Azərbaycan BMT-də öz milli maraqları əsasında uğurla təmsil olunur

 

Təşkilatın müxtəlif proqramlarında uğurla iştirak edən ölkəmiz bu mötəbər beynəlxalq qurum vasitəsilə həm də özünün ikitərəfli və çoxtərəfli münasibətlərini inkişaf etdirməkdədir

Müasir dünya  siyasətinin nüfuzlu aktoru kimi çıxış edən Azərbaycanın beynəlxalq mövqeyi günü-gündən güclənməkdədir. Ölkəmiz özünün praqmatikrasional xarici siyasət kursunun fonunda ikitərəfli və çoxtərəfli münasibətlərini möhkəmləndirməkdə, regional və beynəlxalq təşkilatlarda uğurla təmsil olunmaqdadır. Elə Azərbaycanın xarici siyasət strategiyasının effektivliyiniuğurluluğunu dəyərləndirmək üçün ölkəmizin beynəlxalq münasibətlər sisteminin aktorları ilə rasionalparitet münasibətlərinə nəzər yetirmək məqsədəmüvafiqdir. Bu sırada nəzər yetirilməsi zəruri olan istiqamətlərdən biri də Azərbaycan-Birləşmiş Millətlər Təşkilatı (BMT) münasibətləridir.

Məlumdur ki, beynəlxalq hüququn tamhüquqlu subyekti olan Azərbaycan 1992-ci il mart ayının 2-də BMT-nin üzvü statusu alıb. Lakin ilk vaxtlar müstəqil xarici siyasət strategiyasına malik olmayan Azərbaycan BMT-də rasional surətdə təmsil oluna bilmədi. Yalnız 1993-cü ildə Ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbləri ilə ikinci dəfə hakimiyyətə gəlməsindən sonra Azərbaycan çoxvektorlu, rasionalpraqmatik xarici siyasət kursu yetritməyə başladı ki, bunun da sayəsində ölkəmiz beynəlxalq təşkilatlarda, xüsusilə də BMT-də uğurla təmsil olunmağa başladı. Sistemli, ardıcıl və praqmatik xarici siyasət kursu Azərbaycan-BMT münasibətlərinin dinamik inkişaf tendensiyasına malik olmasını şərtləndirdi. Mövcud münasibətlər çərçivəsində bundan sonra Azərbaycan BMT-yə müraciət edərək Ermənistanın təcavüzkar siyasətinə qarşı, Təhlükəsizlik Şurasının qəbul etdiyi məlum dörd qətnamənin yerinə yetirilməsi üçün effektiv tədbirlərin görülməsini xahiş etdi. BMT-nin nümayəndə heyəti bu müraciətlərə əsaslanaraq regiona səfər etdibu barədə BMT Baş katibinə müvafiq məlumatlar verdi. BMT-nin Baş katibi isə münaqişənin həllində ATƏM-in (Avropa Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsi -1995-ci ilin yanvarından ATƏT - Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı) səylərini dəstəklədiyini və bu təşkilata müvafiq nəticələr əldə etmək üçün kömək göstərməyə hazır olduğunu bildirdi.

Bütün bunların fonunda Azərbaycan BMT tribunasından münaqişənin həlli istiqamətində istifadə etmək uğrunda səylərini davam etdirdi. Həmin tarixi dövrdə Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu xarici siyasət kursu sayəsində BMT miqyasında Dağlıq Qarabağ münaqişəsinə hüquqi-siyasi qiymət verildi. Azərbaycanın haqlı mövqeyinin dünya ictimaiyyətinə çatdırılması baxımından Ümummilli lider Heydər Əliyevin 1994-cü il sentyabr ayının 29-da BMT Baş Məclisinin 49-cu sessiyasındakı çıxışı əhəmiyyətli rol oynadı. Bu, müstəqil Azərbaycanın dövlət başçısının BMT tribunasında ilk çıxışı idi. Ulu öndər Heydər Əliyev proqram xarakterli nitqində bir sıra məsələlərə toxundu, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar Azərbaycanın mövqeyini ifadə edərək bildirdi: “Azərbaycan Respublikası münaqişənin sülh yolu ilə, siyasi yolla aradan qaldırılmasına tərəfdar olaraq belə hesab edir ki, yalnız Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirmək yolu ilə təcavüzün nəticələrini aradan qaldırmaq, uzunmüddətli sülhün bərqərar edilməsi və regionun bütün əhalisinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə, sabit və əməli danışıq prosesi aparmaq olar”.

Birmənalı şəkildə qeyd edilməlidir ki, Ümummilli lider Heydər Əliyevin BMT tribunasından səsləndirdiyi bu fikirlər Ermənistanın işğalçı əməllərinin əsl mahiyyətinin ifşa edilməsi baxımından atılan mühüm addımlardan biri idi. İlk dəfə olaraq beynəlxalq aləmin ən nüfuzlu təşkilatının kürsüsündən Dağlıq Qarabağ münaqişəsi, həmçinin Cənubi Qafqaz bölgəsindəki vəziyyət haqqında tutarlı və həqiqi faktlar dünya ictimaiyyətinin diqqətinə çatdırılırdı. Bundan sonra dünyanın nəzəri bu bölgədə cərəyan edən hadisələrə yönəldi və problemlərin həlli yönündə addımlar atılmağa başlandı.

Eyni zamanda, Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi dönəmdə də Azərbaycan BMT çərçivəsində uğurla təmsil olundu və ölkəmizin təşkilat daxilindəki ikitərəfli, çoxtərəfli münasibətləri dinamik inkişaf tendensiyasına malik oldu. Həmçinin, ölkəmiz BMT müstəvisində Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi yönündə aktiv səylərini davam etdirdi. Dövlət başçısı kimi fəaliyyətə başladığı ilk dövrlərdən bu nəhəng təşkilatla əlaqələrə xüsusi önəm verdiyini qeyd edən Prezident İlham Əliyev iştirak etdiyi BMT Baş Məclisinin 59-cu sessiyasındakı çıxışında da bu münasibətlərə yüksək qiymət verdi. Prezident İlham Əliyev sülhün qorunması və münaqişələrin aradan qaldırılması istiqamətində BMT-nin rolunun artırılması məsələsindən danışarkən deyib: “Ümdə məsələ BMT Təhlükəsizlik Şurası qətnamələrinin həyata keçirilməsinin işlək mexanizminin yaradılmasından ibarətdir”.

Həmin çıxışında Prezident İlham Əliyev xüsusilə vurğulayıb ki, Azərbaycan dünyada sülhün qorunması istiqamətində səylərini daim davam etdirəcəkdir: “Biz daha sülhsevər, təhlükəsiz və ədalətli dünya üçün çox zəruri olan BMT və onun Nizamnaməsinə inamımızı bir daha təsdiqləmişik”.

Onu da qeyd etmək lazımdır ki, BMT-nin Baş Assambleyasının 60, 61 və 62-ci sessiyalarında Azərbaycanın maraqlarına xidmət edən məsələlər, 63-cü sessiyasında isə Azərbaycanın işğal edilmiş ərazilərindəki durum müzakirəyə çıxarılıb, bununla bağlı, müxtəlif qərarlar qəbul olunub. Qurumda Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyətlə bağlı qətnamə layihəsi yayılıb. Sənəddə işğal olunmuş ərazilərin boşaldılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi, eləcə də, ATƏT-in faktaraşdırma missiyasının məruzəsi, ekoloji məruzə barədə məlumatlar öz əksini tapıb. Azərbaycan bu addımla Dağlıq Qarabağ məsələsinin həllində BMT-ninrolunu artırmaq fikrindədir. Baş Assambleyanın 65-ci sessiyasında iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev çıxışı zamanı həm BMT-nin fəaliyyətini qiymətləndirib, həm də Azərbaycanın bu mötəbər təşkilatdan gözləntilərini ifadə edib. Azərbaycanın davamlı inkişaf, dünyada fundamental azadlıqların, beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasında BMT-nin mərkəzi rolunu tanıdığını bir daha bəyan edən Prezident İlham Əliyev vurğulayıb ki,  Azərbaycan hesab edir ki, BMT güclü və dünyanın istənilən hissəsindəki mürəkkəb qlobal problemləri həll etməyə qadir olmalıdır.

Prezident İlham Əliyev onu da bildirib ki, BMT Təhlükəsizlik Şurası dörd qətnamə qəbul edib. Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü tam dəstəkləyib və ərazi əldə etmək üçün gücdən istifadə etməyin yolverilməzliyini bəyan edib. Dövlət başçısı, həmçinin BMT-nin Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımasını və ölkənin bütün işğal olunmuş ərazilərindən işğalçı qüvvələrin dərhal və qeyd-şərtsiz çıxarılması haqqında tələbin mövcud olduğunu qeyd edib. BMT Baş Assambleyası, ATƏT və Avropa Şurası da daxil olmaqla, digər beynəlxalq təşkilatlar, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı buna oxşar qətnamələr qəbul ediblər: “Təəssüf ki, beynəlxalq ictimaiyyətin öz mövqeyini bəyan etməsinə baxmayaraq, Azərbaycan torpaqları hələ də işğal altında qalmaqda davam edir. Ermənistan vicdanla danışıqlar aparmaq əvəzinə, gözlənilməz nəticələri ilə təhlükəli olan daha da böyük gərginlik yaratmaq siyasəti yolunu tutub

Əlbəttə ki, Azərbaycanın BMT-də uğurla təmsil olunmasının, rasional ikitərəfli və çoxtərəfli münasibətlər formalaşdırmasının  məntiqi nəticəsidir ki, ölkəmiz  2011-ci ilin oktyabr ayının 24-də BMT Baş Məclisinin plenar iclasında gizli səsvermənin nəticələrinə əsasən, 2012-2013-cü illərdə Şərqi Avropa bölgəsini Birləşmiş Millətlər Təşkilatının Təhükəsizlik Şurasında təmsil edəcək yeni qeyri-daimi (müvəqqəti) üzv seçilib. 2012-ci ilin yanvar ayının 1-də isə Azərbaycan Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının (BMT TŞ) qeyri-daimi üzvü kimi səlahiyyətlərinin icrasına başlayıb. Bunun ardınca həmin ilin may ayının 4-də Nyu-Yorkda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sədrliyi ilə BMT Təhlükəsizlik Şurasının yüksək səviyyəli iclası keçirilib. İclasda Azərbaycanın təşəbbüsü ilə “Terror aktlarının beynəlxalq sülh və təhlükəsizliyə yaratdığı təhdidlər” mövzusunda müzakirələr aparılıb. Prezident İlham Əliyev çıxışında Ermənistanın ölkəmizə qarşı yönəlmiş terrorçu siyasətini ifşa edib və Azərbaycanın prinsipial mövqeyini bir daha dünyanın ən mötəbər qurumunun tribunasından dünya ictimaiyyətinə çatdırıb: Terrorçuluq beynəlxalq sülh və təhlükəsizliyə, o cümlədən, bütün üzv dövlətlərdə insan hüquqlarının, fundamental azadlıqların, demokratiyanın, siyasi müstəqilliyin, suverenliyin, ərazi bütövlüyünün və nəhayət, sosialiqtisadi inkişafın bərqərar olunmasına ciddi təhdiddir. Azərbaycan terrorçuluğun bütün forma və təzahürlərini qəti surətdə pisləyir. Biz hesab edirik ki, bütün terror aktları ağır cinayətdir, onlar pislənməli və bunu törədənlər isə cəzalandırılmalıdırlar. Terrorçulara öz əməllərini əsaslandırmaq üçün heç vaxt imkan verilməməlidir. Səbəblərindən asılı olmayaraq, heç bir terror aktı əsaslandırıla bilməz. Terrorçuluğun dəyişən mahiyyəti və siması, bir çox hallarda onun təcavüzkar separatizm, ekstremizm və mütəşəkkil cinayətkarlığa bağlılığı vardır. Silahlı münaqişələrə məruz qalan yerlərdə, xüsusən də, xarici hərbi işğal altında olan ərazilərdə terrorçuluq ilə həmin məkanda olanlar arasında bir qayda olaraq sövdələşmənin yaranmasına şəraitlər formalaşır. Azərbaycan müxtəlif yollarla terrorçuluğa məruz qalmışdır. Azərbaycan kənardan təşkil olunan terror fəaliyyətinin birbaşa hədəfinə çevrilmişdir. Ermənistan Respublikası Azərbaycanın mülki əhalisi və infrastrukturuna qarşı onlarla terror aktı törətmişdir. Bunun nəticəsində 2 mindən artıq azərbaycanlı həyatını itirmişdir. Ermənistan öz güc strukturlarının bilavasitə iştirakı ilə hazırladığı həmin terror aktlarını beynəlxalq terror qruplarından istifadə edərək törətmişdir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin fəal fazasında Ermənistan etnik təmizləməyə nail olmaq üçün hərbi təcavüzlə yanaşı, mülki əhaliyə qarşı geniş şəkildə terror aktlarından da istifadə etmişdir. Həmin vəhşilik aktları 1992-ci ilin fevral ayında Xocalı əhalisinin məhv edilməsi ilə kulminasiya nöqtəsinə çatdı. Həmin vaxt 613 günahsız insan, o cümlədən, qadınlar, uşaqlar və yaşlılar öz həyatı ilə vidalaşmışdır. Yüzdən artıq qadın, 63 uşaq qətlə yetirilmişdir. Ermənistan, həmçinin, münaqişə zonasından uzaq məsafədə də ictimai nəqliyyatda və mühüm infrastruktur yerlərində, 1994-cü ildə Bakı metrosunda bomba partlayışı və digər əməllər kimi terror aktlarını törədərək, mülki əhaliyə qarşı mübarizə apardı”.

Prezident İlham Əliyev diqqətə çatdırdı ki, azərbaycanlılara qarşı aparılmış etnik təmizləmə siyasəti Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizinin işğalı ilə nəticələnmişdir: “Bir milyondan artıq qaçqın və məcburi köçkün öz doğma yurdlarından didərgin salınmışdır. BMT-nin Təhlükəsizlik Şurası erməni qoşunlarının işğal edilmiş ərazilərdən çıxarılmasını tələb edən dörd qətnamə qəbul etmişdir. Lakin əfsuslar olsun ki, Ermənistan təxminən 20 il ərzində bu qətnamələrə məhəl qoymur.

Azərbaycanın işğal edilmiş əraziləri terrorçuluqla separatizm, ekstremizm və mütəşəkkil cinayətkarlıq, o cümlədən, narkotik maddələrin dövriyyəsi, çirkli pulların yuyulması və silah qaçaqmalçılığı arasında olan əlaqə baxımından böyük narahatlıq mənbəyidir. Ermənistanın terror hədələrinə əlavə olaraq, Azərbaycan beynəlxalq terror qruplarından irəli gələn risk və təhlükələrlə hələ də üzləşir. Ölkəmizin həssas regionlarala yaxınlığı bu hədələri bizim üçün daha qabarıq şəklə salır. Buna görə, Azərbaycan təbii olaraq milli səviyyədə genişmiqyaslı tədbirləri görməkdədir və terrorçuluğun qarşısının alınması üçün beynəlxalq səylərə fəal şəkildə töhfə verir”.

Eyni zamanda, ölkəmiz 2013-cü ilin oktyabr ayında da quruma sədrlik etdi. Ümumiyyətlə, Azərbaycan BMT TŞ-yə sədrlik müddətini uğurla həyata keçirdi. Bu dövrdə BMT TŞ-də dünyanı narahat edən bir sıra mühüm məsələlər-beynəlxalq terrorçuluqla mübarizə, Suriyadakı vəziyyət müzakirə olundu, Ermənistanın işğalçı siyasəti ifşa edilərək Azərbaycan həqiqətləri dünya ictimaiyyətinə uğurla çatdırıldı.

Digər tərəfdən, Azərbaycanın BMT TŞ-də qeyri-daimi üzv kimi təmsil olunması və bu missiyanı uğurla başa vurması ölkəmizin təşkilat çərçivəsində təmaslarını və əməkdaşlıq münasibətlərini daha da sıxlaşdırdı ki, bu da respublikamızın beynəlxalq münasibətlər sisteminin nüfuzgüc iyerarxiyasında sürətli irəliləyişini təmin edən mühüm amil kimi çıxış etdi. Bu məqamda qeyd etmək lazımdır ki, Azərbaycanın 2012-2013-cü illərdə Şərqi Avropa bölgəsini Birləşmiş Millətlər Təşkilatının Təhükəsizlik Şurasında təmsil etməsi təsadüfi xarakter daşımayıb. Məhz bu qələbəni şərtləndirən başlıca faktor Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən rasionalpraqmatik əsaslı, balanslaşdırılmış və çoxşaxəli xarici siyasət strategiyasıdır. Azərbaycan özünün müstəqil və suveren xarici siyasət strategiyasının fonunda nəinki regionun ən güclünüfuzlu aktoru qismində çıxış etməkdədir, eləcə də, beynəlxalq münasibətlər sistemi çərçivəsində əksər milli dövlətlərin əməkdaşlıq etdiyi etibarlı tərəfdaşdır. Məhz bu, Azərbaycanın məlum parlaq qələbəsini şərtləndirən mühüm amil qismində çıxış edib.

Sadalananlarla yanaşı onu da vurğulamaq lazımdır ki, Azərbaycanla BMT arasındakı münasibətlərin səmərəliliyini təmin edən mühüm strateji faktorlardan biri ölkəmizin bu mötəbər beynəlxalq təşkilatın müxtəlif proqramlarında uğurla iştirak etməsidir. Yeri gəlmişkən, martın 14-də, yəni bu gün Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı ilə Gənclər və İdman Nazirliyi arasında “Qlobal siyasi müzakirələrdə gənclərin fəal iştirakını dəstəkləmək üçün yeni platformaların yaradılması” layihəsi üzrə niyyət protokolu imzalanacaq. Niyyət protokolunda 2014-cü ilin oktyabrında Bakıda keçirilməsi nəzərdə tutulan Gənclər Siyasəti üzrə I Qlobal Forumun təşkilinin dəstəklənməsi və BMT modeli konfranslarının Azərbaycanda institutlaşdırılması nəzərdə tutulub. Oktyabrın 28-30-da keçirilməsi nəzərdə tutulan Gənclər siyasəti üzrə I Qlobal Forumun məqsədi müxtəlif ölkələrdə aparılan gənclər siyasətinə diqqətin artırılması, gənclər siyasəti üzrə dünya ekspertlərini bir araya gətirərək mövcud təcrübənin təhlil edilməsi, dövlət gənclər siyasəti standartlarının müəyyən olunması, o cümlədən, “Gənclər siyasətinin yaradılması və həyata keçirilməsi üçün tövsiyələr” adlı sənədin hazırlanması və qəbul edilməsidir. Forum Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, BMT-nin İnkişaf Proqramı, o cümlədən, BMT baş katibinin gənclər üzrə xüsusi elçisinin ofisi, UNESCO və Avropa Şurasının təşkilati dəstəyi ilə keçiriləcək. Qeyd edək ki, BMT modeli konfranslarının institutlaşdırılması təşəbbüsü 2013-cü ilin oktyabrında Gənclər və İdman NazirliyiBMT-nin İnkişaf Proqramının birgə əməkdaşlığı nəticəsində kibertəhlükəsizlik mövzusunda Bakıda keçirilən BMT Təhlükəsizlik Şurasının model konfransının uğurundan sonra yaranıb. Bu istiqamətdə Milli BMT modeli mexanizmininya şəbəkəsinin yaradılması, növbəti illərdə milli və beynəlxalq BMT modeli konfranslarının keçirilməsi nəzərdə tutulub.

Ümumilikdə, Azərbaycanın müxtəlif dövlət qurumları ilə BMT-nın ayrı-ayrı strukturları arasındakı sıx təmaslar ölkəmizin təşkilatdakı səmərəli fəaliyyətinə əhəmiyyətli töhfələr verir. Yeri gəlmişkən,  Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov martın 12-də BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (QAK) ölkəmizdəki nümayəndəliyinin rəhbəri Daq Siqurdson ilə görüşüb. QAK-ın Azərbaycandakı nümayəndəliyinin ölkəmizdəki uzunmüddətli və davamlı fəaliyyəti müsbət dəyərləndirilən görüşdə qeyd olunub ki, bu qurum ilə Azərbaycan arasında mövcud səmərəli əməkdaşlıq bu günuğurla davam etdirilir. Azərbaycanın belə bir nüfuzlu qurumun İcraiyyə Komitəsinin üzvü olması da bunu təsdiqləyir. Görüşdə Azərbaycan Hökumətinin digər ölkələrə də humanitar dəstək sahəsində göstərdiyi fəaliyyət, bu baxımdan görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olunub. Bildirilib ki, Azərbaycan Hökuməti Ermənistanın torpaqlarımıza təcavüzü nəticəsində yaranmış bir milyondan çox qaçqın və məcburi köçkünün problemlərinin həllində böyük layihələr həyata keçirmişbu sahəyə əhəmiyyətli dərəcədə vəsait xərcləyib. Hökumətin bu addımı BMT QAK-ın və digər nüfuzlu beynəlxalq qurumların rəhbərləri tərəfindən də müsbət qiymətləndirilib. Görüşdə, həmçinin BMT QAK-ın Azərbaycandakı nümayəndəliyinin təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Hökumətinin dəstəyi ilə 2005-ci ildən başlayaraq hər il ölkəmizə səfər edərək qaçqın, məcburi köçkün və sığınacaq axtaran şəxsləoftalmoloji xidmət göstərən Yaponiyanın “Fuci OptikalLtd. şirkətinin doktoru Akio Kanainin rəhbərlik etdiyi nümayəndə heyətinin apreldə ölkəmizə edəcəyi səfər, məcburi köçkünlərin problemlərinin öyrənilməsi, onların həlli yollarının axtarılması məqsədilə QAKn ölkəmizdəki nümayəndəliyi tərəfindən Azərbaycan hökuməti və bir sıra beynəlxalq və milli QHT-lərlə əməkdaşlıq şəraitində 2013-cü ildə məcburi köçkünlər arasında keçirilmişYaş, gender və müxtəlifliyin təşviqi müştərək qiymətləndirilmə”nin nəticələri də müzakirə edilib. Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən görüşdə digər məsələlərlə yanaşı, BMT QAK-ın Azərbaycandakı nümayəndəliyi tərəfindən həyata keçirilən layihələr və qarşıda duran vəzifələr, nümayəndəliyin perspektiv planları, Azərbaycan hökumətinin beynəlxalq humanitar təşkilatlara dəstəyi, onların fəaliyyətinin Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyası tərəfindən məqsədyönlü şəkildə istiqamətləndirilməsi və s. məsələlər də müzakirə olunmuş, müvafiq rəy və təkliflər səsləndirilib.

Göründüyü kimi, Azərbaycan BMT-də özünün milli maraqlarına müvafiq olaraq uğurla təmsil olunur. Təşkilatın müxtəlif proqramlarında uğurla iştirak edən ölkəmiz bu mötəbər beynəlxalq təşkilat vasitəsilə həm də özünün ikitərəfli və çoxtərəfli münasibətlərini inkişaf etdirməkdədir.

 

Nurlan QƏLƏNDƏRLİ     

Yeni  Azərbaycan.-2014.- 14 mart.- S.8.