Azərbaycan gəncliyinin inkişafında dövlət siyasəti

 

Azərbaycan dinamik iqtisadi inkişaf tempinə və möhkəm ictimai-siyasi sabitliyə malik olan modern dövlətdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasətin fonunda milli inkişafın Azərbaycan modelinin formalaşdırılması və səmərəli iqtisadi siyasət sayəsində hədəflənən nəticələrin əldə olunması, sosial-siyasi islahatların mütəmadi qaydada həyata keçirilməsi, qanunvericilik bazasının zənginləşdirilməsi, vətəndaş cəmiyyəti, hüquqi dövlətin inkişafına maksimum əlverişli şəraitin yaradılması və digər bu kimi tədbirlər Azərbaycanın sürətli inkişafını təmin etməklə yanaşı, perspektiv tərəqqinin əsaslarını formalaşdırır. Şübhəsiz, bütün bunlar ölkəmizdə həyata keçirilən mütərəqqi gənclər siyasətinin də səmərəliliyini artırır. Bu isə Azərbaycanın milli gücünün daha da artmasını şərtləndirən mühüm faktor kimi dəyərləndirilə bilər.

Ümumiyyətlə, hər bir dövlətin milli inkişaf strategiyasının mühüm istiqamətlərindən birinirasional gənclər siyasəti təşkil edir. Gənclər siyasətinin mahiyyətindən bəhs edərkən ümumi olaraq qəbul edilən tərif budur ki, bu siyasət gənclərin hərtərəfli inkişafını, cəmiyyətin həyatında onların fəal iştirakını təmin etmək məqsədi ilə dövlət tərəfindən ictimai-siyasi, sosial-iqtisadi, təşkilati-hüquqi şəraitin və təminatların yaradılmasına yönəlmiş tədbirlər sistemidir. Dövlətin gənclər siyasəti strateji səciyyə daşıyır və bu siyasətin fonunda gənclərin fiziki, əqli və mənəvi inkişafına şərait yaratmaq, onların imkan və bacarıqlarının reallaşdırılmasına kömək etmək gənclər siyasəti sahəsində qanunvericilik aktlarının, Dövlət proqramlarının hazırlanması və həyata keçirilməsinə nail olmaq xüsusi strateji məqsədlər hesab edilir.

Azərbaycanda səmərəli gənclər siyasəti Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır

Azərbaycanda səmərəli gənclər siyasəti Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. 1993-cü ildə Ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gəlməsindən sonra ölkəmizdə bu istiqamətdə mühüm işlər görülüb. Burada “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanununun qəbulu, Gənclər və İdman Nazirliyinin yaradılması, ölkəmizdə Gənclər gününün təsis edilməsini və s. xüsusilə qeyd etmək lazımdır. 1994-cü il iyulun 26-da Gənclər, İdmanTurizm Nazirliyi yaradılıb. 2 fevral 1996-cı il tarixdə müstəqil Azərbaycan Gənclərinin I Forumu keçirilib. Forumda Ümummilli lider Heydər Əliyev iştirak edib. Bundan başqa, Ulu öndər Heydər Əliyev “2 fevral - Azərbaycan gəncləri gününün elan edilməsi haqqında” Sərəncam imzalayıb. Həmin vaxtdan etibarən ənənəvi olaraq hər il 2 fevral Azərbaycanda Gənclər günü kimi təntənəli şəkildə qeyd olunur. Əlavə edək ki, Gənclər günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda təsis olunub.

Gənclər siyasəti uğurla davam etdirilir

Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu rasional gənclər siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin 2005-ci il avqustun 30-da imzaladığı “Azərbaycan Gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) təsdiq edilməsi haqqında” Sərəncamdan irəli gələrək gənclərin inkişafı istiqamətində çoxsaylı tədbirlər həyata keçirilibmühüm nəticələr əldə olunub. Bununla yanaşı, dövlətimizin başçısının Sərəncamı ilə “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının qəbul edilməsi müasir Azərbaycan gəncliyinin dövrün tələbləri səviyyəsində hərtərəfli inkişafına möhkəm zəmin yaradıb. Həmçinin, 2012-ci ildə Prezident İlham Əliyev tərəfindən təsdiq edilən “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasında gənclərin potensialının yüksəldilməsi ayrıca nəzərdə tutulub. Təsadüfi deyil ki, gənclər konsepsiyanın hazırlanması prosesinə aktiv cəlb olunub, onların fikir və təklifləri yeni konsepsiyada nəzərə alınıb.

Proqrama uyğun olaraq Gənclər Fondunun yaradılması, gənclərin və gənclər təşkilatlarının bacarıq, təşəbbüs və yaradıcılıqlarının üzə çıxarılması və onların hökumət tərəfindən dəstəklənməsi, Gənclər üçün Prezident Mükafatının təsis olunması, ölkə gənclərinin beynəlxalq arenada təmsilçiliyinin yüksəlməsi, respublikanın əksər rayon və şəhərlərində gənclərin istifadəsinə verilən Gənclər Mərkəzlərinin və Gənclər Evlərinin tikilməsi uğur və tərəqqinin bariz göstəriciləridir. Azərbaycanda gənclərə dövlət qayğısının ən önəmli addımlarından biri də ölkə gənclərinə hökumət vəsaiti ilə xarici ölkələrdə nüfuzlu ali məktəblərdə oxumaq imkan və şəraitinin yaradılmasıdır ki, bu gün bundan 10 minə yaxın gənc faydalanır. İkinci istiqamət olaraq Azərbaycanda qeyri-hökumət gənclər təşkilatları vasitəsilə həyata keçirilən gənclər işidir ki, bu sahədə də 100-dən artıq qurum aktiv şəkildə öz fəaliyyətini davam etdirir. Bu gün Azərbaycan gənclər təşkilatları yalnız yerli və məhdud səviyyədə deyil, regional və beynəlxalq arenada mühüm layihələr həyata keçirir, ölkəmizin gənclər siyasətini layiqincə tanıdır.

Ölkəmizdə həyata keçirilən gənclər siyasətinin səmərliliyini artıran mühüm faktorlardan biribu strateji kursun əsas istiqamətlərinin dəqiq müəyyənləşdirilməsidir. Belə ki, gənclər siyasətinin əsas istiqamətləri “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə aşağıdakı kimi müəyyənləşdirilib:

- Gənclərin mənəvi-əxlaqi tərbiyəsi və mədəni həyatda iştirakı;

- İstedadlı gənclərə dövlət qayğısı;

- Gənclərin sağlamlığının qorunması və fiziki inkişafı;

- Gənclərin məşğulluğunun təmin edilməsi;

- Gənc ailələrə dövlət yardımı;

- Gənclər təşkilatlarına dövlət yardımı.

Onu da qeyd etmək lazımdır ki, Azərbaycanda həyata keçirilən gənclər siyasəti özünün mütərəqqiliyi ilə fərqlənir. Bu siyasət bir çox inkişaf etmiş ölkələrin gənclər siyasətindən daha üstün və səmərəlidir. Məsələn, Avropa Gənclər Fondu 47 ölkəni əhatə edir və büdcəsi təxminən 3 milyon avro civarındadır. Azərbaycan Gənclər Fondunun 1 illik büdcəsi isə 5 milyon manat təşkil edir. Məhz bu fakt da ölkəmizdə həyata keçirilən gənclər siyasətinin əhəmiyyətini göstərir.

Göründüyü kimi, gənclərin səmərəli fəaliyyəti üçün tam əlverişli şərait yaradılıb. Müxtəlif sahələrdə uğurlar qazanmış bir qrup gənci və tələbə gənclər təşkilatlarının nümayəndələrini qəbul edən Prezident İlham Əliyev bu məsələyə toxunaraq qeyd edib ki, son illərdə bu istiqamətdə böyük işlər görülmüşdürbu gün Azərbaycan gəncləri ölkəmizin ictimai-siyasi, iqtisadi həyatında fəal rol oynayırlar: “Gənclərimiz dövlətçiliyə sadiqdirlər, vətənpərvərlik ruhunda tərbiyə alırlar, bu, çox vacibdir”.

Gənclər strateji əhəmiyyət kəsb edən dövlət idarəçiliyində aktiv təmsil olunurlar

Ölkəmizdə dövlətin gənclər siyasəti, eyni zamanda, gənclərin ictimai-siyasi münasibətlər sistemində rasional təmsilçiliyini təmin edən fundamental mexanizmdir. Ümumiyyətlə, bu, gənclərin sosiallaşmasına, sosial norma və dəyərləri mənimsəməsinə, eyni zamanda, onların dövlət idarəçiliyində səmərəli təmsil olunmasına, ümumilikdə, rasional münasibətlər sisteminin formalaşmasına strateji töhfələr bəxş edən faktordur. Bu gün Azərbaycan gəncləri strateji əhəmiyyət kəsb edən dövlət idarəçiliyində aktiv təmsil olunur, eyni zamanda, qanunverici, icraedici və məhkəmə orqanlarında, bir sözlə, dövlət qurumlarında gənclərin intellektual potensialından, kreativ ideyalarından, bilik, bacarıq və vərdişlərindən səmərəli istifadə edilir.

Göründüyü kimi, Azərbaycan gəncləri ölkəmizin inkişafına mühüm töhfələr verirlər. Qarşıya qoyulan bütün məqsədlərin yerinə yetirilməsi istiqamətində gənclərin potensialından səmərəli istifadə olunur. Bir sözlə, bu gün dövlətçiliyə və milli maraqlara sadiq aktiv gənclər ordusu mövcuddur. Dövlətimizin başçısı bu məsələni xüsusi diqqət mərkəzində saxlayır. Gənclərlə görüşündə də Prezident İlham Əliyev bu məsələyə də xüsusi diqqət yetirərək deyib: “Ölkəmiz müasir dövlətə çevrilməlidir və bu istiqamətdə biz çox vacib addımlar atırıq. Müasirləşmə, əlbəttə ki, dövlət siyasətinin düzgün qurulmasından və bununla bərabər, gənclərin fəaliyyətindən asılıdır. Siz gənc nəslin nümayəndələrisiniz, Azərbaycan gəncləri müasir, Vətənə bağlı, millətə bağlı, dövlətçiliyə sadiq olmalıdırlar”.

Ölkə gəncləri cəmiyyətin ən dinamik təbəqəsi kimi

Ümumiyyətlə, milli hökumətin gənclər siyasətinə bir neçə faktor təsir edə bilər. Bunların sırasında əhalinin say tərkibində gənclərin təşkil etdiyi nisbət xüsusi yer tutur. Bir ölkənin ümumi əhalisinin say tərkibində gənclərin neçə faizlik yeri təşkil etməsi, əlbəttə ki, xüsusilə nəzərə alınan strateji göstəricidir. Çünki məkan və zamanından asılı olmayaraq rasional təfəkkürə və praqmatik fəaliyyət mexanizminə malik olan gənclər sosiumun dinamikləri qismində çıxış edirlər. Bu baxımdan, dövlətin gənclər siyasətinin strateji əsasını kəmiyyət və keyfiyyət vəhdətinə nail olmaq təşkil edir.

Bütün bunları nəzərə alaraq qeyd etmək olar ki, dövlətimizin rasional demoqrafik siyasəti sayəsində ölkə gəncləri cəmiyyətin ən dinamik təbəqəsi kimi çıxış edirlər və onlar bütün sahə və sektorlarda öz potensiallarını reallaşdırmaq imkanlarına malikdirlər. Məlumat üçün qeyd etmək lazımdır ki, Azərbaycanda gənclər əhalinin ümumi say tərkibinin 35 faizə qədərini təşkil edir.

Onu da qeyd etmək lazımdır ki, Ümummilli lider Heydər Əliyevin zəngin dövlətçilik irsi və ideyalarından bəhrələnən Azərbaycan gəncliyi şüurlu surətdə-rasional olaraq Prezident İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu daxilixarici siyasət kursunu dəstəkləyir, bu siyasətin davamlı olmasını istəyir.

 

Nurlan QƏLƏNDƏROV

“Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi

İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün

Yeni  Azərbaycan.-2014.- 4 mart.- S.10.