AZƏRBAYCANIN DAVAMLI İNKİŞAF KONSEPSİYASI BÖYÜK DİRÇƏLİŞİN TƏMƏLİDİR

 

Müasir dünyanın tarixində Azərbaycan adlı coğrafi məkanın kimliyi qeyd-şərtsiz olaraq Ulu öndər Heydər Əliyevin imzası ilə təsdiq olunmuşdur. Bu, sadəcə bir münasibət və ya uzunmüddətli müşahidədən doğan nəticə deyil. Bu həm də faktdır, elmi əsaslarla təsdiq olunmuş siyasi, iqtisadi, sosial, ekoloji, mədəni və sadalanası digər bütün sahələrdə qazanılan real nəticədir. Yəni, hər hansı prizmadan baxılmasından asılı olmayaraq, müasir Azərbaycanın tarixi faktlarda, arqumentlərdə, nəticələrdə və nəhayət bütün dünyanın qəbul etdiyi reallıqda təsdiqlənmişdir.

Artıq Azərbaycanın böyük dirçəliş yolunun reallıqları dünyanın bütün bucaqlarından baxılan nəzərlərdə eyni cür görünür. Dahi şəxsiyyətin, görkəmli dövlət xadiminin yorulmaz, ardıcıl fəaliyyəti ilə yenidən doğan bir ölkənin uğurlarını, zəfərlərini ən qatı düşmənlər, ən qısqanc qonşular belə etiraf edir. Ulu öndərin pillə-pillə, mərhələ-mərhələ qurub yaratdığı Vətən çiçəklənir, inkişaf edir.

Azərbaycana 34 illik rəhbərliyi dövründə ölkənin bütün sahələr üzrə davamlı inkişafında, dövlət müstəqilliyinin bərqərar edilərək möhkəmləndirilməsində, ən əsası dünyanın enerji xəritəsindəki mövcud konyukturların sındırılaraq geosiyasi anlamda dəyişdirilməsində və bununla Azərbaycanın beynəlxalq nüfuza malik dövlətlər səviyyəsinə yüksəlməsində bu dahi şəxsiyyətin, Ulu öndərin xidmətləri ölçüyəgəlməzdir. Bir sözlə, bu dövr Azərbaycanı yenidən yaradan, xalqının firavanlığını, tərəqqisini təmin edən, dönməz müstəqillik gətirən, milli dövlətçilik ideyalarını möhkəm və güclü dövlət quruculuğu müstəvisinə qaldıran möhtəşəm 34 il kimi artıq tariximizə qızıl hərflərlə yazılmışdır.

Tarix göstərir ki, böyükgüclü şəxsiyyətlər əlahiddə ideyaları ilə cəmiyyətdə, o cümlədən, geosiyasi arenada baş verən hadisələrə çox ciddi təsir göstərir, onların rasional əqllə idarə olunan dünyagörüşü, uzaqgörənliyi, analitik düşüncə tərzindən irəli gələn həyat təcrübəsi və siyasi iradəsi hər hansı bir ölkənin inkişaf strategiyasının xüsusiyyətlərini müəyyənləşdirməklə həlledici məqamlarda gələcək üçün düzgün yol seçimini formalaşdırır.

Təkcə onu demək kifayət edir ki, Ümummilli liderin bu nadir keyfiyyətləri sayəsində mürəkkəb geosiyasi dövrdə ölkə vətəndaş qarşıdurması və hərc-mərclik, dərin iqtisadisosial-siyasi böhran vəziyyətindən çıxarılmış, sabit inkişaf səviyyəsinə qalxmağa nail olunmuşdur. Ona görə də, Azərbaycan XXI yüzilə möhkəm təminatlı bünövrə üzərində qurulmuş siyasi, həm də iqtisadi müstəqilliklə qədəm qoyaraq milli təhlükəsizliyini, bunun mühüm tərkib hissələri olan iqtisadi təhlükəsizliyini, enerji təhlükəsizliyini, ərzaq təhlükəsizliyini və ekoloji təhlükəsizliyini qısa zaman kəsiyində təmin edə bilmiş və beləliklə, qısa tarixi dövr ərzində kapital idxal edən, təbii qaz idxal edən ölkədən bu resursları ixrac edən ölkəyə çevrilmişdir.

O cümlədən, ölkənin əlverişli geosiyasi vəziyyətindən dərin analizlərə, elmi dəyərləndirmələrə söykənərək məharətlə istifadə edilməsi Azərbaycanın regionda lider dövlətə çevrilməsinə və qabaqcıl dünya dövlətləri arasında mövqeyinin möhkəmləndirilməsinə səbəb olmuşdur.

Ümumiyyətlə, davamlı və dinamik inkişaf məntiqinə əsaslanan böyük dirçəliş modelinin strateji istiqamətləri elmi-politoloji cəhətdən bu cür səciyyələndirilməlidir:

Beynəlxalq siyasiiqtisadi əlaqələrin milli maraqlara əsaslanan modelinin yaradılması, bu çərçivədə beynəlxalq təhlükəsizlik zəmanətinin alınmasına nail olunması;

sərbəst bazar münasibətlərinə əsaslanan və özünüinkişaf qabiliyyətinə malik olan sosialyönümlü bütöv iqtisadi sistemin - müstəqil milli iqtisadiyyatın formalaşdırılması;

ölkədə mövcud olan təbii-iqtisadi, texniki-istehsalelmi-texniki potensialın fəal surətdə təsərrüfat dövriyyəsinə cəlb olunması; milli iqtisadiyyatın dünya təsərrüfat sisteminə səmərəli şəkildə inteqrasiyasının təmin edilməsi;

ölkənin ekoloji təhlükəsizliyini təmin edən bazanın formalaşdırılması və iqtisadi proseslərə adekvat olan təbiəti mühafizə tədbirlərinin həyata keçirilməsi.

Konkret olaraq böyük dirçəlişə gətirib çıxaran Davamlı İnkişaf Konsepsiyasının mahiyyəti birmənalı olaraq qiymətləndirilir və dərin elmi-praktik əsaslarla xarakterizə olunur:

- Heydər Əliyev siyasəti konkret nəticəyə hədəflənmişdir və kompleks inkişafın təmin olunmasına yönəldilmişdir

- Uzun müddət həyata keçirilən məqsədyönlü xarici siyasət nəticəsində beynəlxalq təhlükəsizlik çevrəsinə zəmanət alınmış, dünya siyasətini yönəldən böyük dövlətlərlə milli maraqlara söykənən müstəqil, ikitərəfli əməkdaşlıq münasibətlərinin siyasi-iqtisadi çərçivəsi müəyyənləşdirilmişdir

- Uğurla reallaşdırılan yeni neft strategiyası ölkədə rəqabət qabiliyyətli, yüksək səmərəli neft sektorunun yaradılmasını və Azərbaycanın dünya enerji bazarında nəzərəçarpan subyektə çevrilməsini təmin etmişdir. Neft Fondunun təsis edilməsi ilə təkcə bugünkü nəslin deyil, eləcə də, gələcək nəsillərin rifahı üçün təminat yaradılmışdır

- Ölkədə makroiqtisadi sabitlik və tarazlıq təmin olunmuş, dayanıqlı və davamlı inkişaf üçün real zəmin yaradılmış, Azərbaycan iqtisadi artım tempinə görə dünya ölkələri arasında lider dövlətə çevrilmişdir. Ölkənin əsas makroiqtisadi göstəricisi hesab olunan ÜDM-nin artım templəri böyük sıçrayış dövrlərində - 2005, 2006 və 2007-ci illərdə müvafiq olaraq 26,4 faiz, 34,5 faiz və 25 faiz təşkil etmişdir

- Azərbaycan fəal surətdə kapitalın ölkə hüdudlarından kənarda yerləşdirilməsinə başlamış, başqa sözlə, dünya iqtisadiyyatının aparıcı inkişaf meyillərindən olan transmilliləşmə proseslərinin iştirakçısına çevrilmişdir. Türkiyə, Gürcüstan, Qazaxıstan, Ukrayna, Moldova və digər ölkələrin (“Şahdəniz 2” layihəsi ilə artıq şərqi və qərbi Avropa ölkələrinə doğru genişlənmə davam edir) iqtisadiyyatlarına Azərbaycan mənşəli investisiyalar yönəldilir və bununla da, Azərbaycanın “ikinci” iqtisadiyyatının formalaşdırılmasına başlanılmışdır

- Regionların sosial-iqtisadi inkişaf proqramının həyata keçirilməsi ilə həm regionlar, həm də sahələr üzrə (kənd təsərrüfatı, turizms.) tarazlı və proporsional inkişaf təmin edilmiş, regionlarda olan resurslardan səmərəli şəkildə istifadə olunmaqla yeni istehsal müəssisələri və infrastruktur obyektləri tikilib istifadəyə verilmiş, 100 minlərlə yeni yerlərinin yaradılmasına nail olunmuşdur. Hələ sovetlər dövründən bizə miras qalan yoxsulluğun səviyyəsi son illərdə kəskin surətdə aşağı endirilmişdir.

- Məqsədli Dövlət proqramlarının hazırlanması və reallaşdırılması ilə müşayiət olunan özəlləşdirmə prosesinin məntiqi nəticəsi olaraq ölkədə özəl sektor formalaşmışdır. Uğurla həyata keçirilmiş aqrar islahatlar nəticəsində kənd təsərrüfatına yararlı torpaqlar əhaliyə pulsuz olaraq paylanmış, aqrar sektorda mülkiyyət münasibətlərinin dəyişdirilməsi prosesi başa çatdırılmış, “fermer təsərrüfatları” institutu yaradılmışdır,

- İqtisadi inkişaf tempinə uyğun, iqtisadi inkişafla balanslaşdırılmış modernçevik idarə olunan ekoloji siyasət formalaşdırılmışdır,

- Bütövlükdə Azərbaycanın dünya siyasətində və iqtisadiyyatında konkret mövqeyi formalaşmış, ən əsası dünya gücləri sayılan ölkələr və beynəlxalq təşkilatlarla ikitərəfli və müstəqil əməkdaşlıq konturları müəyyənləşmiş, beynəlxalq əmək bölgüsündə iştirakı dərinləşmiş, ölkəmizin dünya təsərrüfat əlaqələri sisteminə inteqrasiyası sürətlənmişdir.

Təsadüfi deyil ki, hazırda ən nüfuzlu beynəlxalq təşkilatlar da keçid mərhələsində siyasi üstqurumun, milli maraqlara söykənən məqsədyönlü xarici siyasətin, milli iqtisadiyyatın formalaşdırılması ilə bağlı Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulanuğurla həyata keçirilən Davamlı İnkişaf Konsepsiyasını böyük dirçəlişin bünövrəsi kimi qiymətləndirir və hesab edirlər ki, həmin strategiyanın reallaşdırılması sayəsində Azərbaycanda sabitlik, dinamik inkişaf, əməkdaşlıq, ekoloji təhlükəsizlik və demokratiyanın inkişafı təmin olunmuşdur.

Təbii ki, Azərbaycanın böyük dirçəliş modelinin reallaşması çağdaş şəraitdə dünya güclərinin manipulyativ strategiyasının analizindən, güclərin təsir dairəsinin maksimum dərəcədə zərərsizləşdirilməsindən və bunların nəticəsində çıxarılan düzgün qərarlardan qaynaqlanır. Lakin müasir dövrdə böyük dirçəlişə nail olmaq üçün digər xüsusi faktorların da yetərliliyi şərtdir və bu baxımdan ölkənin müəyyən maddi-texniki, intellektual bazasının mövcudluğu əsas amillərdən biri kimi qiymətləndirilməlidir. Bu, kifayət qədər yetərli amilin nəzərə alınması onu deməyə əsas verir ki, Ulu öndər hələ sovet hakimiyyəti illərində bu barədə düşünmüş, milli hədəfləri müəyyənləşdirmiş, o dövrlərdə Azərbaycanın, onun xalqının gələcəyi, rifahı və tərəqqisi üçün möhkəm baza yaradılması-“davamlı inkişaf konsepsiyası”-ideyasını hazırlayaraq bunun gerçəkləşdirilməsi naminə var qüvvəsi ilə çalışmışdır.

Hakimiyyətdə olduğu ilk illərdən təxirəsalınmaz sosial-iqtisadi məsələləri həll edəndən sonra Ulu öndər Sovet rəhbərliyinin Azərbaycanı xammal mənbəyi kimi saxlamaq siyasətinin nəticələrini aradan qaldırmaq məqsədini bir strateji amil kimi qarşıya qoymuş və respublikanın mənafelərinə cavab verən, milli iqtisadiyyatın formalaşmasına yönəlmiş ardıcıl tədbirləri həyata keçirməyə başlamış, həmin dövrdə ölkəni xammal əlavəsindən müasir texnologiya əsasında hazır məhsul istehsalını həyata keçirən və onu ixrac edən respublikaya çevirməyə yönəlmiş uğurlu irəliləyişə nail olmuşdur.

Faktlar da göstərir ki, respublikanın milli gəliri 1970-1980-ci illərdə 2,5 dəfə, sənaye istehsalının həcmi 2,7 dəfə artmış və ya əvvəlki 30 ildə istehsal edilmiş məhsulun ümumi həcmindən iki dəfə çox olmuşdur. Kənd təsərrüfatı məhsullarının ümumi həcmi də 2,7 dəfə artmışdır. İqtisadiyyatın inkişafına əsaslı vəsait qoyuluşunun (nəzərə alınmalıdır ki, vəsait mərkəzdən ayrılırdı və Azərbaycana ayrılan bu yönlü vəsaitlərin həcminin dəfələrlə artırılmasına Heydər Əliyev nail olmuşdu) həcmi əvvəlki 50 il üçün müvafiq göstəricidən 1,4 dəfə çox olmuşdur.

Sadalanansadalanmayan, digər rəqəmlərdə əks olunan iqtisadi faktların, həmçinin, daha önəmli sayılan nəzərəçarpacaq siyasi, sosial, mədəni, elmi irəliləyişlərin nəticəsi olaraq Ulu öndər Heydər Əliyevin Sovet Azərbaycanına rəhbərliyi ölkənin gələcək müstəqillik perspektivinə hazırlığının ilkin mərhələsi kimi səciyyələndirilir. Həlledici mərhələ isə 1990-cı illərin əvvəlində, Ulu öndərin müstəqil Azərbaycanın Prezidenti kimi fəaliyyətindən sonra başlamışdır.

Müstəqil Azərbaycanın tarixində başlamış yeni həlledici mərhələdə Ümummilli liderin Davamlı İnkişaf Konsepsiyasından irəli gələn böyük dirçəliş gözlənildiyi kimi bütün sferalarda nəzərəçarpacaq və köklü dəyişikliklərə zəmin yaratmış, Azərbaycanın ardıcıl olaraq yeni tərəqqisi ilə müşayiət olunmuşdur.

Həyata keçirilən çoxşaxəli siyasətin məntiqi nəticəsi olaraq davamlı, dinamik inkişaf tempi ölkə həyatının bütün sahələrində özünü göstərmişdir. Bu sıraya ekoloji şəraitin yaxşılaşdırılması və ətraf mühitin mühafizəsi sahəsində aparılan ardıcıl , əldə olunan effektli nəticələr də daxildir. Bu sahədə həyata keçirilən dövlət siyasətinin əsası Ulu öndərin rəhbərliyi dövründən formalaşmağa başlamış və davam etdirilməkdədir.

1993-cü ilin ikinci yarısından paytaxtın və ümumilikdə, Abşeron yarımadasının yaşıllaşdırılmasına, pozulmuş ekoloji tarazlığın bərpasına, təbiətə vurulmuş yaraların sağaldılmasına böyük əzmkarlıqla start verilmişdir. Həmin dövrdə mövcud olmuş bütün siyasi-ictimai gərginliyə baxmayaraq Ümummilli lider əvvəlki illərdə, hərc-mərclik dövründə Azərbaycan təbiətinə, ətraf mühitə dəymiş ziyanları görmüş, beynəlxalq səviyyədə tələb olunan normalara uyğun qərarlar qəbul etmişdir. Belə ki, bu dövrdə, ölkənin digər taleyüklü məsələlərinin həll edildiyi bir zamanda Ulu öndər tərəfindən ekoloji siyasətə dair ilk sənəd - “Azərbaycan Respublikasının Ekoloji Konsepsiyası” tərtib edilərək Azərbaycan dövlətinin yeni dövrdə ekoloji strategiyası müəyyənləşdirilmişdir. Bu sənəddə respublikamız üçün ətraf mühitin mühafizəsi baxımından mühüm əhəmiyyət kəsb edən problemlərin həlli üzrə əsas prinsiplər öz əksini tapmış, ətraf mühitin mühafizəsi baxımından hüquqi-normativ aktların hazırlanması və qəbul edilməsi sahəsində mühüm vəzifələr dəqiqləşdirilmişdir.

Bunun davamı olaraq 1998-ci ildə Azərbaycan Respublikası hökuməti tərəfindən “Ətraf mühitin mühafizəsi üzrə Milli Fəaliyyət Proqramı” qəbul edilmiş, 1999-cu ilin əvvəllərindən Xəzər dənizi üzrə beynəlxalq ekoloji proqramı həyata keçirmək üçün Bakı şəhərində Xəzər Ekoloji Mərkəzi yaradılmışdır. 1999-cu ildə Milli Məclisin qəbul etdiyiEkoloji təhlükəsizlik haqqında” Qanun Ulu öndər tərəfindən təsdiq olunmuş, 2000-ci ildə bu istiqamətdə daha iki qanun - “Ətraf mühitin mühafizəsi haqqında” və “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” Qanunlar qəbul edilmişdir. Ardınca isə Ümummilli lider bu sahədə həyata keçirdiyi tədbirlərin məntiqi davamı kimi 2001-ci ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyini yaratmışdır.

Dünya iqtisadiyyatının durmadan inkişafı qlobal miqyasda ətraf mühitin mühafizəsi tədbirlərini zəruriləşdirdiyindən bu sahədə fəaliyyət göstərən beynəlxalq təşkilatlarla əlaqələrin genişləndirilməsi gündəmə gəlmiş və təbiəti mühafizə tədbirlərinin beynəlxalq səviyyədə əlaqələndirilməsi məqsədi ilə Azərbaycan hökuməti tərəfindən 1997-2000-ci illərdə Türkiyə, Norveç, Gürcüstan, Qazaxıstan, Moldova, Rusiya Federasiyasının Dağıstan Respublikası ilə ətraf mühitin mühafizəsi sahəsində hökumətlərarası birgə əməkdaşlıq sazişləriAvropa Energetika Xartiyasının Protokolu imzalanmışdır. Eyni zamanda, bu dövrdə “Tükənməkdə olan vəhşi heyvanbitki növlərinin beynəlxalq ticarəti üzrə”, “Səhralaşmaya qarşı mübarizə üzrə”, “Atmosferin ozon qatının mühafizəsi üzrə”, “Ətraf mühitə təsirin transqranik kontekstdə qiymətləndirilməsi üzrə” və “Ətraf mühitlə bağlı məsələlərdə məlumatın əldə edilməsi, ictimaiyyətin qərar qəbul edilmədə iştirakı və ədalət məhkəməsinin açıq keçirilməsi haqqında” konvensiyalar Azərbaycanın Milli Məclisi tərəfindən ratifikasiya edilmişdir.

Ümummilli liderin inkişaf konsepsiyasının mahiyyətinə uyğun olaraq bütün sahələrdə olduğu kimi ətraf mühitin mühafizəsi, ekoloji problemlərin həlli məqsədi ilə ölkədə bu gün də ardıcıl ekoloji siyasət yürüdülür. Azərbaycanın inkişafına və modernləşdirilməsinə hədəflənmiş səmərəli dövlətçilik siyasəti, o cümlədən, ətraf mühitin mühafizəsi istiqamətindəki tədbirlər Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir.

Xüsusilə qeyd etmək yerinə düşər ki, ekoloji təhlükəsizliyin təmin olunması üçün ətraf mühitin çirklənməsinin minimuma endirilməsi və mühafizəsinin təkmilləşdirilməsi, indiki və gələcək nəsillərin tələbatını ödəmək məqsədilə təbii sərvətlərdən səmərəli istifadə, alternativ enerji mənbələrindən yararlanmaqenerji effektivliyinə nail olmaq, qlobal ekoloji problemlər üzrə milli səviyyədə tələbatların qiymətləndirilməsi, həlli yollarının müəyyənləşdirilməsi, beynəlxalq təşkilatlarla əlaqələrin genişləndirilməsi bu gün də Azərbaycan dövlətinin ekoloji siyasətinin əsas istiqamətləridir.

Ölkənin iqtisadi inkişaf tempinə uyğun olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi çevik idarə olunan ekoloji siyasətin həyata keçirilməsi istiqamətində ətraf mühitin hər hansı komponentinin bərpa olunmayan dərəcədə pozulmasına səbəb ola biləcək fəaliyyətin qarşısının alınması, aztullantılı texnologiyaların tətbiq edilməsi, beynəlxalq təşkilatlar və inkişaf etmiş ölkələrlə ətraf mühitin mühafizəsi sahəsində əlaqələrin genişləndirilməsi, əhali arasında ekoloji təbliğatın və maarifləndirmənin gücləndirilməsi prinsiplərini tətbiq edir. İqtisadiyyatın bütün sahələrinin inkişafı ilə bağlı ölkəmizdə mövcud olan ekoloji problemlərin həll edilməsi məqsədi ilə təmiz texnologiyaların tətbiqinə böyük üstünlük verilir.

Eyni zamanda, Ümummilli liderin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı fərmanlarda, təsdiq etdiyi Milli və Dövlət Proqramı sənədlərində ekoloji mühitin sağlamlaşdırılması məqsədi ilə nəzərdə tutulan hədəflərin reallaşması üçün yerinə yetirilməsi zəruri olan vəzifələr müəyyənləşdirilmiş, buna uyğun olaraq ətraf mühitin bütün trayektoriyasında, o cümlədən, biomüxtəlifliyin mühafizəsi, meşələrin inkişafı, yaşıllıqların artırılması, su ehtiyatlarının davamlı idarə olunması sahəsində nəzərəçarpacaq nailiyyətlər əldə olunmuşdur.

Son illər ərzində arid sahələr və aşağı keyfiyyətli torpaqlarla əhatə olunmuş Bakı və Abşeron yarımadasının yaşıllaşdırılması ilə bağlı müasir metodlara əsaslanan irimiqyaslı yaşıllaşdırma layihələri həyata keçirilmiş, 3322 hektar ərazidə 3 472 min ağac əkilmiş, 9 min kilometrə yaxın müasir damcılı suvarma sistemi çəkilmişdir.

Bu layihələr çərçivəsində müxtəlif bölgələrdə 1384 hektar sahədə 845 mindən artıq əsasən xaricdən gətirilmiş daha məhsuldar və davamlı zeytun tingləri əkilmişdir. Bu yeni salınan zeytun əkinlərinin sahəsi Azərbaycanda tarixən mövcud olmuş zeytun bağları qədərdir.

Xəzər dənizinin suyunun duzsuzlaşdırılması üçün infrastruktur imkanları gündə 20 min kubmetr olan, ilkin mərhələdə pilot olaraq sutkada 1000 kubmetr gücündə avadanlıq quraşdırılmış zavodmüasir tinglikdən ibarət kompleks istifadəyə verilmişdir.

Əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılması məqsədilə 2007-2012-ci illər ərzində 20 rayonun 222 yaşayış məntəqəsində 400 mindən çox əhali modul tipli su təmizləyici qurğular vasitəsilə keyfiyyətli içməli su ilə təmin olunmuşdur.

Son illər ərzində meşə ilə örtülü ərazilərin sahəsi 1 milyon hektarı keçmişümumi ölkə ərazisinin 11,4 faizindən 11,8 faizədək artmışdır.

Bioloji müxtəlifliyin qorunub saxlanılması sahəsində həyata keçirilmiş tədbirlər nəticəsində xüsusi mühafizə olunan təbiət ərazilərinin ümumi sahəsi 2003-cü ildən etibarən təxminən 2 dəfə artırılaraq 893 min hektara çatdırılmışdır ki, bu da ölkə ərazisinin 10,3 faizini təşkil edir. Hazırda ölkədə 9 milli park, 11 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı fəaliyyət göstərir.

Yer təkinin geoloji öyrənilməsi işlərində ciddi nəticələr əldə olunmuş, dağ-qazmaburuq-qazma avadanlıqları bazasının yeniləşdirilməsi, yeni texnika və texnologiyaların tətbiqi sayəsində geoloji-kəşfiyyat işlərinin iqtisadi səmərəliliyinin artırılmasına nail olunmuşdur. Son 10 ildə 192 yataq və çoxsaylı təzahürlər, o cümlədən, 12 filiz (bunlardan 8-i qızıl), 52 qeyri-filiz, 127 inşaat materialları və 1 yeraltı şirin su yatağı kəşf edilərək qeydə alınmışdır. Hazırda yeni kəşf olunmuş yataqlar hesabına inşaat materiallarına və qeyri-filiz xammalına olan tələbat tam ödənilir. Son illərdə kəşf olunmuş yataqlar hesabına ölkənin qızıl ehtiyatları 2 dəfədən çox artmışdır.

Azərbaycanda həyata keçirilən ekoloji siyasətin daha məqsədyönlü, modernçevik idarə olunması ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli 800 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasına uyğun olaraq ölkədə ətraf mühitin vəziyyəti, institusional dəyişikliklər, son illər ərzində həyata keçirilmiş tədbirlər və ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində əldə olunmuş nailiyyətlər analiz edilmiş, ətraf mühitin bütün sahələri üzrə kompleks şəkildə təhlil aparılmış və uzunmüddətli proqnoz göstəricilər müəyyənləşdirilərək “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılması və təbii sərvətlərdən səmərəli istifadəyə dair 2014-2020-ci illər üçün Dövlət Proqramı”nın layihəsi işlənib hazırlanmışdır. Beləliklə, Ümummilli lider Heydər Əliyevin Azərbaycanın Davamlı İnkişaf Konsepsiyasının müddəalarına uyğun olaraq təşəkkül tapmış böyük dirçəliş ümumilikdə, ekologiya sahəsində də nəzərəçarpacaq müsbət dəyişikliklərlə müşayiət olunmuş və əyani faktlarla təsdiqlənmişdir.

Azərbaycanın bugünkü və gələcək inkişafına, modernləşdirilməsinə hədəflənmiş səmərəli dövlətçilik siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməkdədir.

Ulu öndərin dərindən düşündüyü, elmi əsaslarla hazırladığı və bu gün qətiyyətlə həyata keçirilən daxilixarici siyasət kursu möhtərəm Prezident tərəfindən bütün istiqamətlərdə uğurla davam etdirilir, Ulu öndər Heydər Əliyevin əsəri olan müasir Azərbaycan dövləti daha da qüdrətlənir, zənginləşir və hərtərəfli inkişaf edir.

 

Hüseynqulu Bağırov,

Azərbaycan Respublikasının

ekologiya və təbii sərvətlər naziri,

YAP Siyasi Şurasının üzvü

Yeni  Azərbaycan.-2014.- 9 may.- S.7.