Elektron hökumət”in formalaşdırılması strateji prioritetlərdən biridir

 

Azərbaycanda uğurla davam etdirilənElektron hökumətlayihəsi səmərəli nəticələr verir

 

Müasir dövrdə qloballaşma şəraitində informasiya cəmiyyəti quruculuğu strateji əhəmiyyətli məsələlərdən biri kimi çıxış edir. Təsadüfi deyil ki, hazırki şəraitdə ayrı-ayrı ölkələrin milli inkişaf səviyyəsini, perspektiv imkanları qiymətləndirilərkən informasiya cəmiyyəti quruculuğuna, o cümlədənelektron hökumət”in formalaşdırılması məsələsinə xüsusi diqqət yetirilir.

Bu istiqamətdə əldə edilmiş nailiyyətlər, eyni zamanda, daxili xarici siyasət nöqteyi-nəzərindən strateji kursun səmərəliliyinə əhəmiyyətli təsir göstərir. Ona görə , milli dövlətlər XXI əsrin çağırışlarına müvafiq olaraqelektron hökumət”in formalaşdırılmasını, eləcə informasiya cəmiyyətinin təşəkkül tapmasını strateji prioritetlərdən biri kimi müəyyənləşdiriblər.

İnformasiya cəmiyyəti quruculuğu dövlətin əsas prioritetlərindən biridir

Qeyd etmək lazımdır ki, dinamik iqtisadi inkişafa malik olan Azərbaycanda da milli inkişaf strategiyasının fonunda bu məsələlərə xüsusi diqqət yetirilir. Ümumiyyətlə, ölkəmizdə müvəffəqiyyətlə həyata keçirilən sosial-iqtisadi siyasət digər sahələrdə olduğu kimi, informasiya texnologiyaları sektorunda da öz mühüm təsirini göstərməkdədir. Azərbaycanda informasiya cəmiyyəti quruculuğu dövlətin əsas prioritetlərindən biri kimi uğurla həyata keçirilir. Elektron AzərbaycanDövlət Proqramı çərçivəsində ölkəmizdə İKT sektorunun inkişaf etdirilməsi, informasiya cəmiyyətinin qurulması istiqamətində bir sıra uğurlara nail olunub. Bununla yanaşı, bəhs olunan sahədə gələcəkdə mütləq şəkildə informasiya cəmiyyətinin tələblərindən irəli gələn dövlət informasiya sistemlərinin inkişafına, informasiya təhlükəsizliyinin təmin edilməsinə, elektron imza elektron sənəd dövriyyəsinin tətbiqinə, elektron xidmətlərin təşkilinə, ayrı-ayrı sahələr üzrə İKT-nin tətbiqinin genişləndirilməsinə, internetdən istifadə səviyyəsinin artırılmasına İKT üzrə kadr hazırlığına dair məsələlərin tamamilə həlli nəzərdə tutulur.

Elektron hökumət”in formalaşdırılması beynəlxalq təcrübəyə əsaslanır

Vurğulamaq yerinə düşər ki, bu istiqamətdə görülən işlər konseptual xarakter daşıyır Elektron hökumətquruculuğu prosesinin operativ effektiv şəkildə davam etdirilməsinə xidmət edir. Daha da dəqiqləşdirsək, ölkəmizdəelektron hökumət”in formalaşdırılması beynəlxalq təcrübəyə əsaslanır Azərbaycan Respublikası PrezidentininAzərbaycan Respublikasında rabitə informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramının (Elektron Azərbaycan)” təsdiq edilməsi haqqında Sərəncamı, “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 23 may 2011-ci il tarixli Fərmanı digər normativ hüquqi aktlarla fəaliyyət üçün hüquqi baza yaradılıb.

Ümumilikdə, “elektron hökumət”in əsas fəaliyyət prinsipləri qismində Azərbaycan Respublikasının mövcud qanunvericiliyin tələblərinə riayət edilməsi, informasiyalaşdırma sahəsində dövlət siyasətinin həyata keçirilməsi, dövlət milli maraqların qorunması, istifadəçilərə təqdim olunan məlumatların tamlığının, həqiqiliyinin, aktuallığının, təhlükəsizliyinin, mühafizəsinin sadə operativ şəkildə əldə edilməsi imkanlarının təmin olunması, dövlət qurumları arasında səlahiyyət məsuliyyət bölgüsü çıxış edir.

Ölkədə müasir informasiya kommunikasiya texnologiyaları infrastrukturunun inkişaf etdirilməsi, respublikanın bütün ərazisi üzrə İKT xidmətlərinin, həmçinin, dövlət, ictimai sahə informasiya resurslarına çıxışın genişləndirilməsi, dövlət idarəçiliyinin bütün səviyyələrində e-hökumət həllərinin tətbiqi ilə dövlət orqanları arasında əlaqələrin elektron üsullarla həyata keçirilməsi, vətəndaş təşkilatlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, e-ticarət, e-səhiyyə kimi mütərəqqi fəaliyyət formalarının müasir dövrün tələbləri səviyyəsində təşkili, İKT xidmət məhsullarının istehsalının ixrac potensialının artırılması kimi məsələlərin həlli nəzərdə tutulur. Bu baxımdan, sektorun davamlı dinamik inkişafının, ölkədə İKT-nin geniş tətbiqi onun imkanlarından əhalinin yararlanmasının təmin edilməsi üçün tədbirlərin görülməsi, eləcə , informasiya cəmiyyətinə keçid üçün şəraitin yaradılması Dövlət proqramlarının əsası qismində çıxış edir.

Deyilənləri ümumiləşdirərək, “elektron hökumət”in əhəmiyyətini bu cür izah edə bilərik. “E-hökumətdövlət idarəçiliyində müasir texnologiyaların tətbiqini genişləndirməklə həyata keçirilən fəaliyyətin səviyyəsinin yüksəldilməsi onlardan istifadə imkanlarının sadələşdirilməsi, dövlət qurumlarının yerli özünüidarəetmə orqanlarının işinin səmərəliyinin artırılması təqdim olunan elektron xidmətlərin keyfiyyətinin yüksəldilməsi, eyni zamanda, istifadəçilərə dövlət qurumları tərəfindən təqdim olunan elektron xidmətlərin optimallaşdırılması yerinə yetirilmə prosedurlarının sadələşdirilməsinə xidmət edir. Bunlarla yanaşı, o, elektron xidmətlər vasitəsilə istifadəçilərə təqdim olunan məlumatların həqiqiliyinin, tamlığının, etibarlılığının sərbəst əldə olunmasını, istifadəçinin sorğusuna əsasən məlumatların axtarılmasına əldə edilməsinə sərf olunan vaxtın maksimum azaldılmasını, həmçinin, istifadəçinin yerləşdiyi coğrafi məkandan asılı olmayaraq ölkənin bütün ərazisində təqdim olunan elektron xidmətlərdən istifadənin mümkünlüyünü təmin edir. Eyni zamanda, “elektron hökumət” virtual məkanın, müasir texnologiyaların imkanlarından, dövlət orqanlarında informasiyalaşdırmanın yüksək səviyyəsindən istifadə edərək ölkə vətəndaşlarına göstərilən xidmətlərin keyfiyyətcə yeni formada təqdim edilməsinə xidmət edir.

Müvafiq dövlət strukturlarının koordinasiyalı fəaliyyəti qarşıya qoyulmuş vəzifələrin daha operativ həyata keçirilməsini təmin edir

Qeyd etmək lazımdır ki, bəhs olunan istiqamətdə müvafiq dövlət strukturları koordinasiyalı şəkildə fəaliyyət göstərir ki, bu da müvafiq sahədə qarşıya qoyulmuş vəzifələrin daha operativ həyata keçirilməsini təmin edir. Bununla yanaşı, Rabitə Yüksək Texnologiyalar Nazirliyi bu sahədə görülən işlərin əlaqələndiricisi olaraqelektron hökumət”in formalaşması üzrə digər dövlət orqanları ilə sıx fəaliyyət göstərir müvafiq infrastrukturun yaradılması üzrə fəaliyyət həyata keçirir.

Vurğulayaq ki, elektron imzaların istifadəsi üçün Milli Sertifikasiya Xidmətləri Mərkəzi yaradılıb, dövlət qurumlarının informasiya sistemləri arasında informasiya mübadiləsini təmin edən infrastruktur qurulub, “Elektron hökumətportalı hazırlanaraq istifadəyə verilib. Bütün dövlət qurumları bunlardan bəhrələnərək vətəndaşlara elektron xidmətlərin göstərilməsini təmin edə bilirlər.

Elektron hökumət”in üstünlüklərindən istifadə etmək strateji vəzifə kimi

müəyyənləşdirilib

Bu məqamda qeyd etmək lazımdır ki, Azərbaycanda bu istiqamətdə uğurla davam etdirilənElektron hökumətlayihəsi səmərəli nəticələr verib. Qeyd edək ki, “Azərbaycan Respublikasının inkişafı naminə informasiya-kommunikasiya texnologiyaları üzrə Milli Strategiyaya (2003-2012-ci illər)” əsasən işlənib hazırlanmışElektron hökumətlayihəsiElektron AzərbaycanDövlət Proqramı çərçivəsində həyata keçirilib. Elektron hökumət”in formalaşması, ictimai şüurda mənimsənilməsi üçün əvvəlcə layihənin töhfələri, yenilikləri, sosial-iqtisadi üstünlüklərinin qiymətləndirilməsi ötürülməsi zəruridir. Layihənin əsas məqsədi vətəndaş aktivliyinin artırılmasına, vətəndaş problemlərinin səmərəli həllinə, dövlət qurumları ilə cəmiyyət arasında münasibətlərin mütənasibliyinə, şəffaflığına nail olunmasına istiqamətlənmişdir. Yəni elektron xidmət idarəetmənin operativliyinə, çevikliyinə düzgünlüyünə təminat yaratmaqla, vətəndaş-dövlət təmasının genişlənməsinə imkan verir.

Elektron hökumət”in fəaliyyət prioritetlərini bir-biri ilə qarşılıqlı əlaqədə olan, informasiyadan düzgün istifadə etmə mümkünlüyünü ehtiva edən “e-demokratik özəkşəklində xarakterizə etmək mümkündür. Ekspertlərin qənaətinə görə, “elektron hökumətdövlətin korrupsiyaya qarşı mübarizə üsulunun təsiredici faktoru rolunda çıxış edə bilər. Belə ki, bu qurum dövlət orqanları ilə vətəndaşlar arasında səmimi təmas yaratmaqla dövlətin adından sui-istifadə hallarını, vətəndaş hüquqlarının pozulmasını mümkünsüz edir. Korrupsiyaya qarşı mübarizəni dövlətin həyati məqsədlərindən birinə çevirən Azərbaycan Respublikasıelektron hökumət”in bu üstünlüyündən istifadə etmək niyyətindədir. O da diqqətə çatdırılır ki, “elektron hökumət”in səmərəli təşkili, mahiyyət məzmununun aydınlığı, vətəndaşların elektron rejimə adaptasiyası dövlətin ayrılmaz bir qoluna çevrilməsi elektron-demokratiyanın mövcudluğuna gətirib çıxaracaq.

Nəticə etibarilə, ölkəmizdəelektron hökumət”in üstünlüklərindən istifadə etmək strateji vəzifə kimi müəyyənləşdirilib.

 

Nadir İSMAYILOV,

Yeni  Azərbaycan.-2014.- 6 noyabr.- S. 6.