“Heydər Əliyev və azərbaycançılıq ideologiyası”

 

Yeni Azərbaycan Partiyasının Partiyadaxili inkişafintizam komissiyası bu mövzuda “dəyirmi masakeçirib

Yeni Azərbaycan Partiyasının (YAP) Partiyadaxili inkişafintizam komissiyası “Heydər Əliyev və azərbaycançılıq ideologiyası” mövzusunda “dəyirmi masakeçirib. Tədbirdə komissiyanın üzvləri, millət vəkilləri, media qurumlarının baş redaktorları və partiyanın fəal gəncləri iştirak ediblər.

Öncə çıxış edən YAP-ın İdarə Heyətinin üzvü, Partiyadaxili inkişafintizam komissiyasının sədri Kərim Kərimov bildirib ki, hər bir müstəqil dövlətin özünəməxsus milli ideologiyası-dövlətçilik ideologiyası mövcuddurmilli ideologiya dövlətin daxilixarici siyasətinin əsasını təşkil edir: “Azərbaycan dövlətinin milli ideologiyasının özəyini, əsasını azərbaycançılıq təşkil edir. Azərbaycançılıq ideologiyası partiyamızın proqramının üçüncü əsas prinsipi olmaqla özündə milli, mənəvi və ümumbəşəri dəyərləri əks etdirir. Milli ideologiyamızın tarixi kökləri və təkamülü əski çağlarla, xüsusilə XX əsrin əvvəllərindəki milli azadlıq mübarizəsi tarixi ilə səsləşsə də, əslində, müstəqil Azərbaycanın milli dövlətçilik ideologiyasının müasir konsepsiyasının əsas müddəaları müstəqil Azərbaycanın memarı və qurucusu Ümummilli liderimiz Heydər Əliyev tərəfindən müəyyənləşdirilib. Ulu öndər Dünya Azərbaycanlılarının I Qurultayındakı çıxışında “azərbaycançılıq” ideologiyasının mahiyyətini belə açıqlayıb: “Biz azərbaycanlılarıq. Hamımızın Vətəni Azərbaycandır. Bu torpaq bizi xalq kimi, millət kimi, şəxsiyyət kimi böyüdüb. Ona görə də, hər birimizin varlığında azərbaycançılıq ruhu yaşayır. Azərbaycançılıq ruhu, azərbaycançılıq ideologiyası bizi bir-birimizlə daha sıx bağlayan, birliyə sövq edən amildir. Müstəqil Azərbaycan Respublikasının ideologiyası azərbaycançılıq ideologiyasıdır”.

Komissiya sədri əlavə edib ki, Azərbaycanın müstəqil dövlət kimi milli ideologiyası YAP-ın məramnaməsində öz əksini tapıb: “Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu bu siyasət Onun siyasi varisi, layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyev dövlətimizin müstəqilliyinin möhkəmlənməsi, dövlətçilik ənənələrimizin qorunub saxlanılması, onun dönməzliyinin təmin edilməsi istiqamətində yorulmaz və ardıcıl fəaliyyət göstərir”.

Daha sonra çıxış edən YAP Siyasi Şurasının üzvü, millət vəkili, AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli azərbaycançılıq ideologiyasının müstəsna əhəmiyyətindən bəhs edərək deyib ki, Ümummilli lider Heydər Əliyevin xalqımız qarşısındakı misilsiz xidmətlərindən biribu milli ideologiyanın yaradılmasıdır. O qeyd edib ki, Ulu öndər Heydər Əliyev həm müstəqil Azərbaycanın, həm də onun milli ideologiyasının banisidir: “Bu gün Ümummilli lider Heydər Əliyevin zəngin dövlətçilik irsi geniş öyrənilir və təbliğ olunur. Bu, təsadüfi deyil. Çünki müstəqil Azərbaycan Ümummilli liderimiz, böyük dövlət xadimi Heydər Əliyevin şah əsəridir. Onun misilsiz xidmətləri sayəsində bu günkü müasir Azərbaycanın inkişafının əsası qoyulub”.

İsa Həbibbəyli əlavə edib ki, Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu azərbaycançılıq hazırda bütün dünya azərbaycanlılarını vahid amal ətrafında birləşdirən ideologiyadır. “Hər bir azərbaycanlının Prezidenti olan cənab İlham Əliyev milli ideologiyamızın təbliğinə xüsusi diqqət yetirir. Hazırda azərbaycançılıq ideyasına əsaslanan milli siyasət uğurla inkişaf etdirilir. Bütün bunlar nəticə etibarilə milli dövlətçiliyi möhkəmləndirir, təhsilin inkişafı, gənc nəslin öz ölkəsinə məhəbbət və onun ideallarına sədaqət ruhunda tərbiyəsi üçün şərait yaradır”.

Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov isə deyib ki, Ulu öndər Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq ideologiyası nəinki azərbaycanlıları, ölkəmizdə yaşayan bütün xalqları, dünyada yaşayan soydaşlarımızı vahid ideya ətrafında birləşdirdi. Millət vəkili qeyd edib ki, bütün dünya azərbaycanlılarını vahid ideya ətrafında birləşdirən Ümummilli lider Heydər Əliyev Azərbaycanı tənəzzüldən xilas edərək inkişaf yoluna çıxardı: Ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra qısa müddət ərzində ölkədə sabitliyi bərpa etdi, separatçı qüvvələri zərərsizləşdirdi, dövlət çevrilişi cəhdlərinin qarşısını qətiyyətlə aldı. Məhz bu mərhələdən sonra xalqımız sabit həyat tərzi sürməyə başladı. Əlbəttə ki, bunun kökündə Ümummilli liderimiz tərəfindən müəyyənləşdirilmiş milli birlik və həmrəylik konsepsiyası dayanırdı”.

E.İbrahimov əlavə edib ki, Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu inkişaf siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir: “Ötən illər ərzində Azərbaycan böyük inkişaf yolu keçib. Məhz ölkəmizin inkişaf strategiyası Ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilib və Azərbaycanda Heydər Əliyev siyasətinin alternativi yoxdur. Bu gün cənab Prezident İlham Əliyevin bu siyasəti uğurla həyata keçirməsi nəticəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən dövlətinə çevrilib”.

Milli Məclisin deputatı Jalə Əliyeva bildirib ki, Ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olan milli ideologiyamız - azərbaycançılıq ideologiyası xalqımızın milli həmrəylik və bütövlüyünü təmin edən başlıca vasitədir. Onun sözlərinə görə, azərbaycançılıq ideologiyasının təməlində məhz Azərbaycan dili dayanır. Çünki azərbaycançılıq ideologiyasını Azərbaycan dili olmadan təsəvvür etmək mümkün deyil: “Nəhayət, Ümummilli lider Heydər Əliyev azərbaycançılıq ideologiyasını gündəmə gətirərkən dövlətçiliyimizin və ideoloji düşüncəmizin tarixi ənənələrindən bəhrələnmiş və milli keçmişimizi, mövcud reallıqları əsas götürmüşdür ki, bu da milli maraqlarımıza xidmət etmişdir”.

YAP Siyasi Şurasının üzvü, Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli Ulu öndər Heydər Əliyevin xalqımız qarşısındakı misilsiz xidmətlərindən bəhs edərək deyib ki, müstəqilliyimizin ilk illərində ölkəmiz parçalanmaq və məhv olmaq təhlükəsi ilə üz-üzə qalmışdır. Lakin xalqın təkidli tələbi ilə 1993-cü ilin iyununda hakimiyyətə qayıdan Ulu öndər Heydər Əliyev həyata keçirdiyi uğurlu siyasiiqtisadi islahatlarla Azərbaycanda ictimai-siyasi vəziyyəti sabitləşdirdi. Məhz Ulu öndər Heydər Əliyevin qayıdışından sonra ölkəmizin davamlı iqtisadi inkişafı təmin edildi, bütün sahələrdə dəyişikliklər baş verdi, iqtisadi inkişafın Azərbaycan modeli yaradıldı: “Bunlarla yanaşı, Ümummilli lider Heydər Əliyevin banisi olduğu azərbaycançılıq ideologiyası soydaşlarımızın həmrəyliyini təmin etdi. Eyni zamanda, milli həmrəylik davamlı inkişafa çox ciddi təkan verdi”.

Millət vəkili qeyd edib ki, Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyası bu gün Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Azərbaycan dünyada davamlı inkişaf edən azsaylı ölkələrdən biridir.

Milli Məclisin Mədəniyyət komitəsinin sədri, Azərbaycan Atatürk Mərkəzinin müdiri Nizami Cəfərov qeyd edib ki, Ümummilli lider Heydər Əliyevin dövlət ideologiyasına çevirdiyi azərbaycançılıq dünya azərbaycanlılarının birliyi, mütəşəkkilliyi uğrunda yaradılmış əsaslı milli ideologiyadır: “Azərbaycançılıq təkcə ölkə ərazisində yaşayan insanların həmrəyliyi ilə məhdudlaşmır. Bu ideologiya dünya azərbaycanlılarını eyni ideya ətrafında səfərbər edib”.

Millət vəkili qeyd edib ki, azərbaycançılıq ideologiyası və dövlətçilik strategiyası ilə bağlı davamlı və fundamental araşdırmaların aparılması böyük əhəmiyyət daşıyır. Bu işdə elmi tədqiqat müəssisələri və alimləri yaxından və fəal iştirak etməlidirlər. Ümumilikdə, azərbaycançılıq ideologiyası və dövlətçilik strategiyası məsələlərini hərtərəfli təhlil etmək Azərbaycanın gələcəyini proqnozlaşdırmaq baxımından çox böyük əhəmiyyətə malikdir”, - deyə N.Cəfərov vurğulayıb.

 

  Nurlan QƏLƏNDƏRLİ

Yeni  Azərbaycan.-2014.- 1 may.- S.3.