“Zeytun
Bağları” Azərbaycan zeytununun
şöhrətidir
Yaxud, “Azərsun Holdinq”in zeytunçuluğun inkişafına yönəlik fəaliyyəti, eyni zamanda, sağlam qida siyasətinə dəstək kimi dəyərləndirilə bilər
Hazırda öz inkişafına görə regionun lideri olan Azərbaycanda bütün sahələrdə tərəqqi müşahidə edilməkdədir. Bu da səbəbsiz deyil. Belə ki, dövlətin göstərdiyi diqqət və qayğı, həmçinin, özəl sektorun fəaliyyəti üçün yaradılan münbit şərait Azərbaycanın inkişafına təkan verən mühüm amillərdən biridir, desək, heç də yanılmarıq. Onu da vurğulamaq yerinə düşər ki, bu diqqət və qayğıdan bəhrələnərək ölkə iqtisadiyyatına töhfəsini verən özəl qurumlar arasında “Azərsun Holdinq” Şirkətlər Qrupunun özünəməxsus rolu var.
“Azərsun Holdinq”in diqqət göstərdiyi sahələrdən biri də zeytunçuluqdur
Məlumat üçün bildirək ki, Azərbaycanda qida istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən, həmçinin, ən böyük ərzaq məhsulları istehsalçısı olan “Azərsun Holdinq” Şirkətlər Qrupu bu vaxta qədər bir sıra sahələrə kapital qoyub və böyük uğurlar əldə edib. “Azərsun Holdinq”in diqqət göstərdiyi sahələrdən biri də zeytunçuluqdur. Məlum olduğu kimi, Şirkətlər Qrupu bununla bağlı xüsusi layihə də həyata keçirir. Zeytunun meyvəsini, yağını, ümumiyyətlə, onun faydasını insanlara yenidən tanıtdırmağa istiqamətlənmiş həmin layihə çərçivəsində bu günə kimi bir sıra önəmli addımlar atılıb. Bunu qəzetimizə açıqlamasında “Azərsun Holdinq” Şirkətlər Qrupunun mətbuat xidmətinin rəhbəri Afiq Səfərov deyib.
“Azərsun Holdinq” zeytuna təkcə xammal kimi yox, həm də xalqın və ölkənin maddi-mənəvi sərvəti kimi münasibət bəsləyir
Afiq Səfərov bildirib ki, ərzaq, xüsusən də, zeytun məmulatları istehsalında lider olan şirkətin rəhbərliyinin zeytuna təkcə xammal kimi yox, həm də xalqın və ölkənin maddi-mənəvi sərvəti, adət-ənənə timsalı kimi münasibət bəsləməsi “Azərsun Holdinq”i fərqləndirən mühüm cəhətlərdən biridir: “Beləliklə, “Azərsun Holdinq” olaraq biz ölkədə zeytun ağaclarının əkilməsi və qorunması ilə bağlı yeni layihəni icra etməyə başladıq. Layihəyə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Bakı şəhər İcra Hakimiyyətinin qurumları, qeyri-hökumət təşkilatları və ictimaiyyət cəlb olundu. Eyni zamanda, ictimaiyyəti “Zeytun Bağları” markası altında yeni maraqlı layihə ilə bağlı məlumatlandırdıq”.
Məlumat üçün bildirək ki, sözügedən layihə çərçivəsində Heydər Əliyev Beynəlxalq Hava Limanına gedən yoldakı 5 hektar sahədə 4000 ədəd zeytun ağacı əkilib. Bütövlükdə 60 hektar ərazidəki bataqlıq sahəyə 1050 min kubmetr torpaq gətirilərək qurudulub və 39 hektar ərazidə zeytun ağacları əkilib.
Afiq Səfərov onu da əlavə edib ki, “Azərsun Holdinq” tərəfindən Abşeron zeytunu əhalidən kiloqramı 50 qəpiyə alınır və yerli sakinlərdən xammal üçün zeytunun alınması nəticəsində Azərbaycanda təqribən 5 minə yaxın vətəndaş işlə təmin olunub: “Əsasən Bakı, Sumqayıt, Zığ, Hövsan, Qala, Maştağa, Buzovna, Zuğulba, Bilgəh, Mərdəkan və Şüvəlan kəndlərindən qəbul məntəqəsinə oktyabr ayından fevral ayının sonunadək məhsul gətirilir, çəkilir və dəyəri müştəriyə ödənilir. Yerli mənşəli “Bakı”, “Abşeron”, “İynəburun”, “Krım”, “Pikvales”, “Armudu zeytun”, “Askalan”, “Şirin” və “Qara” zeytun sortları yağlılığına görə daha çox fərqlənir”.
Sağlam qida siyasətinə növbəti dəstək
Yeri gəlmişkən, “Azərsun Holdinq”in zeytunçuluğun inkişafına yönəlik fəaliyyəti eyni zamanda, sağlam qida siyasətinə növbəti dəstək kimi dəyərləndirilə bilər. Belə ki, Bakı və Bakıətrafı ərazilərdən yığılan, eləcə də, xaricdən gətirilən zeytunlar Dübəndidəki Zeytun Emalı Fabrikində ilkin emal prosedurundan keçir. Burada zeytunun cecəsi qurudulduqdan sonra mal-qara üçün keyfiyyətli yem, yaxşı gübrə və ekoloji cəhətdən təmiz yanacaq materialı kimi istifadə olunur. Zeytun yağ zavodunda iri sisternlərə doldurulmuş zeytun yağı holdinqin Bakı Yağ və Qida Sənaye zavodunda qablaşdırılır. Burada rafinasiya proseslərindən keçən zeytun yağı yaraşıqlı dizaynla qablaşdırılaraq ölkə bazarına və xaricə ixrac edilir.
Bunu qəzetimizə açıqlamasında “Zeytun Bağları” marka təmsilçisi Ellada Şiriyeva deyib. Onun sözlərinə görə, yağ zavodunda zeytun 3 mərhələli istehsal prosesindən keçir: “Zeytundan “Viera” məhsulları, “Süzmə” və “Tamas” yağları alınır. Azərbaycan zeytunundan alınan məhsullar beynəlxalq bazarlara, əsasən də MDB məkanına, Şərqə, Orta Asiya və Avropa ölkələrinə çıxarılır. Bildirim ki, “Zeytun Bağları” brendi adı altında satılan “Azərsun Holdinq”in zeytun yağları beynəlxalq müsabiqələrdə dəfələrlə birinci yerə layiq görülüb”.
Beləliklə, hazırda ölkəmizdən neft və qazla yanaşı, zeytundan alınan məhsullar da ixrac olunur ki, bu da “Azərsun Holdinq”in daha bir Azərbaycan brendinin xarici ölkələrdə tanıdılması istiqamətində atdığı uğurlu addım sayıla bilər.
Azərbaycan zeytununun yağlılığı daha çoxdur
Bu məqamda onu da bildirək ki, zeytun dünyanın bir çox yerlərində bitsə də, Azərbaycan zeytunu öz yağlılığına görə başqalarından fərqlənir. Ümumiyyətlə, zeytunun əsl vətəninin Yunanıstan, digər mənbələrə görə isə Aralıq dənizi sahilləri olduğu göstərilir. Həmin mənbələrə əsasən, zeytun buradan Kiçik Asiyaya, Yunanıstana, Misirə və digər ərazilərə yayılıb. Zeytun bitkisinin ömrü 300-400 ildir. Əlverişli şəraitdə 1000 il yaşaması məlumdur. 500-dən çox növü var. Bundan başqa dünyada elə ölkələr var ki, orada milyonlarla hektar sahədə bu qiymətli bitki becərilir. İspaniya və İtaliyada 2 milyon hektar, Türkiyədə 1 milyon hektardan çox zeytun sahəsi var.
Yuxarıda da vurğuladığımız kimi, Azərbaycanda yetişdirilən zeytunun digər ölkələrdə, məsələn, Aralıq dənizi sahillərində bitən zeytundan fərqli xüsusiyyəti ondan ibarətdir ki, bizim məhsullarımızın yağlılığı daha çoxdur. Bundan başqa, Abşeron rayonu mülayim-subtropik iqlim qurşağında yerləşdiyindən burada zeytun daha tez yetişir. Həmçinin, Azərbaycanın bir sıra bölgələrində yaşı min illərlə ölçülən zeytun ağacları var. Ölkəmizdə əsasən “Azərbaycan”, “Armudu”, “Buzovna”, “Qara”, “Şirin”, “Bakı” kimi yerli zeytun sortları var.
Min bir dərdin dərmanı-zeytun...
Ellada Şiriyeva,
eyni zamanda, son vaxtlar Azərbaycanda da zeytun yağının
istifadəsinin artdığını
və ona tələbatın yüksəldiyini
bildirib. Onun sözlərinə görə, bu da səbəbsiz deyil. Çünki zeytun yağının faydaları tükənməzdir:
“Zeytun yağı vitaminlər, antioksidantlar və mikroelementlərlə
zəngindir. Yağın
tərkibində olan
A, E, D və K vitaminləri
sümük toxumalarını,
əzələləri, bağırsaqların
divarlarını möhkəmləndirir,
radikallara qarşı
müqavimət yaradaraq
orqanizmin qocalma prosesini əngəlləyir”.
Zeytun yağının tərkibində
olan linol, olein, linolen kimi doymamış yağ turşuları
piylənmənin qarşısını
alır, orqanizmin cavan qalmasını təmin edir, həzm prosesinə müsbət təsir göstərir. Məsələn,
gün ərzində
100 ml. zeytun yağı
istehlak edən hər bir adam, şişlərin
qarşısının alınması
və yox edilməsi üçün
mühüm maddələrdən
olan “Squalene” maddəsinin gündəlik
miqdarını almış
olur. Uzun illərdir aparılan
araşdırmalar zeytun
yağının xərçəng
riskini 50 faizə yaxın azaltdığını
sübüt edir.
Zeytun yağı, ürəyin ən böyük düşmənlərindən biri
olan xolesterolun miqdarına nəzarət etməkdə, həmçinin,
yüksək xolesterolun
azaldılmasında da
əvəzolunmaz vasitədir.
Statistik göstəricilərə
əsasən, dünyada,
əhalisi ürək
xəstəliklərindan ən
az əziyyət
çəkən ölkələr-ən
çox zeytun yağı istehlak edən ölkələrdir.
Bu siyahıya isə Aralıq dənizi ölkələri
başçılıq edir.
Lakin bu heç də son deyil. Belə ki, zeytun yağı şəkər xəstəliyinin
səbəb olduğu
həzm əsnasında
maddələr mübadiləsi
pozğunluqlarının qarşısını
alır, qanda şəkərin miqdarına
nəzarət etməyə
köməklik göstərir:
“Zeytun yağı dərinin daha gənc görünməsi,
saçların artırılması
və işıqlı
görünməsində də
faydalı olduğu üçün bir çox gözəllik məhsullarının da tərkibində istifadə
edilir. Eyni zamanda, soyuq
qış günlərində
dodaq çatlamaları
və əl qurumalarını sürətli
müalicə etmək
istəyirsinizsə, bunu
rahatlıqla zeytun yağının köməyi
ilə edə bilərsiniz. Məlum olduğu
kimi, uşaqlar üçün qidalanma, həyatın ilk illərində
beynin sağlam bir şəkildə inkişaf edə bilməsi üçün
çox əhəmiyyətlidir.
Həyatın möcüzəsi
adlandırdığımız zeytun yağı, uşaqların inkişafında
həyati əhəmiyyət
daşıyan ana südünə bərabər
miqdarda yağ
turşularına sahibdir.
Bu yağ turşuları,
eyni zamanda, uşaqların sümüklərini
də gücləndirir”.
Niyə məhz “Zeytun Bağları”?
Açıqlamasında, həmçinin,
“Zeytun Bağları”nın dünyada məhz Azərbaycan məhsulu kimi tanıdılmasının qürurverici
məqam olduğunu vurğulayan Ellada Şiriyeva bu yağın müsbət cəhətləri barədə
də danışıb.
Onun sözlərinə
görə, “Zeytun Bağları” zeytun yağının tamamilə
qoxusuz olması da bütün növ yeməklərdə
istifadəsini asanlaşdırır:
“Zeytun yağının
mövcud olan spesifik iyi və
tamı Azərbaycan istehlakçısı
tərəfindən bəyənilmir
və onu bu xeyirli məhsulu
gündəlik tələbat
malları siyahısına
salmaqdan çəkindirirdi.
Bu tələbləri nəzərə
alan “Azərsun
Holdinq” tam Azərbaycan
istehlakçısının damaq dadına uyğun “Zeytun Bağları” markası ilə istehsal edilən zeytun yağlarını bazara təqdim edib. Yəni, “Zeytun Bağları” ağız dadımıza
uyğun zeytun yağıdır, onunla bişirilən yeməklər
mədəyə ağırlıq
vermir, vitaminlərlə
zəngindir. Qızartma və
sonrasında uyğun şərtlərdə saxlanılması,
oksidləşməyə qarşı
dayanıqlılığı və daha az
fəsadlar yaratma özəlliyi zeytun yağını digərləri
ilə müqayisədə
əvəzedilməz edir”.
Məqsəd zeytun ağaclarının
qorunması və zeytunçuluğa olan marağı artırmaqdır
Sonda onu da bildirmək yerinə düşər ki, “Azərsun Holdinq” yuxarıda sadalananlarla kifayətlənmir
və zeytunçuluğun
inkişafına töhfə
verə biləcək
digər addımları
da atır. Elə Azərbaycan
Mətbuat Şurasının
(MŞ) və “Azərsun
Holdinq”in birgə təşkilatçılığı ilə kütləvi informasiya vasitələrinin
təmsilçiləri arasında
“Zeytun Bağları” Azərbaycan zeytununun şöhrəti” mövzusunda
yazı müsabiqəsinin
keçirilməsi də
bunu təsdiq edir. Həmin məsələyə toxunan
Afiq Səfərov bildirib ki, Mətbuat
Şurası ilə birgə keçirilən müsabiqə zeytun ağaclarının qorunması
və zeytunçuluğa
olan marağı artırmaq məqsədi daşıyır: “Müsabiqə
yalnız ilk addımımızdır.
Onun yekunlarının açıqlanacağı
mart ayında jurnalistlərin
iştirakı ilə
zeytun ağaclarının
əkilməsi aksiyasını
da reallaşdırmaq istəyirik”.
Nadir AZƏRİ
Yeni Azərbaycan.-2014.- 14 mart.- S.5.