Azərbaycan dövləti ahıl insanların sosial müdafiəsini diqqət mərkəzində saxlayır

 

Əli Əhmədov: Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin əsas qayəsi də ondan ibarətdir ki, dövlətimizin iqtisadi imkanlarından hər bir vətəndaşın həyatının yaxşı təşkil olunması üçün istifadə edilsin

Dünən Yeni Azərbaycan Partiyasının (YAP) rəhbərliyi Novruz bayramı münasibəti ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Bilgəh qəsəbəsində yerləşən Müharibə və əmək əlilləri üçün pansionatında olublar. Pansionatın yeni binası ilə tanış olan YAP Sədrinin müavini-İcra katibi, Baş nazirin müavini Əli Əhmədov burada yaradılan şəraitdən məmnun qalıb. Baş nazirin müavininə məlumat verilib ki, ötən il oktyabrın 1-də Beynəlxalq Ahıllar Günündə istifadəyə verilən yeni korpusun açılışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva iştirak ediblər. Qeyd edilib ki, buradakı otaqlardan 160-ı bir nəfərlik, beşi iki nəfərlikdir. Burada yaşayan insanların tibbi problemlərinin həlli daim nəzarətdə saxlanılır, onların sağlamlığına xüsusi diqqət göstərilir. Vurğulanıb ki, pansionatda yaşayan insanların yüksək şəraitlə təmin olunması istiqamətində bütün addımlar atılıb.

Pansionatın direktoru, Əməkdar müəllim Qətibə Əsədova bildirib ki, burada yaşayan insanların sağlamlığına xüsusi diqqət göstərilir, onların vaxtlı-vaxtında həkim müayinələrindən keçməsi təmin edilir.

Daha sonra pansionatın sakinləri ilə görüşən YAP Sədrinin müavini-İcra katibi, Baş nazirin müavini Əli Əhmədov onları Novruz bayramı münasibətilə təbrik edib. Əli Əhmədov bildirib ki, Azərbaycan dövləti, Prezident İlham Əliyev ehtiyacı olan şəxslərə, o cümlədən ahıllara xüsusi diqqət və qayğı ilə yanaşır. Onların rahat yaşaması, ehtiyaclarının ödənməsi üçün lazımi addımlar atılır. Əli Əhmədov qeyd edib ki, Yeni Azərbaycan Partiyası əhalinin müxtəlif təbəqələrinin nümayəndələri ilə, o cümlədən də ahıl insanlarla, qocalar evində yaşayanlarla mütəmadi görüşlər keçirir. Bu qocalar evində YAP olaraq biz, demək olar ki, ildə bir neçə dəfə görüşlər keçiririk, onların problemləri ilə maraqlanırıq, imkan daxilində onların mövcud olan problemlərini öyrənib kömək etməyə çalışırıq” - deyə, YAP Sədrinin müavini vurğulayıb. Əli Əhmədov onu da qeyd edib ki, bu pansionatın sakinləri üçün lazım olan bütün imkanlar və şərait yaradılıb.

Güman edirəm ki, bundan sonra da bu siyasət davam etdiriləcək. Sizin üçün tikilən yeni bina ilə tanış olduq. Olduqca yüksək səviyyəli şərait yaradılıb. Məmnunluq hissi ilə qeyd etmək istəyirəm ki, burada yaşayan insanların əhval-ruhiyyəsinin yaxşı olması bizi sevindirir. Bu, bizim hökumətimizin həyata keçirdiyi siyasətin humanizmindən, insanpərvərliyindən, insanlara qayğısından xəbər verir. Prezident İlham Əliyevin bu gün həyata keçirdiyi siyasətin əsas qayəsi ondan ibarətdir ki, dövlətimizin iqtisadi imkanlarından hər bir vətəndaşın həyatının yaxşı təşkil olunması üçün istifadə edilsin, o cümlədən qayğıya ehtiyacı olan bütün insanlar diqqət mərkəzindən kənarda qalmamışdır” - deyə, YAP Sədrinin müavini vurğulayıb.

Pansionat sakinləri çıxış edərək ölkə rəhbərliyinin onlara göstərdiyi qayğıya görə minnətdarlıqlarını bildiriblər. Qeyd ediblər ki, bu gün ölkədə aparılan geniş quruculuq işləri onları da sevindirir, fərəhləndirir.

Pansionatın sakini Həbib Qəmbərov bildirib ki, onlar üçün yaradılan şəraitdən çox razıdır. Onun sözlərinə görə, yeni tikilən bina burada yaşayan ahıl insanların rahatlığı üçün əlverişlidir: “Mənim 66 yaşım var. Dövlətimdən, Prezidentimdən çox razıyam. Bu gün mənə mənim kimi insanlara bu cür gözəl bina tikilib verilib. Bundan başqa, möhtərəm Prezidentimiz biz yaşlı insanların sosial müdafiəsini hər zaman diqqətdə saxlayır. Əminəm ki, gələcək illərdə bu diqqət qayğı davam etdiriləcək. Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi altında böyük qələbələr qazanacaq”.

Əmək veteranı Minə Abdullaqızı da yaradılan şəraitdən razılıq edib. O, bildirib ki, Yeni Azərbaycan Partiyasının nümayəndələri mütəmadi olaraq onlarla görüşlər keçirir, qayğılarına qalır, problemləri ilə yaxından tanış olurlar: “Bayramlarda, xüsusi günlərdə Yeni Azərbaycan Partiyasının nümayəndələri heç vaxt bizləri yaddan çıxarmırlar. Yaradılan şəraitdən çox razıyıq. Rahat yaşamaq üçün bütün imkanlar yaradılıb. Allah Prezidentimizə cansağlığı versin ki, biz qocaların problemlərini hər zaman diqqətdə saxlayır. Çox razıyıq”.

Nina Kalmıkova da pansionatın sakinlərindəndir. O, bildirib ki, ötən ilin oktyabrında yeni binanın açılışı zamanı Prezident İlham Əliyev xanımı Mehriban Əliyeva pansionatın sakinləri ilə görüşüb: “Bu cür yüksək diqqət qayğı biz yaşlı insanlar üçün olduqca böyük xoşbəxtlikdir. Hökumətimiz, Yeni Azərbaycan Partiyası hər zaman bizləri yad edir, problemlərimizlə maraqlanır. Mən öz adımdan bütün pansionat sakinləri adından bir daha möhtərəm Prezidentimizə xanımı Mehriban Əliyevaya təşəkkür edirəm, Onları bayram münasibətilə təbrik edirəm”.

Pansionatın bir başqa sakini Şahin Hacıyev onlara göstərilən diqqət qayğıdan razılıq edib. O deyib ki, pansionatda yaşayan insanların istər sağlamlığına, istərsə sosial problemlərinə hər zaman diqqətlə yanaşılıb: “Mən hər bir pansionat sakini kimi dövlət başçımıza minnətdarlıq edirəm. Bu bayram günündə bizi tək buraxmayan Yeni Azərbaycan Partiyasına da öz dərin təşəkkürümü bildirirəm”.

Daha sonra pansionat sakinlərinə Yeni Azərbaycan Partiyasının bayram hədiyyələri təqdim olunub. Qeyd edək ki, görüşdə YAP İcra katibinin müavinləri, Milli Məclisin deputatları Siyavuş Novruzov Mübariz Qurbanlı, Sabunçu rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev YAP Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva iştirak ediblər.

 

Pərviz SADAYOĞLU

Yeni  Azərbaycan.-2014.- 19 mart.- S.3.