“Sarı gəlin” kitabının təqdimat mərasimi keçirilib

 

Minəxanım Təkləlinin müəllifi olduğu kitabda Azərbaycan xalq mahnılarının orijinal variantları oxuculara təqdim olunub

Dünən Azərbaycan Mətbuat Şurası və Jurnalist Qadınlar Assosiasiyasının birgə təşkilatçılığı ilə Beynəlxalq Mətbuat Mərkəzində filologiya elmləri doktoru, professor Minəxanım Təkləli Nuriyevanın “Sarı gəlin” kitabının təqdimatı olub. Təqdimat mərasimində elm və mədəniyyət xadimləri, ədəbi ictimaiyyətin nümayəndələri iştirak ediblər. Kitabda Azərbaycan xalq mahnılarının orijinal variantları təqdim olunub və 138 xalq nəğməsi ilkin forması ilə oxucuların ixtiyarına verilib.

Tədbiri giriş sözü ilə açan Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib ki, təqdim olunan bu kitab Azərbaycan xalqının mənəviyyatının dərinliyini təsdiq edir: “Sarı gəlin” kitabı Azərbaycanın mədəni həyatında bir hadisədir. Ona görə ki, kitabda xalq mahnılarının müqayisəli təhlili verilib”.

Ə.Amaşov müəllifin 10-dan çox kitabının çap olunduğunubu nəşrlərdə türkçülüyün qırmızı bir xətlə keçdiyini diqqətə çatdırıb.

Tədbirdə çıxış edən “Kaspi” Təhsil Mərkəzinin rəhbəri, filologiya elmləri üzrə fəlsəfə doktoru Sona Vəliyeva isə deyib ki, bu kitab xalqımızın mənəvi həyatında mühüm yer tutan mahnıların mətnlərinin qorunub saxlanılması zərurətindən yaranıb. Kitabda mahnıların müxtəlif - Kərkük, Anadolus. varinatları verilib. Alimin yaradıcılığını yüksək qiymətləndirən S.Vəliyeva onun indiyədək Türk dünyası ilə bağlı maraqlı araşdırmalar apardığını da söyləyib.

Sona Vəliyeva, həmçinin, müəllifin əsərlərinin haqlı olaraq Azərbaycan tarixi üçün samballı tədqiqat işləri hesab edildiyini deyib: “Minəxanım Təkləlinin kitablarını xaricə gedəndə ən azından bir neçəsini özümlə götürürəm. Orada yaşayan həmvətənlərimizə təqdim edirik. Bu kitablar türk kimliyini ortaya qoyan təqdir olunası əsərlərdir. OnunRus dilində türk sözləri”, “Türk əsilli ruslarkimi kitabları bizim üçün çox dəyərlidir. Minəxanım Təkləli bu kitabları böyük əziyyət hesabına hazırlayıb, ərsəyə gətirib”.

O, Minəxanım Təkləlinin yaradıcılığı ilə çoxdan tanış olduğunu, bu qeyrətli xanımın kitablarını həyəcansız oxumağın mümkünsüzlüyünü diqqətə çatdırıb. “Alim olmaq, hətta Nobel mükafatı da almaq olar. Ancaq bir əsər xalqın yaşantılarını, mənəvi dünyasını əks etdirmirsə, o kitab yazılmasa yaxşıdır. Minaxanım Təkləlinin kitabları isə türk mənəvi dəyərlərini tam dolğunluğu ilə əks etdirir”, - deyə o, əlavə edib. Minəxanım Təkləlinin gec tanınmasından təəssüfləndiyini bildirən Sona Vəliyeva mənəvi dəyərlərimizin öyrənilməsi üçün bu kitabları dönə-dönə oxumağın vacibliyini söyləyib. S.Vəliyeva “Sari gəlin” kitabının Azərbaycan Milli Konservatoriyasında tədris ehtiyaclarını ödəyəcəyini də qeyd edib: “Minəxanım Təkləlinin yaradıcılığı ilə yaxından tanışam və kitablarını sevə-sevə oxuyuram. Bu kitabı da digərləri kimi böyük dəyərə sahibdir. Burada türk tarixi coğrafiyasının böyüklüyünü göstərən şeirlərimizin, xalq mahnılarımızın bəndləri, sözləri pozulmayaraq əks olunub. Kitab tədris işlərində geniş istifadə olunaraq hələ uzun illər yaşayacaq”.

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin kafedra müdiri, professor Cahangir Məmmədli isə deyib ki, bu kitabı Türk dünyasını birləşdirən həzin bir vasitə hesab etmək olar: “Bu kitabda mahnıların Türk dünyasına aid olan müxtəlif versiyaları var. Bu baxımdan bu kitab Türk dünyasını birləşdirən həzin bir vasitədir”.

Tədbirdə qeyd olunub ki, Qafqaz Universiteti nəzdində Qafqaz Araşdırmaları İnstitutunda türkologiya şöbəsinin müdiri, Azərbaycan Yazıçılar Birliyinin üzvü, çoxsaylı elmipublisistik məqalələrin müəllifi olan Minəxanım Təkləli indiyə kimi türk mənşəli rus soyadlarının yaranmaformalaşma tarixinə həsr edilən “Türk əsilli ruslar”, tarixən türk xalqları yaşayan böyük ərazilərdə, eləcə də indi digər respublikaların hüdudları içərisində qalan ulu türk torpaqlarında bir neçə yüz illər boyunca adı dəyişdirilən, başqa yad adlarla əvəz edilən əski türk məskənlərindən bəhs edən “Türk kitabı. Unudulan tarix. Dəyişdirilən yer adları”, rus dilinin bütün qatlarına nüfuz etmiş türk sözlərinin bu dildəki leksik-semantik zənginliyinin böyük rus yazıçılarının əsərləri üzrə təsdiq olunduğuRus dilində türk sözləri”, türk təxəllüsləri daşıyan şəxsiyyətlərin tərcümeyi-hallarının və yaradıcılığının əhatə olunduğuTürk imzası” kimi kitabların müəllifidir.

M.Təkləli çıxışı zamanı bu araşdırmaların uzun illər arxiv çalışmalarının nəticəsində yarandığını bildirib: “Ömrümün yarıdan çoxunu bu tədqiqatlara sərf etmişəm. Tək arxivlərdə deyil, neçə-neçə qapılar döyüb, bu araşdırmaları aparmışam. Hər zaman müğənnilərin, bəzi xalq mahnısı ifaçılarının milli nəğmələrimizi bərbad hala salması məni narahat edib. Elə buna görə də, həmin mahnıların ilkin və əsas formalarını arayıb-axtarmaq niyyətində olmuşam. Nəticəsini isə oxucularoxuyanlar deyər”.

Tədbirdə publisist Flora Xəlilzadə, teatrşünas İlham Rəhimli, yazıçı Firuz Mustafa və başqaları çıxış edərək Minəxanım Təkləlinin “Sarı gəlin” kitabının məziyyətlərindən danışıb və müəllifi təbrik ediblər.

Təqdimat mərasimində “Sarı gəlin” kitabının müəllifi Minəxanım Təkləli Nuriyevaya Azərbaycan Mətbuat Şurası adından diplom təqdim olunub.

 

OKTAY

Yeni  Azərbaycan.-2014.- 13 noyabr S. 5.