Azərbaycan inkişafın yeni mərhələsində: müasir çağırışlara adekvat cavab verilməsi zamanın tələbidir

 

Müasir dövrdə qloballaşmainformasiya cəmiyyəti quruculuğu fonunda hər bir ölkənin qarşısında bir sıra strateji vəzifə və tələblər durur. İnkişafın strateji məqsəd kimi müəyyənləşdirilməsi isə ayrı-ayrı sahələrin paralel tərəqqisini və XXI əsrin çağırışlarına adekvat cavab verməyi zəruri edir. Məhz buna görə də, milli dövlətlərin inkişaf konsepsiyasında milli tərəqqini təmin edən əsas faktor kimi strateji əhəmiyyətli sahələrə xüsusi diqqət yetirilməsi müəyyən olunur. Bu baxımdan, təhsil və elm sektorunun inkişafı xüsusi əhəmiyyət daşıyır.

Ümumiyyətlə, sosial-iqtisadi fəaliyyət sahələrində rəqabətin gücləndiyi, habelə təbii resursların tədricən tükəndiyi bir dövrdə təhsilin rolu artmaqdadır. Bəllidir ki, təhsil fenomeni öz strateji əhəmiyyətinə görə dünyanın yeni inkişaf trendlərini, tərəqqinin konseptual əsaslarını müəyyən edir. Bu mənada, qloballaşan dünyanın tələblərinə uyğun təhsil sistemi formalaşdırmaq, bu sahədə davamlı islahatlarla nizamlı inkişafa malik olmaq ölkənin beynəlxalq rəqabətliliyini şərtləndirən əsas amillərdən biri kimi çıxış edir. Ümumilikdə, cəmiyyət daxilində təhsil sektorunun inkişafı digər sahələrin də paralel tərəqqisinə mühüm töhfələr verir. Bu prosesdə aktiv rol oynayan faktorlar sırasında isə hər bir ölkədə fəaliyyət göstərən ali təhsil müəssisələri xüsusi yer tutur.

Son illər ərzində aparılan çoxşaxəli və davamlı islahatlar ölkəmizin iqtisadi qüdrətinin əhəmiyyətli dərəcədə güclənməsinə imkan verib. Bu da dinamik sosial-iqtisadi inkişafı və vətəndaşların rifah halının yaxşılaşmasını təmin edib. Məqsədyönlü iqtisadi inkişaf strategiyasının həyata keçirilməsi nəticəsində Azərbaycan orta gəlirli dövlətlər sırasına daxil olub. İnkişafın innovasiya mərhələsinə keçilməsi, rəqabətədavamlı milli iqtisadiyyatın formalaşdırılması və inkişaf dinamikasının sürətləndirilməsi başlıca olaraq insan kapitalı ilə bağlı bir çox məsələlərin öz həllini tapmasını, o cümlədən təhsilin dünya standartlarına cavab verməsini tələb edir.

Onu da nəzərə çatdırmaq lazımdır ki, Azərbaycanda təhsilin inkişafı konseptual xarakter daşıyır. Ümumiyyətlə, dünyanın üzləşdiyi qlobal iqtisadi böhran fonunda Azərbaycanın inkişaf etməsi beynəlxalq səviyyəli ekspertlərin diqqətindədir. Aparılan təhlillər nəticəsində bizim uğurların əsas səbəbi kimi ölkəmizin konseptual olaraq - proqramlarla idarə olunması müəyyən edilib. Yəni dünyanın aparıcı ekspertləri son illərdə uğurlarımızın əsas amili kimi ölkəmizin dövlət başçısının təsdiq etdiyi çoxsaylı proqramlarla idarə olunmasında görürlər. İndiyə qədər Azərbaycanın ayrı-ayrı sahələrini əhatə edən çoxsaylı Dövlət proqramları təsdiq edilib.

Bu baxımdan, ölkə təhsili konkret proqramlar əsasında qarşıya qoyulmuş hədəf və məqsədlərin fonunda inkişaf dinamikasına malikdir. “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın qəbul olunması bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Dövlət Strategiyasının əsas hədəfləri sırasında Azərbaycanın inkişaf konsepsiyasına uyğun olaraq hər bir şəxs üçün bərabər, keyfiyyətli təhsil imkanlarının yaradılması, təhsil sisteminin institusional əsaslarının, infrastrukturununinsan resurslarının inkişaf etdirilməsi məsələlərinə xüsusi yer verilib. Bütün bunlar texnologiyaları çevik mənimsəməyə, əmək bazarında layiqli yer tutmağaömür boyu təhsil prosesinə qoşulmağa imkan verən stratejikonseptual məqamlardır. Bir sözlə, sözügedən sənəd Azərbaycanda təhsilin inkişaf istiqamətlərini müəyyənləşdirir.

Bu baxımdan, Azərbaycanda təhsil infrastrukturunun müasir tələblərə uyğun qurulması, təhsilin məzmununun yeniləşdirilməsi, təhsil alanların nailiyyətlərinin qiymətləndirilməsi üzrə yeni model və mexanizmlərin tətbiqi, əmək bazarının tələbatına uyğun kadr hazırlığı və təminatının yaxşılaşdırılması, təhsil-müəssisələrinin informasiya-kommunikasiya texnologiyaları ilə təmin edilməsi və təhsil sisteminin informasiyalaşdırılması, məktəbəqədər, texniki peşə, ali təhsil, xaricdə təhsil, istedadlı uşaqların inkişafı, xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsilinin təşkili və digər bu kimi sahələrdə mühüm irəliləyişlər və uğurlar əldə olunub.

Ümumiyyətlə, müasir Azərbaycan dövlətinin qurucusu, Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi strategiyanın Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi Azərbaycanın qarşısında böyük imkanlar açır. Biz bu strategiyanın uğurlu nəticələrini bütün sahələrdə, o cümlədən təhsil sistemində əldə olunmuş mütərəqqi inkişafda aydın görürük. Təhsil sistemində inteqrasiya, təhsil standartlarının müasirləşdirilməsi, təhsildə keyfiyyətin artırılması, bilik və bacarıqlı gənc nəslin yetişdirilməsi istiqamətində görülən işlər Azərbaycan təhsilinin inkişafını təmin edib.

Azərbaycan təhsilinin inkişaf trendlərini müəyyən edən fundamental amillərdən biri də ayrı-ayrı sahələrdə müasir çağırışlar və tələblərə cavab verən kadr hazırlığı işidir. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının (DİA) 15 illik yubileyi münasibətilə akademiyanın elmi şurasının iclasındakı çıxışı zamanı Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev bu məsələyə toxunaraq qeyd edib ki, biz artıq inkişafımızın yeni mərhələsinə qədəm qoymaq ərəfəsindəyik: “Bu isə dövlət idarəçiliyinin müxtəlif sahələrində ən yeni metodlara yiyələnmiş yüksək hazırlıqlı kadrların yetişdirilməsini zəruri edir”.

Qeyd etmək lazımdır ki, ölkəmizdə fəaliyyət göstərən ayrı-ayrı ixtisaslı qurumlarda - ali təhsil müəssisələrində elmin müxtəlif sahələrində səmərəli kadr potensialının formalaşması və inkişafı üçün olduqca əlverişli şərait yaradılmışdır. Mühüm məqamlardan biri budur ki, Prezident İlham Əliyevin təhsilin inkişafına göstərdiyi xüsusi diqqət və qayğı ali təhsil müəssisələrindən yan keçməmişdir. Müstəqillik illərində respublikanın bütün ali məktəbləri kimi, xüsusi kadr hazırlığı ilə məşğul olan qurumlar da ölkəmizdə təhsilə göstərilən dövlət qayğısını daim hiss etmişdir. Yetişdirilən kadrlar bu gün həm ictimai sektorda, həm də elm sahəsində səmərəli fəaliyyət göstərirlər. Bu, bir tərəfdən, onların keyfiyyətli təhsil almaları ilə əlaqəlidirsə, digər tərəfdən, vətənpərvər mühitdə ahəngdar şəxsiyyət kimi formalaşmaları ilə bağlıdır.

Bu kontekstdə həyata keçirilən tədbirlər, heç şübhəsiz, insan resurslarından səmərəli istifadə olunmasına - insan kapitalının formalaşdırılmasına fundamental töhfələr verir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu barədə qeyd edib ki, hər bir ölkənin inkişafını onun insanları, insanların bilikləri, istedadı müəyyən edir: “Ölkələr vardır ki, orada təbii sərvətlər yoxdur. Ancaq o ölkələr dünyada ən inkişaf etmiş ölkələrdir. Bizbu yolu getməliyik. Bizim üstünlüyümüz ondan ibarətdir ki, təbii sərvətlərimiz də varbiz təbii sərvətlərin işlənməsindən əldə edilmiş gəlirləri insan kapitalına, o cümlədən, təhsil sahəsində aparılan islahatlara yönəldirik”.

Dövlət başçısının irəli sürdüyü neft kapitalının insan kapitalına çevrilməsi prinsipinə uyğun olaraq Azərbaycanda yüksək intellektual səviyyəyə malik sağlam, vətənpərvər nəslin formalaşmasında, yüksək peşəkarlığa malik ixtisaslı kadrların hazırlanmasında, elmin müxtəlif sahələrinin inkişaf etdirilməsində, biliyə əsaslanan iqtisadiyyata keçidin sürətləndirilməsində təhsil sahəsində aparılan islahatların əhəmiyyəti böyükdür. Daha dəqiq desək, təhsil sahəsində aparılan islahatlar, qəbul olunan Dövlət proqramları, həmçinin, Azərbaycanda təhsilin inkişafı üzrə Milli Strategiyanın hazırlanması, müsabiqələrin keçirilməsi bir daha təhsilin dövlət başçısının diqqət mərkəzində olduğunu təsdiqləyir. Xüsusilə də gənclərin ixtisaslı kadr - mütəxəssis kimi formalaşdırılması istiqamətində konkret əməli tədbirlər görülür. Bu kontekstdə gənclərin cəmiyyətin ayrı-ayrı sahələrində səmərəli fəaliyyət göstərmələri istiqamətində proqramların hazırlanaraq tətbiq olunması, eləcə də onların xaricdə təhsil alaraq mütəxəssis kimi formalaşmaları üçün davamlı tədbirlərin görülməsi təqdirəlayiq haldır.

Buna paralel olaraq alimlərimiz tərəfindən bu günədək kifayət qədər fundamental elmi araşdırmalar ortaya qoyulmuşdur. Ölkəmizdə elmin sürətli inkişafı, elmi tədqiqatlara yüksək dəyər verilməsi və diqqət göstərilməsi əsaslı elmi araşdırmaların aparılmasına stimul verir. Bu araşdırmalar, eyni zamanda, idarəetmənin səmərəliliyinə də mühüm töhfələr bəxş edir. Bu məsələ fonunda bir sıra digər məqamlar da mühüm əhəmiyyət kəsb edir. Belə ki, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında milli inkişafın bütün əsasları, istiqamətləri, hədəflər və prioritetləri müəyyənləşdirilib, eyni zamanda, Azərbaycanın inkişaf etmiş ölkələr sırasına daxil olması nəzərdə tutulub. Başqa sözlə, Azərbaycanın inkişaf etmiş ölkələr sırasına çıxarılmasının əsas məqsəd kimi nəzərdə tutulduğu sənədin icra olunması nəticəsində respublikamızda iqtisadi inkişaf, sosial rifah, siyasi institutlaşma prosesləri daha üstün səviyyəyə çatacaq. Həmçinin, elmin və təhsilin inkişaf etdirilməsi ilə elmtutumlu sferalarının, bilik iqtisadiyyatının formalaşdırılması, müxtəlif peşə sahələrinin yaradılması, eyni zamanda, intensiv istehsalı həyata keçirən sənaye obyektlərinin işə salınması və s. Azərbaycanın postsənaye erasına daxil olmasını labüdləşdirəcək. Beləliklə, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında əks olunmuş məqsəd və hədəflər Azərbaycan elmi və təhsilinin inkişafına, o cümlədən milli tərəqiyyə təkan vermiş olacaq.

Ümumiyyətlə, Azərbaycanda sosial-iqtisadi sahələrdə modernləşmə, müasir texnologiyaların tətbiqinin genişləndirilməsi, yerli standartların beynəlxalq səviyyəyə yüksəldilməsi tədbirləri həyata keçirilir. Bu baxımdan, ölkənin inkişafı naminə elm və təhsildə müasir texnologiyaların tətbiqi müstəsna önəm daşıyır. Dünya təcrübəsi göstərir ki, informasiya-kommunikasiya texnologiyalarına əsaslanan, yaradıcı düşüncəni inkişaf etdirən və fərdi xüsusiyyətləri nəzərə alan müasir, fəal-interaktiv metodlar, yanaşmalar istənilən sahədə daha yüksək nəticələr verir. Həmçinin, həmin məqsədlə, davamlı olaraq mütərəqqi tədris metodlarının yaradılması təhsil siyasətində mühüm yer tutur.

Bu baxımdan, Prezident İlham Əliyevin 24 oktyabr 2013-cü il tarixli Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın qəbul olunmasının məqsədlərindən biri də ölkədə ən yeni texnologiyalara əsaslanan infrastruktura malik, keyfiyyət nəticələri və əhatəliliyinə görə dünya ölkələri sırasında qabaqcıl mövqe tutan təhsil sistemini yaratmaqdır.

Bu baxımdan, təhsilin keyfiyyətinin yüksəldilməsi üçün müasir texnologiyalara əsaslanan infrastruktura malik təhsil sisteminin yaradılması mühüm əhəmiyyət daşıyır. Müasir, innovativ tədris metodlarının təcrübəyə gətirilməsi, İKT-dən təhsildə daha geniş istifadə müasir dərsi, çağdaş sistemin səmərəli fəaliyyətini şərtləndirən əsas amillərdir. İnnovativ təlim forma və üsullarını öz işində tətbiq edən, təhsilin məzmununun səmərəli mənimsənilməsinə nail olan səriştəli təhsil kadrlarının hazırlanması və innovativ idarəetmənin tətbiqi məsələləri də bu baxımdan mühüm əhəmiyyət kəsb edir.

Ümumilikdə, Azərbaycanda təhsilin müasirləşdirilməsi, təlim-tədris prosesində yeni texnologiyaların istifadəsi yönündə məqsədyönlü siyasətdən xəbər verir. Qeyd edək ki, son dövrlərdə Azərbaycan təhsil sistemində həyata keçirilən islahatlar bu istiqamətdə böyük irəliləyişin göstəricisidir. Bu baxımdan, institusional islahatların da əhəmiyyətinə toxunmaq gərəkdir. Təqdirəlayiq haldır ki, təhsil sahəsində aparılan islahatlar ardıcıl xarakter daşıyır. Prezident İlham Əliyevin söylədiyi kimi, təhsil sahəsində aparılan islahatlar Azərbaycanın uzunmüddətli inkişafına hesablanıb.

Bütövlükdə, Azərbaycanda təhsilin bütün pillə və səviyyələrində inkişaf dinamikası nəzərə çarpır. Yekun etibarilə, Azərbaycanın dinamik inkişafının əsasında duran fundamental amillərdən biri intellektual resursların səfərbər olunması, elm və təhsilin tərəqqisinin institusional əsaslara söykənməsidir. Bir sözlə, təhsilin inkişafı, təhsilin yeniləşməsi, onun daha aydın hədəflərinin müəyyənləşməsi və bu hədəflərə çatmaq istiqamətində səylər göstərilməsi bütövlükdə Azərbaycanın inkişafının fundamentlərini təşkil edir.

Nəticə etibarilə sadalananlar onu göstərir ki, Azərbaycan inkişafın yeni mərhələsindədir. Milli inkişafı təmin edən ayrı-ayrı sahələrin sürətli tərəqqisi ölkəmiz qarşısında yeni perspektivlər açır. Bu şəraitdə inkişafın milli modelini formalaşdırmış Azərbaycanın tərəqqisi üçün çağırışlar və tələblərə adekvat cavab verilməsi zamanın tələbi kimi çıxış edir.

Kamilə Əliyeva

Milli Məclisin deputatı,

professor

Yeni  Azərbaycan.-2014.- 13 noyabr S. 6.