Azərbaycan-Qazaxıstan əlaqələri uğurla inkişaf edir

 

İki dövlət arasındakı çoxşaxəli münasibətlər strateji xarakter daşıyır

Məlum olduğu kimi, hazırda Azərbaycan Respublikası dünyanın bir çox dövlətləri ilə sıx əlaqələrə malikdir. Ölkəmizin xarici siyasətində türkdilli dövlətlərlə münasibətlərin daha da genişləndirilməsi isə xüsusi önəm kəsb edir. Bu mənada Azərbaycanın qarşılıqlı-faydalı əməkdaşlıq əlaqələrinə malik olduğu ölkələrdən biri də Qazaxıstan Respublikasıdır. Hazırda iki ölkə arasında bir çox sahəni ehtiva edən çoxşaxəli münasibətlər mövcuddur. Bundan başqa, hər iki dövlət beynəlxalq müstəvidə bir-birinə dəstək verməkdədir. Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında qarşılıqlı-faydalı münasibətləri möhkəmləndirən faktorlardan biri də tərəflər arasındakı sıx təmaslar və bunun fonunda əməkdaşlığın müxtəlif sahələrində mütəmadi inkişaf dinamikasının qeydə alınmasıdır.

Bu məqamda vurğulamaq yerinə düşər ki, iyunun 4-də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) IV Zirvə toplantısı çərçivəsində Türkiyənin Bodrum şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayev ilə görüşü olub. Görüşdə Azərbaycan ilə Qazaxıstan arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi və digər sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olunub. Əlaqələrimizin daha da genişlənməsi üçün yaxşı potensialın mövcud olduğu qeyd edilib. Söhbət zamanı, həmçinin, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı geniş fikir mübadiləsi aparılıb. Azərbaycan Prezidentİ İlham Əliyev Qazaxıstan Prezidenti Nursultan Nazarbayevə Avrasiya Ali İqtisadi Şurasının iclasında Ermənistanın Gömrük İttifaqına üzvlüyü ilə bağlı Azərbaycanın mövqeyini dəstəklədiyinə görə Öz adından və xalqımızın adından təşəkkürünü bildirib.

Ümumiyyətlə, Azərbaycanla Qazaxıstan arasında tərəfdaşlığa əsaslanan sıx əməkdaşlıq əlaqələri müxtəlif sahələri əhatə edir. Ölkələr arasında diplomatik əlaqələrin əsası isə 30 avqust 1992-ci il tarixində qoyulub. 9 yanvar 1993-cü ildə Qazaxıstan Respublikasının Azərbaycan Respublikasında, 1 mart 2004-cü ildə isə Azərbaycan Respublikasının Qazaxıstan Respublikasında səfirliyi fəaliyyətə başlayıb. 6 sentyabr 2008-ci il tarixindən Azərbaycan Respublikasının Aktau şəhərində konsulluğu fəaliyyət göstərir.

Onu da qeyd etmək lazımdır ki, Azərbaycan-Qazaxıstan münasibətlərinin inkişafı Ulu öndər Heydər Əliyevin müstəsna xidmətləri sayəsində mümkün olub. Ümummilli lider Heydər Əliyevin Qazaxıstan Prezidenti Nursultan Nazarbayevlə ilk görüşlərindən biri 19 oktyabr 1994-cü ilə təsadüf edib. Həmin vaxt türkdilli ölkələrin dövlət başçılarının ikinci zirvə görüşündə iştirak edən Ulu öndər Heydər Əliyev və Nursultan Nazarbayev görüşərək, iki ölkə arasındakı münasibətlərin inkişaf perspektivlərini müzakirə ediblər. Görüş zamanı Azərbaycanla Qazaxıstan arasında həm ikitərəfli, həm də türk dövlətlərinin münasibətləri çərçivəsində əlaqələrin qurulmasına dair qərar qəbul edilib. İki ölkə arasında münasibətlərin inkişafında növbəti addım olan dövlət başçıları səviyyəsində görüş 1996-cı il mayın 14-də EKO-nun dövlət başçılarının zirvə toplantısında keçirilib. Həmin görüş zamanı Ulu öndər Heydər Əliyev Nursultan Nazarbayevi Azərbaycana rəsmi səfərə dəvət edib. 1996-cı il sentyabrın 16-da Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Azərbaycana rəsmi səfər edib. Səfər zamanı Ümummilli lider Heydər Əliyev Nursultan Nazarbayevin iştirakı ilə Azərbaycan Qazaxıstan nümayəndə heyətləri arasında danışıqlar keçirilib. Danışıqların əsas mövzusu iki ölkə arasında siyasi-iqtisadi əməkdaşlığın yeni sahələri olub. Səfər çərçivəsində Azərbaycan Respublikası Qazaxıstan Respublikası arasında münasibətlərin əsasları haqqında müqavilə, investisiyaların təşviqi qorunması haqqında saziş, neft-qaz sənayesi sahəsində əməkdaşlıq haqqında saziş, hava əlaqəsi haqqında saziş, Xəzər dənizi məsələləri üzrə Birgə Bəyannamə, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi ilə Qazaxıstan Respublikası Xarici İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında saziş, Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi ilə Qazaxıstan Respublikası Milli Təhlükəsizlik Komitəsi arasında əməkdaşlıq qarşılıqlı fəaliyyət haqqında saziş, Azərbaycan Respublikasının Milli Bankı ilə Qazaxıstan Respublikasının Milli Bankı arasında hesablaşmaların təşkili haqqında saziş digər sənədlər imzalanıb.

Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə ölkələr bir sıra formatlarda, o cümlədən, türkdilli dövlətlərin toplantısı, İqtisadi Əməkdaşlıq Təşkilatı s. formatlarda çox uğurla əməkdaşlıq ediblər. Eyni zamanda, Ümummilli liderin əsasını qoyduğu siyasəti uğurla davam etdirən Prezident İlham Əliyevin səyləri nəticəsində bu əməkdaşlıq daha strateji intensiv xarakter alıb.

Məlumat üçün bildirək ki, Prezident İlham Əliyevin Qazaxıstana ilk rəsmi səfəri 2004-cü ilin martında olub. Səfər zamanı Prezident İlham Əliyev Prezident Nursultan Nazarbayev iqtisadi münasibətlər, xüsusilə, Xəzərin karbohidrogen ehtiyatlarının dünya bazarına nəql edilməsi sahəsində əməkdaşlıq məsələlərinə dair geniş fikir mübadiləsi aparıblar. Hər 2 dövlət başçısı neft qaz sektorunda həyata keçirilən irimiqyaslı layihələrin, xüsusilə, Bakı-Tbilisi-Ceyhan (BTC) layihəsində Qazaxıstanın iştirakının böyük əhəmiyyətə malik olduğunu söyləyiblər. O da qeyd olunub ki, gələcəkdə Qazaxıstan təbii qazının da Azərbaycan ərazisindən Avropaya çatdırılması nəzərdə tutulur. Prezident İlham Əliyevin bu səfərindən sonra Azərbaycan-Qazaxıstan əməkdaşlığı yüksələn xətlə davam edib. 2005-ci il mayın 24-də isə Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Azərbaycana rəsmi səfərə gəlib. Səfər zamanı ölkələr arasındakı münasibətlərin məntiqi nəticəsi olaraq, Azərbaycan Respublikası Qazaxıstan Respublikası arasında strateji tərəfdaşlıq müttəfiqlik münasibətləri haqqında Müqavilə daxil olmaqla 6 sənəd imzalanıb.

Yeri gəlmişkən, xalqlarımız tarixi, mədəni ənənələr baxımından bir-birinə bağlı xalqlar olduğu üçün bu sahədə əlaqələrin genişləndirilməsi istiqamətində əhəmiyyətli addımlar atılıb. Belə ki, hər iki xalq müstəqillik əldə etdikdən sonra bu əlaqələr intensiv xarakter alıb. Azərbaycanın ağır illərində onun haqq səsini dünyaya çatdıran XX yüzilin ən qüdrətli ziyalılarından biri olan Oljas Süleymanovun məşhurAz-Yakitabı, şeirləri məqalələri 1980-ci illərdən Azərbaycanda nəşr olunmağa başlayıb. 8-10 iyun 2012-ci ildə Qazaxıstanda Azərbaycan, 18-21 noyabr 2012-ci ildə isə Azərbaycanda Qazaxıstan mədəniyyəti günləri keçirilib.

Bir sözlə, hazırda Azərbaycan Qazaxıstan strateji tərəfdaşdırlar iki ölkə arasında siyasi iqtisadi əlaqələr yüksək səviyyədədir. Hər iki ölkənin qanunverici orqanlarında fəaliyyət göstərən dostluq qrupları əlaqələrin inkişaf etdirilməsində əhəmiyyətli rol oynayırlar. Eyni zamanda, Azərbaycan-Qazaxıstan hökumətlərarası iqtisadi komissiyası fəaliyyət göstərir iki ölkə arasında 100-dən artıq sənəd imzalanıb. Ölkələr arasında hərbi sahədə əməkdaşlıq da diqqət mərkəzindədir. bu məqam iki ölkənin rəsmilərinin, həmçinin, nümayəndə heyətlərinin qarşılıqlı səfərləri zamanı xüsusi olaraq vurğulanır. Məlumat üçün bildirək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ötən il fevralın 20-də Qazaxıstan Respublikası Parlamenti Məclisinin sədri Nurlan Niqmatulinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə Prezident İlham Əliyev Azərbaycanla Qazaxıstan arasında ikitərəfli münasibətlərin dinamik şəkildə inkişaf etdiyini vurğulayıb. Ölkələrimiz arasında siyasi münasibətlərin yüksək səviyyədə olduğunu deyən dövlətimizin başçısı əməkdaşlığımızın daha da möhkəmləndirilməsində parlamentlərarası əlaqələrin önəmini qeyd edib. Bildirib ki, ölkələrimiz istər ikitərəfli formatda, istərsə beynəlxalq təşkilatlar çərçivəsində fəal əməkdaşlıq edir. Prezident İlham Əliyev Qazaxıstan Respublikası Parlamenti Məclisinin sədri Nurlan Niqmatulinin ölkəmizə səfərinin münasibətlərimizin gələcəkdə daha da genişləndirilməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu söyləyib.

Öz növbəsində, Qazaxıstan Parlamenti Məclisinin sədri Nurlan Niqmatulin Prezident Nursultan Nazarbayevin salamlarını dövlətimizin başçısına çatdıraraq bildirib ki, ölkəmizə səfərə gələrkən Qazaxıstan Prezidenti onu şəxsən qəbul edib. Parlament Məclisinin sədri Nurlan Niqmatulin ölkələrimiz arasında əlaqələrin inkişafında Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevlə Qazaxıstan Prezidenti Nursultan Nazarbayev arasında dostluq münasibətlərinin qarşılıqlı hörmətin rolunu xüsusi vurğulayıb. O, bu əlaqələrin hazırda daha da genişləndirilməsində dövlətlərimizin başçıları arasında səmimi dostluq münasibətlərinin önəmini vurğulayıb. Nurlan Niqmatulin Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin məktubunu dövlətimizin başçısına təqdim edib. Görüşdə Azərbaycan ilə Qazaxıstan arasında əməkdaşlığın bir sıra sahələrdə genişləndirilməsinə dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Bundan başqa, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu il aprelin 21-də Qazaxıstan Respublikasının müdafiə naziri Serik Axmetovu qəbul edib. Görüşdə Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən, siyasi, iqtisadi, enerji digər sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb, Qazaxıstanın müdafiə naziri Serik Axmetovun Azərbaycana səfərinin müdafiə sahəsində əməkdaşlığımızın genişləndirilməsi işinə xidmət edəcəyinə əminlik ifadə olunub.

Ümumiyyətlə, strateji tərəfdaş olan Azərbaycanla Qazaxıstan beynəlxalq arenada əməkdaşlıq əlaqələri çərçivəsində qarşılıqlı-faydalı şəkildə fəaliyyət göstərir bir-birilərini dəstəkləyirlər. Qazaxıstan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin tərəfdarı kimi çıxış edir.

Beləliklə, bütün bu sadalananlar onu deməyə əsas verir ki, Azərbaycan-Qazaxıstan münasibətləri mütəmadi inkişaf dinamikasına malikdir hər iki ölkənin qarşılıqlı-faydalı əməkdaşlığı regional beynəlxalq təhlükəsizlik baxımından mühüm əhəmiyyət daşıyır.

 

Nardar BAYRAMLI

Yeni  Azərbaycan.-2014.- 11 iyun.- S.8.