Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafının əsas istiqamətləri

 

Məlum olduğu kimi, Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Fərman imzalayıb. Sənəddə ölkə iqtisadiyyatının diversifikasiyasının, qeyri-neft sektorunun və regionların inkişafının davamlılığının təmin edilməsi, infrastrukturunsosial xidmətlərin daha da yaxşılaşdırılması, ümumilikdə, bölgələrin hərtərəfli inkişafı sahəsində 2004-cü ildən başlanılmış məqsədyönlü siyasətin davamı olaraq “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsinin təmin edilməsi nəzərdə tutulub.

Regionların inkişaf proqramlarının icrası iqtisadiyyatın 3,2 dəfə artmasına səbəb olub

Ötən 10 ilin təcrübəsi göstərir ki, ölkənin sosial-iqtisadi inkişafında regional inkişaf üzrə Dövlət proqramları mühüm rol oynayıb. İcrası başa çatmış iki Dövlət Proqramı çərçivəsində Azərbaycanın iqtisadi qüdrəti daha da yüksəlib, ölkədə işgüzar fəallıq artıb, regionlarda sahibkarlıq fəaliyyəti daha da genişlənib, geniş və ölkənin bütün coğrafi hüdudlarını əhatə edən iri infrastruktur layihələri həyata keçirilib. Bölgələrdə ən müasir texnologiyaların tətbiq olunduğu və beynəlxalq tələblərə cavab verən rəqabətqabiliyyətli, ixracyönümlü məhsullar istehsal edən yeni müəssisə və obyektlər yaradılıb. İstehsal müəssisələrində işlə təmin olunan vətəndaşların rifahını xarakterizə edən keyfiyyət göstəriciləri əhəmiyyətli dərəcədə yaxşılaşıb. Məlum olduğu kimi, regional inkişaf üzrə hər iki Dövlət Proqramının icrası ölkənin makroiqtisadi göstəricilərinin sürətlə yaxşılaşmasına səbəb olub, bu dövrdə (2004-2014-cü illər ərzində) Ümumi Daxili Məhsul (ÜDM) 3,2 dəfə, adambaşına ÜDM-nin həcmi 2,8 dəfə, qeyri-neft sektoru 2,6 dəfə artıb və ölkəmizdə orta illik iqtisadi artım 12,9 faiz təşkil edib. Strateji valyuta ehtiyatları 31 dəfə, xarici ticarət dövriyyəsi 6,6 dəfə, ixrac 9,3 dəfə, idxal 4,1 dəfə, qeyri-neft ixracı 4,7 dəfə artıb. Dövlət büdcəsinin gəlirləri 16 dəfə, orta aylıq əməkhaqqı 5,5 dəfə, pensiyalar 9,6 dəfə, əhalinin əmanətləri 27 dəfə artıb. Minimum əməkhaqqının məbləği ötən 10 ildə 11,7 dəfə artıb, yoxsulluğun səviyyəsi 2003-cü ildəki 44,7 faizdən 2013-cü ildə 5,3 faizə düşüb.

Üçüncü Dövlət Proqramı bölgələrin inkişafında yeni mərhələ açacaq...

“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın əsas məqsədi ölkədə qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın diversifikasiyası, regionların sürətli inkişafı istiqamətində tədbirlərin davam etdirilməsi, xüsusilə, kəndlərin inkişafı ilə bağlı infrastrukturunsosial xidmətlərin daha da yaxşılaşdırılmasından ibarətdir. Bu məqsədlərə nail olmaq üçün regionlarda infrastruktur təminatının, o cümlədən, əhalinin kommunal xidmətlərlə təminatının daha da yaxşılaşdırılması, ixracyönümlü və rəqabətədavamlı məhsul istehsalı istiqamətində sahibkarlığın inkişafının sürətləndirilməsi, əhalinin, xüsusilə, kənd əhalisinin məşğulluq səviyyəsinin artırılması və yoxsulluğun səviyyəsinin azaldılması istiqamətində tədbirlərin davam etdirilməsi kimi mühüm vəzifələrin yerinə yetirilməsi nəzərdə tutulur. Dövlət qarşıdakı 5 ildə möhkəm siyasi stabilliyiniqtisadi inkişafın təmin olunmasında mühüm vacib faktor olan makroiqtisadi sabitliyin qorunmasını başlıca prioritetlərdən biri kimi müəyyən edib.

Yeni Dövlət Proqramının əsas hədəfi regionlardakı iqtisadi gücü tam səfərbər etməklə istifadə olunmamış iqtisadi resursları, xammal ehtiyatlarını istehsal prosesinə cəlb etməkdən ibarətdir. Bölgələrdəki istifadə olunmamış iqtisadi təbii ehtiyatların hərəkətə gətirilməsi üçün kənd təsərrüfatının, aqrar-sənaye, emal komplekslərinin müasir istehsal prosesinin tələblərinə uyğun yenidən qurulması işləri həyata keçiriləcək. Dövlət aqrar sahəni qeyri-neft sektorunun inkişafında əsas prioritet bölmə hesab edir. Aqrar sektorun inkişafı həm də əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsində əsas rol oynayır və buna görə də, Dövlət Proqramında kənd təsərrüfatının inkişafında yeni texnologiyaların tətbiqi mühüm əhəmiyyət kəsb edir. Aqrar sahədə fermerlərin birləşməsi və kooperativlərin yaradılması aqrar sektorda gəlirlərin və kənd təsərrüfatı məhsullarının rəqabət qabiliyyətliliyinin daha da artırılmasına və beynəlxalq standartlara uyğunlaşmasına təkan veriləcək. Ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafının stimullaşdırılması tədbirlərinin davam etdirilməsi, rəqabətqabiliyyətli və ixracyönümlü məhsul istehsalının stimullaşdırılması, əsas ərzaq məhsulları ilə özünü təminetmə ilə bağlı tədbirlərin davam etdirilməsi, aqrar bölməyə maliyyə dəstəyinin artırılması, regionlarda kənd təsərrüfatı məhsullarının istehsalı, tədarükü, saxlanması və satışı məqsədi ilə istixana, soyuducu və taxıl anbarı komplekslərinin yaradılmasının davam etdirilməsi, ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsulları bazarının formalaşması əsas tədbirlərdəndir. Bundan başqa, qeyri-neft məhsullarının ixracının genişləndirilməsi və regionların inkişafında böyük rolu olan kənd təsərrüfatı və emalı məhsullarının bazarlara çıxış imkanlarının artırılması, milli istehsalçıların xarici bazarlarda mövqelərinin möhkəmləndirilməsi də əsas prioritetlərdəndir.

Qeyri-neft iqtisadiyyatına investisiya qoyuluşları artacaq...

2014-2018-ci illər üçün dövlətin investisiya siyasətinin əsas istiqamətlərini investisiyaların qeyri-neft sektorunun və regionların inkişafına yönəldilməsi, regional investisiya siyasətinin müasir inkişaf tendensiyalarına uyğun olaraq prioritetləşdirilməsi, investisiya fəaliyyətinin sosial istiqamətinin daha da gücləndirilməsi, insan kapitalına, infrastruktura qoyulan investisiyaların prioritetliyinin təmin edilməsindən ibarət olacaq. Həmçinin, bölgələrə sərmayə qoyuluşlarına xarici investorların cəlb edilməsi, o cümlədən ixracyönümlü və əlavə dəyərin xüsusi çəkisi yüksək olan sahələrə yerlixarici investisiyaların cəlb edilməsi məqsədilə stimullaşdırıcı tədbirlərin sürətləndirilməsi, sənaye parklarına yerli və əcnəbi sərmayəçilərin cəlb edilməsi ilə bağlı stimullaşdırıcı tədbirlər həyata keçiriləcək.

İqtisadiyyatda maliyyə vasitəçisi rolunun dəstəklənməsi məqsədilə likvid bank siyasəti davam etdiriləcək və qeyri-neft sektorunun davamlı inkişafı hesabına iqtisadiyyatın diversifikasiyasının təmin edilməsində, regional inkişafın sürətləndirilməsində, sahibkarlıq təşəbbüsünün genişləndirilməsində və bu əsasda yoxsulluğun səviyyəsinin azaldılmasında bank sisteminin rolu əhəmiyyətli dərəcədə artırılacaqdır. Qarşıdakı illərdə bank sistemində daha sağlam rəqabət mühiti formalaşdırılacaq, regionlar keyfiyyətli və geniş çeşidli bank xidmətləri ilə tam təmin ediləcək, bankların kreditinvestisiya imkanları artırılacaq, bank xidmətləri bazarında bərabərhüquqlu rəqabət mühitinin təşkilinə nail olunacaq. Ölkədə sahibkarlığın inkişafı məqsədilə biznes mühitinin daim yaxşılaşdırılması nəticəsində yüksək keyfiyyətli, ixracyönümlü və rəqabət qabiliyyətli məhsulların istehsal edilməsi dövlətin iqtisadi inkişaf strategiyasının əsas prioritetlərindəndir. Bu sahədə həyata keçirilən dövlət siyasəti sahibkarlığa yaradılmış fəaliyyət mühitinin daha da yaxşılaşdırılmasına, dövlət himayəsinin təkmilləşdirilməsinə və dövlət-sahibkar münasibətlərinin yaxşılaşdırılmasının təmin edilməsinə yönəldiləcək.

Sənaye, İKT, turizmin inkişafı ilə bağlı əsas hədəflər...

Sənayeləşmə siyasətinə uyğun olaraq, regionlarda yerli xammala əsaslanan sənaye müəssisələrinin fəaliyyətinin keyfiyyətcə müasir səviyyədə qurulması və yeni müəssisələrin, sənaye məhəllələrinin yaradılması istiqamətində tədbirlər həyata keçiriləcək, innovasiyayönümlü texnologiyaların tətbiqi stimullaşdırılacaq, ixtisaslaşmış və ümumi təyinatlı sənaye parklarının yaradılması istiqamətində işlər davam etdiriləcək. Sənaye parklarının yaradılması ölkə iqtisadiyyatının inkişafına, modernləşməsinə, yüksək texnologiyalar əsasında rəqabətqabiliyyətli sənaye istehsalının və ölkənin ixrac qabiliyyətinin daha da genişlənməsinə, eləcə də məşğulluq səviyyəsinin yüksəlməsinə əhəmiyyətli təsir göstərəcək. Sənayeləşmə siyasəti çərçivəsində ölkədə innovativ və yüksək texnologiyalar əsasında rəqabətqabiliyyətli və ixracyönümlü sənaye məhsulları istehsalı sahələrinin yaradılmasının təşviqi, qeyri-neft sənayesinin ənənəvi istehsal sahələrinin - kimya sənayesi, metallurgiya, maşınqayırma, elektrotexnika, elektronika, yüngül sənaye, yeyinti sənayesinin inkişaf etdirilməsi ilə əlaqədar layihələr həyata keçiriləcək. Eyni zamanda, dünya təcrübəsində müvəffəqiyyətlə tətbiq edilən təşkilati modellərin, o cümlədən sənaye parkları və biznes-inkubatorların yaradılması işlərinin davam etdirilməsi, özəlləşdirməyə açılmış sənaye müəssisələrində daha da şəffaf və səmərəli özəlləşdirmə prosesinin həyata keçirilməsi, özəlləşdirmədən sonra müəssisələrin fəaliyyətinin dəstəklənməsi mövcud sənaye müəssisələrində istehsalın texnoloji cəhətdən yenidən qurulması və ixtisaslı kadrlarla təminat mexanizminin hazırlanması nəzərdə tutulur. Qeyri-neft sektorunun inkişafı istiqamətində regionlarda 2014-2018-ci illərdə informasiyakommunikasiya texnologiyaları (İKT) infrastrukturu inkişaf etdiriləcək, regionlarda əhaliyə müasir elektron xidmətlərin göstərilməsi daha da genişləndiriləcək, kənd yaşayış məntəqələri də daxil olmaqla ölkə ərazisində genişzolaqlı, ucuz və keyfiyyətli internetə çıxış təmin ediləcək. Regional siyasətin digər bir istiqaməti kimi turizmin inkişafı da prioritet olaraq qalacaq, turizm ehtiyatlarının genişləndirilməsi, turistlərin istirahəti, onların tələbatının ödənilməsi üçün zəruri olan turizm xidmətləri və digər mədəni tədbirlərin çeşidinin genişləndirilməsi və müasir standartlara uyğunlaşdırılması, turizm obyektlərinin tikintisi ilə bağlı layihələrin icrası davam etdiriləcək.

İnsan kapitalının inkişafı, yeni yerlərinin yaradılmasına dövlət dəstəyi...

Ölkədə insan kapitalının inkişafı və səmərəli sosial müdafiə sisteminin təmin edilməsi sahəsində görülən işlərin davam etdirilməsi və genişləndirilməsi əsas prioritet kimi müəyyən olunub, bu məqsədlə ölkə əhalisinin, xüsusən, sosial cəhətdən həssas əhali təbəqələrinin mənzil şəraitlərinin yaxşılaşdırılması və bu sahənin inkişafı əsas məsələlərdən biri kimi qarşıya qoyulub. 2014-2018-ci illərdə əhalinin sosial müdafiəsi sahəsində dövlət siyasətinin əsas prioritet istiqamətləri səmərəli sosial müdafiə sistemini inkişaf etdirməklə regionlarda yaşlı əhalinin, aztəminatlı ailələrin və sosial cəhətdən xüsusilə həssas qrupların sosial riskinin azaldılması sahəsində işlərin davam etdirilməsi, regionlarda sosial xidmət göstərən dövlət müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, onların növləri və şəbəkəsinin genişləndirilməsindən ibarət olacaq.

“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası ölkə iqtisadiyyatının inkişafında mühüm əhəmiyyət kəsb etməklə, makroiqtisadi sabitliyin təmin olunmasında, regionlarda sahibkarlıq fəaliyyətinin genişlənməsində, yeni müəssisələrin və yerlərinin yaranmasında, irimiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsində, kommunal xidmətlərin səviyyəsinin yüksəldilməsində, nəticədə əhalinin rifah halının daha da yaxşılaşdırılmasında və yoxsulluq səviyyəsinin aşağı düşməsində müstəsna rol oynayacaq.

 

Aydın Hüseynov,

YAP Siyasi Şurasının üzvü,

YAP-ın İqtisadi məsələlər

komissiyasının sədr müavini

Yeni  Azərbaycan.-2014.- 5 mart.- S.5.