkarlar, xristian demokratlar, sosialistlər qatılıblar. Qurumun İqtisadiyyat və təhlükəsizlik, Siyasi, Elmtexnologiya, Təhlükəsizliyin mülki ölçüsü, Müdafiə və təhlükəsizlik daimi komitələrində dünyadakı siyasi vəziyyətin ən aktual məsələlərinə diqqət yetirilib. Baş məruzə kimi iki komitədə Əfqanıstanda siyasi keçid, nailiyyətlər və çağırışlar məsələsi müzakirəyə çıxarılıb. “Kiber məkanı və Avroatlantik təhlükəsizlik” məsələsinə həsr edilmiş xüsusi məruzə layihəsi təqdim olunub. Məruzəçilər Avropanın enerji təhlükəsizliyi ilə bağlı Xəzər dənizinin təbii qaz potensialına xüsusi diqqət yetirib, Ukraynadakı vəziyyəti, Gürcüstanın Avroatlantik inteqrasiyasını, Suriyadakı vətəndaş müharibəsinin regionalqlobal nəticələrini təhlil ediblər. Eyni zamanda, dünyanın təhlükəsizliyi naminə terrorçuluğa qarşı mübarizənin, demokratik təsisatların müdafiəsinin, Trans-Atlantik ticarət və investisiya tərəfdaşlığına dair danışıqlar aparılmasının vacibliyi önə çəkilib. Yeni texnologiyalar dövründə ağıllı müdafiə sisteminin qurulması ilə əlaqədar pilotsuz təyyarələr üzrə araşdırmaya, eləcə də ballistik raketlərdən müdafiə məsələlərinə xüsusi önəm verilib. Sessiyada “NATO tərəfdaşlıqları və Alyansın açıq qapı siyasəti”, “NATO 2014-cü ildən sonra”, “Asiyaya münasibətdə dəyişən ABŞ və Avropa yanaşmasının iqtisadi müstəviləri” və digər mövzularda məruzələr dinlənilib, fikir mübadiləsi aparılıb.

Milli Məclisin deputatları NATO PA-nın yaz sessiyasında fəal iştirak edib, müzakirəyə çıxarılan məsələlərə Azərbaycanın mövqeyindən münasibət bildiriblər.

Ümumiyyətlə, çoxşaxəli xarici siyasət kursuna malik olan Azərbaycanın sıx əməkdaşlıq etdiyi beynəlxalq təşkilatlardan biri də NATO, yəni, Şimali Atlantika Müqaviləsi Təşkilatıdır. Məlumat üçün bildirək ki, 1949-cu il aprelin 4-də Vaşinqtonda 12 dövlətin iştirakı ilə Şimali Atlantika müqaviləsi imzalandı. Bununla da müasir beynəlxalq münasibətlərdə mühüm rol oynayan NATO (North Atlantic Treaty Organization) yarandı. NATO hökumətlərarası təşkilatdır, onun bütün üzvləri öz suverenliyi müstəqilliyini qoruyurlar. İlk növbədə, NATO BMT-nin Nizamnaməsinin prinsiplərinə uyğun olaraq siyasi hərbi yollarla bütün üzvlərinin azadlığını təhlükəsizliyini müdafiə edir. Alyansın fəaliyyətinin əsas prinsipi üzvlərinin bölünməzliyi əsasında ümumi öhdəliklərin yerinə yetirilməsi suveren dövlətlər tərəfindən əməkdaşlığın qurulmasıdır.

Bu blok ötən müddət ərzində fəaliyyətini Şərqə doğru genişləndirib. Hazırda NATO-nun 28 üzvü var. Bunlar aşağıdakı ölkələrdir: Amerika Birləşmiş Ştatları, Albaniya, Almaniya, Belçika, Böyük Britaniya, Bolqarıstan, Çexiya, Danimarka, Estoniya, Fransa, İspaniya, İtaliya, İslandiya, Kanada, Latviya, Litva, Lüksemburq, Macarıstan, Niderland, Norveç, Polşa, Portuqaliya, Rumıniya, Slovakiya, Sloveniya, Türkiyə, Xorvatiya Yunanıstan. “Soyuq müharibə”nin ən qızğın dövrlərində belə NATO tərəfindən müəyyən transformasiya siyasətinin həyata keçirildiyi məlumdur. Misal üçün, 1952-ci il Lissabon Sammitində qəbul edilənMəhdud Müharibə Strategiyası ya 1954-cü ildə qəbul edilənKütləvi Zərbə Strategiyası”, eləcə , 1967-ci ildən etibarən tətbiq olunanElastiki Zərbə Strategiyasıkimi sənədlər NATO-nun hər dövrün tələbinə uyğun dəyişmə trendinin göstəricisidir.

Azərbaycan Respublikası ilə NATO arasında geniş məzmunlu əməkdaşlığın əsası Ümummilli lider Heydər Əliyevin 4 may 1994-cü il tarixində Sülh Naminə Tərəfdaşlıq (SNT) Çərçivə Sənədini imzalaması ilə qoyulub. Ölkəmiz 2004-cü ildən qurumunFərdi tərəfdaşlıqproqramlarına qoşulub. Azərbaycan 1999-cu ildə NATO PA-ya müşahidəçi, 2002-ci ildən isə assosiativ üzv qəbul edilib. Azərbaycanın NATO ilə tərəfdaşlığı ölkəmizin Avroatlantik strukturlara inteqrasiya məqsədinə xidmət edir. Azərbaycan-NATO tərəfdaşlığında əsas istiqamətlər siyasi dialoq, sülhü dəstəkləmə əməliyyatlarında iştirak əsas məqsədi müdafiə məsələlərinə yönələn geniş spektrli məsələlər üzrə praktiki əməkdaşlıqdan ibarətdir. Eyni zamanda, Azərbaycan Avroatlantik Tərəfdaşlıq Şurasının işində fəal iştirak edir. Azərbaycanın Milli Təhlükəsizlik Konsepsiyası bəyan edir ki, “NATO dövlətlərinin qüvvələri ilə qarşılıqlı uzlaşan hərbi əməliyyat qüvvələrinin yaradılması, böhranların aradan qaldırılması məqsədilə müvafiq beynəlxalq təşkilatların mandatı əsasında aparılan sülhməramlı cavab əməliyyatlarında iştirak etməkAzərbaycan Respublikasının müdafiə siyasətinin əsas istiqamətlərindən biridir. NATO qüvvələri ilə uzlaşmanın yaradılması PAP (Planlaşdırma Analiz Prosesi) mexanizminə əsaslanır. 1997-ci ildən etibarən PAP əməliyyat hazırlığı naminə Azərbaycanı NATO-nun müdafiə planlamasına cəlb edir. Azərbaycan Silahlı Qüvvələri həyata keçirmək üçün üzərinə daha çox tərəfdaşlıq məqsədləri götürür bunlar “NATO-nun hərbi, təlim texniki standartlarını tətbiq etmək vasitəsilə NATO qoşunları ilə hərbi uzlaşmaya nail olunmasınayönəlir. Azərbaycan xaricdə sülhməramlı məqsədlər üçün xüsusi bölmələr hazırlayıb. 2008-ci ildə bu bölmələr eyni vaxtda üç sülhməramlı əməliyyata cəlb edilib: KFOR (Kosovo Qüvvələri), ISAF (Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri) Çoxmillətli Qüvvələr (İraq).

Müasir beynəlxalq sülhməramlı əməliyyatlar çoxfunksiyalı mürəkkəbdir. Onların uğuru dövlətlərin əməliyyatların planlaşdırılması aparılmasının bütün mərhələlərində komanda nəzarət vasitələrinə cəlb edilməsindən asılıdır. NATO tərəfdaş dövlətləri öz əməliyyatlarına cəlb etmək üçün inkişaf etmiş mexanizmə malikdir. 1999-cu ildən Siyasi-Hərbi Çərçivə sənədi NATO-nun rəhbərlik etdiyi SNT əməliyyatlarında NATO ilə Tərəfdaş dövlətlər arasında əməkdaşlığı tənzimləyir. Bu sənədin məqsədi NATO-nun gələcək əməliyyatlarına qoşulan tərəfdaş dövlətlərə əməliyyatlara siyasi istiqamətin verilməsi üzərində nəzarət edilməsinə töhfə vermək üçün müvafiq imkanların verilməsinin təmin edilməsidir. Tərəfdaşlar ən yüksək siyasi səviyyə daxil olmaqla əməliyyatlar üzrə siyasi məsləhətləşmə, planlama onların həyata keçirilməsində iştirak edə bilərlər.

Bu mexanizmin vacib aspektlərindən biri tərəfdaşlara beynəlxalq qərargahlarda vəzifələr tutmaq imkanının verilməsidir. Bu, tərəfdaş dövlətlərin əsl tərəfdaşlıqda töhfəsinin tanınması müttəfiqlər tərəfdaşlar arasında etimadın anlaşmanın yaradılması, onların həmrəyliyinin gücləndirilməsi üçün vacibdir. Bütövlükdə, Azərbaycan NATO ilə ortaq maraq kəsb edən geniş spektrli məsələlər üzrə siyasi dialoq aparır. Müxtəlif formatlarda səviyyələrdə aparılan dialoq çərçivəsində tərəfdaşlıq, regional təhlükəsizlik, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, əməliyyatlarda iştirak, Əfqanıstanla bağlı məsələ, meydana gələn təhlükəsizlik təhdidləri s. bu kimi aktual məsələlər müzakirə olunur, eləcə , praktiki əməkdaşlığın vəziyyətinə qiymət verilir. Qarşılıqlı anlaşmaya əsaslanan yüksək səviyyəli siyasi dialoq praktiki əməkdaşlıq sahəsində tərəqqini təşviq edir. Təqdirəlayiq haldır ki, Azərbaycanda dəfələrlə səfərdə olan NATO rəsmiləri əməkdaşlıqdan razılıqlarını ifadə ediblər. Digər tərəfdən, Azərbaycanın regiondakı rolunun mövqeyinin güclənməsi Alyansın ölkəmizə olan marağını daim artırır. Azərbaycanın yerləşdiyi bölgədə daha əhəmiyyətli rol oynamasını NATO rəhbərliyi yaxşı bilir ona görə ölkəmizlə əməkdaşlığa böyük önəm verir. Qeyd edək ki, həm Azərbaycan dövlətinin, həm NATO-nun qarşılıqlı münasibətlərə ciddi önəm verməsinin nəticəsində son illərdə ölkəmizlə bu qurum arasında əlaqələr daha da dərinləşib. Müntəzəm olaraq Azərbaycanın NATO-nun yüksək səviyyəli nümayəndə heyətlərinin görüşləri keçirilir yeni əməkdaşlıq imkanları müzakirə edilir. Cari il yanvarın 15-də Prezident İlham Əliyev Brüsselə işgüzar səfəri çərçivəsində NATO-nun Baş katibi Anders Foq Rasmussen ilə görüşüb. Görüşdə NATO-Azərbaycan əlaqələrinin uğurla inkişaf etdiyini deyən Baş katib Əfqanıstanda həyata keçirilən sülhyaratma əməliyyatları zamanı Azərbaycanın tranzit, maliyyə yardımı digər sahələrdə göstərdiyi dəstəyə görə minnətdarlığını bildirib. NATO-nun Baş katibi Anders Foq Rasmussen Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin, o cümlədən, Qafqazda sülhün təhlükəsizliyin təmin edilməsi baxımından mühüm ölkə olduğunu deyib, əlaqələrimizin bundan sonra da inkişaf edəcəyinə əminliyini vurğulayıb.

Dövlət başçısı İlham Əliyev də Öz növbəsində, NATO-Azərbaycan əlaqələrinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini deyib, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində fəal iştirak etməsinin önəmini vurğulayıb. NATO ilə əlaqələrin Azərbaycanın Avroatlantik strukturlara inteqrasiyasının mühüm tərkib hissəsi olduğunu deyən dövlətimizin başçısı əməkdaşlığın gələcəkdə də genişləndiriləcəyinə ümidvar olduğunu vurğulayıb.

Bir müddət öncə isə NATO-nun Baş katibinin yeni təyin olunmuş müavini Sorin Dukaru ölkəmizdə səfərdə olub. Bakıya səfəri çərçivəsində NATO rəsmisini Prezident İlham Əliyev qəbul edib.

Görüşdə NATO ilə Azərbaycan arasında tərəfdaşlıq əlaqələrinin artıq 20 illik tarixə malik olduğunu vurğulayan qonaq bu əlaqələrin inkişafının önəmini qeyd edib. Sorin Dukaru bildirib ki, ölkəmizə səfərinin əsas məqsədi NATO-nunSülh Naminə Tərəfdaşlıq” Proqramının 20 illik yubileyində və eləcə də, “Sülh və Təhlükəsizlik naminə elm” proqramı üzrə keçiriləcək informasiya günlərində iştirak etməkdir.

Dövlətimizin başçısı NATO-nun Brüsseldəki mənzil-qərargahında keçirdiyi uğurlu görüşləri, aparılan müzakirələri məmnunluqla xatırladıb. Əməkdaşlığımızın böyük tarixə malik olduğunu vurğulayan Prezident İlham Əliyev tərəfdaşlıq əlaqələrimizin müxtəlif sahələrdə, xüsusilə, enerji və Əfqanıstan ilə bağlı əməkdaşlıq sahəsində bundan sonra da davam etdiriləcəyinə ümidvar olduğunu bildirib. Beləliklə, sadalananlar bir daha onu deməyə əsas verir ki, Azərbaycan Avropaya inteqrasiya istiqamətində əhəmiyyətli addımlar atır. Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biridir.

 

Nardar BAYRAMLI

Yeni  Azərbaycan.-2014.- 3 iyun.- S.8.