Azərbaycan-Argentina münasibətləri intensiv inkişaf edir

 

İki ölkənin kənd təsərrüfatı, təhsil, kosmik sənaye və digər sahələrdə müvafiq qurumları arasında keçirilən çoxsaylı görüşlər yeni-yeni əməkdaşlıq perspektivlərini meydana çıxarır

Məlumdur ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə Azərbaycan daha da fəal xarici siyasət yürüdərək beynəlxalq aləmdə tərəfdaşlarının sayını xeyli artırıb. Bu baxımdan, Azərbaycanın son dövrlərdə Latın Amerikası regionu dövlətləri ilə əlaqələri sürətlə genişlənməkdədir. Xüsusən də, bölgə dövlətlərindən olan Argentina Respublikası ilə əməkdaşlığın çoxşaxəli və intensiv olması diqqəti cəlb edir.

Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, bu günlərdə Argentina Respublikası Milli Konqresinin SenatDeputatlar Palatasında 2011-ci ildən fəaliyyət göstərən Azərbaycan ilə parlamentlərarası dostluq qrupları yeni tərkibdə təsdiq ediliblər. Senatda Azərbaycan ilə parlamentlərarası dostluq qrupunun 9 üzvü, Deputatlar Palatasında isə Azərbaycan ilə parlamentlərarası dostluq qrupunun 8 üzvü var.

Hər 2 ildən bir Argentina Milli Konqresinin müəyyən hissəsinin yenilənməsi ilə bağlı keçirilən parlament seçkilərindən sonra parlamentlərarası dostluq qruplarının tərkibi yenidən təsdiq olunur.

Qeyd edək ki, Azərbaycan ilə Argentina arasında diplomatik münasibətlərin əsası hələ müstəqilliyimizin ilk illərində qoyulub. Azərbaycanın Argentina Respublikasındakı səfirliyinin məlumatına əsasən, Argentina Respublikası ölkəmizin müstəqilliyini 9 mart 1992-ci ildə tanıyıb və 8 noyabr 1993-cü ildə diplomatik əlaqələrin qurulması haqqında protokol imzalanıb. Bu protokolla Argentina Moskvadakı səfirini, eyni zamanda, Azərbaycan Respublikasına da akkreditə edib.

İki ölkə münasibətlərinin inkişaf sürəti son illərdə qarşılıqlı rəsmi səfərlərin intensivləşməsi ilə daha da artıb. Qeyd edək ki, Azərbaycan ilə Argentinanın kənd təsərrüfatı, təhsil, kosmik sənaye digər sahələrdə müvafiq qurumları arasında keçirilən çoxsaylı görüşlər yeni-yeni əməkdaşlıq perspektivlərini meydana çıxarıb. Bu görüşlərə nəzər salmaqla qarşılıqlı əlaqələrin ortaq maraqlara söykəndiyini aydın görmək olar.

Belə ki, 3 aprel 2006-cı il tarixində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Argentinaya rəsmi səfər edib. Səfər zamanı Argentina xarici işlər naziri, vitse-prezident, Federal Planlaşdırma, İctimai İnvestisiya Xidmətlər naziri ilə görüşlər keçirilib, iki ölkənin Xarici İşlər nazirlikləri arasında Anlaşma Memorandumu Diplomatik Xidməti pasportları üçün vizasız gəliş-gediş haqqında Saziş imzalanıb. Bu səfər iki ölkə arasında əməkdaşlıq imkanlarının təyin edilməsi baxımından əhəmiyyətli olub.

2007-ci ildən etibarən Argentinanın Azərbaycana məsul diplomatik missiyası Ankaradakı Səfirliyə həvalə edilib həmin ilin 5 mart tarixində Argentina səfiri etimadnaməsini Azərbaycan Prezidenti İlham Əliyevə təqdim edib.

2010-cu ildə Azərbaycan hökuməti Cənubi Amerika regionunda ilk dəfə olaraq Argentinada Azərbaycan Respublikası Səfirliyinin təsis olunması barədə qərar qəbul edibPrezident İlham Əliyev 25 may 2010-cu ildə Məmməd Əhmədzadənin Azərbaycan Respublikasının Argentina Respublikasında Fövqəladə və Səlahiyyətli səfiri təyin olunması haqqında Fərman imzalayıb. Səfir öz etimadnaməsini Argentina Respublikasının Prezidenti xanım Kristina Fernandes Kirçnerə 1 noyabr 2010-cu il tarixində təqdim edibbununla da iki ölkə arasında əlaqələr yeni inkişaf mərhələsinə qədəm qoyub.

Azərbaycan hökumətinin Argentinada səfirlik təsis etməsi haqqında qərarı Argentina hökuməti tərəfindən təqdir edilibbunun nəticəsi olaraq Argentina xarici işlər nazirinin müavini Alberto Pedro D’Alotto 24-25 noyabr 2010-cu il tarixlərində siyasi məsləhətləşmələr üçün Azərbaycana gəlib. Nazir müavini Pedro D’Alotto Azərbaycanda olduğu müddətdə xarici işlər naziri Elmar Məmmədyarov və digər rəsmilərlə görüşlər keçirib. Səfər çərçivəsində iki ölkənin Xarici İşlər nazirlikləri arasında Siyasi Məsləhətləşmələr haqqında Anlaşma Memorandumu və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyası ilə Argentina Xarici İşlər Nazirliyinin Milli Xarici Xidmət İnstitutu arasında Əməkdaşlıq haqqında Memorandum imzalanıb. Görüşlər zamanı Argentina şirkətlərinin Azərbaycanda, xüsusilə, enerji, kənd təsərrüfatı və əczaçılıq sahəsində fəaliyyət imkanları araşdırılıb.

2011-ci il martın 10-da Azərbaycanda da akkreditə olunmuş Türkiyədəki Argentina səfiri Xuan Xose Maffey öz etimadnaməsini Azərbaycan Prezidentinə təqdim edib.

Qeyd olunduğu kimi, iki ölkə əlaqələri elm və təhsil sahələrində də inkişaf etməkdədir. Bunun təsdiqi olaraq, 2011-ci ilin oktyabrında Argentina Milli ElmTexniki Araşdırmalar Şurasının (CONİCET) prezidenti Azərbaycana səfər edib. Səfər zamanı Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, təhsil naziri, rabitə və informasiya texnologiyaları nazirinin müavini və Bakı Dövlət Universitetinin rektoru ilə görüşlər keçirilib, CONİCET-lə AMEA arasında əməkdaşlıq haqqında Saziş imzalanıb.

2011-ci ilin 1-6 noyabr tarixində Argentinanın Elm, TexnologiyaProduktiv İnnovasiya naziri Lino Baranao Azərbaycana səfər edib. Səfər zamanı argentinalı nazir Azərbaycan Prezidentinin qəbulunda olub, həmçinin, Argentinanın Elm, TexnologiyaProduktiv İnnovasiya nazirliyi ilə Azərbaycanın İqtisadi İnkişaf Nazirliyi və AMEA ilə əməkdaşlıq Sazişləri imzalanıb.

2012-ci il 29 fevral tarixində Argentina Respublikasının Prezidenti xanım Kristina Fernandes Kirçner Azərbaycan Respublikasının Bakı şəhərində Səfirliyin təsis olunması haqqında Sərəncam imzalayıb. 2012-ci il 4 iyun tarixində Argentinanın Müvəqqəti İşlər Vəkili Xorxe Roballo Səfirliyin təsis olunması məsələlərilə bağlı məsul şəxs təyin olunması haqqında Argentina xarici işlər və etiqad naziri Hektor Timermanın rəsmi məktubunu təqdim etmək üçün xarici işlər naziri Elmar Məmmədyarovla görüşüb.

İki ölkə əlaqələri ticarət və iqtisadiyyat üzrə də böyük qarşılıqlı maraq kəsb edir. Belə ki, 2012-ci ildə Argentinanın xarici işlər və etiqad naziri Hektor Timerman, Daxili ticarət üzrə dövlət katibi Guillermo Moreno, Xarici ticarət üzrə dövlət katibi xanım Beatriz Paglierinin rəhbərliyi ilə 300 nəfərdən ibarət Argentina adamlarından ibarət biznes missiyası Azərbaycana səfər edib. Heyətin rəsmi şəxsləri arasında Argentinanın La Rioja əyalətinin qubernatoru Luis Beder Herrera, Kənd Təsərrüfatı üzrə Alt Katib Alejandro Lotti və Sərmayələrin İnkişafı və Ticarətin Təşviqi üzrə Alt Katib Karlos Bianco da olublar. Səfər vaxtı I Argentina-Azərbaycan Biznes Forumu təşkil edilib. Rəsmi nümayəndə heyəti Prezident İlham Əliyev tərəfindən qəbul edilib, iqtisadi inkişaf naziri, xarici işlər naziri, fövqəladə hallar naziri ilə görüşlər keçiriblər.

2012-ci il 26-27 iyul tarixində xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycan iqtisadi inkişaf nazirinin və Azərbaycanın ən iri holdinq rəhbərlərinin müşayiəti ilə Argentinaya səfər edib. Səfər zamanı II Argentina-Azərbaycan Biznes Forumu təşkil olunub. Rəsmi nümayəndə heyəti Argentina Respublikasının Prezidenti xanım Kristina Fernandes Kirçner tərəfindən qəbul olunub, Argentinanın xarici işlər və etiqad naziri Hektor Timerman, kənd təsərrüfatı, heyvandarlıq və balıqçılıq naziri Norberto Yauhar, sənaye naziri xanım Debora Giorgi, federal planlaşdırma, dövlət sərmayələri və xidmətlər naziri Xulio De VidoDaxili Ticarət üzrə Dövlət Katibi Guillermo Moreno ilə görüşlər keçirilib.

Ümumilikdə, Argentinadan Azərbaycana idxal olunan əsas məhsullar şəkər çuğunduru, yağlar, soya yağı və digər taxıl məmulatları, əczaçılıq məmulatları, südsüd məhsulları, yer fındığı, tütün məmulatları, kiçik maşınlar və sitrus meyvələridir.

Azərbaycan-Argentina münasibətləri ötən ildə də müxtəlif sahələr üzrə inkişaf edib. 2013-cü ilin fevralında Argentina Respublikasının prezidentinin sərəncamı ilə fövqəladə və səlahiyyətli elçi Carlos Dante Riva iqamətgahı Bakı şəhəri daxil olmaqla Azərbaycan Respublikasına səfir təyin edilib.

Ötən ilin aprelində, həmçinin, Prezident İlham Əliyev Argentina Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Carlos Dante Rivanın etimadnaməsini qəbul edib.

Argentinanın nüvə, kosmos, sənaye, tibb, neft-qaz, kimya, dövlət təhlükəsizliyi və müdafiə sahələri üzrə çoxtərəfli texnoloji layihələr həyata keçirən INVAP (“İnvestigaciones Aplicadas - Tətbiqi tədqiqatlar”) şirkətinin Kosmik Layihələr üzrə Biznesin İnkişafı sektorunun rəhbərləri Nestor Pablo TognettiRicardo Sagarzazu, habelə Argentina Respublikası Federal Planlaşdırma, İctimai Sərmayələr və Xidmətlər Nazirliyinin əməkdaşı Santiago Arbo ötən ilin sentyabrında Azərbaycana səfər ediblər. Səfər zamanı Argentina nümayəndə heyəti Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində və AZƏRKOSMOS-da müvafiq görüşlər keçiriblər.

Göründüyü kimi, iki ölkə münasibətləri olduqca müxtəlif sahələri əhatə edir. Müvafiq qurumlar arasında imzalanan müqavilə və sazişlər gələcəkdə əməkdaşlıq potensialından daha səmərəli istifadəyə imkan verəcək.

 

Hülya MƏMMƏDLİ

Yeni  Azərbaycan.-2014.- 28 iyun.- S. 8.