Azərbaycan dünya üçün dinimilli tolerantlıq nümunəsidir

 

Ölkəmiz mədəniyyətlər və sivilizasiyalararası dialoqun inkişafına özünəməxsus töhfələr bəxş edir

 

XX əsrdə ikinci dəfə dövlət müstəqilliyini əldə edən Azərbaycan imperiya buxovlarından xilas olsa da, ilk zamanlar bir çox problemlərlə üzləşdi. Daha dəqiq desək, səriştəsiz qüvvələrin bir-birini əvəz edən hakimiyyətləri ölkəmizi yenidən öz müstəqilliyini itirmək təhlükəsi ilə baş-başa qoydu. Məhz belə bir ərəfədə 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə gələn Ulu öndər Heydər Əliyev bütün sahələrdə, o cümlədən, dinimilli sahədə problemlərin aradan qaldırılması üçün mühüm addımlar atdı. Belə ki, Azərbaycanı bir dövlət kimi məhv olmaq təhlükəsindən xilas etmək missiyası kimi böyük bir yükü çiyinlərinə götürən Ümummilli liderimiz Heydər Əliyev, eyni zamanda, yaranan gərginliklərin, baş verən mürəkkəb və ziddiyyətli proseslərin fonunda xalqın dini-mənəvi, milli dəyərlərinin yenidən bərpası istiqamətində böyükçox önəmli işlər gördü. Məhz 1993-cü ilin iyununda sonra müasirliklə mənəvi dəyərlərin vəhdəti dövlətin təməl bazasında birləşdirildi və çoxmillətli ölkə olan Azərbaycanda bütün xalqların bərabərhüquqlu olması Konstitusiyada öz əksini tapdı. Bu mövqe xalqımızın əsrlərlə formalaşdırdığı tolerantlıq ruhu və tələbləri ilə səsləşən prinsipləri özündə əks etdirirdi, həmçinin, ölkədə vətəndaş cəmiyyətinin formalaşdırılması, vətəndaş birliyinə nail olmaq üçün bu, olduqca böyük önəmə malik idi. Yəni, Ümummilli liderimiz Heydər Əliyev xalqın sahib olduğu bu irsin qorunub saxlanmasına və gələcək nəsillərə ötürülməsinə zəmin yaratdı, vasitəçi oldu.

Dini-milli tolerantlığın hüquqi təməli Azərbaycan Konstitusiyasıdır...

Məlum olduğu kimi, Azərbaycan hər zaman fərqli dinlərin, fərqli millətlərin qardaşlıq zəminində yaşadığı ərazi olub. Bundan başqa, Azərbaycan tarixin hər bir dönəmində dünyaya tolerantlıq nümunəsi nümayiş etdirib. Eyni zamanda, müxtəlif dini, siyasi, etnik qarşıdurmalarla müşayiət olunan XX əsrin sonunda Azərbaycanda, məhz bu cür gözəl bir ab-havanın hökm sürməsi, bütün dinlərin daşıyıcılarının sərbəst şəkildə öz inanclarına etiqad etməsinə, bütün millətlərin nümayəndələrinin ölkənin bərabərhüquqlu vətəndaşı qismində hüquq əldə etməsinə şəraitin yaradılması birbaşa Ulu öndər Heydər Əliyevin fəaliyyəti ilə bağlı idi. Yəni, Ulu öndərin rəhbərliyi ilə hazırlanan Azərbaycan Konstitusiyasında dinindən, dilindən asılı olmayaraq bütün vətəndaşların qanun qarşısında bərabər hüquqla təsbit olunması ölkəmizdəki tolerantlığın bariz sübutu idi.

Bir sözlə, müasir Azərbaycanda dövlət-din münasibətləri modeli çərçivəsində bütün dini konfessiyalar, o cümlədən, bütün millətlərin nümayəndələri qanun qarşısında bərabərdir və eyni statusa malikdirlər. Ölkə vətəndaşlarının əksəriyyətini təşkil edən müsəlmanların hüquqlarının təmin olunması ilə yanaşı, dövlət respublikada yayılan digər dinlərə də qayğı göstərir. Məsələn, 1920-ci ildə bağlanmış Jen Mironosets baş kilsəsinin binası Azərbaycan müstəqillik əldə etdikdən sonra Rus pravoslav kilsəsinə verildi. 2001-ci ildə Azərbaycanda səfərdə olan Moskvanın və bütün Rusiyanın keçmiş Patriarxı, mərhum II Aleksiy bu məbədi müqəddəs elan etdiona baş kafedral kilsə statusu verdi. 1999-2001-ci illərdə paytaxtda digər pravoslav məbədi - Müqəddəs Məryəmin Miladı baş kilsəsi bərpa olundu.

Respublikanın katolik icması da hər zaman dövlət qayğısını öz üzərində hiss edir. 2000-ci ildə dini ayinlərin yerinə yetirilməsi üçün icmaya xüsusi bina verildibu bina kiçik kilsəyə çevrildi. Hazırda respublikamızın paytaxtında layihəsi Vatikan ilə razılaşdırılan katolik kilsəsi inşa edilib ki, xarici görkəminə görə o, əvvəllər Bakıda olan katolik kilsəsinə bənzəyir.

Respublikada qədim ənənələrə malik olan yəhudi icmasının mədəni irsi də Azərbaycan dövlətinin qayğısı ilə əhatə olunur. Məhz Ulu öndər Heydər Əliyevin şəxsi səyi ilə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində ibrani bölməsi açılıb, Azərbaycan Milli Elmlər Akademiyasının Etnoqrafiya İnstitutu isə Rusiyanın yəhudi mədəniyyətinin qorunması və inkişafı fondu ilə birgə “Yəhudilər Azərbaycanda” kitabını hazırlayıb. Bundan başqa, 2001-ci ilin aprel ayında Azərbaycan Milli Elmlər Akademiyasında “Qafqazın dağ yəhudiləri” mövzusunda beynəlxalq seminar keçirilib, 2000-ci ildə dağ yəhudiləri dini icmasının rəhbəri Semyon İxiilov Ümummilli liderimiz Heydər Əliyev tərəfindən “Şöhrət” ordeni ilə təltif olunub.

Roma-katolik Kilsəsinin sabiq başçısı II İohann Pavelin 2002-ci ildə respublikaya etdiyi tarixi səfər isə xüsusi əhəmiyyət daşıyırdı. Bakıda olarkən Papa Azərbaycandakı tarixi dözümlülük ənənələrini xüsusi qeyd etdi. Tarixi faktdır ki, Roma hakimiyyəti tərəfindən vaxtilə təqib olunan xristianlar məhz burada sığınacaq tapıblar.

Müasir Azərbaycan dünyaya dini tolerantlıq, millətlərarası münasibətlərin inkişafı, multikulturalizm modelini təqdim edir

Kimsəyə sirr deyil ki, Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu siyasət bu günuğurla davam etdirilir. Daha dəqiq desək, məhz Prezident İlham Əliyevin bu siyasəti uğurla davam etdirməsinin nəticəsidir ki, hər bir vətəndaşa etiqad azadlığından yararlanmağa maksimum şəraitin yaradılması, eləcə də, müxtəlif millətlərin və dinlərin nümayəndələrinə istənilən şərait və şərtlərdə yüksək səviyyəli diqqət və qayğının göstərilməsi ölkəmizdəki mövcud humanitar dəyərlərin, eyni zamanda, münasibət və meyillərin inkişafına yüksək stimul verib. Bu isə Azərbaycanı yüksək səviyyəli dəyərlərin daşıyıcısı olan müxtəlif xalqların və dinlərin nümayəndələrinin yanaşı yaşadığı ideal və arzuedilən məmləkətə çevirib.

Əksər müşahidəçilərin də vurğuladıqları kimi, Azərbaycan təcrübəsi onu deməyə əsas verir ki, multikulturalizmin alternativi yoxdurbu, mədəniyyətlər, sivilizasiyalararası dialoqun inkişafına özünəməxsus töhfələr bəxş edir. Eyni zamanda, bununla xalqlar öz mədəniyyətləri və mənəvi dəyərlərini inteqrasiya etdirir, mövcud mədəni sərvətlər sintez olunmuş formada dünya xalqlarına yeni dəyərlər kimi təqdim olunur. Müasir dövrdə multikulturalizmin əksinə olaraq özünütəcrid mövqeyi seçən xalqlar və dövlətlər nəinki inteqrasiya prosesindən kənarda qalırlar, həmçinin, bəşəri dəyər və normalardan təcrid olunurlar. Prezident İlham Əliyev bu məsələyə toxunaraq qeyd edib: “Azərbaycanda bütün dinlərin nümayəndələri rahat, bir ailə kimi yaşayırlar. Azərbaycanda heç vaxt dini, yaxud da ki milli zəmində heç bir qarşıdurma, heç bir anlaşılmazlıq olmamışdır və əminəm ki, olmayacaqdır. Mən tam əminəm ki, öz dininə hörmət edən insan mütləq başqa dinlərə də hörmətlə yanaşmalıdır. Dinlərarası dialoq daha da gücləndirilməlidir. Bu məsələ ilə bağlı müxtəlif fikirlər, müxtəlif yanaşmalar vardır. Azərbaycanın fəaliyyəti və Azərbaycanın timsalında görülən işlər göstərir ki, multikulturalizm yaşayır. Onun ünvanlarının biri məhz Azərbaycandır və digər ünvanlar vardır. Multikulturalizmə alternativ yoxdur. Multikulturalizmə alternativ özünütəcriddir”.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması və ölkəmizin beynəlxalq tədbirlərə ev sahibliyi etməsi bu sahədə əldə etdiyimiz uğurların bariz sübutudur

Bir sözlə, sivilizasiyaların qovuşuğunda yerləşən Azərbaycanın zəngin mədəni-mənəvi irsə və tolerantlıq ənənələrinə malik olması beynəlxalq aləmdə etiraf edilən həqiqətlərdəndir. Mövcud milli-mədəni müxtəliflik və etnik-dini dözümlülük mühiti onu çoxmillətli, çoxkonfessiyalı diyar kimi dünya miqyasında mədəniyyətlərarası dialoqun bənzərsiz məkanı edib. Azərbaycan Respublikasında bu gün həmin mədəni, linqvistik, etnik rəngarəngliyin qorunmasına yönəldilən və uğurla həyata keçirilən dövlət siyasəti multikulturalizm sahəsində əsrlərdən bəri toplanmış böyük tarixi təcrübənin xüsusi qayğı ilə əhatə olunmasını, zənginləşdirilməsini, cəmiyyətdə bu istiqamətdə qazanılmış unikal nailiyyətlərin beynəlxalq aləmdə təbliğinin gücləndirilməsini zəruri edir.

Bu gün ölkəmizdə bərqərar olan tolerantlıq mühitinin daha da inkişaf etdirilməsi, multikulturalizmin həyat tərzinə çevrilməsi dövlətimizin də əsas qayələrindəndir. Bu baxımdan ölkəmizdə multikulturalizmdini məsələlər üzrə Dövlət müşavirliyinin, Prezident İlham Əliyevin Fərmanı ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması bir daha təsdiq edir ki, multikulturalizm artıq Azərbaycanda həyat tərzinə çevrilib. Qlobal dünya birmənalı şəkildə ölkəmizin bu sahədəki nailiyyətlərindən bəhrələnməyə, Azərbaycandakı modelin öyrənilməsinə çalışır. Elə bu səbəbdəndir ki, Azərbaycan son dövrlərdə dini tolerantlıq və multikulturalizmlə bağlı mühüm tədbirlərin ev sahibinə çevrilib. Bu ilin oktyabr ayında keçirilən IV Bakı Beynəlxalq Humanitar Forumu isə Azərbaycanın qlobal məsələlərin müzakirə məkanına çevrildiyini göstərən növbəti əlamətdar hadisə oldu. Ümumiyyətlə, Forumda altmışdan çox ölkədən minə yaxın qonağın, o cümlədən, nüfuzlu alimlərin, Nobel mükafatçılarının çoxsaylı yüksək rəsmi şəxslərin iştirak etməsi tədbirin əhəmiyyətindən və miqyasından xəbər verir. Bu həm də onu göstərir ki, Azərbaycan mədəniyyətlərarası dialoqun mərkəzi, həmçinin, humanitar məsələlərin müzakirə olunduğu məkan kimi öz rolunu və əhəmiyyətini təsdiqləməkdədir. Bu mötəbər tədbirdə müzakirə olunan məsələlər, ifadə edilən nəticə və qənaətlər göstərdi ki, Humanitar Forum XXI əsrdə bəşəriyyətin qarşısında duran qlobal çağırışlara cavab axtarmaq, humanitar əməkdaşlıqla bağlı ən mühüm məsələlərə dair geniş spektrli dialoqlar, fikir mübadilələri və müzakirələr aparmaq üçün beynəlxalq miqyasda nüfuzlu elmi-siyasi platformadır. Eyni zamanda, bu Forum aktual humanitar əməkdaşlıq məsələlərinin müzakirə edildiyi nüfuzlu bir məkandır. Bundan başqa, ölkəmizdə hər il 16 Noyabr - Beynəlxalq Tolerantlıq Günü qeyd edilir. Çünki tolerantlıq Azərbaycanın həyat tərzi, əsas strateji nailiyyətlərindən biridir...

 

Zahid İLHAMOĞLU,

“Azərbaycan Respublikasının Prezidenti yanında

Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi

Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün

Yeni  Azərbaycan.-2014.- 26 noyabr.- S. 6.