Mehriban xanım Əliyeva zəngin fəaliyyəti ilə dünya qadınlarına örnəkdir

 

The Business Year” şirkəti Mehriban xanım Əliyevanı dünyadaİlin Birinci Xanımı” mükafatına layiq görüb

 

Məlum olduğu kimi, nüfuzlu “The Business Year” şirkətinin hazırladığı “The Business Year: Azerbaijan-2014” xüsusi nəşri Azərbaycana həsr olunub. Nəşrdə Azərbaycan Prezidenti İlham Əliyevin ölkəyə rəhbərliyi müddətində qazanılan nəhəng inkişaf uğurları, ölkəmizin tərəqqisində rolu olan müxtəlif şirkətlərlə yanaşı, Ümummilli lider Heydər Əliyevin adını daşıyan Fondonun rəhbəri, Azərbaycanın birinci xanımı, UNESCO-nunİSESCO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyevanın əvəzsiz xidmətlərinə də geniş yer ayırıb. Həmçinin, “The Business Year” şirkəti Azərbaycanın ictimai, sosial və mədəni həyatında fəal iştirakına, cəmiyyətin dinamik inkişafına verdiyi mühüm töhfələrə, mədəniyyətimizin dünyada təbliği sahəsində əvəzsiz xidmətlərinə, həmçinin, ümumdünya mədəni irsinin qorunub saxlanması işinə hərtərəfli dəstəyinə, sosial ədalət və humanizm prinsiplərinə sadiqliyinə görə Mehriban xanım Əliyevanı dünyadaİlin Birinci Xanımı” mükafatına layiq görüb.

MƏDƏNİYYƏTİN İNKİŞAFINA VƏ TƏBLİĞİNƏ ƏVƏZSİZ TÖHFƏLƏR

Bildiyimiz kimi, Mehriban xanım Əliyeva Azərbaycanın müstəqilliyinin ilk dövrlərindən etibarən milli mədəniyyətin qorunması sahəsində geniş fəaliyyət göstərir. Hələ 1995-ci ildə Mehriban xanım Əliyevanın təşəbbüsü ilə hazırda onun rəhbərlik etdiyi Azərbaycan Mədəniyyətinin Dostları Fondu təsis olunub. 1996-cı ildə O, Azərbaycan mədəniyyətinin geniş təbliğ olunması məqsədilə Azərbaycan, ingilisrus dillərində çap olunan “Azərbaycan - İrs” jurnalını təsis edib. Jurnal dünyanın onlarla ölkəsində bir neçə dildə yayımlanıb.

Mehriban xanım Əliyevanın mədəniyyətə göstərdiyi qayğı ilə əlaqədar fəaliyyətinin böyük bir hissəsi 2004-cü ildə əsası qoyulan Heydər Əliyev Fondu ilə bağlıdır. Mehriban xanım Əliyevanın “The Business Year: Azerbaijan-2014” xüsusi buraxılışında dərc olunan müsahibəsində də bildirdiyi kimi, Heydər Əliyev Fondunun mədəniyyət sahəsindəki fəaliyyəti əsasən üç istiqaməti əhatə edir: milli-mənəvi dəyərlərin və mədəni irsin qorunub saxlanması, ölkə və dünya əhəmiyyətli tarixi abidələrin bərpası və yeni mədəniyyət obyektlərinin inşası, Azərbaycan mədəniyyətinin dünya ictimaiyyətinə tanıdılması.

Qeyd olunduğu kimi, Fond mütəmadi olaraq Azərbaycan mədəniyyətini tanıtmağa yönələn tədbirlər həyata keçirir. Hər il Fondun dəstəyi ilə keçirilən Qəbələ Beynəlxalq Musiqi festivalı Şərq və Qərb musiqisini, eləcə də, məşhur ifaçıları, bəstəkarları bir araya gətirir. Festivala gələn çoxsaylı xarici qonaqlar, eyni zamanda, Azərbaycan musiqisinin gözəl inciləri ilə tanış olur, Azərbaycanın musiqi mədəniyyəti barədə aydın təsəvvürə malik olurlar. Həmçinin, Heydər Əliyev Fondunun bir sıra dövlət qurumları ilə birgə təşkil etdiyi və 2009-cu ildən keçirilən Respublika muğam müsabiqəsi və Beynəlxalq Muğam Festivalı həm Azərbaycanda muğam sənətinə üz tutan gənclərin sayını xeyli artırıb, həmmilli muğam musiqimizi dünyaya tanıdıb.

Onu da xatırladaq ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşkilatçılıq bacarığı sayəsində nüfuzlu “Eurovision-2012” mahnı müsabiqəsi Bakıda ən yüksək səviyyədə təşkil olunub.

Heydər Əliyev Fondunun Azərbaycanın dünyada daha yaxından tanıdılması istiqamətində həyata keçirdiyi layihələr sırasında “Bakıya uçuş. Müasir Azərbaycan İncəsənəti” sərgisini xüsusi vurğulamaq lazımdır. İlk dəfə 2012-ci ilin yanvarında Londonda açılan bu sərgi iki il ərzində Paris, Berlin, Moskva, RomaVyanada da təşkil edilərək yerli sakinlərin marağını cəlb edib və layihə ötən ilin sonunda Bakıda yekun sərgisi ilə uğurla başa çatdırılıb.

Fond Azərbaycan incəsənətinin xaricdə tanıdılmasına fəal dəstəyini davam etdirir. Bunlara misal olaraq, “Azərbaycan xalçaları ilə nağıllar aləminə” adlı sərgini, Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa edilməsinin 20-ci ildönümünə həsr olunmuş mərasimləri, dahi Azərbaycan şairi Nizami Gəncəvinin 870 illik yubileyi ilə bağlı London, Paris, Berlin, Moskva, StrasburqRomada keçirilən tədbirləri göstərmək olar. Həmçinin, 2014-cü ilin fevralında Heydər Əliyev Fondunun dəstəyi, Fransa İncəsənət Akademiyası, Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi, həmçinin, ölkəmizin Fransadakı səfirliyinin təşkilatçılığı ilə Parisdə görkəmli rəssam, SSRİ və Azərbaycan dövlət mükafatları laureatı, SSRİ Xalq Rəssamı Tahir Salahovun “Əsrlərin qovuşuğunda” adlı fərdi sərgisi keçirilib. Bununla da, Tahir Salahovun adı Fransa İncəsənət Akademiyasında sərgisi təşkil olunan ilk Azərbaycan rəssamı kimi incəsənət tarixinə daxil olub.

Heydər Əliyev Fondu qədim tarixi abidələrin bərpasına və qorunmasına da xüsusi diqqət ayırır. Məsələn, Fondun dəstəyi ilə 2008-ci ildə Abşeronun ən qədim insan məskənlərindən olan Qala qəsəbəsində Dövlət Tarix-Etnoqrafiya Qoruğunun ərazisində Arxeoloji-Etnoqrafik Muzey Kompleksinin yaradılması tarixi keçmişimizi qoruyub saxlamağa, ölkəmizi turizm mərkəzlərindən birinə çevirməyə xidmət edir.

MƏDƏNİYYƏTLƏRARASI DİALOQA MÜHÜM TÖHFƏ

Heydər Əliyev Fondu, həmçinin, ölkəmizdəki və dünyadakı müxtəlif mədəniyyətlərə aid olan abidələrin də təmiri və bərpasını həyata keçirməkdədir. Bakıdakı Müqəddəs Məryəm kilsəsinin yenidən qurulması, Strasburq kafedral kilsəsinin, Luvr muzeyinin, Versal sarayının, II Dünya müharibəsi zamanı yanmış və dağıdılmış Berlin qəsrinin, Vatikan arxivlərində qorunan orta əsr əlyazmalarının, Vatikanda Roma katakombalarının bərpasını və Romanın Kapitolini MuzeyininFilosoflar zalı”nın təmiri bu qəbildən olan işlərdir. Bütün bunlar isə Fondun mədəniyyətlərarası dialoqa verdiyi əməli töhfələrin göstəricisidir.

Azərbaycan mədəniyyətinin dünyada təbliğində, eləcə də, mədəniyyətlərarası dialoqun genişləndirilməsində BMT-nin ən mötəbər qurumlarından olan UNESCO ilə əlaqələr xüsusi yer tutur. Uzun illərdir ki, respublikamızın UNESCO ilə qurduğu hərtərəfli səmərəli əməkdaşlıq hazırda olduqca yüksək səviyyədədir. Əlbəttə ki, Azərbaycan-UNESCO əlaqələrinin indiki səviyyəyə yüksəlməsində Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın böyük əməyi var. Mehriban xanım Əliyeva ənənəvi musiqinin, ədəbiyyat və poeziyanın inkişafına verdiyi töhfələrə, musiqi təhsili və dünya mədəniyyətlərinin mübadiləsi sahəsindəki xidmətlərinə görə 2004-cü il avqustun 13-də təşkilatın şifahi ənənələr və musiqi ənənələri sahəsində xoşməramlı səfiri adına layiq görülüb.

Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın UNESCO ilə əməkdaşlıq çərçivəsindəki fəaliyyəti müxtəlif ölkələrlə mədəni əlaqələrin gücləndirilməsi, sivilizasiyalararası dialoqun genişləndirilməsi yönündə mühüm nailiyyətdir. Yeri gəlmişkən, Prezident İlham Əliyevin və UNESCO-nunİSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın səmərəli fəaliyyətinin nəticəsi olaraq muğam və aşıq sənəti, tar ifaçılıq sənəti, eləcə də, Azərbaycan xalçası UNESCO-nun Qeyri-maddi-mədəni irs siyahısına daxil edilib.

UŞAQLARA QAYĞI VƏ YA XOŞBƏXT GƏLƏCƏYİN BU GÜNDƏN QURULMASI

Mehriban xanım Əliyeva daim uşaqları diqqətdə saxlayır, xüsusən də, valideyn qayğısından məhrum olan, xəstə uşaqların əsl himayəçisi kimi fəaliyyət göstərir. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə uşaq və yeniyetmələrin sağlamlığı, təhsili, hərtərəfli inkişafı üçün böyük layihələr həyata keçirilir. Bunun təsdiqi olaraq, son illərdə görülən işlərin bir qismini sadalamaq kifayətdir.

Heydər Əliyev Fondu gerçəkləşdirdiyi layihələrlə əhalinin sağlamlığının qorunmasında yaxından iştirak edir. Fond beynəlxalq təşkilatlar və dünyanın bir sıra aparıcı səhiyyə şirkətləri ilə əməkdaşlıq şəraitində “Diabetli uşaqlara ən yüksək qayğı”, “Talassemiyasız həyat naminə” və digər layihələr həyata keçirib, tibb müəssisələrinin əsaslı təmiri, yenidən qurulması və inşasına nail olub. Fondun yarandığı gündən ölkədə bir sıra xəstəxana, poliklinika, diaqnostika mərkəzi və digər tibb ocaqları tikilib, təmir olunub və yenidən qurulub.

Mehriban xanım Əliyeva həm də mütəmadi olaraq valideyn himayəsindən məhrum olmuş uşaqların qayğısına qalır. Bunun təsdiqi olaraq, Heydər Əliyev Fondunun təşəbbüsü ilə uşaq evləri və internat məktəblərinin məzunu olan gənclər üçün Nizami rayonunda inşa olunmuş yaşayış binası 2013-cü ilin sentyabr ayında istifadəyə verilib. 2013-cü ilin oktyabrında Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzi istifadəyə verilib. Heydər Əliyev Fondu tərəfindən Mərkəzə avtobus hədiyyə olunub.

Həmçinin, FondunUşaq evləri və internat məktəblərinə dəstək” layihəsi çərçivəsində 30-dan artıq internat məktəbi və uşaq evi yenidən qurulub. Bu ilin fevralında isə Heydər Əliyev Fondu “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” proqramını ictimaiyyətə təqdim edib. Layihə çərçivəsində təmirə ehtiyacı olan məktəbəqədər təhsil müəssisələri Fondun dəstəyilə müasir tələblərə uyğun yenidən qurulacaq. Bundan əlavə, Fond Bakının müxtəlif rayonlarında körpələr evləri, uşaq evləri və baxçaların tikintisi və təmirini də həyata keçirir.

Mehriban xanım Əliyevanın təşəbbüsü ilə 2005-ci ildən həyata keçirilən “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi də uğurla icra olunur.

SƏRHƏDLƏRLƏ MƏHDUDLAŞMAYAN XEYRİYYƏÇİLİK

Mehriban xanım Əliyevanın humanitar sahədə fəaliyyəti ölkə sərhədləri ilə məhdudlaşmır. Onun rəhbərlik etdiyi Heydər Əliyev Fondu təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə Azərbaycanda reallaşdırdığı layihələri xaricdə də uğurla tətbiq edir. Məsələn, “Təhsilə dəstək” layihəsi çərçivəsində Gürcüstan, Misir, Rumıniya, Rusiya, PakistanNiderlandda bir sıra məktəblər yenidən qurulub və əsaslı təmir olunub.

Pakistanda qızlar üçün yeni orta məktəb binasının inşası ən uğurlu işlərdən biridir. 2005-ci ildə Pakistanda böyük dağıntılara səbəb olmuş zəlzələdən sonra Müzəffərabad şəhərinin Rara ərazisindəki qızlar üçün məktəb tam yararsız vəziyyətə düşmüşdü. Fond tərəfindən qısa müddətdə 650 şagird yerlik yeni təhsil ocağı inşa edilib. Fondun ictimai səhiyyə sahəsində yer tutan layihələrinə Pakistanda aztəminatlı ailələrdən olan on minlərlə insanın “Hepatit B” virusuna qarşı vaksinasiya edilməsi, talassemiya, hemofiliyaqan xəstəliklərindən əziyyət çəkən xəstələrin təcili tibbi yardım avtomaşını və qan paketləri ilə təmin olunması, eləcə də göz əməliyyatlarının həyata keçirilməsi də daxildir.

Fond Haitidə zəlzələnin, Rumıniyada təbii fəlakətin nəticələrinin aradan qaldırılmasına maliyyə dəstəyi verib. 2011-ci ilin sentyabr ayında Heydər Əliyev Fondu Parisdə terrorizm qurbanlarına həsr olunan 7-ci Beynəlxalq Konqresin keçirilməsi üçün Fransa Terror Qurbanları Assosiasiyasına maliyyə yardımı göstərib.

2013-cü ildə Heydər Əliyev Fondu ABŞ-ın Merilənd ştatındakı məktəblərə interaktiv lövhələrin və əlil uşaqlar üçün müvafiq avadanlığın alınması üçün maliyyə yardımı göstərib.

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə Pakistanın Dera İsmayil Xan ərazisinin (Tayfalar ərazisi) Tank bölgəsində Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın və Azərbaycanın Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Beynəlxalq İnkişafa Yardım Agentliyinin dəstəyi ilə inşa edilmiş “Heydər Əliyev Su Təchizatı layihəsi”nin açılışı olub. Bu layihə vasitəsilə on millərlə kəndlinin keyfiyyətli içməli su ilə təminatı yaxşılaşıb.

Heydər Əliyev Fondu Azərbaycandan kənarda səhiyyə sahəsində də layihə və aksiyalar həyata keçirir. 2008-ci ilin aprelində Rumıniyanın İon Pop de Popa Fondu ilə əməkdaşlıq çərçivəsində ürək xəstəliklərindən əziyyət çəkən insanlara yardım göstərilib, 2010-cu ilin dekabrında Yekaterinburqdakı 1 nömrəli Vilayət Kliniki Xəstəxanasının Uşaq Onkohematoloji Mərkəzinə xüsusi tibbi avadanlıqla təchiz edilmişSobol” markalı təcili yardım maşını hədiyyə olunub. 2012-ci ilin dekabrında Polşa Respublikasının Azərbaycandakı səfirliyi ilə əməkdaşlıq çərçivəsində Polşada fəaliyyət göstərən Anna Dımnanın “Mimo Wszystko” (Heç nəyə baxmayaraq) Fondunun terapevtlərinin Azərbaycana səfəri təşkil edilib. Səfər çərçivəsində həkimlər Daun Sindromlu Şəxslərin Assosiasiyasında bir sıra məşğələlər və kurslar keçiblər. 2013-cü ilin martında Azərbaycandan olan daun sindromlu uşaqların və onların valideynlərinin Polşanın Krakov şəhərinə səfəri təşkil olunub.

DÜNYA İCTİMAİYYƏTİ AZƏRBAYCAN HƏQİQƏTLƏRİ BARƏDƏ MƏLUMATLANDIRILIR

Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyətindən bəhs edərkən onu da qeyd etmək lazımdır ki, Fond, eyni zamanda, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, ölkəmizin üzləşdiyi təcavüzkarlıq faktının ifşası istiqamətində məqsədyönlü və ardıcıl aparır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, təcavüzkarın ifşası baxımından Heydər Əliyev Fondunun müxtəlif dillərdə nəşr etdirdiyi kitablar mühüm əhəmiyyətə malikdir. Fondun dəstəyi ilə 2007-ci ildən başlayaraq hər il müxtəlif ölkələrdə Xocalı faciəsinə həsr olunmuş konfranslar, tədbirlər keçirilir, bu istiqamətdə xüsusi təbliğat aparılır. Aksiyalarda “Xocalı soyqırımı” filmi, ermənilərin Xocalıda törətdikləri vəhşilikləri əks etdirən fotoşəkillər, müxtəlif illərdə xarici ölkələrin nüfuzlu nəşrlərində Xocalı faciəsi haqqında dərc edilmiş materiallar, “Qarabağ həqiqətləri” toplusu və “Azərbaycana qarşı müharibə: mədəni irsin hədəfə alınması” kitabı təqdim olunur. 2012-ci ilin fevralında Fondun təşəbbüsü ilə Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda Srebrenitsa və Dağlıq Qarabağın Xocalı şəhərində törədilmiş soyqırımı qurbanlarının xatirəsinə abidə ucaldılıb.

Bundan başqa, keçirilən “Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyası Xocalı soyqırımı haqqında həqiqətlərin dünyada bilinməsi, bu faciənin Azərbaycan xalqına qarşı soyqırımı aktı kimi tanınması üçün həyata keçirilən məqsədyönlü fəaliyyət istiqamətlərindən biri kimi dəyərləndirilməlidir.

MEHRİBAN XANIM ƏLİYEVANIN FƏALİYYƏTİ DÜNYADA YÜKSƏK QİYMƏTLƏNDİRİLİR

Məlum olduğu kimi, sivilizasiyalararası dialoq daxil olmaqla, müxtəlif sahələrdə genişmiqyaslı və fədakar fəaliyyətinə, qayğıya ehtiyacı olan uşaqlara diqqətinə, onların yaşayış şəraitinin yaxşılaşmasına, təhsilə, həmçinin, İslam aləmində görülən işlərə böyük dəstəyinə görə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva 2006-cı il noyabrın 24-də İSESCO-nun xoşməramlı səfiri adına layiq görülüb. Mehriban xanım Əliyeva, həmçinin, 2005-ci il iyunun 9-da ictimai, mesenatlıq və xeyriyyəçilik fəaliyyətinə görə, təhsil və mədəniyyət müəssisələrinin dəstəklənməsinə, Rusiya və Azərbaycan xalqları arasında dostluğun möhkəmlənməsinə sanballı töhfələrinə görə Rusiyanın “Yüzilliyin mesenatları” Beynəlxalq Xeyriyyə FondununYaqut Xaç” ordeninə layiq görülüb.

Qeyd edək ki, Fransanın Ərəb Mədəni İrsi Mərkəzi və MisirinNefertiti Media Productions” şirkətinin birgə keçirdiyi sorğunun nəticəsinə görə, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nunİSESCO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyeva 2014-cü ilin “Ən nüfuzlu qadını” adına layiq görülüb.

Bundan başqa, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nunİSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva sivilizasiyalararası dialoqa verdiyi töhfələrə, həmçinin, Almaniyada Türk dünyasının tanıdılmasına, Azərbaycan-Almaniya əlaqələrinin inkişafındakı xidmətlərinə görə Türk-Alman Dostluq Federasiyasının idarə heyətinin qərarı ilə qurumun fəxri mükafatına layiq görülüb.

Nəhayət, Mehriban xanım Əliyevanın nüfuzluThe Business Year” şirkəti tərəfindən dünyadaİlin Birinci Xanımı” mükafatına layiq görülməsi Azərbaycanın birinci xanımının yorulmaz fəaliyyətinə verilən növbəti yüksək qiymətdir. Bu mükafat Mehriban xanım Əliyevanın ölkə və dünya miqyasında gördüyü işlərin beynəlxalq aləmdə təqdir olunduğunu və gözəl örnək olaraq yüksək qiymətə layiq görüldüyünü təsdiq edir.

 

Hülya MƏMMƏDLİ

Yeni  Azərbaycan.-2014.- 16 may.- S.4.