Regionların intensiv inkişafı Azərbaycanın iqtisadi potensialını daha da artırır

 

Hazırda bütün dünyada maraqla izlənilən inkişafın Azərbaycan modelinin ən səciyyəvi cəhətlərindən biri, heç şübhəsiz ki, ölkənin regionlarının tarazlı inkişafının təmin edilməsi ilə bağlıdır. Məlum olduğu kimi, 2004-cü ildən başlayaraq respublikamızda regionların sosial-iqtisadi inkişafına dair iki Dövlət Proqramı uğurla yerinə yetirilib. Prezident İlham Əliyevin müvafiq fərmanları ilə təsdiqlənən bu proqramların uğurla yerinə yetirilməsi, həmçinin, əvvəlki illərdə yaradılan möhkəm baza və qazanılan təcrübə 2014-2018-ci illəri əhatə edən sayca üçüncü Dövlət Proqramının qəbul edilməsi üçün möhkəm əsas olub. Hazırda ölkəmizdə yeni Dövlət Proqramı da böyük müvəffəqiyyətlə yerinə yetirilir.

Məqsədyönlü siyasət nəticəsində Azərbaycanın bütün bölgələri iqtisadi güc amilinə çevrilib

Haqqında bəhs olunan Dövlət proqramlarının uğurla reallaşdırılması sayəsində Azərbaycanın mənzərəsi tamam dəyişib, iqtisadi potensialın yalnız paytaxtdayaxud bir neçə regionda cəmləşdirilməsinin qarşısı alınaraq bütün ölkəboyu inkişafa nail olunub. Regionların sosial-iqtisadi inkişafı ilə bağlı Dövlət proqramlarını səciyyələndirən əsas cəhət onların, Prezident İlham Əliyevin vurğuladığı kimi, konkret xarakter daşıması ilə bağlıdır. Proqramlar hazırlanarkən regionlarda tarixən formalaşan ənənələr, əmək ehtiyatları, yerlərdən gələn təkliflər nəzərə alınıb, maliyyə resursları təşkil edilib.

Qeyd edək ki, Azərbaycanın regionlarının sosial-iqtisadi inkişafı ilə bağlı Dövlət proqramlarının qəbul edilməsi təşəbbüsünü Prezident İlham Əliyev hələ 2003-cü ildə seçicilərlə görüşlərində irəli sürüb. Praqmatik siyasətçi olan cənab İlham Əliyev xalqın inamını qazanaraq Prezident seçildikdən sonra öz vədinə sadiq qaldı. Beləliklə, 2004-cü ildən bəri ölkəmizdə Onun rəhbərliyi altında uğurla reallaşdırılan regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları sayəsində Azərbaycanın bütün bölgələri iqtisadi güc amilinə çevrilib.

Belə ki, regionların sosial-iqtisadi inkişafına dair ilk Dövlət Proqramının icrasına start veriləndən indiyədək Azərbaycanın bölgələrində 56 minə yaxın müəssisə fəaliyyətə başlayıb. Bu müddət ərzində regionlarda ümumi məhsul buraxılışı 3,2, sənaye məhsulu 3,1, rabitə xidmətləri 6,1, əhalinin gəlirləri 6,3, orta aylıq əməkhaqqı 7,3, əhaliyə göstərilən pullu xidmətlər 6 dəfə artıb. Ən önəmli cəhətlərdən biri odur ki, Dövlət proqramlarının uğurla reallaşdırılması sayəsində bir çox göstəricilər üzrə artım tempi ölkə üzrə müvafiq göstəriciləri üstələyib. Təsadüfi deyil ki, regionlardan vergi ödənişləri 14,2 dəfə artıb. Artıq 5 şəhər və rayonda xərclər yerli gəlirlər hesabına maliyyələşdirilir.

Ümumilikdə, proqramların icrasına bütün mənbələr hesabına 50,7 milyard, o cümlədən, birinci proqramın icrasına 16 milyard, ikinci proqramın icrasına isə 34,7 milyard manat vəsait yönəldilib. Prezident İlham Əliyev Dövlət proqramlarının icrasını daim şəxsi nəzarətdə saxlayır. Dövlət başçısı son10 il ərzində bölgələrə səfərləri çərçivəsində 1300-dək müxtəlif təyinatlı infrastruktur obyektlərinin və yeni müəssisələrin açılış və təməlqoyma mərasimlərində şəxsən iştirak edib, dəyərli tövsiyələrini verib. Eyni zamanda, yerlərdə ictimaiyyətlə keçirilən görüşlərdə qaldırılan məsələlərin həlli məqsədilə əlavə olaraq 737,4 milyon manat vəsaitin ayrılması barədə müvafiq sərəncamların imzalaması Prezident İlham Əliyevin regionların inkişafına göstərdiyi böyük qayğının ifadəsidir.

Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları çərçivəsində bölgələrdə geniş infrastruktur layihələri reallaşdırılır

Heç şübhəsiz, ölkəmizdə regionların sosial-iqtisadi inkişafı strategiyasında infrastruktur layihələrinin icrası mühüm yer tutub. Azərbaycanda davamlı olaraq infrastruktur layihələrinin yerinə yetirilməsindən söhbət açarkən respublikanın enerji təhlükəsizliyinin təmin edilməsi istiqamətində görülən işləri xüsusi vurğulamaq lazımdır. Belə ki, son 10 ildə Azərbaycanda ümumi generasiya gücü 2300 meqavata çatan 17 elektrik stansiyası istifadəyə verilib,10 min kilometrdən çox elektrik xətti və 1500-dən çox yarımstansiya inşa edilibyaxud yenidən qurulub. Beləliklə, yeni istifadəyə verilən elektrik güclərinin sayəsində ölkəmizin enerji təhlükəsizliyi tam təmin edilib, hətta təxminən 600-700 meqavat həcmində ixrac potensialı yaranıb.

Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının icrası çərçivəsində bölgələrin qaz təminatının yaxşılaşdırılması istiqamətində də böyük həcmi yerinə yetirilib. Hazırda respublikanın bütün şəhərləri, kəndlərin əksəriyyəti “mavi yanacaqla təmin olunur. Ümumiyyətlə, respublikada 90 faiz həcmində qazlaşdırma təmin edilib. Növbəti beş il ərzində ölkə üzrə qazlaşdırmanın səviyyəsini 95-96 faizə çatdırmaq nəzərdə tutulub.

Regionların sosial-iqtisadi inkişaf strategiyasına uyğun olaraq son 10 ildə ölkəmizdə yol infrastrukturu da intensiv surətdə yenilənir. Haqqında bəhs olunan Dövlət proqramlarında dəmir yolu, hava, su nəqliyyatı və avtomobil yolları ilə bağlı 64 tədbir nəzərdə tutulub. Artıq nəzərdə tutulan layihələrin bir çoxu yüksək səviyyədə tamamlanıb. Belə ki, ölkədə 3017 kilometr, o cümlədən, 1103 kilometr respublika əhəmiyyətli və 1914 kilometr yerli əhəmiyyətli yol çəkilib və yaxud əsaslı şəkildə yenidən qurulub. Dövlət proqramlarının icrası nəticəsində 164 yeni körpüyol ötürücüsü tikilib, 47 körpü isə əsaslı təmir olunub.

Bölgələrdə yeni su-kanalizasiya şəbəkələrinin qurulması da məmnunluq doğurur. Hazırda dövlət büdcəsi vəsaitləri və beynəlxalq maliyyə qurumlarından cəlb olunmuş kreditlər hesabına ümumilikdə 52 şəhəri və 730 kəndi əhatə edən layihələr üzrə işlər icra olunur. Artıq 8 şəhərdə su təchizatı və kanalizasiya sistemlərinin yaradılması yekunlaşıb, 12 şəhərə yeni mənbələrdən suyun verilməsi təmin edilib. Nəticədə, 330 min nəfərin su təchizatı əsaslı şəkildə yaxşılaşıb ki, onların da 125 mini ilk dəfə mərkəzləşdirilmiş qaydada su alanlardır.

Ümumiyyətlə, regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının icrası çərçivəsində bölgələrdə reallaşdırılan sosial istiqamətli layihələrin miqyası kifayət qədər genişdir. Son 10 ildə xalqımızın Ümummilli lideri Heydər Əliyevin adını daşıyan Fondun yaxından iştirakı ilə ölkəmizdə 3 min məktəb, 500-dən çox tibb müəssisəsi tikilibyaxud yenidən qurulub. Respublikanın müxtəlif bölgələrində 50-yə yaxın Olimpiya İdman Kompleksi yaradılıb, gənclər mərkəzləri istifadəyə verilib.

Regionlarda aqrar-sənaye kompleksinin inkişafına güclü dövlət dəstəyi göstərilir

Respublikamızda aqrar sektorun inkişafına göstərilən dövlət dəstəyi çoxşaxəlidir. Bölgələrdə dövlət vəsaiti hesabına kənd təsərrüfatı üçün lazımi infrastruktur yaradılır, bu sahəyə investisiyalar yönəldilir. “AqrolizinqASC-nin fəaliyyəti dövlət tərəfindən dəstəklənir. Sahibkarlığa Kömək Milli Fondunun kredit portfelinin 65-70 faizi kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sahələrinə yönəldilir. Fermerlər torpaq vergisi istisna olmaqla, bütün növ vergi ödənişlərindən azaddırlar. Müasir meliorasiya, irriqasiya sistemləri dövlət investisiyaları hesabına qurulur. Mineral gübrələrin dəyərinin 50 faizdən çoxu dövlət büdcəsinin vəsaitləri hesabına kompensasiya olunur.

Ölkədə heyvandarlığın cins tərkibinin yaxşılaşdırılması istiqamətində də zəruri tədbirlər görülür. Qeyd edək ki, cari ilin birinci yarısında “Aqrolizinq” ASC tərəfindən 2000 başa yaxın iribuynuzlu cins damazlıq heyvanın və 700 başdan artıq keçinin respublikaya gətirilərək 50 faiz güzəştlə lizinqə verilməsi təmin olunub. Ümumiyyətlə, son illərdə ölkənin regionlarında iri heyvandarlıq təsərrüfatlarının yaradılması və xarici ölkələrdən müxtəlif ətlik-südlük heyvanların gətirilərək lizinq yolu ilə güzəştli şərtlərlə satılması heyvandarlığın cins tərkibinin yaxşılaşdırılmasında böyük rol oynayır. Şübhə yoxdur ki, dövlət başçısının cari ilin iyun ayında imzaladığı “Azərbaycan Respublikasında heyvandarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamı bu sahədə daha böyük canlanmaya səbəb olacaq.

Respublikamızda indiyədək dövlətin ayırdığı güzəştli kreditlər hesabına 13 quşçuluq fabriki, 2 heyvandarlıq kompleksi, 12 soyuducu və taxıl anbarı, 8 istixana kompleksi, 3 ət emalı, 2 konserv, 7 çörək zavodu tikilib istifadəyə verilib. Təkcə ötən il Şirvanda Şirvan-Muğan qrup su kəməri, Abşeron rayonundaMillasüd məhsulları və dondurma istehsalı zavodlarının tikintisi başa çatdırılıb. Ağcabədi rayonundaAqat-Aqro” heyvandarlıq kompleksi, Balakən və Gədəbəy rayonlarında soyuducu anbar kompleksləri, Qəbələdə üzüm emalı zavodu, Sabirabad rayonunda istixana kompleksi, Yardımlı rayonunda isə meyvə tədarükü və emalı ilə məşğul olan yeni limonad, su, kompot və mürəbbə sexi tikilib.

Ağdaşda istifadəyə verilən Gilan yem emalı müəssisəsinə iki fabrik daxildir. Birinci fabrikin istehsal gücü saatda 15 ton preslənmiş yem 20 ton açıq yemdir. İkinci fabrikdə isə saatda 45 ton preslənmiş yem, açıq halda da 55 ton məhsul istehsal etmək mümkündür. Qəbələ rayonunun Vəndam kəndində yaradılan ümumi dəyəri 25 milyon manat olan aqrar-sənaye kompleksi 26 hektar ərazidə yerləşir. Müəssisəyə südlük ətlik istiqamətli heyvandarlıq kompleksləri, müasir suvarma sisteminin tətbiqinə əsaslanan əkinçilik təsərrüfatı aqroservis daxildir.

Ən vacib məsələlərdən biri də bölgələrdə əhalinin məşğulluğunun təmin edilməsidir

Azərbaycanda həyata keçirilən sosial-iqtisadi siyasətin ən mühüm məqamlarından biri də əhalinin məşğulluğunun təmin edilməsi ilə bağlıdır. Yuxarıda vurğuladığımız kimi, uğurla reallaşdırılan Dövlət proqramları çərçivəsində respublikanın bölgələrində onlarca sənaye, turizm, xidmət obyektləri fəaliyyətə başlayıb, yeni təsərrüfatlar yaradılıb. Bütün bunlar yerlərdə əhalinin məşğulluğu probleminin həllinə mühüm töhfələr verib. Belə ki, Dövlət proqramlarının icrasına başlanandan indiyədək ölkə üzrə 1,3 milyon yeni yeri yaradılıb ki, onların da böyük əksəriyyəti daimidir və bölgələrin payına düşür. Prezident İlham Əliyev ölkədə əhalinin məşğulluğunun təmin edilməsi ilə bağlı qarşıya yeni hədəflər qoyub. Dövlət başçısı diqqəti ona yönəldib ki, uğurlu sosial-iqtisadi siyasət sayəsində Azərbaycanın əhalisi getdikcə artır. Prezident İlham Əliyev vurğulayıb ki, ölkədə əhalinin artım tendensiyası ilə əlaqədar yeni yerlərinin yaradılması daimi prosesə çevrilməlidir: Onu nəzərə almalıyıq ki, bizim uğurlu iqtisadisiyasi addımlar nəticəsində Azərbaycanda - bu da çox sevindirici bir haldır - əhali sürətlə artır. İldən-ilə artan əhali hökuməti də, əlbəttə ki, daha da fəal olmağa çağırmalıdır. Eyni zamanda, bu, onu deməyə əsas verir ki, yeni yerlərinin açılması daimi proses olmalıdır”.

 

Nadir AZƏRİ

Yeni  Azərbaycan.-2014.- 28 noyabr.- S. 6.