O, qısa, ancaq şərəfli ömür yaşadı...

 

2 oktyabr Milli Qəhrəman Çingiz Babayevin doğum günüdür...

 

Zaman - zaman öz həyatını dövlətinin, xalqının yolunda çəkinmədən fəda edən oğullarımız olub. Mərd hərəkətləri, igidlikləri ilə tarix yazan bu cür oğullarımız həmişə dar məqamda meydana atılıb, qanları bahasına yüzlərlə insanın həyatını xilas ediblər. Öz növbəsində xalqımız da şücaət göstərmiş qəhrəman övladlarını heç zaman unutmur, onların xatirələrini daim əziz tutur. Elə 1995-ci ilin 28 oktyabrında metronunUlduz” və “Nəriman Nərimanov” stansiyaları arasında baş verən qəza zamanı neçə-neçə insanı xilas edib, sonda özü zəhərli tüstünün əsirinə çevrilən, Milli Qəhrəman Çingiz Babayevbu cür qəhrəmanlardan biridir.

“Mən əsgər olacağım”...

Bir payız günündə doğulub Çingiz. Ailəsinin tək övlad payı olub. qədər sevincli günlər bəxş edib ata-anasına. Hər bir hərəkətindən, hər bir addımından sonra valideynlərinin ürəyi dağa dönüb. İlk sözü, ilk dəfə ayaq açıb yeriməsi, ilk dəfə çanta götürüb məktəbə getməsi qol-qanad verib atası Adil müəllimə, anası Səadət xanıma. Valideynləri deyir ki, hələ uşaqlıq illərində döyüşməyə, vuruşmağa, kiməsə kömək etməyə, güclü olmağa, silah oyuncaqlarından istifadə etməyə həvəsli olub. Hərbi formadan yaman xoşu gəlib. Hər dəfə hərbçi dayısı Çingizgilə gələndə o, dayısının papağını götürüb başına qoyaraq addımlayıb deyirmiş: “Mən əsgərəm”.

Çingiz zamanı gələndə dediyi sözə əməl edib. Belə ki, ermənilərin Vətənimizə hücumu, torpaqlarımızın düşmən tapdağı altında olması daim onu narahat edib. Və bir gün özü könüllü cəbhə bölgəsinə yola düşüb.

1994-cü ildə isə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin sərəncamı ilə Cəmşid Naxçıvanski adına hərbi liseyə göndərilib. Əvvəlcə taqım komandiri, daha sonra bölük komandirinin siyasi işlər üzrə müavini vəzifəsinə təyin olunub.

Cəsarəti onu yüksək zirvələrə qaldırdı...

Onun haqqında danışarkən birmənalı şəkildə qeyd etmək olar ki, Milli Qəhrəman Çingiz Babayev qısa, amma eyni zamanda, bir çoxlarına örnək ola biləcək bir ömür yaşayıb. Bu ömür yolu onu bir Azərbaycan əsgəri kimi çox sınaqlardan keçirib. Həyatının ilk ibrət dərslərini elə cəbhə bölgəsində olanda alıb. Erməni işğalçıları ilə mübarizə, cəbhədə yaşananlar onun gənc ürəyində təlatümlər yaradıb. Nə qədər güclü, nə qədər zəhmətkeş və əzmli bir insan olsa da, yaşadıqları onu mənən bir az da gücləndirib, Çingizin əzminə və gücünə güc qatıb. Vətəni yağı düşmənlərdən qorumaq, onun uğrunda şəhid olan döyüş yoldaşlarının qanını yerdə qoymamaq hissləri bir an belə onu rahat buraxmayıb. Buna görə, artıq 31 yaşına qədəm qoysa da, ailə qurmaq haqqında düşünməyib. Qısa, lakin qəhrəman ömrü yaşayan Çingiz Babayev xalqımızın tarixin sınağından çıxan bir zərbi- məsəlini də bir daha təsdiq edib: “Ot öz kökü üstə bitər”. Bu zərbi - məsəli heç də təsadüfən xatırlatmadıq. Belə ki, Çingiz Babayev ata tərəfdən İrəvan xanı Rəşid xan Makinskinin nəticəsidir.

İnsanları xilas etdi...

Həmin gün, yəni, 1995-ci il oktyabrın 28-də baş leytenant Çingiz Babayev kursant yoldaşları ilə işdən evə qayıdan zaman dəhşətli bir faciə baş verib. Deyilənlərə görə, o gün yaman tələsib Çingiz Babayev. Sanki, qarşıda onu gözləyənləri duyubmuş kimi, bütün işlərini o gün bitirərək sabaha heçsaxlamaq istəməyib. Ona görə də işlədiyi Cəmşid Naxçıvanski adına hərbi liseydə işi qurtarandan sonra evə getmək məqsədi ilə metronun “Neftçilər” stansiyasına gəlib. Əcəl burada da onu tələsdirib. Atını çaparaq gələn əcəlin diktəsi ilə Çingiz Babayev o vaxtkı “Memar Əcəmi” qatarı əvəzinə, “Bakı Soveti” qatarına minib. Lakin mənzil başına çatmaq qisməti olmayıb...

Həmin hadisənin canlı şahidlərindən biri, Cəmşid Naxçıvanski adına hərbi liseyin kursantı olmuş Elşən Təhməzov faciəvi hadisəni belə xatırlayır: “Sürətlə hərəkət edən qatarUlduz” və “Nəriman Nərimanov” stansiyaları arasında qəfil dayandı. İşıqların söndüyü andan etibarən qatarda yanğın başladı. İnsanlar yanğınla üz-üzə, göz-gözə dayanmışdılar. Ətrafı qatı tüstü öz ağuşuna almışdı. Həmin çətin anlarda özünü itirməyən Çingiz Babayev yanında olan biz kursantlara - Samirə, Ruslana, Nicata, Rüfətə, Adilə, Əflana, Musaya, Cəfərə, Raminə, Vyaçeslava və mənə hərəkətə keçməyimiz üçün əmr verdi. Ağlaşma və qışqırıq səsləri qatarı bürümüşdü. Ölüm saniyələr keçdikcə daha da yaxınlaşırdı. Baş leytenant var gücü ilə qapını açıb bizə “tunelə düşün”, - dedi. Biz çətinliklə də olsa, pəncərələri sındırıb oradan uşaqları və qadınları vaqondan çıxarmağa başladıq”.

Beləliklə, bütün çətinliklərə baxmayaraq, Çingiz bir neçə dəfə körpələri, qocaları tunel boyunca daşıyıb stansiyaya qoyaraq geri qayıdıb. Onlara dəsmallarını suda isladıb ağızlarına tutmağı tapşırıb. Həmin vaxt vaqonda olan əksər insanlar ondan yardım istəyiblər. İnsanların köməyinə gələnlərin arasında hərbi məktəbin başqa kursantları da olub. Bu dəhşətli hadisə, bu faciə Çingizi nə qədər sarsıtsa da, o, insanlara yardım etmək üçün bütün gücü ilə təzədən vaqonlara yüyürüb. Bir qadın ondan övladına kömək etməyini istəyəndə, komandir kursantlara tuneldə yerdə sürünən bir qocaya kömək etmələrini tapşıraraq özü isə həmin uşağı qoynuna basıb və tuneli bürüyən tüstüdən cəld uzaqlaşmağa çalışıb. Kursantları da onu bu qatı tüstü dumanından uzaqlaşdırmağa çalışıblar:

- Komandir, tez olun, bizimlə gedək. Daha burada nəfəs almaq olmur...

Baş leytenant Çingiz Babayev uşağı anasına verib ondan bu yolu axıra kimi getməyini istəyib. Özü isə tunelin divarına söykənib. Qəzada zərərçəkənlərin növbəti hissəsi çıxacağa tərəf addımlayıblar. O, isə...

Elə anadan olduğu ayda da əbədiyyətə qovuşdu...

Beləliklə, neçə-neçə insanın həyatını xilas edən Çingiz Babayev qəhrəmanlıqla həlak olub. Özü , məhz anadan olduğu ayda, oktyabrda əbədiyyətə qovuşub qəhrəman Vətən oğlu.

Bu məqamda xatırlatmaq yerinə düşər ki, həmin vaxt Milli Qəhrəman, baş leytenant Çingiz Babayevlə bərabər insanları ölümün çəngindən, tüstüdən xilas edərkən üç kursant da həlak olub: Ruslan İsayev, Samir Məmmədov Nicat Səfərov. Həlak olan zabit kursantların xilasetmə zamanı göstərdikləri igidlik şücaət dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. Belə ki, 1996-cı ildə Ulu öndər Heydər Əliyevin Fərmanı ilə C.Naxçıvanski adına hərbi məktəbin taqım komandiri, baş leytenant Çingiz Babayev zərərçəkmişlərin xilas olunmasında göstərdiyi şücaət qəhrəmanlığa görə ölümündən sonra Milli Qəhrəman adına layiq görülüb. Digər bir Fərmanla isə kursantlar Ruslan İsayev, Samir Məmmədov Nicat Səfərov göstərdikləri şücaətə görə ölümlərindən sonraİgidliyə görəmedalı ilə təltif ediliblər.

31 yaşında ikən həyata mərdliklə, neçə-neçə insanı yaşadaraq əlvida deyən cənab baş leytenant, ad gününüz mübarək! Siz bu gün , sabah da elə 31 yaşınızdan bizlərə baxıb gülümsəyəcəksiniz!... Bizsə sizin ruhunuzu qələbə sorağı ilə sevindirmək üçün tələsəcəyik!

 

Oktay

Yeni  Azərbaycan.-2014.- 2 oktyabr.- S. 6.