Azərbaycan qlobal əməkdaşlığın dərinləşməsinə layiqli töhfələr verir

 

Prezident İlham Əliyev: Avropa Olimpiya ailəsinin hissəsi olmaq, həmçinin, bizə Avropa təsisatlarına fəal şəkildə inteqrasiya imkanını yaratdı

 

Bu günlərdə Bakının növbəti nüfuzlu beynəlxalq tədbirə-Avropa Olimpiya Komitəsinin 43-cü Baş Assambleyasına ev sahibliyi etməsi cəmi 23 illik müstəqillik tarixinə malik olan Azərbaycanın beynəlxalq birliyin layiqli üzvünə çevrilməsinin, regional qlobal miqyasda nüfuzunun artmasının, həmçinin, dünyanın idman ölkələrindən birinə çevrilməsinin daha bir ifadəsidir. Avropa ölkələrinin Milli Olimpiya komitələrinin nümayəndə heyətlərinin, beynəlxalq idman qurumlarının rəhbərlərinin qatıldıqları və Avropada Olimpiya hərəkatı, müasir dövrdə idmanın inkişafı ilə bağlı aktual məsələlərin müzakirəyə çıxarıldığı assambleyada çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev müstəqil respublikamızın iqtisadi, siyasi, eləcə də idman sahəsində prioritetlərini bir daha nəzərə çatdırıb.

Azərbaycanın siyasi sistemi Avropanın siyasi sisteminin modelidir

Müstəqilliyinin ilk illərində gənc Azərbaycan dövlətinin qarşısında duran əsas prioritetlər sırasında ölkənin dövlətçiliyinin, suverenliyinin möhkəmləndirilməsi, siyasi təsisatlar qurulması, regional qlobal miqyaslı təşkilatlarla əlaqələr yaradılması mühüm yer tuturdu. Bu gün əminliklə demək mümkündür ki, müstəqilliyinin ilk illərində bir sıra ciddi çətinliklərlə üzləşən Azərbaycan qısa müddətdə siyasi sahədə qarşıya qoyduğu əsas hədəflərə çatmağa nail olub. Təsadüfi deyil ki, Azərbaycan Prezidenti İlham Əliyev Avropa Olimpiya Komitəsinin 43-cü Baş Assambleyasında çıxışında vurğulayıb: “Siyasi sistemimiz Avropanın siyasi sisteminin modelidir”.

Qeyd edək ki, Azərbaycanın dünya birliyinə, eləcə Avropa qurumlarına inteqrasiya etməsində Avropa Olimpiya Komitəsinin müsbət rolu olub. Bu quruma üzv qəbul olunmaq qərarı ölkəmizin prioritetlərini bütün dünyaya nümayiş etdirib. Yuxarıda haqqında bəhs olunan çıxışında Prezident İlham Əliyev bu cəhətə diqqət çəkərək bildirib: “Avropa Olimpiya ailəsinin hissəsi olmaq, həmçinin, bizə Avropa təsisatlarına fəal şəkildə inteqrasiya imkanını yaratdı”.

Hazırda gənc Azərbaycan dövləti dünyanın əksər ölkələri ilə xoş niyyətə əsaslanan əlaqələr qurmağa müvəffəq olub. Respublikamızın Avropa Şurasının Nazirlər Komitəsindəki uğurla keçən sədrliyi bir həftə öncə başa çatıb. Ölkəmiz 2001-ci ildən Avropa Şurasında təmsil olunur. Sözügedən quruma üzvlük ölkəmizi Avropa ilə yaxınlaşdırıb mütərəqqi Avropa dəyərlərinin ölkəmizdə təşviq olunmasına imkan yaradıb. Prezident İlham Əliyev Avropa Olimpiya Komitəsinin 43-cü Baş Assambleyasındakı çıxışında Avropanın əsas dəyərlərindən olan demokratik təsisatların qurulmasının ölkəmiz üçün uğur şərti olduğunu nəzərə çatdırıb: “Siyasi islahatlar Azərbaycan üçün əsas prioritetlərdən biridir. Güclü demokratik təsisatların qurulması bizim üçün uğur şərtidir, çünki bizim bu gün güclü iqtisadiyyatımız var. Lakin möhkəm siyasi sistem olmadan inkişafımız görmək istədiyimiz qədər sürətli ola bilməzdi”.

Azərbaycan Avropa ailəsinə üzvlüyə qəbul olarkən üzərinə götürdüyü bütün öhdəliklərə sadiq qalaraq ölkədə siyasi sistemin demokratik əsaslarla qurulması, insan vətəndaş hüquq azadlıqlarının təmin olunması sahəsində böyük uğurlara imza atıb. Bütün azadlıqların təmin olunması Azərbaycan cəmiyyətinin əsas üstün cəhətidir.

Azərbaycan cəmiyyətini fərqləndirən ən üstün keyfiyyətlərdən biri odur ki, ölkədə tolerantlıq, müxtəlif dinlərə mədəniyyətlərə dözümlü yanaşma bir növ həyat normasına çevrilib. Burada müxtəlif etiqadlara mədəniyyətlərə məxsus xalqlar çiyin-çiyinə yaşayaraq ümumi inkişafa töhfə verirlər.

Azərbaycanın demokratik cəmiyyət quruculuğu istiqamətində uğurlu addımlar atması, tərəfdaşlarla münasibətlərdə daim xoş məram nümayiş etdirməsi ölkəmizin beynəlxalq birliyin layiqli üzvünə çevrilməsi ilə nəticələnib. Qısa müstəqillik tarixində 155 ölkənin dəstəyini qazanaraq BMT Təhlükəsizlik Şurasının 2012-2013-cü illərdə qeyri-daimi üzvü seçilməsi bunun parlaq təzahürüdür. Ölkəmiz BMT TŞ- qeyri-daimi üzvlüyü dövründə iki dəfə quruma uğurla sədrlik edib. Prezident İlham Əliyevin vurğuladığı kimi, ölkəmizin BMT TŞ- qeyri-daimi üzv seçilməsi beynəlxalq ictimaiyyətin Azərbaycanın həyata keçirdiyi siyasətə verdiyi hərtərəfli dəstəyin ifadəsidir. “BMT-nin Təhlükəsizlik Şurasının üzvü olmaq Azərbaycanın beynəlxalq səhnədə ən böyük diplomatik siyasi qələbəsi idi. Əslində, bu, göstərir ki, ölkə daxilində atdığımız addımlar, qonşularımıza tərəfdaşlarımıza aid siyasətimiz dünyada yüksək qiymətləndirilir”.

Avropanın enerji təhlükəsizliyinə sanballı töhfələr verən Azərbaycan sivilizasiyaların dialoqunda da mühüm rol oynayır

Məlumdur ki, hazırda Azərbaycan iqtisadi cəhətdən dünyanın ən sürətlə inkişaf edən ölkələrindən biridir. Son 10 ildə ölkə üzrə ümumi daxili məhsul istehsalı 3, büdcə xərcləri 20 dəfədən çox artıb. Məqsədyönlü siyasət sayəsində respublikamızda işsizliyin yoxsulluğun səviyyəsi 5 faiz həddinədək azalıb.

Dinamik inkişaf edən zəngin karbohidrogen ehtiyatlara malik olan Azərbaycan, eyni zamanda, Avropanın enerji təhlükəsizliyinə sanballı töhfələr verir. Respublikamız iqtisadi təşəbbüslərin irəli sürülməsində reallaşdırılmasında, enerji daşımalar sahəsində birgə əməkdaşlıqda böyük uğurlar qazanıb. Hazırda Avropanın bir sıra ölkələri özlərinin neftə olan tələbatlarının nəzərəçarpacaq hissəsini məhz Azərbaycanın ixracı hesabına ödəyir. Cari il sentyabrın 20-də Bakıda təməli qoyulanCənubqaz dəhlizi layihəsi Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolunu daha da artıracaq. Təxminən 45 milyard dollar həcmində sərmayə qoyuluşu tələb edən yeni dəhliz vasitəsilə Xəzərin qaz ehtiyatları Avropa İttifaqının mərkəzi ölkələrinə çatdırılacaq.

Şübhə yoxdur ki, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə sanballı töhfələr verməsi ölkəmizin Avropa təsisatları ilə gələcək münasibətlərində mühüm rol oynayacaq. Prezident İlham Əliyev sözügedən çıxışında diqqəti Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolunun artmasının əhəmiyyətinə yönəldərək vurğulayıb: “Avropa İttifaqı ilə əlaqələrimizi ortaq dəyərlərə, qarşılıqlı hörmətə marağa əsaslanan, proqnozlaşdırılan, çox güclü əlaqələr hesab edirik. Buna görə, fikrimizcə, bu münasibətlər sivilizasiyaların dialoqunda mühüm rol oynaya bilər”.

Azərbaycanın əlverişli coğrafi mövqedə yerləşməsi çoxkonfesiyalı cəmiyyətə malik olması ölkəmizin sivilizasiyalararası dialoqda rolunun artmasını şərtləndirir. Hazırda əksər Avropa təsisatlarının üzvü olan Azərbaycan, eyni zamanda, İslam Əməkdaşlıq Təşkilatının da üzvüdür. Dünyanın iki yüzdən artıq ölkəsini əhatə edən Avropa Asiya təşkilatlarının üzvü olmaq Azərbaycanın sivilizasiyalararası əlaqələrin gücləndirilməsində əhəmiyyətini daha da artırır. Prezident İlham Əliyevin vurğuladığı kimi: “Əməkdaşlığımızın daha geniş əhatə dairəsi var. Hesab edirəm ki, bu əlaqələr, artıq qeyd etdiyim kimi, regionumuzda, Avropa Asiyada sabitliyin, proqnozlaşdırmanın əməkdaşlığın gücləndirilməsində çox mühüm rol oynaya bilər”.

Azərbaycan Avropa Olimpiya hərəkatına da sanballı töhfələr verir

Azərbaycan sülh, dostluq əməkdaşlıq dəyərlərini özündə ehtiva edən Olimpiya hərəkatının təşviqinə böyük dəyər verir. Artıq Azərbaycan özünü dünyada həm idman ölkəsi kimi tanıdır. Respublikamızda müasir idman infrastrukturu yaradılmasına böyük həcmdə sərmayələr yönəldilir. Son 10-15 il ərzində ölkənin müxtəlif bölgələrində 50-dən artıq müasir Olimpiya Mərkəzi tikilib.

Azərbaycanda idmanın inkişafına göstərilən yüksək dövlət qayğısı idmançılarımızın müxtəlif yarışlarda böyük uğurlar qazanmalarını şərtləndirir. Azərbaycan idmançıları beynəlxalq yarışlarda uğurla çıxış edərək bayrağımızı yüksəklərə qaldırır, medallar qazanırlar. Londonda keçirilmiş son Olimpiya Oyunlarında Azərbaycan idmançıları Vətənə 10 medalla dönüblər. London Olimpiadasının nəticələrinə əsasən, ölkəmiz bütün iştirakçılar sırasında 30-cu, Avropa ölkələri arasında isə 15-ci yeri tutub. Cari il Nankində keçirilən Yeniyetmələrin Olimpiya Oyunlarında isə gənc idmançılarımız təxminən 200 ölkənin təmsilçiləri arasında 10-cu yeri tutublar.

Bütün bu uğurlar Azərbaycanda idmanın inkişafına göstərilən qayğının sayəsində əldə olunur. Paralel surətdə Azərbaycan beynəlxalq Olimpiya hərəkatına da öz töhfəsini verir. Son illərdə ölkəmiz bir sıra beynəlxalq yarışlara uğurla ev sahibliyi edib. Gələn ilin yayında isə Azərbaycan ilk Avropa Oyunlarının iştirakçılarını qarşılayacaq.

Avropa Olimpiya Komitəsinin Baş Assambleyasının ilk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi ilə bağlı qərar çıxartması ölkəmizə göstərilən böyük etimadın ifadəsidir. Azərbaycan bu etimadı yüksək səviyyədə doğrultmaq əzmindədir. Prezident İlham Əliyevin vurğuladığı kimi: “Hesab edirəm ki, biz bu Oyunların keçirilməsində standartları müəyyən edəcəyik”.

 

Mübariz ABDULLAYEV

Yeni  Azərbaycan.-2014.- 25 noyabr S. 2.