“Bakı Elm Festivalı-2014” öz
işinə başlayıb
Noyabrın 10-da Azərbaycan Milli Elmlər Akademiyasında
(AMEA) “Bakı Elm Festivalı-2014”ün açılış mərasimi
olub.
AzərTAc xəbər verir
ki, festival AMEA-nın təşkilatçılığı, Təhsil, Rabitə və Yüksək Texnologiyalar nazirliklərinin,
Bakı şəhər
İcra Hakimiyyətinin
təşkilati dəstəyi,
Azərbaycan Respublikası
Dövlət Neft Şirkətinin və “Azercell”in sponsorluğu ilə keçirilir.
Açılış mərasimində
AMEA-nın prezidenti, akademik Akif Əlizadə
çıxış edərək
Azərbaycanda ilk dəfə
keçirilən Bakı
Elm Festivalının ölkəmiz
və elmimiz üçün böyük
əhəmiyyət daşıdığını,
həmçinin elmi nailiyyətlərin təbliğində
önəmli yer tutduğunu vurğulayıb.
Bildirilib ki, elmimizin uğurlarının
nümayiş olunduğu
və hər il keçirilməsi
planlaşdırılan festivalda
Akademiyanın bütün
elmi müəssisə
və təşkilatları
ilə yanaşı, bir sıra ali
və orta təhsil müəssisələrinin
nümayəndələri də
iştirak edirlər. 10 noyabr - Dünya
Elm Gününə təsadüf
edən festivalın əsas məqsədi elmimizin bugünkü nailiyyətlərini geniş
ictimaiyyətə tanıtmaq,
müasir elmi bilikləri təbliğ etmək, gəncləri elmi fəaliyyətə cəlb etməklə elmi tədqiqat işlərinə marağı
artırmaqdır. Həmçinin
festival ictimaiyyətin elm və
texnika sahəsində
əldə olunmuş
yeniliklərlə tanış edilməsi,
elm və cəmiyyət
arasında dialoqun yaradılması baxımından
böyük əhəmiyyətə
malikdir. Azərbaycan elminin yüksək
potensialı, çox
böyük nailiyyətləri
var. İnanırıq ki,
festivalın keçirilməsi
elmimizin inkişafına
dəstək verəcək
və AMEA-nın elmi kadr baxımından
uğurlarının artmasına
imkan yaradacaq.
A.Əlizadə ölkəmizdə elmin və təhsilin inkişafına göstərilən
xüsusi dövlət
qayğısından, alimlərimizin
əldə etdiyi uğurlu elmi tədqiqatların əhəmiyyətindən,
gənc alimlərə
yaradılan şəraitdən
danışıb. O, AMEA-nın
bir sıra dövlət qurumları ilə əməkdaşlığı
çərçivəsində həyata keçirilən
layihələrin əhəmiyyətini
qeyd edib.
AMEA-nın prezidenti
bildirib ki, elm festivalı çərçivəsində
bir sıra tədbirlər keçiriləcək. Akademiyanın
Milli Azərbaycan Tarixi, Arxeologiya və Etnoqrafiya muzeylərinə ekskursiyalar təşkil ediləcək. Bundan əlavə,
festivalda son illər ölkə alimlərinin dünyada qəbul olunan elmi nailiyyətləri
nümayiş olunacaq.
Gənc alimlərin elmin müxtəlif sahələri
üzrə çıxışları,
həmçinin yaradıcılıq
emalatxanaları və
interaktiv sərgilərlə
tanışlıq, müsabiqələr,
yeni elmi nailiyyətləri özündə
əks etdirən məruzələr, cəlbedici
elmi şoular, Akademiyanın müəssisə
və təşkilatlarına
aid elmi-populyar filmlərin
nümayişi nəzərdə
tutulur.
Tədbirdə yeni elmi texnologiya
və innovativ nailiyyətlər də təqdim olunacaq. Ölkədə
fəaliyyət göstərən
ali və
orta ixtisas təhsili müəssisələri,
eləcə də Akademiyanın institut və təşkilatları
öz elmi nəticələrini nümayiş
etdirəcəklər.
Rabitə
və yüksək texnologiyalar naziri, akademik Əli Abbasov çıxışında
Prezident İlham Əliyevin 2012-ci il
29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə
baxış” İnkişaf
Konsepsiyasında elmin qarşısında qoyulan
mühüm vəzifələrdən
və bu istiqamətdə görülən
işlərdən söhbət
açıb. Nazir Avropa
Nüvə Tədqiqatları
Mərkəzi və digər beynəlxalq qurumlarla əməkdaşlıq
çərçivəsində həyata keçirilən
layihələrin əhəmiyyətini
xüsusi qeyd edib. Özəl sektorun bu gün elmə daha çox ehtiyacı olduğunu diqqətə çatdıran
Ə.Abbasov bildirib ki, elmin, təhsilin
inkişafı təkcə
AMEA-da aparılan işlərdən asılı
deyil, cəmiyyət bu prosesdə yaxından iştirak etməlidir. Cəmiyyətdə insan potensialı, elm və bilik potensialı
gələcək inkişafımız
üçün vacib
amildir.
Tədbirin Azərbaycan elminin inkişafına böyük
töhfə verəcəyinə
əminliyini vurğulayan
Ə.Abbasov dövlət
və özəl sektorları elmi dəstəkləməyə çağırıb.
Təhsil nazirinin müavini Firudin Qurbanov “Bakı Elm Festivalı-2014”ün Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə
təsdiq olunmuş “Sənaye ili”ndə keçirildiyini xatırladıb. Dünyada texnologiyanın
sürətli inkişafını
qeyd edən F.Qurbanov bu sahədə
azərbaycanlı alimlərin
yüksək nailiyyətlər
qazandıqlarını bildirib.
Ümummilli lider Heydər
Əliyevin ölkəmizdə
elmin və təhsilin inkişafına
göstərdiyi qayğıdan
söz açan nazir müavini bu siyasətin Prezident İlham Əliyev tərəfindən
uğurla davam etdirildiyini bildirib.
Vurğulanıb ki, ölkəmizdə elmi fəaliyyət sahəsində dövlət
siyasətinin məqsədi
elm və təhsilin vəhdətinə nail olmaq,
elmi fəaliyyətin məqsədyönlü istiqamətləndirilməsi
üçün onun məhsuldar və innovativ qüvvələrə
çevrilməsini təmin
etməkdir. Elm və
təhsilin birgə inteqrasiyası yüksək
elmi biliyə malik kadrların yetişməsinə və
iqtisadiyyatımızın peşəkar
mütəxəssislərlə təmin olunmasına imkan yaradacaq. Bu gün qarşımızda
duran əsas vəzifələrdən biri
təhsilin keyfiyyətini
elmin gücü ilə yüksəltməkdir.
Bunun üçün Təhsil
Nazirliyi AMEA-nın bir sıra elmi
tədqiqat mərkəzləri
ilə elmi əməkdaşlığı genişləndirməyə böyük
önəm verir.
Bakı
Dövlət Universitetinin
rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov,
Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, Milli Məclisin deputatı, akademik Asəf Hacıyev festivalın elmi nailiyyətlərin təbliğində,
elmə marağın
artırılmasında mühüm
rol oynayacağına əminliklərini bildiriblər.
Qeyd olunub ki, dövlətimiz
tərəfindən alimlərin
sosial vəziyyətinin
yaxşılaşdırılması, onların fəaliyyətinin
qiymətləndirilməsi Azərbaycanda
elmin sürətli inkişafına təkan verib. Ölkəmizdə Elmin İnkişafı
Fondunun yaradılması,
AMEA-nın maddi-texniki
bazasının gücləndirilməsi,
elm və təhsil üzrə bir sıra layihə və islahatların həyata keçirilməsi
bu sahəyə diqqət və qayğının parlaq nümunəsidir.
Daha sonra
festival bədii hissə
ilə davam edib. Festivalın marşı səslənib,
əyləncəli elmi
şoular nümayiş
etdirilib.
AMEA-nın institut
və elmi təşkilatlarının, regional bölmələrinin elmi nailiyyətlərini əks
etdirən sərgi açılıb. Sərgidə gənc alimlərin
elmi maraq kəsb edən tədqiqat işlərinin
nəticələri, multimedia instollasiyaları, elmi şoular, robotların yarışı böyük
maraqla qarşılanıb.
AMEA-nın müxtəlif
institut və elmi tədqiqat mərkəzləri, ali təhsil ocaqları tərəfindən
nəşr edilmiş
ədəbiyyat nümunələri
də sərgidə yer alıb.
Bakı Elm Festivalının birinci günü Milli Azərbaycan Tarixi Muzeyi, Arxeologiya və Etnoqrafiya Muzeyi və digər yerlərə ümumilikdə səkkiz elmi ekskursiya təşkil olunub. Həmçinin
AMEA-nın Mərkəzi
Elmi Kitabxanasında, Geologiya və Geofizika, Fizika, Ədəbiyyat institutlarında,
Azərbaycan Dövlət
Neft Akademiyası, BDU,
Azərbaycan Tibb Universiteti və digər ali məktəblərdə 23 elmi-populyar
mühazirələr keçirilib.
Eyni zamanda, 6, 23, 132 və 134 nömrəli orta məktəblərdə festivalın
proqramlarını izləmək
mümkün olub.
Yeni Azərbaycan.-2014.- 12 noyabr S. 3.