Məcburi köçkünlərin
sosial problemlərinin həlli daim diqqət mərkəzindədir
Ermənistan silahlı qüvvələrinin Azərbaycana hərbi təcavüzü nəticəsində doğma ocaqlarından didərgin salınmış soydaşlarımızın bütün qayğıları, problemləri Azərbaycan dövlətinin gündəlik diqqət mərkəzindədir.
Bu siyasətin əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur. Ümummilli lider Heydər Əliyevin ən böyük arzusu zəbt olunmuş torpaqlarımızın işğaldan azad edilməsi idi. O, bunun üçün var qüvvəsi ilə çalışırdı. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev çoxsaylı beynəlxalq və yerli qurumların tədbirlərində mütləq bir hal kimi bu problemə toxunaraq, onu ölkədə bir nömrəli problem adlandırmışdı.
“İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir” deyən xalqımızın Ümummilli lideri Heydər Əliyev tərəfindən əsası qoyulan uğurlu neft strategiyası öz bəhrəsini verməyə başlayan andan əldə edilən ilk vəsait məhz qaçqın və məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına yönəldildi, çadır düşərgələrinin ləğvinə başlanıldı.
Bu məqsədlə, Dövlət Neft Fondundan ayrılmış vəsait hesabına 2001-2003-cü illərdə yeni qəsəbələr salındı. Nəticədə 1330 qaçqın və 5081 məcburi köçkün ailəsinin mənzil şəraiti yaxşılaşdırıldı və respublikamızda mövcud olan 12 çadır düşərgəsindən Biləsuvar rayonundakı 5-i 2003-cü ildə ləğv edildi.
Ulu öndər Heydər Əliyevin siyasi kursuna uyğun olaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli istiqamətində ardıcıl və məqsədyönlü tədbirlərin həyata keçirilməsi müntəzəm olaraq davam etdirilir.
Cənab İlham Əliyev 2003-cü il oktyabrın 1-də prezident seçkiləri ərəfəsində ilk görüşünü Biləsuvar rayonu ərazisində məcburi köçkünlər üçün salınmış yeni qəsəbələrdə keçirərkən ölkədə bir dənə də olsun çadır düşərgəsinin qalmayacağını bəyan etmişdi. Azərbaycanda mövcud olmuş 12 çadır düşərgəsi 2007-ci ilin sonunadək ləğv edilmişdir.
Eyni zamanda, ölkədə olan, istismar müddəti başa çatmış 16 fin tipli qəsəbədən 12-si ləğvi təmin edilmiş, qalan 4-nün ləğvi isə yeni qəsəbələr salınmaqla təmin ediləcəkdir. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli 298 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nda və həmin Dövlət Proqramına Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 31 oktyabr tarixli 2475 nömrəli və 2011-ci il 21 fevral tarixli 1346 nömrəli sərəncamları ilə təsdiq edilmiş əlavələrdə nəzərdə tutulan tədbirlərin icrası 2013-cü ildə də uğurla davam etdirilmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev son 10 ildə xarici ölkələrin və beynəlxalq təşkilatların rəhbərləri ilə 400-dən çox, qaçqın və məcburi köçkünlərlə isə yeni salınmış qəsəbələrdə 26 dəfə, o cümlədən, 2013-cü ildə 3 dəfə görüş keçirmişdir.
2013-cü il ərzində bu sahə ilə bağlı Azərbaycan Respublikasının Prezidenti tərəfindən 4 Fərman və Sərəncam, Nazirlər Kabineti tərəfindən 22 qərar və sərəncam qəbul edilmişdir. 2003-2013-cü illərdə isə bu məqsədlə ölkə Prezidenti tərəfindən 52 Fərman və Sərəncam imzalanmış, Nazirlər Kabineti 170 qərar və sərəncam, Milli Məclis isə 10 qanun qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2013-cü il aprelin 1-də Abşeron rayonunun Masazır qəsəbəsi ərazisində 760 məcburi köçkün ailəsi üçün salınmış 13 ədəd 5 mərtəbəli yaşayış binasından ibarət məhəllənin, aprelin 16-da Mingəçevir şəhərində 502 məcburi köçkün ailəsinə inşa edilmiş 10 ədəd 9 mərtəbəli yaşayış binasından ibarət məhəllənin və sentyabrın 10-da Bərdə rayonunda 870 məcburi köçkün ailəsi üçün salınmış 15 ədəd 5 mərtəbəli yaşayış binasından ibarət məhəllənin açılışında iştirak etmişdir.
-Bakı Dövlət Universitetinin yataqxanalarında və Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, H.Babaşov küçəsində yerləşən Təcili Tibbi Yardım Stansiyasının tikintisi yarımçıq qalmış binasında müvəqqəti məskunlaşmış məcburi köçkün ailələrinin Qaradağ rayonunun Müşfiqabad qəsəbəsi ərazisində 1440 ailə üçün yeni salınmış məhəlləyə, Mingəçevir şəhərindəki fin tipli qəsəbədə və orta məktəb binalarında müvəqqəti məskunlaşmış 502 ailənin həmin şəhərdə yeni inşa edilmiş yaşayış kompleksinə, Azərbaycan Dövlət Neft Akademiyasının yataqxanalarında müvəqqəti məskunlaşmış məcburi köçkünlərin Abşeron rayonunun Masazır qəsəbəsi ərazisində 760 məcburi köçkün ailəsi üçün salınmış yeni məhəlləyə, Qəbələ rayonunda müvəqqəti məskunlaşmış 155 ailənin həmin rayonda inşa edilmiş 2 ədəd 5 mərtəbəli yaşayış binasına, Bərdə rayonunda müvəqqəti məskunlaşmış 870 ailənin həmin rayonda inşa edilmiş yaşayış kompleksinə, İsmayıllı rayonunda 45 məcburi köçkün ailəsinin yeni salınmış qəsəbəyə, İmişli rayonunda 2-ci mərhələ üzrə 225 ailənin yeni salınmış qəsəbəyə köçürülməsi təmin edilmişdir; bütün zəruri sosial-texniki infrastruktur obyektləri ilə birlikdə Gəncə şəhərində 1500 məcburi köçkün ailəsinə 25 ədəd 5 mərtəbəli yaşayış binası və 500 yerlik Heydər Əliyev adına Mədəniyyət Mərkəzindən ibarət məhəllənin tikintisi başa çatdırılmış və 2014-cü il yanvarın 20-də cənab İlham Əliyev həmin yaşayış kompleksinə baxış keçirmişdir. Eyni zamanda, Sabunçu rayonunun Ramana qəsəbəsində 80 ailəyə 1 ədəd və Balakən rayonunda 45 ailəyə 1 ədəd 5 mərtəbəli yaşayış binalarının və Sabunçu rayonunun Ramana qəsəbəsində Nizami Gəncəvi adına Xankəndi şəhər 4 nömrəli tam orta məktəbi üçün 300 şagird yerlik yeni binanın tikintisi başa çatdırılmışdır;
-Bakı şəhəri, Qaradağ rayonunun Müşfiqabad qəsəbəsi ərazisində 160 ailə üçün 2 ədəd, Qaradağ rayonunun “Ümid” qəsəbəsində 1-ci mərhələdə 200 ailə üçün 3 ədəd 5 mərtəbəli yaşayış binalarının tikintisi başa çatmaq üzrədir; -6 rayonda 2330 məcburi köçkün ailəsinin, o cümlədən Hacıqabul rayonunda 101, Saatlı rayonunda 230 (birinci mərhələdə 89), Ağdam rayonunda 632, Bərdə rayonunda 1700 (birinci mərhələdə 588), Göygöl rayonunda 600 və Beyləqan rayonunda 320 məcburi köçkün ailəsinin mənzil şəraitinin yaxşılaşdırılması üçün qəsəbələrin tikintisinə başlanılmışdır;
-Mingəçevir şəhərində 1500 (birinci mərhələdə 594), Sabunçu rayonunda 800, Pirallahı rayonunda 330, Füzuli rayonunda 400, Sabirabad rayonunda 440, Qazax rayonunda 300, Beyləqan rayonunda 146 ailəlik yaşayış komplekslərinin salınması məqsədi ilə layihə-smeta sənədlərinin hazırlanması üzrə işlər davam etdirilmişdir;
-Bakı şəhərindəki yataqxanalarda və digər obyektlərdə müvəqqəti məskunlaşmış məcburi köçkün ailələrinin köçürülməsi məqsədi ilə Abşeron rayonunun Qobu bələdiyyəsinin ərazisindən ayrılmış 500 hektar torpaq sahəsində məcburi köçkünlər üçün yaşayış massivinin salınması ilə bağlı texniki şərtlər alınmış, kompleksin baş planı ilə birlikdə müfəssəl planının hazırlanmasına dair layihə tapşırıqları, layihə-axtarış işləri üçün smeta sənədləri hazırlanmış və birinci mərhələnin layihə işləri ilə bağlı müqavilə bağlanmışdır.
-Dövlət büdcəsində nəzərdə tutulan 3,5 milyon manat investisiya xərcləri vəsaiti hesabına Axıska türkləri üçün 114 evin tikintisi başa çatdırılmışdır.
Beləliklə, 2013-cü ildə 5.741 ailə və ya 28.700 nəfər qaçqın və məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılmışdır ki, bu da 2012-ci ilə nisbətən 1.188 ailə və ya 5.935 nəfər çoxdur.
İl ərzində 292 min kvadrat metr sahəsi olan 6 yeni yaşayış kompleksi salınmış, 2736 şagird yerlik 5 məktəb inşa edilmiş, həmçinin, incəsənət məktəbi ilə birlikdə 500 yerlik Heydər Əliyev adına Mədəniyyət Mərkəzi, 4 uşaq bağçası, 5 tibb məntəqəsi, 4 klub - icma mərkəzi, 4 inzibati bina tikilib istifadəyə verilmiş, 30,7 kilometr yol, 54,0 kilometr su xətti, 117,0 kilometr elektrik xətti, 42,0 kilometr qaz xətti, 8,0 kilometr istilik xətti, 25,0 kilometr kanalizasiya xətti çəkilmiş, müxtəlif həcmə malik 18 su anbarı, 9 nasos stansiyası, 18 komplekt transformator yarımstansiyası inşa edilmiş, 22 ədəd yüksəkgərginlikli transformator quraşdırılmışdır.
Bu məqsədlə, il ərzində Dövlət Neft Fondundan 300 milyon manat, büdcədən və investisiya xərclərindən isə 68 milyon manat olmaqla 368 milyon manat vəsait ayrılmışdır ki, bu da 2003-cü ilə nisbətən 18 dəfə çoxdur.
Son 10 il ərzində 2,2 milyon kvadrat metr sahəsi olan, bütün sosial-texniki infrastruktura malik 77 müasir qəsəbə salınmış, 37 min ailə və ya 166 min nəfərdən çox məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılmışdır. Bu da ümumiyyətlə indiyədək yeni salınmış qəsəbələrə köçürülənlərin 92 faizini təşkil edir.
Ümumiyyətlə, 2001-2013-cü illər ərzində Dövlət Neft Fondundan və digər mənbələrdən ayrılmış 1.585,4 milyon manat vəsait hesabına 2,5 milyon kvadrat metr sahəsi olan, bütün sosial-texniki infrastruktura malik 82 müasir qəsəbə salınmışdır.
Yeni salınmış yaşayış məntəqələrində 139 məktəb, 6 musiqi, 1 incəsənət məktəbi, 1 Mədəniyyət Sarayı, 45 mədəniyyət mərkəzi, 51 uşaq bağçası, 55 tibb məntəqəsi, 2 Olimpiya İdman kompleksi tikilmiş, 648 kilometr yol, 815 kilometr su, 1412 kilometr hava elektrik, 333 kilometr qaz xətti çəkilmiş, 715 ədəd müxtəlif gücə malik elektrik transformatoru quraşdırılmışdır.
Beləliklə, indiyədək 40 min ailə və ya 180 min nəfər qaçqın və məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılmışdır. Məcburi köçkünlərin istifadə etdikləri kommunal xərclər üçün 2013-cü ildə ayrılmış 91,29 milyon manat vəsait müəyyən edilmiş normativlər üzrə faktiki istehlaka görə mərkəzləşmiş qaydada, birbaşa xəzinədarlıq vasitəsilə xidmət təşkilatlarına ödənilmişdir.
Dövlət büdcəsindən 2013-cü il üçün yemək xərci müavinətinin ödənilməsi məqsədi ilə ayrılmış 113,4 milyon manat vəsait məcburi köçkünlərə bankomatlar vasitəsi ilə verilmişdir.
Nazirlik, komitə, şirkət, konsern və səhmdar cəmiyyətlər tərəfindən bayramlar ərəfəsində məcburi köçkünlərə 5,0 milyon manat həcmində müxtəlif yardımlar göstərilmişdir. Soba yanacağının alınması üçün təsdiqlənmiş 5,2 milyon manat vəsait hesabına payız-qış mövsümündə (oktyabr, noyabr, dekabr, yanvar və fevral aylarında), hər ailəyə ayda 40 litr olmaqla, 50 min məcburi köçkün ailəsinə ağ neft paylanılmışdır.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi üzrə 18 rayon (şəhər) icra hakimiyyətinə 553,1 min manat, qaçqın və məcburi köçkünlərdən daxil olmuş müraciətlər əsasında isə 31 ailəyə 36,7 min manat, cəmi 589,8 min manat məbləğində humanitar yardım verilmişdir.
Əvvəllər büdcədən maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışmış, özlərindən asılı olmayan səbəblərə görə iş yerlərindən məhrum olmuş və işlə təmin olunmamış 11 min nəfərdən çox məcburi köçkünə orta aylıq əməkhaqqının ödənilməsi davam etdirilmişdir.
Məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları 72 obyektdə cari təmir işləri aparılmışdır. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nəzdində olan aqrar sənaye və aqrar fermer təsərrüfatları tərəfindən 2013-cü ildə 1 milyon 10 min manatlıq sənaye malları istehsal edilmişdir. 25651 şəxsə məcburi köçkün statusu və bu barədə müvafiq vəsiqə verilmişdir.
2013-cü ildə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən müvəqqəti məskunlaşma obyektlərinə 50 ədəd müxtəlif markalı güc transformatoru, 44 ədəd artezian və digər su nasosu, 4370 metr güc kabeli, 82,5 min metr elektrik naqili və başqa yardımçı avadanlıq və mal, materiallar verilmişdir.
İl ərzində fəaliyyətləri Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyası tərəfindən əlaqələndirilən 42 beynəlxalq, 45 yerli humanitar təşkilata yaradılmış şəffaf, sərbəst və səmərəli şərait nəticəsində onların xətti ilə dəyəri 24,0 milyon manat həcmində prioritet hesab olunan müxtəlif humanitar və inkişaf layihələri həyata keçirilmişdir.
Qaçqın və məcburi köçkün soydaşlarımızın sosial problemlərinin həlli məqsədi ilə 2013-cü ildə ayrılmış 637 milyon manat həcmində vəsaitdən 299 milyonu büdcə, 300 milyonu Dövlət Neft Fondunun, 24 milyonu beynəlxalq təşkilatların və 14 milyonu digər təşkilatların vəsaitidir.
Bu da 2003-cü il ilə müqayisədə 528 milyon manat və ya 5,8 dəfə çoxdur.
1993-2013-cü illərdə qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həllinə 4,4 milyard manat həcmində vəsait sərf olunmuşdur. Ondan 2 milyard manat dövlət büdcəsinin, 1,5 milyard manat Dövlət Neft Fondunun və 0,9 milyard manat isə beynəlxalq maliyyə qurumları və ölkəmizdə fəaliyyət göstərən beynəlxalq təşkilatların vəsaitidir.
Bu vəsaitin
84 faizi, yaxud 3,7 milyard manatı son 10 ildə
istifadə olunmuşdur.
Dövlət
Proqramının məcburi köçkünlərin məşğulluğunun
artırılması və yoxsulluğunun azaldılması
üzrə 2-ci bölməsində nəzərdə tutulan tədbirlərlə
əlaqədar yeni iş yerlərinin yaradılması daim diqqət
mərkəzində olmuşdur.
Hesabat
dövründə 1985, o cümlədən, məcburi köçkünlərin
sıx müvəqqəti məskunlaşdıqları ərazilərdə
750 nəfər, Azərbaycan Respublikasının Əmək və
Əhalinin Sosial Müdafiəsi Nazirliyi və onun struktur
bölmələri ilə qarşılıqlı fəaliyyət
nəticəsində 2244 nəfər daimi işlə, 4404 nəfər
isə mövsümi işlə təmin olunmuşdur. 570 nəfərə işsiz statusu verilmiş, 615 nəfərə
işsizlik müavinəti təyin edilmişdir. 455 nəfər əmək bazarının müasir
tələbləri əsasında peşə
hazırlığı kurslarına, 185 nəfər isə
ictimai işlərə cəlb olunmuşdur.
Son 10 il ərzində
isə 86,8 min nəfər müvafiq işlə təmin
edilmiş, 4.340 nəfərə işsiz statusu verilmiş,
2716 nəfər peşə hazırlığı
kurslarına, 1.901 nəfər isə haqqı ödənilən
ictimai işlərə cəlb olunmuş, 16 min ailəyə
ünvanlı sosial yardım verilmişdir.
Azərbaycan
Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin
Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə son
10 ildə 1841 məcburi köçkün sahibkarlıq
subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə
37,2 milyon manat, o cümlədən, 2013-cü ildə 307 məcburi
köçkün sahibkara 5,0 milyon manat güzəştli
kredit verilmişdir.
Dünya
Bankı və Azərbaycan Hökuməti arasında
bağlanılmış kredit sazişi (“Məcburi
Köçkünlərin İqtisadi İnkişafına
Yardım Layihəsi”) üzrə Azərbaycan Respublikası Məcburi
Köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən
2013-cü ildə respublikanın 16 şəhər və
rayonunda dəyəri 2,58 milyon manat olan müxtəlif növ
31 icma mikrolayihəsi icra edilmişdir. Bu icma
mikrolayihələrinin icrası nəticəsində 16 min nəfər
faydalanmışdır.
Ümumilikdə
həmin saziş üzrə son 10 ildə 310 min nəfərin
faydalandığı (bunun da 83 faizi məcburi
köçkündür) və dəyəri 30 milyon manat təşkil
edən 520 müxtəlif növ mikrolayihə icra
edilmişdir.
2013-cü
ildə Məcburi Köçkünlərin Sosial
İnkişaf Fondu tərəfindən 688 nəfərə
ümumi məbləği 1,38 milyon manat təşkil
edən mikrokredit verilmişdir. Son 10 ildə isə 10,8 min nəfər
məcburi köçkünə verilmiş mikrokreditin məbləği
7,7 milyon manat olmuşdur və bu proqramlardan 46 min məcburi
köçkün faydalanmışdır.
“Azərenerji”ASC tərəfindən ümumilikdə
97630 mənzildə elektrik sayğacının quraşdırılması
nəzərdə tutulmuşdur. Hazırda fərdi evlərdə
60800, yığcam məskunlaşma obyektlərində isə
33300 mənzildə, ümumilikdə 94100 ədəd (96,4 faizlə) elektrik sayğacı
quraşdırılmışdır. Bunlardan 32500 ədədi
(34,5 faiz) “smart-kart” tipli sayğaclardır.
“Bakıelektrikşəbəkə” ASC tərəfindən
fərdi və yığcam yaşayış yerlərində
elektrik sayğaclarının quraşdırılması 100
faiz başa çatdırılmışdır.
Respublikanın bütün ərazilərində, o
cümlədən, Bakı şəhərində məcburi
köçkünlərin yığcam məskunlaşma
obyektlərinin elektrik təchizatının digər elektrik
işlədicilərindən asılı olmayaraq sərbəstləşdirilməsi
işi tam həyata keçirilmişdir.
Dövlət Neft Şirkətinin “Azəriqaz”
İstehsalat Birliyi üzrə respublikanın bütün
şəhər və rayonlarında (o cümlədən,
Bakı şəhərində) fərdi və yığcam məskunlaşma
obyektlərində nəzərdə tutulmuş qaz
sayğaclarının quraşdırılması işi tam
başa çatdırılmışdır. Məcburi
köçkünlərin məskunlaşdıqları
yaşayış məntəqələri və qəsəbələri
sürətlə qazla təchiz edilir. Yeni
tikilmiş binalar istismara verilərkən sayğaclaşdırılır.
Hazırda respublika üzrə 380.552 nəfər
məcburi köçkün təbii qazla təchiz olunur.
Son zamanlar məcburi köçkünlər
üçün tikilmiş hündürmərtəbəli
binalarda olan mənzillərin qızdırılması
üçün müasir istilik sistemi
quraşdırılır və məcburi köçkünlərin
mənzilləri istiliklə təchiz edilir.
Məcburi köçkünlər arasında yoxsulluq həddi
son 10 ildə 75 faizdən 15 faizədək
azalmışdır. 2013-cü ildə hər bir nəfər məcburi
köçkünə müavinət və kommunal xidmətlərə
görə, 1100 manat vəsait sərf olunmuşdur. Bu da dünyada mövcud olan digər münaqişə
zonaları ilə müqayisədə ən yüksək
göstəricidir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsi haqqında həqiqətlərin dünya
ictimaiyyətinin diqqətinə müntəzəm
çatdırılması ilə bağlı müvafiq tədbirlərin
həyata keçirilməsi davam etdirilmişdir.
Qeyd etmək lazımdır ki, fəaliyyətə
başladığı ilk gündən etibarən, Heydər
Əliyev Fondu da qaçqın və məcburi
köçkünlərin üzləşdikləri
çoxsaylı problemlərin dünya ictimaiyyətinə
çatdırılmasına və onların həllinə
daim diqqətlə yanaşır. Fondun prezidenti, UNESCO-nun və
İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin
deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü
ilə yaradılmış “Azərbaycan” internet portalında
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsi, Xocalı soyqırımı, Ermənistanın
hərbi təcavüzünün nəticələri barədə
də geniş məlumat toplanmışdır. Bununla bərabər,
Fondun xətti ilə hər il Xocalı
soyqırımı ərəfəsində dünyanın
müxtəlif ölkələrində tədbirlər
keçirilir, beynəlxalq mətbuatda soyqırım
haqqında yazılar dərc etdirilir, hər il keçirilən
Yeni il şənliklərinə qaçqın və məcburi
köçkün uşaqları da dəvət edilir.
Fondun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü
ilə 80-dən artıq ölkədə “Xocalıya ədalət”
beynəlxalq məlumat-təşviqat kampaniyası ilə
bağlı silsilə tədbirlər təşkil olunur. Artıq 7
dövlətin Parlamenti və ABŞ-ın 14 ştatı
Xocalı faciəsini soyqırımı kimi rəsmi qaydada qəbul
etmişdir. Qaçqınların və Məcburi
Köçkünlərin İşləri üzrə
Dövlət Komitəsi tərəfindən “Ermənistanda
aparılan etnik təmizləmə və Ermənistan
silahlı qüvvələri tərəfindən Azərbaycanın
20 faiz ərazisinin işğalı nəticəsində
yaranmış bir milyonadək qaçqın və məcburi
köçkünlər haqqında məlumat (1988-2011-ci illər)”
və “Qaçqın və məcburi köçkünlərə
Prezident qayğısı (2003-2013-cü illər)” kitabları
nəfis tərtibatla Azərbaycan və ingilis dillərində
çap edilmiş və müvafiq dövlət orqanlarına,
beynəlxalq və yerli humanitar təşkilatlara
paylanılmışdır. Eyni zamanda, həmin
kitabların, broşura və CD şəklində digər məlumatların
BMT-nin müxtəlif dillərində hazırlanaraq Azərbaycanın
xarici ölkələrdəki səfirlikləri və
keçirilən görüşlərdə yayılması təmin
edilmişdir. Həmçinin, il ərzində
xarici ölkələrin, beynəlxalq maliyyə
qurumlarının, humanitar və bu sahədəki inkişaf təşkilatlarının
nümayəndələri ilə 195 görüş
keçirilmişdir.
Ölkəmizdə
səfərdə olan bütün qonaqlara Komitə tərəfindən
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsi, qaçqın və məcburi
köçkünlərin həyat şəraitinin
yaxşılaşdırılması, yoxsulluğun
azaldılması və məşğulluğunun
artırılması ilə bağlı həyata
keçirilmiş tədbirlər barədə müxtəlif
dillərdə hazırlanmış video materiallar, məlumat
kitabları və s. təqdim olunmuş, həmçinin,
keçirilmiş görüşlər mütəmadi olaraq
kütləvi informasiya vasitələrində
işıqlandırılmışdır.
Azərbaycan
Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli 298 nömrəli
Sərəncamının 2-ci bəndi üzrə Azərbaycan
Respublikasının Qaçqınların və Məcburi
Köçkünlərin İşləri üzrə
Dövlət Komitəsinə daxil olmuş müraciətlər
əsasında məcburi köçkünlərin məskunlaşdıqları
yerlərdən çıxarılmalarına dair 270 məhkəmə
prosesində Komitənin nümayəndəsi iştirak
etmişdir.
2013-cü
ildə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə
və Qaçqınların və Məcburi
Köçkünlərin İşləri üzrə
Dövlət Komitəsinə qaçqın və məcburi
köçkünlər tərəfindən daxil olmuş 60
mindən artıq yazılı və şifahi müraciətə
baxılmış, 13 min nəfər qəbul edilmiş və
müraciətlərin 80 faizindən çoxu müsbət həll
edilmişdir.
Həyata keçirilən tədbirlərə baxmayaraq,
məcburi köçkünlərin xeyli hissəsi hələ
də yaşayış üçün yararlı olmayan
ictimai binalarda, yataqxanalarda, sağlamlıq düşərgələrində
və digər müvəqqəti məskunlaşma yerlərində
ağır şəraitdə yaşayır və bir çox
sosial problemlərlə üzləşirlər.
Azərbaycan
Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli 298 nömrəli
Sərəncamı ilə təsdiq edilmiş
“Qaçqınların və məcburi köçkünlərin
yaşayış şəraitinin
yaxşılaşdırılması və məşğulluğunun
artırılması üzrə Dövlət Proqramı”nda, həmin
Dövlət Proqramına Azərbaycan Respublikası
Prezidentinin müvafiq Sərəncamları ilə təsdiq
edilmiş Əlavələrdə nəzərdə tutulan məsələlər,
ölkə başçısı tərəfindən
qarşıya qoyulan vəzifələr və verilmiş
tapşırıqlar cari ildə də vaxtlı-vaxtında və
uğurla həyata keçiriləcəkdir.
Əli Həsənov,
Baş nazirin müavini,
Qaçqınların və Məcburi
Köçkünlərin İşləri
üzrə
Dövlət Komitəsinin sədri
Yeni
Azərbaycan.-2014.- 4 mart.- S.5.