Azərbaycan dövləti Dağlıq Qarabağ münaqişəsinin dondurulmasına imkan verməyəcək

                                           

20 iyun - Ümumdünya Qaçqınlar Günü münasibətilə tədbir keçirilib

 

Dünən 20 iyun - Ümumdünya Qaçqınlar Günü ilə bağlı Qaçqın Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (QAK) Azərbaycandakı nümayəndəliyinin təşkilatçılığı ilə tədbir keçirilib. Tədbiri BMT QAK-ın Azərbaycandakı nümayəndəsi Daq Siqurdson giriş sözü ilə açıb. Daha sonra Azərbaycanda məcburi köçkünlərin vəziyyətinə həsr olunmuş film nümayiş etdirilib.

Baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov çıxış edərək deyib ki, 14 il əvvəl BMT Baş Assambleyası tərəfindən 20 iyunun Ümumdünya Qaçqın Günü kimi qeyd olunması barədə qərar qəbul edilib. Əsas məqsəd beynəlxalq ictimaiyyətin ən azı ildə bir dəfə dünyada belə bir problemin olduğunu yada salmasıdır. Ə.Həsənov bildirib ki, BMT qurumları arasında əhəmiyyətlisi BMT QAK-dır, bu qurum doğma yurdlarından didərgin düşmüş insanların problemləri ilə məşğuldur. Onun sözlərinə görə, BMT QAK Azərbaycanla həmişə ciddi əməkdaşlıq edib, Azərbaycana xüsusi diqqət göstərilib: “Azərbaycanda bəzi ölkələrin humanitar təşkilatları bəzən Nizamnamələrindən kənara çıxıb, pozuculuq, dini ayrı-seçkilik və digər istiqamətlərdə aparıblar. Azərbaycan da qanunlar çərçivəsində buna cavab verib. BMT qurumları isə heç vaxt belə hərəkətlərə yol verməyiblər”.

Ə.Həsənov BMT QAK-ın məcburi köçkünlərin problemləri ilə də məşğul olmasının mühüm addım olduğunu qeyd edib. O bildirib ki, BMT QAK-ın Azərbaycan nümayəndəliyi ölkəmizlə uğurla əməkdaşlıq edib: “1990-cı illərdə humanitar təşkilatlar olmasaydı, Azərbaycanda humanitar böhran yaranardı. Çünki o vaxt Azərbaycan iqtisadiyyatı çox zəif durumda idi. Həmin vaxt humanitar təşkilatlar 80-90 milyon dollar yardım edirdilər. O vaxt Azərbaycan hökumətinin 1 milyon dollar ayırmağa da imkanı yox idi. Bu gün Azərbaycan dövlətinin imkanları daha genişdir. Azərbaycan hökuməti hər il qaçqın məcburi köçkünlərin problemlərinin həllinə 700 milyon manat sərf edir”.

Dövlət Komitəsinin sədri son 10 ildə Dövlət Neft Fondunun vəsaitlərindən qaçqın məcburi köçkünlər üçün yaşayış qəsəbələrinin tikintisi, sosial problemlərinin həlli istiqamətində istifadə edildiyini söyləyib. O, son 22 ildə Azərbaycana dəstək verən humanitar təşkilatlara təşəkkür edib: Azərbaycan hökuməti hazırda qaçqın məcburi köçkünlərin problemlərini həll etməyə qadirdir. Bəs üçün hazırda 30-dan çox humanitar təşkilat Azərbaycanda fəaliyyət göstərir, qeydiyyat üçün növbədə olanlar da var? Çünki Azərbaycan MDB məkanında ictimai-siyasi sabitliyi, qazandığı uğurlarla seçilir”.

Ə.Həsənov hazırda Azərbaycanın donor ölkəyə çevrildiyini vurğulayıb.

Baş nazirin müavini deyib ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qərarlar qəbul edən beynəlxalq təşkilatlar öz qərarlarını icra etməlidirlər. Onun sözlərinə görə, Azərbaycan dövləti Prezidenti bu münaqişənin dondurulmasına imkan verməyəcək. Ə.Həsənov bildirib ki, Avropa Şurasına, ATƏT-ə, BMT- sərbəst qurumlar demək olmaz: “Çünki bu qurumlar hansısa dövlətlərin ianəsindən, üzvlük haqlarının əsas hissəsini ödəyən dövlətlərdən asılıdır. Bəlkə dünya ölkələrinin yeni qurum yaratmasına, ya da BMT-nin forma strukturunun dəyişdirilməsinə ehtiyac var. Tarixən güclülər gücsüzləri əzib, bu gün bu proses davam edir. Kim pul ödəyirsə, musiqini o diktə edir. Bu gün beynəlxalq qurumlara hansı dövlət daha çox vəsait ödəyirsə, o da diktə edir. Biz insanlara vaxta qədər səbr edin deyəcəyik?! Qonşu dövlət torpaqlarımızı işğal edib, lakin heç bir beynəlxalq qurumlar tərəfindən Ermənistana sanksiya tətbiq olunmur. Bu dərəcədə ədalətsizlik olarmı?..

Ə.Həsənov Yaxın Şərqdə baş verən proseslərə toxunub: “İraqa, Əfqanıstana müdaxilə etdilər, guya bu ölkələrdə diktatura rejimi idi. İndi guya İraqı, Əfqanıstanı, Liviyanı demokratik, stabil dövlətə çeviriblər? Heç kim belə durumlardan sığortalanmayıb, hamının Allahı var. O ölkələrin başına bir gün belə hadisələr gələcək. Bütövlükdə insan cəmiyyəti ayağa qalxmasa, dünya dövlətləri belə problemləri birgə həll etməsə vəziyyət belə davam edəcək”.

Dövlət Komitəsinin sədri Ermənistanın öz xalqını dilənçi vəziyyətə saldığını, bu dövlətin heç kimə lazım olmadığını vurğulayıb: “Ancaq hələ bu dövlətə himayədarlıq edirlər. Ermənistanın indiki prezidenti deyir ki, biz Dağlıq Qarabağı aldıq, gənclər Ağrı dağını azad etməlidirlər. Prezident öz gəncliyinə belətövsiyələrverirsə, həmin dövlətdən gözləmək olar”.

Ə.Həsənov Azərbaycan Prezidentinin, dövlətinin xalqının Dağlıq Qarabağ problemini mütləq həll edəcəyini bildirib.

Daha sonra BMT QAK-ın Azərbaycandakı nümayəndəsi Daq Siqurdson dünyada qaçqınların durumu ilə bağlı çıxış edib. Daq Siqurdson diqqətə çatdırıb ki, bu gün BMT QAK-ın açıqladığı hesabat göstərir ki, II Dünya müharibəsindən sonrakı dövrdə ilk dəfə bütün dünyada qaçqınların, sığınacaq axtaranların məcburi köçkünlərin sayı 50 milyon nəfəri ötüb: “Hökumətlər tərəfdaş qeyri-hökumət təşkilatları tərəfindən toplanmış məlumatlara Ali Komissarlığın öz qeydlərinə əsaslanan BMT QAK-ın Qlobal tendensiyalara dair illik məruzəsi göstərir ki, 2013-cü ilin sonunadək 51,2 milyon nəfər didərginə çevrilib, bu isə 2012-ci ildə qeydə alınmış 45,2 milyondan tam 6 milyon nəfər çoxdur. Bu böyük artım əsasən Suriyadakı müharibədən qaynaqlanıb, həmin müharibə ucbatından ötən ilin sonunda 2,5 milyon nəfər qaçqına, 6,5 milyon nəfər isə məcburi köçkünə çevrilib. Yeni didərginlik hallarının əsas hissəsi, həmçinin, Afrikada, xüsusən Mərkəzi Afrika Respublikasında, habelə 2013-cü ilin sonlarına doğru Cənubi Sudanda müşahidə edilib.

Biz burada görürük ki, müharibələrə son qoymamaq, münaqişələri həll etməmək ya onların qarşısını alımamaq necə baha başa gəlir. Bu gün sülhün yoxluğu təhlükəli həddədir. Humanitar yardımlar vəziyyəti yüngülləşdirən amil kimi kömək edə bilər, amma siyasi həll yollarına son dərəcə ehtiyac var. Bu olmasa, bu rəqəmlərdə əks olunan münaqişələrin kütləvi iztirabların təşviş doğuran səviyyəsi artmaqda davam edəcək”.

 

Nardar BAYRAMLI

Yeni  Azərbaycan.-2014.- 21 iyun.- S. 5.