Azərbaycan dövləti
gücləndikcə, ermənilərin xalqımıza qarşı
həyata keçirdikləri soyqırımı siyasəti dünyada daha geniş
miqyasda ifşa edilir
Müsahibimiz
Milli Məclisin deputatı, tarix elmləri doktoru Fəzail
İbrahimlidir
- Fəzail müəllim, tarix boyu dəfələrlə ermənilər azərbaycanlılara qarşı qırğınlar törədiblər. Bunların sırasında miqyasına görə 1918-ci ilin mart ayında törədilmiş qətliamlar daha dəhşətlidir. Bu soyqırımın tarixi kökləri haqqında nə deyə bilərsiniz? Bu prosesdə ermənilərin Azərbaycan ərazilərinə köçürülməsi nə dərəcədə rol oynayıb?
- Ümumiyyətlə, soyqırımdan danışarkən bunu təkcə millətin faciəsi kimi təqdim etmək lazım deyil. Təbii ki, tariximizi unutmamalıyıq və bu faciələri hər zaman yaşatmalıyıq. Amma ideoloji müharibə getdiyi bir zamanda mart soyqırımına gedən tarixi yollara daha çox nəzər salmalıyıq, onun səbəblərini izah etməliyik. Mart soyqırımına gedən yol Pyotr dövründən başlayır və 20-ci əsrə qədər gəlib çıxır. Ona görə də, mart soyqırımından danışarkən təkcə 1918-ci ildə baş verən prosesləri xatırlamaq yox, ondan əvvəlki və sonrakı hadisələri də ciddi təhlil etmək lazımdır. Tarix sübut edir ki, dövr dəyişsə də, illər ötsə də, ermənilərin xisləti dəyişmir. Məsələn, babalarının 1918-ci ildə etdtiklərini nəvələri 1992-ci ildə Xocalıda təkrar ediblər. Bu mənim fikrimə əyani bir misaldır. Hesab edirəm ki, baş verən bu hadisələr Azərbaycan xalqına qarşı strateji plandır və bu planın mahiyyətini ardıcıl olaraq cəmiyyətimizə çatdırmalıyıq. Məqsədimiz isə məhz erməni xislətinin mahiyyəti açıb dünyaya göstərmək və onların məkrli planlarının qarşısını almaq olmalıdır.
Bu hadisələrin tarixindən danışarkən, qeyd etmək lazımdır ki, 1813-cü ildə imzalanmış Gülüstan sülh müqaviləsindən sonra Azərbaycan torpaqlarında yerləşdirilən ermənilərin iştirakı ilə XX əsrin əvvəllərindən etibarən azərbaycanlılara qarşı qətliamlar törədilib. Yəni bu dövrdən etibarən, hadisələr etnik təmizləmə, deportasiya mərhələsindən soyqırımı mərhələsinə keçib. Belə ki, ilk növbədə, azərbaycanlıların sahib olduqları ərazilər əllərindən alınmağa başlanıb. Konkret olaraq, ermənilərin köçürülməsi ilk olaraq İrəvan quberniyası ərazisində başlanıb, oraya Naxçıvan qəzasının ərazisi, Zəngəzur qəzasının, Qarabağ xanlığının ərazisi daxil idi. Bu hadisələrsə ona gətirib çıxarıb ki, bu ərazilərdə ermənilərin sayı 1 milyon 300 mindən çox olub. Baxmayaraq ki, Gülüstan sülh müqaviləsinə qədər bu ərazidə bir nəfər də olsun erməni yaşamayıb.
- 1918-ci ilin mart ayında baş vermiş hadisə haqqında nə deyə bilərsiniz? Bu tarixlə bağlı müxtəlif ehtimallar, rəqəmlər səsləndirilir...
- Bilirsiniz ki, 1917-ci ilin fevralında çar Rusiyası dağıldı, həmin ilin oktyabrında bolşeviklər hərbi çevriliş edərək hakimiyyəti ələ keçirdilər. Bu zaman dekabrın 16-da Bakı Sovetində sədr olan Stepan Şaumyan Leninin əmri ilə Qafqazda fövqəladə və səlahiyyətli komissar təyin olunur və ona 500 min rubl pul ayrılır. Yanvar ayında isə yenə Leninin imzası ilə Bakı Sovetinə 30 milyon 800 min rubl, 5 000 tüfəng, 2 aeroplan və 2 zirehli maşın ayrılıb. Onu da qeyd edim ki, Ərzincan müqaviləsinə görə rus ordusu Qafqaz cəbhəsindən Rusiyaya qayıtmalı idi. Rus qoşunlarının tərkibində Türkiyəyə qarşı vuruşan erməni hərbi birləşmələri, onların 5000 əsgəri Bakıya gəlmişdi. Deməli, bolşevik hökumətinin ayırdığı 5000 tüfəng Bakıya yerləşdirilən erməni hərbçiləri üçün nəzərdə tutulubmuş. Bu hərbi qüvvələr isə azərbaycanlıların qətlə yetirilməsinə, soyqırımına məruz qalmasına yönəldilmişdi. 1918-ci il martın 24-də Şaumyanın başçılığı ilə azərbaycanlılara qarşı başlanmış soyqırımı bir neçə gün davam edib.
Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən yaradılmış Fövqəladə Təhqiqat Komissiyasının açıqladığı rəqəmlərə görə, həmin hadisələr zamanı Bakıda 12 min nəfərdən artıq azərbaycanlı qətlə yetirilib. Başqa mənbələrdə isə bu rəqəmin daha da artıq olduğu göstərilir. Məsələn, “Azərbaycan” qəzetinin həmin dövrlərdə işıq üzü görən saylarında mart hadisələri zamanı Bakı və ətraf kəndlərdə 30 mindən artıq azərbaycanlının qətlə yetirildiyi qeyd olunur.
1918-ci il mart ayının 30-da erməni
kilsəsi yanında toplaşan daşnak dəstəsi müsəlmanlara
ilk atəş açıb. 31 mart səhər tezdən
bolşevik-daşnak dəstələri azərbaycanlılar
yaşayan “Kərpicxana”, “Məmmədli” və başqa məhəllələrə
hücum ediblər. Həmin məhəllələri
havadan təyyarələr, dənizdən isə hərbi gəmilər
bombalamağa başlayıblar. O zaman ermənilər
rusları inandırıblar ki, guya İçərişəhərdə
azərbaycanlılar rusları qırıblar. Matroslar bunun yalan olduğunu
biləndən sonra atəşi dayandırsalar da artıq gec
olub. Çünki alova bürünmüş məhəllələrdə
ölənlərin sayı-hesabı həddindən artıq
çox idi. Bu qətliam zamanı erməni
millətçiləri heç kimə rəhm etməyiblər.
Qarşılarına çıxan hər kəsi
türk deyə dərhal qətlə yetiriblər. Ermənilər azərbaycanlılara məxsus məktəbləri,
kitabxanaları, mədəniyyət ocaqlarının da
hamısını yandırıblar. Hətta İçərişəhərə
hücum zamanı Anastas Mikoyanın
başçılığı ilə yaradılmış
“İnqilabı müdafiə” adı ilə
çıxış edən bu quldur dəstələri
Bakının ən gözəl memarlıq abidələrindən
olan “İsmailiyyəni” yandırıb, “Təzə pir” məscidinin
minarələrini isə top atəşi ilə dəlik-deşik
ediblər.
- Qətliamdan
sonra hadisələrin araşdırılması istiqamətində
Azərbaycan Xalq Cümhuriyyətinin atdığı
addımların əhəmiyyəti nədən ibarətdir?
- Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra
1918-ci ilin mart hadisələrinə xüsusi diqqət
yetirildi.
Nazirlər Şurası 1918-ci il iyulun 15-də
bu faciənin tədqiqi məqsədi ilə fövqəladə
istintaq komissiyasının yaradılması haqqında qərar
qəbul etdi. Komissiya mart
soyqırımını, ilkin mərhələdə
Şamaxıdakı vəhşilikləri, İrəvan
quberniyası ərazisində ermənilərin törətdikləri
ağır cinayətləri araşdırdı. Dünya ictimaiyyətinə bu həqiqətləri
çatdırmaq üçün Xarici İşlər
Nazirliyi nəzdində xüsusi qurum yaradıldı. 1919 və 1920-ci ilin mart ayının 31-i iki dəfə
Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən
ümummilli matəm günü kimi qeyd edildi. Əslində bu, azərbaycanlılara qarşı
yürüdülən soyqırımı və bir əsrdən
artıq davam edən torpaqlarımızın işğalı
proseslərinə tarixdə ilk dəfə siyasi qiymət vermək
cəhdi idi. Lakin, Azərbaycan Xalq
Cümhuriyyətinin süqutu bu işin başa
çatmasına imkan vermədi. Komissiyanın
hesabatında hadisələr zamanı ölənlərin
sayının 20 mindən çox olduğu bildirilirdi.
Bayaq qeyd etdiyim kimi, komissiyanın sənədlərində təkcə
Bakıda 12 mindən çox adam qətlə
yetirilildiyi göstərilirdi. Məsələ
burasındadır ki, o dövrdə bolşevik-daşnak dəstələrinin
bu vəhşilikləri ancaq Bakı ilə bitmirdi. Onlar
Quba, Şamaxı, Kürdəmir, Salyan və Lənkəran qəzalarında
da soyqırımı davam etdirmişdilər. Stepan
Lalayansın dəstələri 3-16 aprel tarixində
Şamaxı əhalisinə divan tutmuşdu. Təkcə mart ayında Şamaxının 58 kəndi
Bakı Sovetinə bağlı erməni ordusu tərəfindən
dağıdılmışdı. Təxminən
8 minə yaxın insan öldürülmüşdü ki,
bunun da 1653 nəfəri qadın, 965-nəfəri isə
uşaq idi. 1918-ci ildə 15 min əhalisi
olan Şamaxının 1921-ci ildə əhalisi təxminən
1700 nəfərə enmişdi. Bunlardan başqa, ermənilərin
1918-ci il mart və aprel aylarında Şamaxı və ona
qonşu kəndlərdə törətdikləri qətliamları
isbat edən çoxlu sayda arxiv materialı da var. Bu materiallar
arasında 22 noyabr 1918-ci ildə Təcili Araşdırma
komissiyasının başçısı Xasməmmədovun
Azərbaycan Respublikası Ədliyyə Nazirliyi
başçısına Şamaxı şəhəri və
ona qonşu kəndlərin dağıdılması və
müsəlman əhali üzərində ermənilərin
işgəncələri və cinayətləri haqqında məlumatını,
həmin komissiyanın üzvü Novatskinin bu məsələylə
bağlı komissiya başçısına verdiyi məlumatı,
bu işlərdə cinayətkar şəxslərlə
bağlı məhkəmə işinin başladılması
haqqında Təcili Araşdırma komissiyasının 12 iyul
1919-cu il tarixli qərarını göstərmək olar. Şamaxı şəhəri və ona qonşu olan
kəndlərdə ermənilər tərəfindən törədilən
soyqırım hadisələri haqqında 7 cild, 925 səhifədən
ibarət araşdırma materiallarında toplanmış məlumatlar
ermənilərin cinayət və qətliamlar etdiklərini bir
daha göstərir.
Quba qəzasında da hadisələr eyni istiqamətdə
cərəyan edib. Aprel ayında Quba qəzasına göndərilən
daşnak dəstələrinin komandiri Hamazasp özünü
erməni xalqının qəhrəmanı və müdafiəçisi
adlandıraraq, ona Xəzər dənizindən Şahdağadək
olan ərazidə bütün müsəlmanları məhv
etmək əmri verildiyini demişdi. Məhz
onun başçılıq etdiyi daşnak dəstələri
Quba qəzasında 122 kəndi yandırmışdılar.
Yerli sakinləri isə min bir əzabla qətlə
yetirmişdilər. Ümumiyyətlə,
ermənilər bütün Azərbaycanı işğal etməyə
cəhd göstərirdilər. Onlar bu dəfə
Qarabağda yaşayan ermənilərlə birləşib Gəncəyə
hücuma hazırlaşırdılar. Lakin
1918-ci ilin mayındaAzərbaycan Xalq Cümhuriyyətinin
yaradılması, Azərbaycanın ərazi
bütövlüyü uğrunda ölüm-dirim mübarizəsinin
başlanması işğalçıların bütün
planlarını pozdu.
- Ulu
öndər Heydər Əliyevin Fərmanı ilə 31 mart
tarixi hər il azərbaycanlıların
soyqırımı günü kimi qeyd edilir. İstərdik
ki, bu sənədin əhəmiyyəti haqqında fikirlərinizi
bildirəsiniz...
- Qeyd
etdiyiniz kimi, Ümummilli liderimiz Heydər Əliyevin 1998-ci ilin
mart ayının 26-da imzaladığı Fərmana əsasən,
31 mart tarixi, azərbaycanlıların soyqırımı
günü kimi qeyd olunur. Bu, gələcək nəsillərin
həmin tarixi hadisələri unutmaması,
keçmişimizin xatırlanması üçün
çox mühüm bir sənəddir. Ulu
öndərin imzaladığı Fərmanla məhz 31 mart
tarixinin azərbaycanlıların soyqırımı
günü kimi qeyd edilməsi heç də təsadüfi
deyil. Çünki bunun həm hüquqi, həm
də tarixi əsasları var.
Davamlı
olaraq hər il faciənin
ildönümündə ölkə Prezidenti tərəfindən
Azərbaycan xalqına müraciət olunur. O da qeyd edilməlidir
ki, həmin fərmana qədər biz 31 mart
soyqırımı barədə yalnız elmi söhbətlər
edirdik. Ancaq 1998-ci ildə imzalanan bu sərəncamdan
sonra 31 mart soyqırımı dövlət səviyyəsində
müzakirə edilməyə başlandı. Bu isə 31 mart soyqırımının dünyaya
çatdırılması üçün bizim əlimizdə
çox ciddi əsasa çevrildi. Hazırda
da 31 mart azərbaycanlıların soyqırımı
günü dövlət səviyyəsində qeyd edilir.
Həmin gün soyqırımı
qurbanlarının anma tədbirləri keçirilir, dünya
ictimaiyyətinin diqqəti xalqımıza qarşı
aparılan cinayətkar siyasətə cəlb olunur. Ümumiyyətlə, xalqımıza qarşı
yeridilmiş soyqırımı siyasətinin uzun tarixi olsa da,
bu barədə əsl həqiqətlər yalnız Azərbaycan
rəhbərliyinin qətiyyəti sayəsində son illərdə
dünya ictimai fikrinə çatdırılmağa
başlanılır. Bu işdə Azərbaycan
vətəndaşlarının, ictimaiyyətin, xarici ölkələrdəki
azərbaycanlı icmalarının üzərinə də
böyük məsuliyyət düşür.
Xalqımıza qarşı törədilmiş
soyqırımı haqqında həqiqətləri real faktlar,
dəlillər əsasında dünya dövlətlərinə,
nüfuzlu beynəlxalq təşkilatlara çatdırmaq,
saxta erməni təbliğatı nəticəsində
formalaşmış yalan təsəvvürləri dəyişdirmək,
ona hüquqi-siyasi qiymət verdirmək nə qədər
çətin olsa da, şərəfli və müqəddəs
bir iş kimi hər zaman davam etdirilir. İnanıram ki, bu, davamlı xarakter alaraq, erməni
xislətinin, erməni vəhşiliyinin, torpaqlarımıza təcavüzün
dünyada daha da tanıdılmasına xidmət edəcək.
- Fəzail
müəllim, dövlətimiz ermənilərin
xalqımıza qarşı törətdiyi
soyqırımı hadisələrinin beynəlxalq miqyasda
tanınması üçün sistemli iş aparır. Quba məzarlığı da erməni vəhşiliyinin
əyani göstəricisidir. Heydər
Əliyev Fondunun təşəbbüsü ilə Quba məzarlığında
“Soyqırımı memorial kompleksi” yaradıldı. Sizcə, bu məkan erməni xislətini təsdiq
etmək baxımından beynəlxalq birlik üçün
kifayət deyilmi?
- Son illər
Azərbaycan həqiqətlərinin dünyaya
çatıdırılması istiqamətində aparılan
işlər ciddi nəticələr verməkdədir. Prezident İlham Əliyevin həyata keçirdiyi
siyasət ölkəmizin haqq səsinin beynəlxalq müstəvidə
eşidilməsi, Ermənistanın
işğalçılıq siyasətinin dünya ictimaiyyətinə
çatdırılması prosesində öz bəhrələrini
verməkdədir. Əminliklə demək
olar ki, dövlətimizin bu yöndəki siyasəti, diaspor təşkilatlarımızın,
bir sıra QHT-lərimizin çoxşaxəli fəaliyyəti
Ermənistanı küncə sıxışdırıb.
Xüsusilə Heydər Əliyev Fondunun bu
yöndəki fəaliyyəti təqdir olunmalıdır.
Bu fəaliyyət nəticəsində dünya
Ermənistanın işğalçılıq siyasəti
haqqında, ermənilərin xalqımıza qarşı
törətdikləri qətliamlar, o cümlədən
Xocalı soyqırımı barəsində geniş məlumatlar
əldə edir. Yeri gəlmişkən, xatırladım
ki, bu il Xocalı soyqırımının
22-ci ildönümü ilə əlaqədar dünyanın
bir çox dövlətlərində «Xocalıya ədalət»
kampaniyası çərçivəsində tədbirlər
keçirildi. Bir sözlə, artıq ermənilər
dünyanı öz yalanlarına inandırmaqda çətinlik
çəkirlər. Çünki
onların qarşısında güclü Azərbaycan
dövləti dayanıb.
Bu baxımdan, Quba məzarlığında yaradılan
kompleks ermənilərin xalqımıza qarşı törətdiyi
soyqırımların beynəlxalq birliyə nümayiş
etdirmək üçün xüsusi əhəmiyyətə
malikdir.
“Soyqırımı
memorial kompleksi”nə gəlincə, burada XX əsrin əvvəllərində
Quba şəhərinin müxtəlif ərazilərinin
görüntüləri, o zaman burada aparılan tikinti-quruculuq
işləri, əhalinin həyat tərzi haqqında fotolar
var. Kompleksdəki xüsusi bölmədə Azərbaycan Xalq
Cümhuriyyətinin yaranma tarixi, bununla bağlı maraqlı
fotolar da yer alıb. Kompleksdə
quraşdırılmış sensor ekranlı monitordakı
xüsusi xəritədə ermənilərin ötən əsrdə
xalqımıza qarşı respublikamızın müxtəlif
bölgələrində həyata keçirdikləri
soyqırımları barədə bir neçə dildə məlumat
əldə etmək mümkündür. Burada
Ümummilli lider Heydər Əliyevin azərbaycanlılara
qarşı həyata keçirilən soyqırımı
siyasətinin ifşa olunaraq dünya ictimaiyyətinə
çatdırılması istiqamətində
gördüyü işlər, bunun üçün imzaladığı
sərəncamların nümayiş etdirildiyi guşə də
yaradılıb. Həmçinin, Quba, Cavad,
Göyçay, Şamaxı və Bakı qəzaları barədə
məlumatların və bu qəzalarda ermənilərin törətdikləri
vəhşiliklər haqqında dolğun məlumatlar var.
Bilirsiniz ki, ölkəmizə gələn xarici qonaqlar da Quba
məzarılığını ziyarət edir. Bu isə əsil həqiqətlərin dünya
ictimaiyyətinə çatdırılması
baxımından vacib məsələdir.
Ümumiyyətlə, Quba məzarlığı erməni
vəhşiliyini, insanlığa qarşı cinayətləri
əks etdirən əyani faktdır. Bu gün Azərbaycan
dövləti daha da güclənir və görülən
bütün bu işlər əsl həqiqətlərin
dünya ictimaiyyətinə çatdırılmasında
mühüm rol oynayır.
Yeni
Azərbaycan.-2014.- 29 mart.- S.5.