Milli Qurtuluş Günü
tariximizə qızıl hərflərlə yazılıb
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Əsgərov www.yap.org.az saytına müsahibə verib:
- Arif müəllim, bu günlər Azərbaycan xalqı 15 İyun-Milli Qurtuluş Gününü böyük təntənə ilə qeyd etməkdədir. Sizcə, məlum iyun hadisələrini dövlətçilik tariximizdə dönüş nöqtəsi hesab etmək olarmı?
- Hazırda ölkənin hər yerində xalqımız Ümummilli liderimiz Heydər Əliyevin yenidən siyasi rəhbərliyə qayıtdığı günü-15 iyunu bayram edir. Bu da səbəbsiz deyil. Ümummilli liderimiz Heydər Əliyev məhz 21 il əvvəl iyunun 15-də yenidən siyasi rəhbərliyə qayıdışı ilə uçuruma yuvarlanmaqda olan ölkəmizi bir çox bəlalardan xilas etdi. Ona görə də, xalqımız bu bayramı böyük təntənə ilə qeyd edir. 15 İyun-Milli Qurtuluş Günü tariximizə qızıl hərflərlə yazılıb.
Bu əlamətdar gündə tarixə qısa ekskurs etmək zərurəti var. Ulu öndər Heydər Əliyevin Naxçıvandan Bakıya qayıdışı ərəfəsində ölkə idarəolunmaz bir həddə çatmışdı. Xatırlayırsınızsa, o vaxt respublikanın bir qrup ziyalısı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Heydər Əliyevə müraciət etdi. Müraciətdə Yeni Azərbaycan Partiyasının yaradılması və partiyaya Heydər Əliyevin sədrlik etməsi arzuları ifadə olunurdu. Əvvəlcə buna razılıq verməyən Ulu öndər Heydər Əliyev sonralar insanların çoxsaylı xahişlərini müsbət cavablandırdı. Nəhayət, 1992-ci il noyabr ayının 21-də Naxçıvan şəhərində Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi və Heydər Əliyev yekdilliklə partiyanın Sədri seçildi.
Böyük şəxsiyyətlərin həyat yolları da özlərinə oxşayır. Yəni, onlar heç kəsin keçmədiyi yollarla getməyə üstünlük verir və istəklərinə çatırlar. Bu mənada XX əsrin ən böyük simalarından biri, dünya şöhrətli siyasətçi, Azərbaycan xalqının dahi oğlu Heydər Əlirza oğlu Əliyevin həyatı da mübarizələrdən, xalqına, dövlətinə xidmətdən keçdiyi üçün həmin zirvələrə qalxan daim yüksəlişli dağ yollarına bənzəyir. Bu yolları isə zirvəyə qədər ancaq böyük ürək sahibləri, böyük şəxsiyyətlər, böyük zəka və gələcəyi görmək qabiliyyətinə malik olan insanlar - sərkərdələr, dahilər qalxa bilər. Çünki onlar həmin ucalığın fəth olunması yollarını əvvəlcədən müəyyənləşdirməyə qadir olan şəxsiyyətlərdirlər.
- Sizcə, 1993-cü ilin iyun hadisələri hansı səbəblərdən baş verdi?
- Ümummilli lider Heydər Əlirza oğlunun siyasi rəhbərliyə ikinci qayıdışı bizim yaxın keçmişimizdir. Biz hamımız o günlərin şahidiyik. 1993-cü ilin may-iyununda hökumət böhranının son dərəcə kəskinləşməsi ilə ölkədə vətəndaş müharibəsinin baş verməsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandıqda Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbi ilə ayağa qalxdı. Azərbaycanın o zamankı rəhbərləri Heydər Əliyevi rəsmən Bakıya dəvət etməyə məcbur oldular.
Ulu öndər Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin Sədri seçildi, iyulun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı. 1993-cü il oktyabrın 3-də də Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi.
Sonrakı hadisələri sadalamağa ehtiyac yoxdur. Onun yenidən siyasi hakimiyyətə qayıdışı ərəfəsində ölkənin bütün sütunları laxlamışdı. Vəziyyət çətin olsa da, ondan çıxış yolu da vardı. Bu da böyük öndər Heydər Əliyevin siyasi iradəsi, çoxillik səriştəsi, idarəetmə bacarığı idi. Xalq da bunu bildiyindən bu sonuncu ümiddən möhkəm yapışmış, Onu təkidlə siyasi olimpə gətirmişdi. Heydər Əliyevin qayıdışı ilə ölkənin həyatında yeni bir ab-hava yarandı.
Bütün bunlar asanlıqla başa gəlmirdi. Ölkədə
normal iş və yaşayış atmosferi bərqərar olana kimi Ümummilli liderimiz gecəli-gündüzlü
çalışdı. Həm
ölkəmiz dünyanın
siyasi mənzərəsində
öz yerini müəyyən etdi, həm Azərbaycan bir çox beynəlxalq təşkilatların,
o cümlədən, Avropa
Şurasının tamhüquqlu
üzvü oldu, həm də ölkənin iqtisadi həyatı dirçəlməyə
başladı. Xarici iqtisadi
sərmayələrin ölkəyə
axını məhz Ulu öndərin yaratdığı stabillik
sayəsində mümkün
oldu. Əsrin ən böyük
layihələrindən olan
Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin əsası da məhz o böyük şəxsiyyətin iştirakı
ilə qoyulmuşdu.
Dünya
siyasətində öz
çəkisi ilə
seçilən Ümummilli
lider iqtisadiyyatın dirçəldilməsinə xüsusi
önəm verirdi.
O, həmişə bildirirdi
ki, iqtisadiyyatı güclü olmayan dövlət öz yerini müəyyən edə bilməz. İqtisadiyyatın bütün sahələri
kimi dəmiryolunda da bu illər
ərzində bir çox nəhəng işlərin görülməsi
məhz Onun qayğısı və nəzarəti sayəsində
mümkün olmuşdu.
1996-cı ildən üzü bəri dəmiryolunda aparılan islahatların birbaşa səbəbkarı Heydər
Əliyev olmuşdu.
Təbiidir ki, indi ölkəmizin hər yerində 15 İyun- Milli Qurtuluş Günü münasibətilə
tədbirlər keçirilməkdə
davam edir. Respublika polad magistralının kollektivləri
hər il
olduğu kimi bu dəfə də Milli Qurtuluş
Günü tədbirlərini
yüksək səviyyədə
qeyd edirlər. Dəmiryolçular bu böyük
şəxsiyyətin hakimiyyətdə
olduğu illər ərzində polad magistralın inkişafı
üçün gördüyü
irimiqyaslı işləri
yaxşı xatırlayırlar.
Bəli, böyük siyasətçi
Heydər Əliyevin yenidən ölkə rəhbərliyinə qayıtması
tarixi bir şans idi. Biz hamımız yaxın tarixin həm müşahidəçiləri, həm də iştirakçılarıyıq. Bu hadisələr bizim gözümüzün
qarşısında baş
verib. Ümummilli liderimiz Heydər
Əliyev yenidən siyasi rəhbərliyə qayıtmaqla, əslində,
ölkəmizi sürükləndiyi
uçurumdan xilas etdi. Bir tərəfdən xarici düşmənlə
üz-üzə qalan
ölkəmiz, eyni zamanda, daxildəki səriştəsiz rəhbərlərin
ucbatından biganəlik
burulğanına yuvarlanmışdı.
Artıq bunlar arxada qalıb. Ölkəmiz bu illər ərzində
bir çox daxili və xarici siyasət sahəsində uğurlar əldə edib. Onun alternativi olmayan siyasəti bu gün də davam etdirilir. Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyev məhz Heydər Əliyev siyasi kursunu uğurla davam etdirməklə ölkəmizin
demokratik imicinin möhkəmlənməsini təmin
edir.
- Arif müəllim, bu gün ölkəmizdə
bütün sahələr
dinamik inkişaf yolundadır. Bu mənada
dəmiryolunun inkişafı
ilə bağlı fikirlərinizi bilmək istərdik. Bu sahənin inkişafının
təməlində hansı
amillər dayanır?
- Azərbaycan Dəmir
Yolunun inkişafının
ən sürətli və parlaq dövrü Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi
1969-2003-cü illəri əhatə
edir. 1969-cu ildə ilk dəfə Respublika rəhbərliyinə gələn
Heydər Əliyevin şəxsi fəaliyyəti
sayəsində bütün
respublika iqtisadiyyatında
olduğu kimi dəmiryolu nəqliyyatında
da əsaslı dəyişikliklərə və
köklü inkişafa
sürətli təkan
verildi.
1969-2003-cü illəri Azərbaycan Dəmir Yolunun texniki tərəqqi və hərtərəfli inkişaf
dövrü adlandırmaq
olar. Məhz bu illərdə
istehsalatda əsas fəaliyyətlə yanaşı
14300 texniki yeniləşmə
metodları tətbiq edilmiş və bunlar dəmiryolunun bütün sahələrini
əhatə etmişdir.
Ulu öndər
Heydər Əliyevin
1969-cu ildə respublika
rəhbərliyinə gəlişi
bütün ölkədə,
ilk növbədə, sənaye
kompleksinin sürətli
inkişafının başlanğıcı
oldu ki, bu da öz
növbəsində respublika
iqtisadiyyatında olduğu
kimi, dəmiryolu nəqliyyatında da aparıcı rol oynayırdı. Onun dəmiryoluna verdiyi
böyük əhəmiyyət,
onun inkişafına göstərdiyi şəxsi
himayə, qısa zamanda öz bəhrəsini göstərdi.
4 yanvar 1998-ci ildə
Dübəndi terminalının
və stansiyasının
açılış mərasimində,
6 dekabr 1998-ci ildə çadır şəhərciklərində
məskunlaşmış qaçqınlar
və məcburi köçkünlər üçün
konteynerlərdən hazırlanmış
evlərə, səhiyyə,
məişət xidməti
obyektlərinə, sinif
otaqlarına baxmaq üçün Keşlə
stansiyasında olan Ulu öndər dəmiryolçuların əməyini
yüksək dəyərləndirmişdir.
Ölkəmizin beynəlxalq və regional nəqliyyat dəhlizlərinin
reallaşması prosesinin
təməl prinsipləri
məhz Ulu öndər Heydər Əliyev tərəfindən
qoyulmuşdur.
Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyev 6 iyul 2010-cu ildə “Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə
inkişafına dair Dövlət Proqramı”nın
təsdiq edilməsi haqqında” Sərəncam
imzaladı. Hazırda Sərəncamdan irəli gələn vəzifələrin
icra olunması istiqamətində gərgin
iş gedir. Ölkə polad magistralının çoxminlik
kollektivi öz iş sahələrində
vicdanlı və məhsuldar əmək nümayiş etdirməklə
həm iqtisadiyyatın
dirçəlməsinə, həm də əhalinin sosial rifahının yüksəlməsinə
layiqli töhfələr
bəxş edirlər.
Təsadüfi deyil ki, bu ilin
beş ayı
ərzində də dəmiryolunun bütün
iqtisadi göstəriciləri
yerinə yetirilmişdir.
Dəmiryolu Heydər Əliyevin
təşəbbüsü ilə dirçəldilən
qədim İpək Yolu marşrutu ilə keçən Qərb-Şərq nəqliyyat
dəhlizinin ahəngdar
işləməsini təmin
etməklə bu gün “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin reallaşması
proqramında da yaxından iştirak edir. Önəmli haldır ki,
ölkə başçısı
İlham Əliyev tərəfindən dəstəklənən
Bakı-Tbilisi-Qars yeni dəmiryolu bağlantısının reallaşması
isə həm qardaş Türkiyə ilə dəmiryolu əlaqələrinin yaranmasına,
həm də ölkə iqtisadiyyatının
daha da dirçəlməsinə
müsbət təsir
göstərəcəkdir.
Ölkəmizdə, iqtisadiyyatın qan
damarı sayılan dəmiryolunda baş verən yeniliklərin təməli məhz Ulu öndər Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıtdığı gün-1993-cü il 15 iyunda
- Milli Qurtuluş Günündə qoyulmuşdur.
Yeni Azərbaycan.-2014.- 13 iyun.- S.4.