Azərbaycan-Serbiya əlaqələri yeni mərhələyə qədəm qoyur

 

İki ölkə münasibətləri geniş inkişaf perspektivlərinə malikdir

 

Xəbər verildiyi kimi, bir neçə gün əvvəl Prezident İlham Əliyev Serbiyanın ölkəmizdəki fövqəladə səlahiyyətli səfiri Zoran Vayoviçi diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib. Görüşdə Azərbaycanla Serbiya arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə genişləndirilməsi istiqamətində ötən dövr ərzində böyük uğurların əldə olunduğu vurğulanıb.

Ümumiyətlə, Azərbaycan ilə Serbiya arasındakı əlaqələr dostluqstrateji tərəfdaşlıq üzərində qurulub. Hər iki ölkə bundan sonra da siyasi sahədə əlaqələri gücləndirmək və bütün sahələrdə tərəfdaşlığı möhkəmləndirmək əzmindədir.

Bu məqamda qeyd etmək yerinə düşər ki, keçmiş Yuqoslaviya Azərbaycanın müstəqilliyini 1991-ci il dekabrın 31-də tanıyıb, 1997-ci il avqustun 21-də SerbiyaMonteneqro İttifaqı ilə Azərbaycan Respublikası arasında ikitərəfli diplomatik münasibətlərin əsası qoyulub. 2010-cu ilin 25 mart tarixində Azərbaycan Respublikasının iqamətgahı Buxarest şəhərində yerləşməklə, eyni zamanda, Serbiya Respublikasında da səfiri təyin edilib.

İki ölkə arasında siyasi münasibətlər dövlət rəsmilərinin qarşılıqlı səfərləri zamanı daha da möhkəmlənib. Belə ki, 2010-cu il 11-13 may tarixlərində Serbiya Prezidentinin ölkəmizə, 2011-ci il 8-9 iyun tarixlərində isə Prezident İlham Əliyevin Serbiyaya rəsmi səfəri baş tutub. Bundan əlavə, xarici işlər naziri Elmar Məmmədyarov Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının 16-cı görüşündə iştirak etmək məqsədilə 2007-ci il aprelin 18-19-da Serbiyada işgüzar səfərdə olub. Həmçinin, Azərbaycanın ekologiya və təbii sərvətlər nazirinin, ədliyyə nazirinin, iqtisadi inkişaf nazirinin də ikitərəfli görüşlər və beynəlxalq tədbirlər çərçivəsində bu ölkəyə səfərləri olub. Eynilə, qarşı tərəfdən də dəfələrlə ölkəmizə müxtəlif səviyyələrdə rəsmi səfərlər baş tutub. Azərbaycan ilə Serbiya arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya da fəaliyyət göstərir ki, bu da müxtəlif sahələr üzrə əməkdaşlıq əlaqələrinin çevikliyini təmin edir.

Azərbaycanla Serbiya arasında sonuncu yüksək rəsmi görüşlərdən biri Serbiya Prezidenti Tomislav Nikoliçin 2013-cü ilin fevralında Azərbaycana səfəri çərçivəsində olub. Serbiyanın dövlət başçısının Prezident İlham Əliyevlə təkbətək görüşündən sonra iki ölkənin dövlət başçılarının və nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü baş tutub. Prezident İlham Əliyev görüş iştirakçılarına müraciətində səfərin yekunlarının müsbət olacağına əminliyini ifadə edib, bütün sahələrdə birgə əməkdaşlıq üçün çox gözəl imkanların olduğunu bildirib.

Öz növbəsində, Prezident Tomislav Nikoliç Serbiyanın Azərbaycana mehriban münasibətlər bəslədiyini qeyd edib. Onun sözlərinə görə, Azərbaycan Serbiya üçün Şərqdə çox etibarlı bir tərəfdaşa çevrilibbu dostluq hökumətlərdən asılı olmayaraq daimi xarakter daşıyır.

Ümumiyyətlə, Serbiya Prezidentinin Azərbaycana bu səfəri məhsuldar olub. Belə ki, səfər çərçivəsində Azərbaycan-Serbiya sənədlərinin imzalanma mərasimi keçirilib. Dövlət başçıları “Azərbaycan Respublikası və Serbiya Respublikası arasında dostluq münasibətləri və strateji tərəfdaşlıq haqqında Bəyannamə”ni imzalayıblar. “Azərbaycan Respublikası Hökuməti və Serbiya Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında Sazişi Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Serbiyanın xarici işlər naziri İvan Mrkiç imzalayıblar. İki ölkənin xarici işlər nazirləri tərəfindən “Azərbaycan Respublikası Hökuməti və Serbiya Respublikası Hökuməti arasında informasiyakommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında Saziş” də imzalanıb.

Azərbaycan və Serbiya prezidentlərinin birgə mətbuat konfransında çıxış edən dövlətimizin başçısı ölkənin ən ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsinə də toxunaraq, Azərbaycan torpaqlarının uzun illərdir ki, Ermənistan tərəfindən işğal altında olduğunu bildirib. Prezident İlham Əliyev qeyd edib ki, bu işğal və xalqımıza qarşı törədilən etnik təmizləmə siyasəti nəticəsində bir milyondan artıq azərbaycanlı öz doğma torpağında qaçqın-köçkün şəraitində yaşayır. Bütün mötəbər beynəlxalq təşkilatlar bu məsələyə dair öz qərarlarını verib, qətnamələr qəbul edilib. Onların içərisində BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi xüsusi yer tutur. Bu qətnamələrdə erməni işğalçı qüvvələrinin Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılması haqqında tələb ortaya qoyulub.

Həmçinin, Avropa Parlamenti, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı, NATO və digər beynəlxalq təşkilatlar bu məzmunda qərar və qətnamələr qəbul ediblər. Bu o deməkdir ki, məsələnin həlli üçün hüquqi baza kifayət qədər genişdir. Dövlət başçısı söyləyib ki, bu məsələ tezliklə beynəlxalq hüquq normalarına uyğun şəkildə və tarixi ədalət əsasında həllini tapmalıdır. Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Dünya birliyi Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Dövlət başçısı onu da əlavə edib ki, iki ölkə arasında imzalanan Birgə Bəyannamədə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı, eyni zamanda, Kosovo məsələsində Azərbaycanın Serbiyanı dəstəkləməsi haqqında kifayət qədər dəqiq ifadələr əksini tapıb.

Serbiya Prezidenti Tomislav Nikoliçöz çıxışında, Azərbaycan ilə Serbiya arasında sarsılmaz dostluğun olduğunu bildirərək, iki ölkənin maraqlarının üst-üstə düşdüyünü söyləyib. T.Nikoliçin sözlərinə görə, Azərbaycanın Serbiyanı dəstəkləməsi bir daha onu sübuta yetirir ki, müxtəlif dinlərə malik olan xalqlar coğrafi məsafəyə baxmayaraq, insanlar arasında anlaşmanın möhkəmlənməsinə xidmət edə bilərlər. O, həmçinin, ölkəsinin ərazi bütövlüyü məsələsində Azərbaycanı dəstəklədiyini bildirib.

Prezident T.Nikoliç qeyd edib ki, Serbiya Azərbaycanı hətta üzv olmadığı təşkilatlarda da dəstəkləyəcək. O, eyni zamanda, Serbiyanın iştirak etmədiyi təşkilatlarda Azərbaycanın ölkəsini təmsil etməsi ilə bağlı istəyini dilə gətirib.

Xatırladaq ki, Serbiya Prezidenti Tomislav Nikoliç mətbuat bəyanatında Azərbaycanın əhalisinin xüsusiyyətlərinə görə ölkəsinə yaxın olduğunu da bildirib: “O ki qaldı həyat standartlarına görə, Sizin əhaliniz daha yaxşı yaşayır. Biz də istərdik ki, həyatı eyni standartlarda təmin edək. Təbii, biz istərdik ki, həmçinin elə bir şərait qurulsun ki, bu, hər iki xalqın maraqlarına cavab versin. Hətta belə fikir də söyləmək istəyirəm ki, işgüzar dairələr üçün əgər cəlbedici şəhərlər varsa, məsafələr rol oynamır”.

O qeyd edib ki, yaxın vaxtlarda Serbiya ilə Azərbaycan arasında daimi əsaslarla işgüzar dairələr, həmçinin, sıravi vətəndaşlar arasında təmasların qurulmasına nail olunacaq. Onun sözlərinə görə, bu, həm ikitərəfli əməkdaşlıq, həm iki ölkənin yerləşdiyi regionlar, həm də bütövlükdə qitə üçün xeyirli olacaq.

Vurğulamaq yerinə düşər ki, Azərbaycan ilə Serbiya arasında iqtisadi sahədə də əməkdaşlıq inkişaf etməkdədir. İki ölkə birgə iqtisadi layihələr icra etməkdədir. Serbiya iqtisadiyyatı Azərbaycan investorları üçün cəlbedicidir. Azərbaycan investisiyalarının Serbiya iqtisadiyyatına daha böyük həcmdə qoyuluşu, eyni zamanda, digər birgə layihələr üzrə səylərini davam etdirmək niyyətindədir.

Eyni zamanda, birbaşa olaraq Azərbaycanın təşəbbüsü ilə başlanmış və uğurla icra edilən layihələrdə Serbiyanın iştirakı məsələsi də aktualdır. Onların içərində Bakı-Tbilisi-Qars dəmiryolunun tikintisiTrans-Anadolu qaz kəmərinin çəkilişi layihələri xüsusi əhəmiyyət daşıyır. Azərbaycan ilə Serbiya arasında nəqliyyat, energetika sahələrində əməkdaşlıq üçün geniş imkanlar var. Eyni zamanda, digər sahələrdə - rabitə və kommunikasiya, turizminfrastruktur sahələrində də əməkdaşlıq üçün də perspektivlər kifayət qədərdir. Son illərdə iki ölkə arasında ticarət dövriyyəsi dəfələrlə artıb.

Bundan başqa, Azərbaycan ilə Serbiyanın beynəlxalq təşkilatlar çərçivəsindəki əməkdaşlığı da yüksək səviyyədədir. İki ölkə beynəlxalq təşkilatlar çərçivəsində ənənəvi olaraq bir-birinə dəstək verirbu, hər iki dövlətin maraqları baxımından mühüm əhəmiyyət daşıyır. Xüsusilə, ölkələrin ərazi bütövlüyü məsələlərində Azərbaycan ilə Serbiya daim bir-birinin yanındadır. Bildiyimiz kimi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın ərazi bütövlüyünü səmimiyyətlə dəstəkləyən ölkələrdən biri Serbiyadır. Eyni zamanda, Serbiyanın özü də ərazi problemi ilə üzləşən bir ölkədir.

Azərbaycan-Serbiya əlaqələri humanitar sahələrdə də inkişaf etməkdədir. Humanitar əlaqələr iki ölkəni bir-biri ilə daha da yaxınlaşdırır. Bu sahədə son illər ərzində mühüm irəliləyişlər əldə olunub. Azərbaycan və Serbiya şəhərlərində iki ölkənin xalqlarının görkəmli şəxsiyyətlərinin xatirəsinə ucaldılmış abidələr bunun bariz nümunəsidir. Məsələn, Prezident İlham Əliyevin Serbiyaya səfəri zamanı bu ölkədə Ulu öndər Heydər Əliyevin və böyük bəstəkar Üzeyir Hacıbəylinin abidələri açılıb.

2013-cü il fevralın 8-də Bakının mərkəzində serb xalqının görkəmli alimi Nikola Teslanın abidəsinin açılışı olub. Abidənin açılış mərasimində çıxış edən Prezident İlham Əliyevin söylədiyi kimi, artıq bu yer Serbiya-Azərbaycan dostluğu parkıdır. Serbiya və Azərbaycan xalqlarının görkəmli nümayəndələrinin şərəfinə həm Serbiyada, həm də Azərbaycanda ucaldılmış abidələr xalqlarımızı, ölkələrimizi daha da sıx birləşdirir. Bu əlamətdar hadisələr hər iki xalqın və dövlətin digər xalqın görkəmli nümayəndələrinə olan hörmətinin əlamətidir və eyni zamanda, Serbiya-Azərbaycan dostluğunun təzahürüdür.

Bütün bunlar onu deməyə əsas verir ki, bu gün Serbiya-Azərbaycan əlaqələri öz inkişaf dövrünü yaşayır. İki ölkə rəhbərlərinin bəyanatları da göstərir ki, mövcud dostluq və tərəfdaşlıq münasibətləri yeni mərhələyə qədəm qoyubbundan sonra daha da möhkəmləndiriləcəkdir.

 

Hülya MƏMMƏDLİ

 Yeni  Azərbaycan.-2014.- 8 mart.- S.10.