Sabiq baş prokuror
Əli Ömərov Yeni Azərbaycan
Partiyasına üzv qəbul olunub
Əli Ömərov:
Ömrümün axırına qədər
Heydər Əliyevçiyəm, Heydər Əliyevçi olacağam, Ulu öndər
Heydər Əliyevin siyasətini davam etdirən
Prezident İlham
Əliyevi dəstəkləyəcəyəm
Məlum olduğu kimi, Azərbaycanın sabiq baş prokuroru Əli Ömərov bir müddət öncə ölkə mediasına açıqlamasında Yeni Azərbaycan Partiyasına (YAP) üzv olmaq istədiyini bildirmişdi. Daha sonra o, bu məqsədlə partiyanın Nəsimi rayon təşkilatına müraciət edib. Sabiq baş prokurorun müraciəti müsbət cavablandırılıb və o, Yeni Azərbaycan Partiyası üzvlüyünə qəbul olunub. Əli Ömərovla müsahibəmiz həm bu seçiminin səbəbləri, həm də bu günlərdə yaranmasının 22-ci ildönümünü qeyd edən Yeni Azərbaycan Partiyasının uğurlu fəaliyyət yoluna həsr olunub.
- Əli müəllim, bildiyimiz kimi, bu gün Yeni Azərbaycan Partiyasının yaradılmasının 22-ci ildönümü tamam olur. Siz “91-lər”in üzvü kimi, bu proseslərin birbaşa içərisində olmusunuz. İstərdik ki, ilk olaraq, 22 il öncə, Yeni Azərbaycan Partiyasının yaradılmasını zəruri edən, bu prosesi şərtləndirən amillər barədə danışaq...
- Bilirsiniz ki, müstəqilliyin ilk illərində Azərbaycanda vəziyyət heç də ürəkaçan səviyyədə deyildi. Ölkədə bütün sferalarda çox ağır proseslər baş verirdi, yenicə müstəqilliyini elan etmiş dövlətimizin gələcəyi sual altında idi. Həmin vaxt Ulu öndər Heydər Əliyev Naxçıvanda idi. Azərbaycanın tanınmış ziyalıları ölkəmizi mövcud olan ağır vəziyyətdən xilas etmək yolunu Heydər Əliyevi Bakıya dəvət etməkdə və Onun yenidən hakimiyyət sükanı arxasına keçməsində görürdülər. Bu məqsədlə yeni bir partiyanın yaradılması üçün Ulu öndərə müraciət edildi. O vaxt mən Gəncə şəhər nəqliyyat prokuroru işləyirdim. Həmin dövrdə partiyanın təsis olunmasında iştirak edən, təşəbbüs göstərən insanlar mənə də müraciət etdilər. Bu təşəbbüsü göstərən insanlar arasında Azərbaycan cəmiyyətinin kifayət qədər tanınmış, nüfuzlu alimləri, ziyalılar var idi. Mən heç düşünmədən bu müraciətə qoşuldum. Gəncədən, Şəmkirdən, Daşkəsəndən və digər ətraf rayonlardan insanlara müraciət edirdik, xalqı məlumatlandırırdıq. Hamı bir nəfər kimi bu təşəbbüsü dəstəkləyirdi. Çünki Azərbaycan xalqı Heydər Əliyevi yaxşı tanıyırdı, Onun səriştəsinə, bacarığına bələd idi. Biz hamımız Heydər Əliyevin hakimiyyətə gəlməsini Azərbaycan xalqının nicatı kimi qəbul edirdik. Xalqımız dərk edirdi ki, Azərbaycan xalqını bu bəlalardan xilas etməyə qadir olan yeganə şəxs, məhz Ulu öndər Heydər Əliyevdir. Və doğrudan da belə oldu. Ona görə də, bu gün biz Yeni Azərbaycan Partiyasının dövrün təxirəsalınmaz tələbindən irəli gələrək Azərbaycanı düşdüyü ağır vəziyyətdən çıxarmaq və inkişaf etdirmək məqsədilə yaradıldığını deyirik.
Heydər Əliyevin adı ilə bağlı olan hər bir şey mənim üçün əzizdir
- Yeni Azərbaycan Partiyası yaranmasından çox qısa vaxt sonra xalqın böyük dəstəyini qazandı və hakimiyyətə gələrək iqtidar partiyasına çevrildi. Partiyanın bu uğurunu şərtləndirən amillər nədən ibarət idi?
- 1992-ci il noyabr ayının 21-də Naxçıvanda keçirilən təsis konfransı ilə Yeni Azərbaycan Partiyası yaradıldı. Qısa vaxt ərzində partiyanın yerli təşkilatları da fəaliyyətə başladı və xalqımız, cəmiyyətimizin qabaqcıl qüvvələri bu partiyanın ətrafında səfərbər oldular. Partiyanın üzvləri qısa vaxt ərzində artdı. Mən o vaxt partiyaya üzv olmadım. Çünki bilirsiniz ki, qanuna əsasən inzibati orqanlarda çalışan insanlar heç bir partiyanın üzvü ola bilməzdilər. Yoxsa, mən elə həmin vaxtdan partiyanın üzvü olardım. Çünki Heydər Əliyevin adı ilə bağlı olan hər bir şey mənim üçün əzizdir. Mən sadə bir kəndçi oğluyam və Cənubi Qafqazda demək olar ki, yeganə ordu generalı rütbəsini məhz Heydər Əliyevin sayəsində, Onun təqdimatı əsasında mənə Milli Məclis verib. Mən Onun yaxşılıqlarını, mənə münasibətini, Onun məni Azərbaycan tarixinə salmağını heç vaxt unutmaram. Bir neçə gün əvvəl mənə saytların birindən müraciət etmişdilər ki, “91-lər”in üzvü kimi sizi Yeni Azərbaycan Partiyasına dəvət etsələr, gedərsinizmi?”. Mən onlara da bu cavabı vermişdim ki, məmnuniyyətlə mən bu partiyaya üzv olaram. Çünki bu partiyanın yaradıcısı və qurucusu Ulu öndər Heydər Əliyevdir. Mən 20 ildir ki, işləmirəm, işsizəm. Amma bu 20 ildə bir dəfə də olsun, Ümummilli lider Heydər Əliyevin qurduğu, yaratdığı dövlətə, Onun siyasi kursuna qarşı bir cümlə belə söz deməmişəm. Bəzi jurnalistlər sual veriblər ki, rüşvətxorluq, korrupsiya ilə mübarizədə dövlətin gördüyü tədbirləri necə qiymətləndirirsiniz? Mən də cavab vermişəm ki, korrupsiya və rüşvətxorluq dünyanın hər bir ölkəsində var. Azərbaycanda da bununla bağlı ciddi mübarizə aparılır. Cənab Prezident də dəfələrlə vurğulayıb ki, hər bir vətəndaş bu sosial bəlaya qarşı mübarizədə yer almalıdır, hamı bu problemə qarşı münasibətini ortaya qoymalıdır. Mən vətəndaşlara müraciət edib onları bu mübarizəyə qoşulmağa çağırmışam.
YAP-ın qısa zamanda təşkilatlanmasını zəruri edən digər səbəblər isə xalqın bu partiyaya, onun lideri Ulu öndər Heydər Əliyevə böyük etimadının və rəğbətinin olması idi. Bayaq qeyd etdiyim kimi, hamı Heydər Əliyevin bu dövləti xilas edəcəyinə inanırdı. Və bu inam YAP-ın daha da güclənməsini təmin etdi. Başqa bir səbəb isə, YAP-ın o dövrün siyasi konyukturasında yeniliklərlə, yeni ideyalarla çıxış etməsi idi. YAP dövlətimizin inkişafı üçün kifayət qədər mütərəqqi, zamanın tələblərinə cavab verən, gerçəklikləri doğru təhlil edərək irəli sürülmüş təkliflərlə çıxış edirdi ki, bu da xalqımız tərəfindən dəstəklənirdi.
Bakını gəzəndə insanın qəlbi fərəh hissi ilə döyünür
- Əli müəllim, dövrün mürəkkəb reallıqları və siyasi, iqtisadi şərait fonunda Yeni Azərbaycan Partiyasının yaranması xalqımıza və dövlətimizə nə verdi?
- Yeni Azərbaycan
Partiyasının yaranmasından sonra
dövlətimizin və xalqımızın qazandıqları
göz qabağındadır. Adicə
Bakıda gəzməklə nə
qazandığımızı görmək mümkündür.
Bu gün Bakı
Avropanın ən gözəl, inkişaf etmiş şəhərlərindən birinə
çevrilib. Bakı dünyanın mühüm tədbirlərinə ev sahibliyi edir,
görüşlər keçirilir.
Bakını gəzəndə insanın qəlbi fərəh
hissi ilə döyünür.
Bakı Azərbaycan xalqının adına layiq
şəhərə çevrilib.
Bakının inkişafı, həm də ölkəmizin son illərdə necə inkişaf
etdiyini göstərir. Eləcə də,
regionlarımız sürətlə inkişaf
edir. Kəndlərimiz, qəsəbələrimiz,
rayonlarımız son illərdə
müasirləşib, yüksək sürətlə inkişaf edib. Hər yanda quruculuq,
yaradıcılıq hökm sürür. Mən bir misal çəkim. Vaxtilə ancaq
varlıların, dövlət işçilərinin avtomobilləri
var idi. İndi şəhərdə avtomobilin
əlindən tərpənmək olmur.
Əgər insanların dolanışığı
yaxşı deyilsə, onda bu qədər avtomobil
hardandır? Restoranlara girirsən, hər yan doludur. Bazara gedirsən,
yenə eyni mənzərə. Deməli, xalqımızın
da güzəranı yaxşıdır, insanlar
normal işlə təmin
olunublar, yoxsulluq aradan qaldırılır.
Bax budur Yeni Azərbaycan
Partiyasının Azərbaycan
dövlətinə və
xalqına qazandırdıqları.
Budur ötən 22 ilin inkarolunmaz reallığı
və nəticəsi.
YAP hər gün böyüyərək, inkişaf
edərək bu gün regionun ən güclü siyasi təşkilatına
çevrilib
- Məlum olduğu kimi, 2005-ci ildə keçirilən Yeni Azərbaycan Partiyasının
üçüncü Qurultayında
Prezident İlham Əliyev yekdilliklə partiyanın Sədri seçildi. Bir çox siyasi
ekspertlər YAP-ın
inkişaf yolunu təhlil edərkən Qurultayın bu qərarını partiyanın
fəaliyyətində yeni
bir mərhələnin
başlanğıcı kimi
qiymətləndirirlər. Sizcə, ötən 9 ildə partiyamızın əldə
etdiyi nailiyyətləri
necə təhlil etmək olar?
- Xatırlayırsınızsa, hələ
2003-cü ildə cənab
İlham Əliyevin prezidentliyə namizədliyi
irəli sürüləndə
diskussiyalar təşkil
olunmuşdu. O vaxt məndən də müsahibə götürmüşdülər.
Mən demişdim ki, necə ola
bilər ki, çayxanada oturub “çayxana siyasətçiliyi”
edənlər dövlət
başçısı olmaq
iddiasında ola bilər, amma bir çox xarici dilləri öz ana dili
kimi bilən, beynəlxalq münasibətlər
üzrə elmi fəaliyyətlə məşğul
olmuş, ən əsası Heydər Əliyev kimi bir dahinin ailəsində
böyümüş, Onun
tərbiyəsi altında
yetişmiş bir siyasətçidən prezident
ola bilməz? Cənab Prezident ötən illərdə Öz geniş, çoxşaxəli,
dövlətimizin inkişafına
xidmət edən fəaliyyəti ilə bir daha təsdiqlədi
ki, O, bu ölkənin lideri olmağa bütün opponentlərindən daha çox layiqdir və bu işi
hamıdan yaxşı
bacarır. Amma çox
təəssüf ki, həmin dövrdə bəzi qüvvələr
mənim bu fikirlərimin ictimailəşməsinə,
mətbuata çıxmasına
mane oldular. Bu gün yenə də təkrar edirəm. Cənab İlham Əliyev
bu gün dünyada ən nəhəng siyasətçilərdən
biridir. Prezident İlham Əliyev
xalqımızın daha
yaxşı yaşaması,
ölkəmizin inkişafı,
Azərbaycanın dünyada
tanınması naminə
böyük işlər
görməkdədir.
Qaldı ki, 2005-ci ildən sonra Yeni Azərbaycan
Partiyasının keçdiyi
inkişaf yoluna, hesab edirəm ki, bu mərhələ
YAP üçün kifayət
qədər zəngin
və uğurlu olub. Partiyanın sıraları xeyli
genişlənib, gənclərin
bu partiyaya marağı daha da artıb. YAP hər gün böyüyərək, inkişaf
edərək bu gün regionun ən güclü siyasi təşkilatına
çevrilib. Bu da təsadüfi deyil. Çünki Yeni Azərbaycan
Partiyası Azərbaycan
cəmiyyətinin avanqard
siyasi qüvvəsi olaraq, cəmiyyətimizin tanınmış, savadlı,
intellektual ziyalı potensialını da öz ətrafında birləşdirib. Azərbaycanın inkişafında, Azərbaycanın
çiçəklənməsində Yeni Azərbaycan Partiyasının üzvlərinin
hər birinin böyük zəhməti,
əməyi olmuşdur.
Bu gün bu
partiyaya xalqını,
dövlətini sevən,
vətənpərvər, səriştəli,
savadlı insanlar rəhbərlik edirlər.
Ona görə də, YAP ötən 22 ildə böyük uğurlar qazanıb. İnanıram ki, bundan sonra da partiyamızın
uğurları daha da artacaq və
YAP dövlətimizin, xalqımızın
daha parlaq gələcəyi naminə
uğurlu fəaliyyətini
davam etdirəcək.
- Əli müəllim, sizi bir daha
Yeni Azərbaycan Partiyasına üzv olmağınız münasibətilə
təbrik edir, gələcək fəaliyyətinizdə
uğurlar arzulayırıq...
- Çox sağ
olun. Mən bir daha qeyd etmək istəyirəm ki, Ulu öndər Heydər Əliyevin yaratdığı partiyaya
üzv olmaq mənim üçün böyük şərəfdir.
Mənim
həmişə bir siyasi yolum olub.
Ömrümün axırına qədər
Heydər Əliyevçiyəm,
Heydər Əliyevçi
olacağam, Ulu öndər Heydər Əliyevin siyasətini davam etdirən Prezident İlham Əliyevi dəstəkləyəcəyəm.
Mənim sizdən və hər kəsdən bir istəyim var. Qoy hamı hər
bir məsələyə
vicdanlı münasibət
göstərsin. Əli Ömərov əgər
pisdirsə, pis münasibət göstərsinlər,
yaxşıdır, yaxşı
münasibət göstərsinlər.
Hər şey həqiqətdən asılıdır,
əgər bir yerdə həqiqət varsa, orada tərəqqi
də var, inkişaf da var. Hər bir uşağın,
hər bir balanın, hər bir övladın ailəsi var. Hərə öz ailəsini xoşbəxt görmək
istəyir. Günahsız kiməsə münasibət
pis olanda, günahsız kimsə cəzalandırılanda, təbii
ki, heç kimə xoş gəlmir. Mən hələ prokuror işlədiyim dövrlərdə
öz tabeçiliyimdə
olan işçilərimə
deyirdim: bala, bir nəfəri çağırmısınız. Əgər siz ona qarşı
haqsızlıq edəndə,
onun özünə, ailəsinə necə təsir edəcəksə,
özünüzü qoyun
onun yerinə. Sizə o münasibət göstərilsə,
sizin qohum-əqrəbalarınıza
göstərilsə necə
hərəkət edərsiniz,
ondan sonra hərəkət edin.
Mən bunu deyirəm ki, heç vaxt heç kimə qarşı pis olmamışam, olmayacağam.
Aqşin ŞAHİNOĞLU
Yeni Azərbaycan.-2014.- 21 noyabr S. 8.