Azərbaycan Dövlət Aqrar Universiteti 85 ildir ki, fəaliyyət göstərir

 

Bu təhsil və elm məbədinə görkəmli alimlər rəhbərlik ediblər

Məlum olduğu kimi, bu il Azərbaycan Dövlət Aqrar Universitetinin yaranmasının 85-ci ildönümü tamam olur. Fəaliyyət göstərdiyi dövr ərzində Azərbaycanda elmin inkişafına, ölkəmizin kadr potensialının güclənməsinə mühüm töfhələr verən bu Universitet aqrar siyasətin uğurla həyata keçirilməsində də üzərinə düşən vəzifəni layiqincə yerinə yetirib.

Xatırlatmaq yerinə düşər ki, 1920-ci ilin dekabr ayında Azərbaycan Politexnik İnstitutunun tərkibində kənd təsərrüfatı fakültəsi, 1929-cu ilin may ayında Azərbaycan Kənd Təsərrüfatı İnstitutu yaradılıb, İnstitut 1991-ci ilin iyun ayından Akademiya, 2009-cu ilin aprel ayından isə Universitet kimi fəaliyyətini davam etdirir.

İstər kənd təsərrüfatı fakültəsi kimi, istərsə də sərbəst ali məktəb kimi bütün fəaliyyəti dövründə burada görkəmli akademiklər, professorlar, dosentlər, rektor vəzifəsini müvəqqəti icra edənlər çalışmış, 14 nəfər müxtəlif dövrlərdə direktorrektor vəzifəsində bu təhsil ocağına rəhbərlik etmişlər. İndiki rektor ADAU-nun sayca 15-ci rəhbəridir. Şübhəsiz, həmin şəxslər zəngin tarixə və ənənələrə malik bu təhsil və elm məbədinin inkişafı üçün müəyyən işlər görmüşlər.

1920-ci ilin dekabrından 1929-cu ilin mayınadək kənd təsərrüfatı fakültəsinə torpaqşünaslıq elminin banisi V.V.Dokuçayevin şagirdi professor Vladimir Pavloviç Smirnov - Loqinov dekan qismində rəhbərlik etmişdir.

1929-cu ildə sərbəst ali məktəb kimi formalaşdığı dövrün ilk aylarında Azərbaycan SSR Xalq Torpaq Komissarı Dadaş Xoca oğlu Bünyadzadə direktor işləmişdir. O, 1888-ci ildə Bakı qəzasının Fatmayı kəndində anadan olmuş, ilk təhsilini kənd məktəbində (mollaxanada) almış, sonralar rus-tatar məktəbində təhsilini davam etdirmiş, 8 aylıq türk pedaqoji kursunu bitirmişdir. Çalışdığı yüksək vəzifələrdə D.Bünyadzadə sənayenin, kənd təsərrüfatının, elm və mədəniyyətin inkişafı sahəsində xeyli əmək sərf etmiş, kənd təsərrüfatı, xüsusən, pambıqçılığın inkişafında xidmətlərinə görə Azərbaycanın və Zaqafqaziya SFSR-in Qırmızı Əmək Bayrağı ordenləri ilə təltif olunmuşdur.

1938-ci ildə D.Bünyadzadə repressiya olunmuş və güllələnmişdir.

İqtisad elmləri doktoru, professor İslam Məhəmməd oğlu Datıyev bu ali məktəbə təyin olunan 2-ci direktor olmuşdur. O, 1884-cü ildə Dağıstanda anadan olub və milliyyətcə osetindir. 1929-1932-ci illərdə instituta rəhbərlik etdiyi dövrdə, həmçinin, kənd təsərrüfatı istehsalının təşkili kafedrasının müdiri, bitkiçilik kafedrasının isə ilk müdiri olmuş, üzərinə düşən işləri lazımi qaydada həyata keçirmişdir. Onun təşəbbüsü ilə meyvəçilik, subtropiktexniki bitkilər, üzümçülük və şərabçılıq, meşəçilik və tərəvəzçilik, ipəkçilik, qoyunçuluqsüdçülük şöbələri yaradılmış, Azərbaycan Kənd Təsərrüfatı İnstitutu 1931-ci ildə Bakıdan Gəncəyə köçürülmüşdür.

1965-ci ildə vəfat etmiş və Bakıda dəfn olunmuşdur.

1932-1934-cü illərdə instituta 3-cü direktor kimi Hüseyn Məmməd oğlu Musayev rəhbərlik etmişdir. O, 1889-cu ildə Şamaxıda anadan olmuş, pedaqoji məktəbi bitirmiş, müxtəlif təhsil ocaqlarında müəllim, maarif şöbəsinin müdiri, Xalq Maarif Komissarı, Naxçıvanda Xalq Komissarlar Sovetinin sədri işləmişdir. AKTİ-də direktor işlədiyi dövrdə onun təşəbbüsü ilə bir neçə yeni fakültə və kafedra yaradılmışdır. 1933-cü ildə o, Gəncədə fəaliyyət göstərən 4 kənd təsərrüfatı təmayüllü ali məktəbin Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun tərkibində birləşdirilməsinin təşəbbüskarı olmuş, burada 6 fakültə: tarlaçılıq, meyvə-tərəvəzçilik, zootexniklik, baytarlıq, kənd təsərrüfatının mexanikləşdirilməsi və hidromeliorasiya fakültələri yaradılmışdır. 1937-ci ilin əvvəlində Azərbaycan Pedaqoji İnstitutunun direktoru təyin olunmuş, həmin ilin sonlarında Xalq Daxili İşlər Komissarlığının orqanları tərəfindən repressiya olunan H.Musayev 1943-cü ildə Bakıya qayıtmış, 1954-cü ilədək uşaq evlərinə rəhbərlik etmiş, 1955-ci ildə SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyasının qərarı ilə bəraət qazanmışdır.

1956-cı ildə vəfat etmişdir.

1935-1936-cı illərdə İnstituta Əzim Asəf oğlu Dadaşov 4-cü, 1936-1937-ci illərdə Yusif Paşa oğlu Tahirov 5-ci direktor kimi rəhbərlik etmişlər, hər ikisi 1938-ci ilin yanvar ayında repressiya olunmuşlar. Təəssüf ki, barələrində digər məlumatlar yoxdur.

İnstitutun 6-cı direktoru Möhsüm Musa oğlu Poladov olmuşdur. O, 1905-ci ildə Qazaxda anadan olmuşdur. AKTİ-nin 1932-ci il məzunudur, aqronomluq-tarlaçılıq ixtisasını bitirmişdir. 1938-1941 1953-1954-cü illərdə instituta rəhbərlik etmiş, institutun inkişafında xeyli işlər görmüş, 1941-ci il iyunun 23-də könüllü müharibəyə getmiş, göstərdiyi xidmətlərə görə bir sıra orden medallarla təltif edilmiş, cəbhədən qayıtdıqdan sonra kənd təsərrüfatı naziri bir neçə dövlət vəzifələrində çalışmışdır.

1966-cı ildə vəfat etmiş, Bakıda Fəxri xiyabanda dəfn olunmuşdur.

Soltan Abbas oğlu Mirzəyev institutun sayca 7-ci direktoru olmuşdur. O, 1909-cu ildə Bakı şəhərində anadan olmuşdur. AKTİ-nin məzunudur. 1942-1944-cü illərdə - müharibə dövründə instituta rəhbərlik etmişdir. İqtisad elmləri doktoru, professor olmuş, sonralar Azərbaycan KP MK-nın katibi, Azərbaycan Elmi-Tədqiqat Kənd Təsərrüfatının İqtisadiyyatı Təşkili İnstitutunda işləmişdir.

1993-cü ildə vəfat etmişdir.

1944-1953-cü illərdə Bala Məmməd oğlu Ağayev institutun sayca 8-ci direktoru vəzifəsində çalışmışdır. AKTİ-nin məzunudur. O, 1910-cu ildə Şuşada anadan olmuşdur, kənd təsərrüfatı elmləri doktoru, professor, torpaqşünaslıq meliorasiya üzrə görkəmli alim, Macarıstan Elmlər Akademiyasının müxbir üzvü, Təbriz Universitetinin fəxri professoru seçilmişdir. Onun rəhbərliyi dövründə meşə təsərrüfatı fakültəsi yaradılmış, tələbə qəbulu planı məzunların sayı əhəmiyyətli dərəcədə artmış, əvvəlki illərdən fərqli olaraq 1950-1953-cü illərdə kənd təsərrüfatına xeyli ali təhsilli mütəxəssislər göndərilmişdir.

1989-cu ildə vəfat etmişdir.

1954-1962-ci illərdə Məmməd Əsəd oğlu Mehdiyev direktor rektor qismində institutun 9-cu rəhbəri olmuşdur. İrəvan Baytarlıq İnstitutunun məzunudur. O, 1911-ci ildə Şamaxıda anadan olmuşdur. 1941-1945-ci illərin Böyük Vətən müharibəsinin iştirakçısı olmuş, sonralar AKTİ- kafedra müdiri, fakültə dekanı işləmiş, baytarlıq elmləri doktoru, professor, respublika Ali Sovetinin deputatı olmuşdur. Rektor işlədiyi dövrdə onun təşəbbüsü ilə hidromeliorasiya iqtisadiyyat fakültələri açılmışdır, institutda əsaslı dəyişikliklər aparılmış, yeni laboratoriyalar alınmışdır. 1963-cü ildən ömrünün sonunadək Azərbaycan Elmlər Akademiyasının Fiziologiya İnstitutunda laboratoriya müdiri vəzifəsində çalışmışdır.

1988-ci ildə vəfat etmişdir.

1962-1972-ci illərdə Niyaz Əli oğlu Səfərov institutun 10-cu rektoru olmuşdur. AKTİ-nin məzunudur. O, 1926-cı ildə Gədəbəy rayonunda anadan olmuşdur, pambıqçılıq üzrə kənd təsərrüfatı elmləri namizədi, professor olmuş, işlədiyi dövrdə bir sıra tikinti-abadlıq işləri aparılmış, kənd təsərrüfatının mexanikləşdirilməsi korpusu, baytarlıq klinikası, tədris emalatxanası, 4 tələbə yataqxanası inşa edilmişdir.

2009-cu ildə vəfat etmişdir.

1973-1983-cü illərdə Bəhman Bəhram oğlu Xəlilov institutun rektoru qismində 11-ci rəhbəri olmuşdur. AKTİ-nin məzunudur. 1930-cu ildə Gəncə şəhərində anadan olmuşdur, entomologiya üzrə biologiya elmləri doktoru, professor kimi rektor işlədiyi müddətdə instituta tələbə qəbulu xeyli artırılmış, yeni kompleksin inşası üçün Azərbaycan KP MK, SSRİ Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan SSR Nazirlər Sovetinin birgə qərarı qəbul olunmuş qərara əsasən bir sıra tikinti işləri aparılmışdır. 1979-cu ildə AKTİ “Şərəf Nişanıordeni ilə təltif olunmuşdur. Həmin orden 1980-ci il dekabrın 16-da o illərdə Azərbaycanın rəhbəri olan, Ulu öndər Heydər Əliyev tərəfindən təntənəli yığıncaqda institutun kollektivinə təqdim edilmişdir. B.B.Xəlilov Əməkdar elm xadimi fəxri adına layiq görülmüşdür.

2011-ci ildə vəfat etmişdir.

1983-1989-cu 1995-2007-ci illərdə Məmmədtağı İbrahim oğlu Cəfərov bu təhsil ocağının 12-ci rektoru vəzifəsində çalışmışdır. AKTİ-nin məzunudur. 1936-cı ildə Amasiya rayonunun Oxçuoğlu kəndində anadan olmuşdur. Torpaqşünas alim, kənd təsərrüfatı elmləri doktoru, professor, Azərbaycan MEA-nın akademiki, Azərbaycan Ziyalılar Cəmiyyətinin prezidenti olmuşdur. Rektor işlədiyi dövrlərdə tələbə qəbulu artırılmış, kompleksin tikintisi davam etdirilmiş, 1984-1989-cu illərdə tədris korpuslarında xeyli abadlıq işləri aparılmış, həmçinin, Yeni Azərbaycan Partiyasının Gəncə şəhər təşkilatının yaradıcılarından biri ilk sədri olmuşdur. 2001-ci ilin aprelində AKTA, həmçinin, akademik M.Cəfərov Fransanın Sənayeyə Yardım AssosiasiyasınınQızıl medal”ı ilə təltif olunmuşdur.

2007-ci ildə vəfat etmişdir.

1990-1995-ci illərdə Raul Abdulla oğlu Qədimov institutun rektoru işləmişdir. AKTİ-nin məzunudur. 1939-cu ildə İrəvan şəhərində anadan olmuşdur, bu ali məktəbin sayca 13-cü rəhbəri olmuşdur. Baytarlıq elmləri doktoru, professor olmuş, Əməkdar elm xadimi fəxri adına layiq görülmüşdür. Baytarlıq elminə yeniliklər gətirmişdir. Onun dövründə, 1991-ci ildə institut Azərbaycan Kənd Təsərrüfatı Akademiyası adlandırılmışdır.

2000-ci ildə vəfat etmişdir.

İqtisad elmləri doktoru, professor Mirdaməd Mirsadıq oğlu Sadıqov bu elm təhsil məbədinin sayca 14-cü rəhbəri olub. Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun məzunudur. 1950-ci ildə İsmayıllı rayonunun Lahıç qəsəbəsində anadan olmuşdur. 2008-ci ilin noyabrından 2013-cü il fevralın 14-dək ADAU-da rektor işləmişdir. Bu dövrdə universitetdə əsaslı tikinti quraşdırma abadlıq işləri həyata keçirilmiş, universitetin beynəlxalq əlaqələri genişlənmiş, universitet Təhsil Nazirliyinin akkreditasiyasından keçmişdir. 2011-ci ildə Avropa Rektorlar Şurasının Assambleyasının qərarı ilə ADAU islahatçı universitet kimi tanınmış “Elm təhsildə nailiyyətlərə görəQızıl Medalla təltif edilmişdir.

Azərbaycan Republikası Prezidentinin 14 fevral 2013-cü il tarixli Sərəncamı ilə M.Sadıqov İsmayıllı rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunmuşdur.

Azərbaycan Republikası Prezidentinin 25 iyul 2013-cü il tarixli Sərəncamı ilə ADAU-nun məzunu, kənd təsərrüfatı elmləri doktoru professor İbrahim Həsən oğlu Cəfərov universitetə rektor təyin edilmişdir. O, universitetin sayca 15-ci rektorudur. İ.Cəfərov 1956-cı ildə Naxçıvan MR-in Şərur rayonunda anadan olmuşdur. 1985-1988-ci illərdə Moskvada K.A.Timiryazev adına Kənd Təsərrüfatı Akademiyasında əyani aspiranturanı bitirdikdən sonra ADAU-da assistent, dosent, kafedra müdiri, fakültə dekanı, tədris işləri üzrə prorektor vəzifələrində çalışmışdır. 2013-cü il fevralın 18-dən rektor əvəzi, iyulun 25-dən rektor kimi fəaliyyəti dövründə abadlıq, tikinti-quraşdırma yaşıllaşdırma işləri davam etdirilmiş, tədris əmək intizamının möhkəmləndirilməsində tələbə, müəllim, tədris köməkçi heyətin məsuliyyət hissi artırılmış, imtahan sessiyaları kompüterlər vasitəsi ilə test formasında qəbul edilmiş, tələbə-müəllim münasibətlərində şəffaflıq yaradılmışdır.

Göründüyü kimi, yuxarıdakı şəxslər rəhbərlik etdikləri dövrlərdə bu ali təhsil elm ocağının inkişafı üçün xeyli əmək sərf etmişlər. Universitetin qədirbilən kollektivi onların əməyini daim uca tutur, şəxsiyyətlərinə hörmətlə yanaşır.

Əminik ki, belə münasibət Azərbaycan Dövlət Aqrar Universitetində bundan sonra da davam etdiriləcəkdir.

 

Anar HƏtƏmov,

tədris işləri üzrə prorektor

Nüsrət Hüseynov,

tədris şöbəsinin müdiri

Yeni  Azərbaycan.-2014.- 4 iyun.- S.5.