Azərbaycan uğurlu xarici siyasəti ilə qlobal əməkdaşlığın mühüm iştirakçısına çevrilib

 

Prezident İlham Əliyev: Bu gün beynəlxalq birliyin fəal üzvü olan Azərbaycan sürətlə müasirləşir

 

Məlum olduğu kimi, Azərbaycan Prezidenti İlham Əliyev iyunun 24-də Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sessiyasında çıxış edib. Dövlət başçısı müstəqillik illərində Azərbaycanın inkişaf yolu, həyata keçirilən siyasiiqtisadi islahatlar, güclü iqtisadiyyat, müasir, demokratik cəmiyyət quruculuğu sahəsində əldə olunmuş mühüm uğurlar, ölkəmizin təşəbbüsü və liderliyi ilə reallaşdırılan nəhəng transmilli enerji layihələri, dövlətimizin daxilixarici siyasətinin prioritetləri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və digər məsələlər barədə danışıb, həmçinin, AŞPA deputatlarının suallarını cavablandırıb.

PREZİDENT İLHAM ƏLİYEV QLOBAL DÜŞÜNCƏ TƏRZİNƏ MALİK LİDERDİR

Qeyd edək ki, dövlət başçımızın çıxışı beynəlxalq səviyyədə böyük maraqla qarşılanıb. Azərbaycan Prezidentinin qlobal düşüncə tərzi, ölkəmizdə və dünyada baş verən hadisələr, cərəyan edən proseslər haqqında məlumatlılıq səviyyəsi, sistemli təhlili, dəmir iradəsi və məntiqi, müstəqil və analitik mühakimə qabiliyyəti, prinsipiallığı, qətiyyəti AŞPA deputatları, ekspertlər, şərhçilər, yerlixarici KİV-lər, sıravi vətəndaşlar tərəfindən yüksək qiymətləndirilib.

Beləliklə, Azərbaycan Prezidentinin çıxışı bir daha təsdiq etdi ki, dövlətimizin başçısı qlobal düşüncə tərzinə malik olaraq siyasi, iqtisadihumanitar sahələrdə regiondadünyada cərəyan edən prosesləri, baş verən hadisələri yaxından izləməklə yanaşı, onların arasında bağlılığı aydın görüröz fəaliyyətində bunları nəzərə alır. Bu amil Azərbaycanın balanslaşdırılmış xarici siyasət kursunun uğurla reallaşdırılmasında, xarici aləmlə əlaqədə, ölkəmizin təşəbbüskarı olduğu nəhəng transmilli enerji və nəqliyyat layihələrinin həyata keçirilməsində, dövlətimizin beynəlxalq nüfuzunun daha da yüksəlməsində mühüm rol oynayır.

Bir sözlə, dövlət başçısının proseslərə qlobal düşüncə prizmasından yanaşması Azərbaycanın mədəniyyətlərarası dialoq, təhlükəsizlik, enerji, iqtisadi sahələrdə əməkdaşlıq siyasətində də özünü aydın göstərir.

MULTİKULTURALİZMİN UĞURLU NÜMUNƏSİ OLAN AZƏRBAYCANIN QLOBAL MƏDƏNİYYƏTLƏRARASI DİALOQA TÖHFƏSİ

Qeyd edək ki, çıxşı zamanı Prezident İlham Əliyev ölkəmizdə tolerantlıq mühitinin qorunub saxlandığını diqqətə çatdırıb: “Yüz illər boyu ölkəmizdə tolerantlıq mühiti qorunub saxlanır. Bu gün Bakı dünyada multikulturalizmin əsas mərkəzlərindən biri kimi tanınır”.

Dövlət başçısının da söylədiyi kimi, bu gün Bakı dünyada multikulturalizmin əsas mərkəzlərindən biri kimi tanınır və ölkəmiz 2008-ci ildə başlayan Bakı prosesinin təşəbbüskarıdır. Həqiqətən də, son illərdə paytaxtımızda keçirilən, dünyanın əksər yerlərindən ümumilikdə minlərlə nüfuzlu ictimai, siyasi, din xadimlərinin, elm adamlarının, mütəxəssislərin, media nümayəndələrinin iştirak etdiyi humanitar, mədəniyyətlərarası, dinlərarası dialoqlar dünyada qarşılıqlı anlaşmadialoqun yaradılması səylərinə önəmli töhfələrdir.

Bildiyimiz kimi, Azərbaycana beynəlxalq miyasda çox böyük maraq var. Bu maraq həm də ölkəmizin yerləşdiyi coğrafi mövqenin əhəmiyyəti və Şərqlə Qərb sivilizasiyalarının qovuşduğu məkan olması ilə əlaqədardır. Azərbaycanda mövcud olan sabitlik, inkişaf, demokratiya mühiti ölkəmizin beynəlxalq səviyyədə siyasi, iqtisadi, humanitar sahələrdə dialoqun aparılmasında daha təşəbbüskar mövqedən çıxış etməsinə imkan verir. Bu baxımdan, son bir neçə il Azərbaycanın dünyada vacib mədəni, humanitar dialoq mərkəzlərindən birinə çevrilməsi baxımından çox uğurlu bir dövr olub.

Ölkəmizin qlobal mədəniyyətlərarası dialoq mərkəzinə çevrilməsi təsadüfi xarakter daşımır. Azərbaycan tolerantlıq və multikulturalizm diyarı olaraq humanitar və mədəniyyət sahələrində də qlobal əməkdaşlıq üçün əlverişli məkandır. Azərbaycan bu gün dünyaya istər tolerantlıq, istərsə də iqtisadi inkişaf baxımından yeni model bəxş edib. Hazırda, dünyanın bir sıra inkişaf etmişinkişaf etməkdə olan ölkələrində fərqli mədəniyyətlərin toqquşmasının nəticəsində xoşagəlməz tendensiyalar meydana çıxır. İslamofobiya, irqçilik, ksenofobiya kimi təhlükəli meyillərin bəzən süni şəkildə alovlandırılması bu cür toqquşmaları daha da dərinləşdirir, nəticədə, insan haqlarının pozulması halları artır, sosial sabitlik pozulur.

Azərbaycanda isə bu proseslərin tamamilə əksini müşahidə etmək mümkündür. Azərbaycan toplumu müxtəlif konfessiyalaretnik qruplar arasında qarşılıqlı anlaşma, sülhsevərlik, tolerantlıq kimi insani dəyərlərə sahibdir. Xalqımızın kökündən, milli-mənəvi dəyərlərindən irəli gələn xoşgörü və tolerantlıq əsrlər keçsə də, dəyişməyərək, müasir cəmiyyətimizin ayrılmaz xarakterik xüsusiyyətinə çevrilib.

Təqdirəlayiq haldır ki, müstəqil Azərbaycan Respublikasının konstitusion əsasları xalqımızın əsrlərdən gələn bu kimi yüksək mənəvi dəyərlərinə söykənir. Bu o deməkdir ki, Azərbaycanda qanun insanlara dini seçimetiqad etdiyi dinə məxsus ayinləri yerinə yetirməyə imkan verir. Bu, etnik mənsubiyyətindən, dinindən, cinsindən asılı olmayaraq hər bir kəsə aiddir. Bunlar onu göstərir ki, Azərbaycanda həyata keçirilən dövlət quruculuğu prosesində milli dəyərlər, xalqın mədəni-psixoloji inkişaf səviyyəsi hər zaman nəzərə alınır. Azərbaycandakı mövcud hüquqi sistemsosial dəyərlər bundan sonra da uzun illər boyu tolerantlıq və multikulturalizmin əsl nümunəsi kimi ölkəmizin dünyadakı mövqeyini qoruyub saxlamağa imkan verir.

Nəticədə, multikulturalizmin özünü doğrultmaması ilə bağlı bəzi ölkələrdə səsləndirilən fikirlərə cavab olaraq Azərbaycan nümunəsi uğurlu model kimi meydana çıxır. Bu model təkcə Azərbaycanın milli maraqları baxımından deyil, bütün dünyada sülhün, sabitliyin, harminoyanın bərqərar olması üçün qiymətli formuldur.

AZƏRBAYCAN REGİONUN SABİTLƏŞDİRİCİ GÜCÜDÜR

Dövlət başçısının çıxışında da qeyd etdiyi kimi, ölkəmiz regionda sabitləşdirici rol oynayır: “Böyük tarixi, zəngin mədəniyyəti olan ölkəmiz bu gün regionda sabitləşdirici rol oynayır”.

Avropa ilə Asiya arasında siyasi, iqtisadi kommunikasiya funksiyasını yerinə yetirən Azərbaycanın iştirakı və təşəbbüsü ilə regionda həyata keçirilən qlobal əhəmiyyətli enerji layihələri, paytaxt Bakı başda olmaqla Azərbaycan şəhərlərinin mötəbər beynəlxalq siyasi, iqtisadi, humanitar tədbirlərin keçirildiyi, geniş müzakirələrin aparıldığı dialoq məkanına çevrilməsi, respublikamızda bu vaxtadək təşkil olunan və yaxın illərdə keçiriləcək nüfuzlu beynəlxalq musiqi, idman müsabiqələri ölkəmizə və Cənubi Qafqaz regionuna marağı artırır, bölgədə görülən işlərə cəlb olunan xarici tərəfdaşlar da siyasi, iqtisadi maraqları naminə sabitliyin qorunub saxlanmasında maraqlı olurlar.

Bu o deməkdir ki, daxili sabitliyə və inkişafa nail olan Azərbaycanın uğurlu xarici siyasəti ölkəmizin regiondakı tərəfdaşlarına da fayda gətirir.

ÖLKƏMİZ QLOBAL ƏHƏMİYYƏTLİ REGİONAL LAYİHƏLƏRİN TƏŞƏBBÜSÇÜSÜDÜR

Qeyd edək ki, ölkə başçısı nitqində Azərbaycanın iştirakı ilə gerçəkləşən regional layihələrin əhəmiyyətini də vurğulayıb: “Azərbaycanın təşəbbüsü ilə bir çox regional layihələr həyata keçirilir. Bu da bölgə ölkələrinin inkişafına müsbət təsirini göstərir”.

Azərbaycanın sürətli iqtisadi inkişafının əsasında, şübhəsiz, uğurlu enerji siyasəti dayanır. Bu çərçivədə gerçəkləşən Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum neftqaz boru xətləri, tikintisi başa çatdırılmaq üzrə olan Bakı-Tbilisi-Qars dəmir yolu, yaxın illərdə reallığa çevriləcək nəhəng Trans-Anadolu (TANAP) və Trans-Adriatik (TAP) qaz kəmərləri layihələri Azərbaycanın iştirakı və təşəbbüsünün məhsuludur. Bu layihələr Cənubi Qafqazı Avrasiyanın iqtisadi mərkəzlərindən birinə çevirməkdədir.

Mühüm neft-qaz ixracatçısı olan ölkəmizin xarici iqtisadi əlaqələrində enerji amili mühüm çəkiyə malikdir. Azərbaycanın enerji siyasətində şaxələndirməyə üstünlük verməsi həm ölkəmizin, həm də xarici iqtisadi tərəfdaşlarımızın maraqları ilə uzlaşır. Ölkəmiz, həmçinin, enerji üzrə əlaqələrdə regionalqlobal əhəmiyyətini, eləcə də, potensialını düzgün qiymətləndirərək əlaqələri də bu əsasda qurur. Azərbaycanın enerji siyasəti xarici neft-qaz mənbələrindən asılı olan Avropa regionu ölkələrinin enerji təhlükəsizliyi baxımından çox böyük önəm kəsb edir. Son illər dünya enerji bazarında baş verən proseslər göstərir ki, bəzi dövlətlər neftqaz amilindən spekulyasiya edərək öz iqtisadisiyasi məqsədləri üçün yararlanmağa çalışır. Azərbaycan isə bütün tərəfdaşları ilə səmimi, real bazar prinsiplərinə uyğun əlaqələr qurmaqla etibarlı partnyor imici qazanıb. Respublikamızın bu cür mövqeyə sahib olması və tarazlaşdırılmış siyasət aparması özünün enerji ehtiyatlarından güclü tərəfdaşlıq qurmaq üçün istifadə etdiyini sübut etmiş olur. Ölkəmiz digər neftqaz ixrac edən dövlətlərdən fərqli olaraq heç vaxt bu ehtiyatlardan kiməsə siyasi təzyiq üsulu kimi istifadə etməyib. Azərbaycan tərəfdaşlıq etdiyi ölkələrlə qarşılıqlı hörmət və bərabər əməkdaşlıq prinsipləri üzrə əlaqələrə üstünlük verir.

Respublikamızın enerji sahəsində diversifikasiya siyasəti dünya yanacaq bazarına yeni keyfiyyət dəyişiklikləri gətirir. Bu faktorlar, eyni zamanda, Azərbaycanın 100 ildən artıq müddətdə dünya bazarında böyük qaz tədarükçüsü kimi etibarlı təchizatçı olacağına dərin əsaslar yaradır.

Beləliklə, sadalanan amillər nüfuzlu dövlətlərin, o cümlədən, beynəlxalq təşkilatların Azərbaycanla əməkdaşlığa daim maraq göstərməsinə səbəb olur, ölkəmizin Avroatlantik məkana, qlobal siyasi, iqtisadi humanitar əməkdaşlığa inteqrasiyası sürətlənir. Bu isə Azərbaycanda istər siyasi, istərsə də iqtisadi, mədəni sahələrdə sürətli müasirləşmə prosesi ilə müşayiət olunur. Dövlət başçımızın da söylədiyi kimi: “Bu gün beynəlxalq birliyin fəal üzvü olan Azərbaycan sürətlə müasirləşir”.

 

Hülya MƏMMƏDLİ

Yeni  Azərbaycan.-2014.- 26 iyun.- S. 5.