Azərbaycan Böyük Britaniya arasında sıx əməkdaşlıq mövcuddur

 

Prezident İlham Əliyev hər zaman Azərbaycan-Britaniya əlaqələrinin inkişaf tempini diqqət mərkəzində saxlayıb. Bunun təsdiqi olaraq, 2004, 2009 və 2012-ci illərdə dövlət başçısı Böyük Britaniyada rəsmi səfərdə olub. Sonuncu səfər isə bu ilin sentyabrında Britaniyada keçirilən NATO sammitində iştirakla bağlı olub. 2004-cü ilin dekabrında Böyük Britaniyaya dövlət başçısı kimi ilk səfəri zamanı Prezident İlham Əliyevin ölkənin keçmiş baş naziri Toni Bleyerlə görüşündə 1998-ci ildə imzalanmış “Dostluq münasibətləri və tərəfdaşlıq haqqında bəyannamə” yenidən təsdiqlənib. Həmin səfərdə Azərbaycan ilə Britaniya ikitərəfli münasibətlərin əsası kimi Birgə Kommunike də qəbul ediblər. Prezident İlham Əliyev həmin səfərində Britaniya Kral Beynəlxalq Münasibətlər İnstitutunda (Chatham House) “Yeni Azərbaycan - regionalqlobal münasibətlərdə” mövzusunda çıxış edib.

2007-ci il iyunun 7-də Azərbaycan Prezidenti İlham Əliyev Böyük Britaniya parlamenti İcmalar Palatasının Xarici Əlaqələr Komitəsinin sədri Mayk Qeypsin rəhbərlik etdiyi parlament nümayəndə heyətini qəbul edib. Azərbaycan Prezidenti ölkəmizlə Böyük Britaniya arasında müxtəlif səviyyələrdə intensiv dialoqun aparıldığını və bunun ikitərəfli münasibətlərin inkişafına dəyərli töhfə verdiyini bildirib. Prezident Azərbaycanın neft strategiyasının həyata keçirilməyə başlandığı dövrdən Böyük Britaniyanın “bp” şirkətinin bu işdə çox fəal iştirak etdiyini vurğulayıb. Prezident İlham Əliyev, həmçinin, bu səfərin müxtəlif sahələrdə ikitərəfli əlaqələrin, o cümlədən parlamentlərarası əməkdaşlığın daha da genişləndirilməsi üçün faydalı olacağına əminliyini söyləyib. Mayk Qeyps Azərbaycanda gedən inkişaf proseslərinin onlarda böyük maraq doğurduğunu qeyd edib. O, iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayaraq iki ölkənin siyasi, iqtisadi, təhlükəsizlik və digər sahələrdə yaxından əməkdaşlıq etdiklərini bildirib. Mayk Qeyps Azərbaycanın təşəbbüsü ilə regionda həyata keçirilmiş qlobal enerji layihələrində Böyük Britaniyanın “bp” şirkətinin iştirakından məmnun olduğunu vurğulayıb.

Azərbaycan-Böyük Britaniya əlaqələrinin daha bir göstəricisi olaraq Böyük Britaniyanın Xarici və Dövlət Məsələləri üzrə Nazirliyinin Avropa məsələləri üzrə dövlət naziri Cim Mörfi 2008-ci il mayın 7-də Azərbaycana səfər edib. Bakıda keçirdiyi görüşlərdə dövlət naziri Azərbaycanın və Ermənistanın Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həll etməli olduğunubunun da bölgənin inkişafına təkan verəcəyini qeyd edib və Azərbaycanın ərazi bütövlüyünün mübahisə mövzusu olmadığını, Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunubunun da Böyük Britaniyada da, dünya ictimaiyyətində də qəbul edildiyini nəzərə çatdırıb. Cim Mörfi, həmçinin, Böyük Britaniyada Azərbaycanın Avropa strukturlarına inkişafını dəstəklədikləri üçün Azərbaycanda insan hüquqları və demokratiyanın daha da inkişaf etməsində maraqlı olduğunu da vurğulayıb.

İki ölkə rəsmilərinin səfərləri mütəmadi xarakter daşıyır və sonuncu belə görüşlərdən biri 2013-cü ilin martında baş tutub. Xatırladaq ki, həmin dövrdə Prezident İlham Əliyev Böyük Britaniyanın Xariciİttifaq məsələləri üzrə Ofisi katibinin daimi müavinidiplomatik xidmətin rəhbəri Saymon Freyzerin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə Azərbaycan ilə Böyük Britaniya arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə olunub, enerji sahəsində əməkdaşlığın önəmi qeyd edilib, “bp”nin Azərbaycandakı uzunmüddətli uğurlu fəaliyyəti vurğulanaraq, neft-qaz sənayesində yaradılan şəffaflıq yüksək qiymətləndirilib. Görüşdə, həmçinin, Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələrin inkişaf perspektivləri, iki ölkənin Avroatlantik strukturlarda təhlükəsizlik sahəsində səmərəli əməkdaşlığı ətrafında fikir mübadiləsi aparılıb.

Bundan əlavə, S.Freyzerin başçılıq etdiyi nümayəndə heyəti səfər çərçivəsində Azərbaycanın Xarici işlər naziri Elmar Məmmədyarovla da görüş keçirib. Nazir E.Məmmədyarov Azərbaycan ilə Böyük Britaniya arasında mövcud çoxşaxəli münasibətlərin səviyyəsindən məmnunluq bildirərək siyasi, iqtisadi, enerji sahələrində əlaqələrin daha da genişləndirilməsi üçün imkanların olduğunu vurğulayıb. İki ölkə arasında, xüsusilə enerji sektorunda qarşılıqlı-faydalı əməkdaşlığa diqqət çəkən nazir, dinamik iqtisadi inkişaf nəticəsində artıq Azərbaycanın Böyük Britaniya iqtisadiyyatına sərmayələr yatırdığını nəzərə çatdırıb. S.Freyzer öz növbəsində ölkəsinin Azərbaycanla əməkdaşlığa böyük önəm verdiyini nəzərə çatdırıb. O, Böyük Britaniya iqtisadiyyatına Azərbaycan tərəfindən sərmayələrin yatırılmasını təqdir etdiklərini və bunun davam etdirilməsinin arzu olunduğunu bildirib. Britaniyalı diplomat Azərbaycanın Əfqanıstanda sülhsabitliyin bərpasına verdiyi töhfəni, eləcə də ölkəmizin BMT Təhlükəsizlik Şurasındakı fəaliyyətini yüksək qiymətləndirib.

Görüşdə, həmçinin, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan nazir Elmar Məmmədyarov sülh prosesi haqqında ətraflı məlumat verib. Nazir Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan torpaqlarının işğalının davam etməsini status-kvonun möhkəmlənməsinə yönəlmiş addım kimi qiymətləndirib və münaqişənin həllinə nail olmaq üçün ilk növbədə, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasının vacibliyini vurğulayıb. Son zamanlar Ermənistan siyasi və hərbi dairələri tərəfindən Xocalı hava limanından uçuşların həyata keçiriləcəyi ilə bağlı səslənən bəyanatlarla əlaqədar nazir qeyd edib ki, bu, Azərbaycan hava məkanının kobud surətdə pozulmasıdır və bütün müvafiq beynəlxalq qanunvericilik, xüsusilə də Çikaqo konvensiyası Azərbaycanın bu məsələdəki mövqeyinin haqlılığını göstərir.

Ümumiyyətlə, Azərbaycan və Böyük Britaniya rəsmiləri arasında keçirilən görüşlərdə müxtəlif sahələrdə əməkdaşlığa imkan yaradan 20-dən artıq sənəd imzalanıb. Bu sənədlər içərisində iki ölkə arasında rabitə, energetika, müdafiə sahələri üzrə, məhdudiyyətsiz hərəkət azadlığı haqqında memorandumları, iki ölkənin xarici işlər nazirləri, habelə Azərbaycanla Britaniya arasında dostluq və əməkdaşlıq haqqında bəyannamələri, hava əlaqələri, təhsil, elm və mədəniyyət sahəsində, sərmayələrin təşviqi və qorunması haqqında sazişləri, eləcə də neft-qaz ehtiyatlarının istismarı ilə bağlı layihələrin gerçəkləşməsinə xidmət edən çoxsaylı müqavilələri qeyd etmək olar. Hər iki ölkənin parlamentlərində isə dostluq qrupu fəaliyyət göstərir.

AZƏRBAYCAN VƏ BRİTANİYA İQTİSADİ VƏ HUMANİTAR SAHƏLƏRDƏ DƏ ORTAQ MARAQLARA SAHİBDİR

Məlum olduğu kimi, Böyük Britaniya Azərbaycanın enerji sektoruna böyük maraq göstərən ölkələrdəndir. Yenidən müstəqillik qazandıqdan sonra Azərbaycanın hərtərəfli müəyyənləşdirdiyi neft-qaz strategiyası bu ölkə ilə enerji sahəsində uzunmüddətli bərabərhüquqlu əməkdaşlığın qurulmasına şərait yaradıb. Təsadüfi deyil ki, 1994-cü il sentyabrın 20-də imzalanan “Əsrin müqaviləsi” əsasında neft yataqlarının işlənməsində ən böyük pay sahiblərindən biri məhz bu ölkəyə məxsus “bp” şirkəti idi. Enerji sahəsində qarşılıqlı maraqlara xidmət edən əməkdaşlıq bu gündavam etdirilir.

Britaniyanın rəsmi şəxsləri mütəmadi olaraq Xəzər NeftQaz sərgilərində iştirak edir. 2003, 2004-ci illərdə Xəzər NeftQaz sərgilərində iştirak etmək məqsədilə Britaniya parlamentinin üzvü, sənaye və energetika məsələləri üzrə dövlət naziri Brayn Vilson Azərbaycanda səfərdə olub. 2005-ci il mayın 25-də Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin rəsmi açılış mərasimində də bu ölkədən olan rəsmi nümayəndələr iştirak ediblər. Bütün bunlar Britaniyanın Azərbaycanla əməkdaşlığa verdiyi yüksək önəmin göstəricisidir.

İki ölkənin iqtisadi əlaqələrinin möhkəmlənməsində 2009-cu ildə yaradılan Britaniya-Azərbaycan Biznes Şurasının fəaliyyətinin də əhəmiyyəti böyükdür. Şura mütəmadi olaraq Londonda biznes tədbirləri keçirir, Britaniya şirkətlərinin nümayəndələrinin Azərbaycana səfərlərini təşkil edir. Britaniya Azərbaycanın əsas iqtisadi tərəfdaşlarından biridir. Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, 2012-ci ildə Azərbaycana yatırılan xarici investisiyaların 51,7 faizi (təqribən 1,683 milyard manat) Britaniya şirkətlərinin payına düşüb.

Hazırda Azərbaycanda təxminən 170-ə qədər böyük, ortakiçik Britaniya şirkətləri fəaliyyət göstərir. Bu şirkətlərin əksər hissəsi neftqaz sahəsində fəaliyyət göstərsə də, bu əməkdaşlıq son illərdə pərakəndə satış, informasiya texnologiyaları, layihələrin idarəolunması, maliyyə-bank xidmətləri və kənd təsərrüfatı kimi sahələrə doğru genişlənir. Bu gün Azərbaycanın modernləşməsində Britaniya təcrübəsi və sənayesinin imkanlarından istifadə olunurheç də təsadüfi deyildir ki, paytaxt Bakıda aparılan bir sıra tikinti layihələri məhz Britaniyanın məsləhətçi və layihə idarəetmə şirkətləri tərəfindən idarə olunur.

Qeyd edək ki, D.Kemeronun qeyd olunan məktubunda Britaniyanın ölkəmizlə iqtisadi əlaqələrə xüsusi önəm verdiyiözünü göstərir. Baş nazir məktubunda bildirdiyi kimi, ölkəsi “Şahdəniz-2” layihəsi üzrə işin davam etdirilməsində maraqlıdır: “Bu, ölkələrimiz arasında münasibətləri daha da möhkəmləndirən önəmli mərhələ olacaqdır”.

Bundan başqa, iki ölkə arasında təhsil, mədəniyyət, idman sahəsində əməkdaşlıq da diqqəti çəkir. 1994-cü ilin fevral ayında Ümummilli lider Heydər Əliyevin Londona səfəri çərçivəsində iki ölkə arasında təhsil, elm və mədəniyyət sahəsində əməkdaşlığa dair saziş imzalanıb. Bu gün yüzlərlə azərbaycanlı tələbə dövlət və qeyri-dövlət xətti ilə Britaniyanın nüfuzlu ali məktəblərində, universitet və kolleclərində təhsil alır. Dövlətin yardımı ilə dünyanın 30-a yaxın ölkəsində təhsil alan minlərlə azərbaycanlı tələbədən 400-dən çoxu məhz Britaniya ali təhsil ocaqlarını bitirib. Göründüyü kimi, Azərbaycan-Böyük Britaniya əlaqələri ortaq maraqlara əsaslanmaqla kifayət qədər geniş sferaları əhatə edir.

 

Hülya MƏMMƏDLİ

Yeni  Azərbaycan.-2014.- 13 noyabr.- S. 8.