Dini azadlıqdan sui-istifadə etmək yolverilməzdir

 

Dini-ideoloji cərəyanların maraqlarını ölkə mənafeyindən üstün tutmaq hər hansı bir xarici qüvvənin təsiri altına düşərək cəmiyyətin və dövlətin təhlükəsizliyinə yönəlmiş dağıdıcı fəaliyyət göstərmək deməkdir

Din mənəvi dəyərlər və inanclar sistemi olsa da, müasir dövrdə ən çox spekulyasiyamanipulyasiyaya məruz qalan məfhum kimi çıxış etməkdədir. Bu spekulyasiyalar əsasən siyasi müstəvidə qeydə alınır, çünki fərqli siyasi qüvvələr bir çox hallarda dindən korporativ maraqların təmin olunması üçün vasitə kimi istifadə edirlər.

Xüsusilə də, müəyyən dövlətlərin və kəşfiyyat orqanlarının dəstəyi ilə bəlli dini-ideoloji cərəyanların nümayəndələri fərqli ölkələrdə fəaliyyət göstərərək siyasi platformada təmsil olunurlar. Əlbəttə ki, bu kontekstdə müəyyən təbliğat işləri aparılır, xüsusilə də, sosiumun ən dinamik təbəqəsi kimi çıxış edən gənclər, bir çox hallarda dövlət qurumları kimi strateji müəssisələrdə çalışanlar hədəf kütləsi kimi seçilir.

Dinin siyasiləşdirilməsi olduqca təhlükəli tendensiyadır

Şübhəsiz, dinin siyasiləşdirilməsi, yaxud dindən siyasi vasitə kimi istifadə olunması kifayət qədər təhlükəli nəticələr vəd edir. Birincisi, dini təriqət və qruplaşmaların siyasi proseslərə qoşulması həm cəmiyyət daxilində, həm də bu zəmində xaotik proseslərin yaranmasını şərtləndirir. İkincisi, bu zaman milli maraqlar yox, dini-ideoloji cərəyanların tələbləri əsas götürülür.

Amma bütün bunlarla yanaşı, dinin siyasiləşdirilməsinin, yaxud dindən siyasi vasitə kimi istifadə olunmasının qarşısının alınması üçün kifayət qədər effektiv tədbirlər görmək mümkündür. Bunlar sırasında ilk növbədə etiqad azadlığına dair təkmil qanunvericiliyin yaradılması lazımdır. İkincisi, milli təhlükəsizliyin tərkib hissəsi olan dini təhlükəsizliyin təmin olunması, müxtəlif təriqət və cərəyanların fəaliyyətinə qanunlar çərçivəsində nəzarətin həyata keçirilməsi vacibdir. Üçüncüsü, din-dövlət münasibətləri yalnız konstitusion normalaryerli qanunvericilik çərçivəsində tənzimlənməlidir...

Azərbaycanda din-dövlət münasibətləri ölkənin milli maraqlarına uyğun tənzimlənir

Sevindirici haldır ki, Azərbaycanda din-dövlət münasibətləri ölkənin milli maraqlarına uyğun tənzimlənir. Ölkəmizdə əhalinin mütləq əksəriyyətini müsəlmanlar təşkil etsə də, Konstitusiyaya müvafiq surətdə din dövlətdən ayrıdır. Konstitusiyanın VII maddəsinin I bəndində göstərilir ki, Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi, unitar respublikadır.

Xüsusi olaraq vurğulamaq lazımdır ki, bu gün ölkəmiz dini-mənəvi dəyərlərin mühafizə edildiyi və vətəndaşlara konstitusion əsasda özlərinin vicdanetiqad azadlıqlarından istifadə etməyə əlverişli şəraitin yaradıldığı ölkələr sırasında yer almaqdadır. Bu sahədə dövlət özünün aşkar qayğısı və diqqəti ilə hər bir vətəndaşının dini, etiqadvicdan azadlığının təmin olunması yönündə fundamental tədbirlər görməkdədir. Belə ki, etiqadvicdan azadlığının təmin edilməsinə dair müvafiq qanunların qəbul olunması, insanlara öz azadlıqlarından ictimai asayişə və əxlaqa, eləcə də milli maraqlara zidd olmayan formada yararlanmağa geniş şəraitin yaradılması fundamental tədbirlər sırasında yer almaqdadır.

Azərbaycan dünyaya tolerantlıq nümunəsi bəxş edib

Qeyd etdiyimiz kimi, Azərbaycan dövləti fundamental mahiyyət kəsb edən qanunlar çərçivəsində vətəndaşlarının dini etiqad azadlığını ən yüksək səviyyədə təmin etməkdədir. Belə ki, bu məsələdə dövlətin və aidiyyəti strukturların mövqeyi ondan ibarətdir ki, hər bir vətəndaş özünün hüquq və azadlıqlarından, o cümlədən dini etiqad azadlığından ictimai asayişə, ən əsası, milli maraqlara zidd olmamaq şərti ilə yararlana bilər.

Təsadüfi deyil ki, Azərbaycan hazırda beynəlxalq arenada həm dini azadlığın yüksək səviyyədə təmin edildiyi, həm də tolerant ölkə kimi tanınır. Yeri gəlmişkən, BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında dünyada tolerantlığa həsr edilmişDünyada dinlərarası harmoniya: Sülhinkişaf üçün zərurət” mövzusunda keçirilən konfransda Azərbaycanın tolerant ənənələrə malik olduğu, ölkəmizdə dini təhlükəsizlik və azadlığın təmin olunduğu qeyd edilibbu hal pozitiv fakt kimi dəyərləndirilib. Belə ki, BMT tərəfindən hər il qeyd edilən Ümumdünya Dinlərarası Harmoniya Həftəsi çərçivəsində keçirilən bu konfransda dünyada dinlərarası tolerantlıq sahəsində model dövlətlərdən biri olan Azərbaycanın da mədəniyyətlərarası dialoqundini tolerantlığın güclənməsinə yönəlmiş töhfələri xüsusilə qeyd olunub. BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nassir Abdulazizi Əl-Nasser konfransda çıxışı zamanı deyib ki, Azərbaycan hökuməti tərəfindən yerli və beynəlxalq səviyyələrdə dini tolerantlığın və dialoqun təşviq edilməsinə yönəlmiş tədbirlər regionun və dünyanın bir çox ölkələri üçün örnək ola bilər. Bu istiqamətdə Azərbaycanla əlaqələrə toxunan Əl-Nassir bildirib: “Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə BMT-nin Sivilizasiyalar Alyansı arasında sıx tərəfdaşlıq münasibətləri formalaşıb. DQİDK tərəfindən yaradılmış Milli Tolerantlıq Mərkəzi Azərbaycandakı müsəlman, pravoslav, katolik, xristian, yəhudi və protestant dini icmalarının nümayəndələri, həmçinin dini liderlər arasında birbaşa dialoqun təşviqi və dinlərarası tolerantlıq üzrə təlim və seminarların keçirilməsi üçün nəzərdə tutulub. BMT-nin Sivilizasiyalar Alyansının nümayəndələri tezliklə Mərkəzi ziyarət etməyi planlaşdırırlar”.

Azərbaycan həm milli, həm də dini ənənələrini yaşadan müasir dövlətdir

Məsələyə münasibət bildirən politoloq Elşad Mirbəşiroğlu isə düşünür ki, dünyaya tolerantlıq modeli bəxş edən Azərbaycanda din-dövlət münasibətləri bir çox ölkələr üçün müsbət nümunədir: “Sirr deyil ki, Azərbaycan insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı təminatçısıdır. O cümlədən ölkəmizdə insanların dini etiqad azadlıqları da yüksək səviyyədə təmin olunub. Dini mənsubiyyətindən asılı olmayaraq hər bir fərd öz hüquqlarından sərbəst istifadə edirheç bir məhdudiyyət, təzyiqlə qarşılaşmır”.

“Ölkəmizdə əhalinin mütləq əksəriyyətini müsəlmanların təşkil etməsinə baxmayaraq, Azərbaycan tolerantlıq nümunəsidir. Bununla yanaşı, ölkəmiz həm də modern dünyəvi dövlətdir. Mən bu barədə Prezident İlham Əliyevin fikirlərini xatırlatmaq istəyirəm. Dövlətimizin başçısı qeyd etmişdir: “Azərbaycan müasir dövlətdir, dünyəvi dövlətdir. Eyni zamanda, öz millidini ənənələrinə sadiq olan dövlətdir”. Bəli, Azərbaycan həm milli, həm də dini ənənələrini, dəyərlərini yaşadan müasir dövlətdir”, - deyə politoloq əlavə edib.

Elşad Mirbəşiroğlunun sözlərinə görə, təəssüflər olsun ki, bəzi dini təriqət və cərəyanların nümayəndələri ölkəmizdə dindən siyasi vasitə kimi istifadə etməyə çalışırlar: “Əlbəttə, bu, həm cəmiyyətdə təşəkkül tapmış dəyərlərə, həm də ölkənin milli mənafeyinə ziddir. Sonu olmayan bu yolda irəliləmək həmin qüvvələrə pozitiv heç nə vəd etməyəcək. Azərbaycan ictimaiyyəti də bu cür cəhdləri neqativ qiymətləndirir. Hesab edirəm ki, bu cür hərəkətlər iflasa məhkumdur. Çünki güclü, qüdrətli Azərbaycan ölkəmizdəki möhkəm ictimai-siyasi sabitliyi və təhlükəsizliyi qorumaq əzmindədir”.

Politoloq əlavə edib ki, müəyyən dini cərəyan nümayəndələrinin, təriqət mənsublarının siyasi fəaliyyətlə məşğul olması və ya dövlət idarəçiliyinə üz tutması kifayət qədər təhlükəli haldır: “Müasir dövrdə modern idarəetmə sisteminə malik olan ölkələrdə din dövlətdən tamamilə ayrıdır. Dini cərəyanların nümayəndələrinin dövlətin işlərinə qarışdığı, idarəetməyə təsir etdiyi ölkələrdə isə nəinki normal idarəetmə sistemi yoxdur, həm də milli maraqlardan uzaq potensial xaos mühiti mövcuddur”.

Dindən siyasi vasitə kimi istifadə etmək cəhdləri heç bir nəticə verməyəcək

Qeyd etdik ki, Azərbaycan dövləti hər bir şəxsə öz dini mənsubiyyəti çərçivəsində etiqad azadlığından yararlanmağa tam şərait yaradıb. Amma burada əsas olan incə məqam budur ki, siyasi fəaliyyətlə məşğul olan bir sıra şəxslər bütün hallarda - birmənalı şəkildə milli maraqlar əsasında hərəkət etməlidirlər. Artıq bu məqamda hər hansı bir dini-ideoloji cərəyana mənsub olmaq heç bir əhəmiyyət daşımamalıdır.

Təəssüflər olsun ki, ölkəmizdə bəzi şəxslər bəlli dini-ideoloji cərəyana mənsub olduqlarından milli maraqları “rəfə qaldırıblar”. Bu, bütün hallarda hər hansı bir xarici qüvvənin təsiri altına düşərək cəmiyyətin və dövlətin təhlükəsizliyinə yönəlmiş dağıdıcı fəaliyyət deməkdir. Amma bütün hallarda Azərbaycan dövləti dini platformada edilən istənilən neqativ cəhdlərin qarşısını almaq iqtidarındadır.

 

Nurlan QƏLƏNDƏRLİ

 Yeni  Azərbaycan.-2014.- 7 mart.- S.7.