Bakı mədəniyyətlərarası dialoqun paytaxtına çevrilib

 

IV Bakı Beynəlxalq Humanitar Forumunun nəticələri ölkəmizin qlobal məsələlərin müzakirə məkanına çevrildiyini göstərən növbəti əlamətdar hadisə oldu

Azərbaycan dünyaya tolerantlıq kontekstində yeni model bəxş edib

IV Bakı Beynəlxalq Humanitar Forumunun nəticələri bir həqiqəti də növbəti dəfə diqqətə çatdırdı: Azərbaycan bu gün dünyaya istər tolerantlıq, istərsə də iqtisadi inkişaf baxımından yeni model bəxş edib. Dünyada “sivilizasiyaların toqquşması” prosesinin cərəyan etdiyi, müxtəlif ölkələrdə cəmiyyətdaxili parçalanmalar nəticəsində dini, etnik zəmində konfliktlərin yaşandığı bir vaxtda ölkəmiz sabittolerant mühiti ilə diqqət çəkir. Azərbaycan mədəniyyətlərin inteqrasiyası və tolerantlıq təcrübəsinə malik olan bir ölkədir. Üstəlik, bir çox nüfuzlu beynəlxalq mədəniyyət və idman müsabiqələrinin, tədbirlərinin respublikamızda keçirilməsi də həm ölkəmizin inkişafından, həm də dünyaya açıq olmasından xəbər verir. Bütün bunlarla əlaqədar olaraq, ölkəmiz dünya sivilizasiyalarının qovuşmasının və multikulturalizmin nəzərə çarpan nümunəsi kimi dünyada tanınır.

Bir sözlə, xalqların daim tolerantlıq şəraitində və təhlükəsizlik mühitində yaşadığı Azərbaycan ayrı-ayrı dinlərin, millətlər və toplumların inteqrasiyasında müstəsna rol oynayıb. Dövlətimizin başçısının vurğuladığı kimi, biz Azərbaycan olaraq ölkələr arasındakı əlaqələrin inkişafı üçün humanitar aspektlərə daim böyük diqqət göstərmişik: “Çünki bizim tarixi keçmişimiz, mədəniyyətimiz bunu diktə edir. Əsrlər boyu Azərbaycanda çoxkonfessiyalı, çoxmillətli cəmiyyət formalaşıb, mövcuddur və müstəqillik dövründə bu müsbət meyillər daha da gücləndi. Azərbaycanda bütün xalqlar dostluq, mehribanlıq şəraitində, bir ailə kimi yaşayır. Heç vaxt Azərbaycanda dini, milli zəmində qarşıdurma, anlaşılmazlıq olmayıb və bu, bizim böyük sərvətimizdir. Çünki hər bir ölkənin gücünü, əlbəttə ki, bir neçə amil müəyyən edir - siyasi imkanlar, iqtisadi güceyni zamanda, cəmiyyətdə mövcud olan ab-hava, sağlam mühit və həmrəylik duyğuları. Hesab edirəm ki, bu baxımdan Azərbaycanın təcrübəsi çox müsbətdir və biz öz işimizlə dünyada gedən proseslərə müsbət töhfəmizi veririk”.

Sivilizasiyalararası dialoq prosesində aktiv rol oynayan Azərbaycan beynəlxalq strateji tərəfdaşa çevrilib

Şübhəsiz, bütün bu uğurların əldə olunmasını şərtləndirən başlıca strateji faktor Azərbaycanın rasionalpraqmatik xarici siyasət kursudur. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxtərəfli və balanslaşdırılmış xarici siyasət nəticəsində Azərbaycan regionun ən güclüsuveren aktoruna, eləcə də, yüksək beynəlxalq nüfuza malik olan dövlətə çevrilib. Eyni zamanda, bəhs olunan xarici siyasət strategiyası bir neçə istiqamətdə ölkəmizi nəzərə alınan lokomotiv aktorlardan birinə çevirib. Başqa sözlə, Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqeyi getdikcə güclənməkdədir. Həyata keçirilən praqmatik xarici siyasət strategiyası ölkəmizi beynəlxalq münasibətlər sistemində müstəqil xarici siyasət həyata keçirən milli dövlət kimi etibarlı strateji tərəfdaşa çevirib. Eyni zamanda, sivilizasiyalararası dialoq prosesində aktiv rol oynayan, dünyaya tolerantlıq modeli bəxş edən Azərbaycanın müsbət təcrübəsi qlobal miqyasda təqdirəlayiq hal kimi dəyərləndirilir.

Azərbaycan ictimaiyyətinin nümayəndələri IV Bakı Beynəlxalq Humanitar Forumunun nəticələrini yüksək qiymətləndirirlər

Yeri gəlmişkən, Azərbaycan ictimaiyyətinin nümayəndələri - ziyalılar, ekspertlər, millət vəkilləri də IV Bakı Beynəlxalq Humanitar Forumunun nəticələrini yüksək qiymətləndirirlər. Onlar Forum çərçivəsində keçirilən “dəyirmi masalarda qlobal əhəmiyyətli məsələlərə dair mühüm müzakirələrin aparıldığını qeyd edir, orada ifadə edilən nəticələrin bütün bəşəriyyət üçün aktual olduğunu bildirirlər.

Məsələn, Milli Məclisin deputatı, professor Kamilə Əliyeva deyib ki, Beynəlxalq Humanitar Forum Azərbaycanın dünyada daha yaxşı tanınması üçün geniş imkandır: “Azərbaycan nüfuzlu beynəlxalq tədbirlərin keçirildiyi məkandır. Bu mənada, Beynəlxalq Humanitar Forumun ölkəmizdə keçirilməsi də ənənə halını alıb. Bir məqama ayrıca diqqət yetirmək istəyirəm: beynəlxalq arenada Azərbaycanın rolu güclənir. Azərbaycan Şərqlə Qərbin, sivilizasiyaların qovuşuğunda yerləşdiyi üçün bu mötəbər tədbirin ölkəmizdə keçirilməsi tamamilə qanunauyğundur”.

“Bakı Beynəlxalq Humanitar Forumu ən geniş humanitar əməkdaşlıq məsələlərinin müzakirə edildiyi nüfuzlu bir məkandır. IV Bakı Beynəlxalq Humanitar Forumunda dünyanın 60-dan çox ölkəsindən 500-ə yaxın qonağın iştirak etməsi ölkəmizin nüfuzunun göstəricisidir. Şübhəsiz ki, Forumda müzakirə olunan məsələlər qlobal müstəvidə mövcud olan problemlərin həlli baxımından müstəsna əhəmiyyət kəsb etdi. Çünki bu forum dünyanın nüfuzlu şəxslərinin toplaşdığı bir platforma kimi çıxış etdi”, - deyə K.Əliyeva qeyd edib.

Forumda müxtəlif mövzulara həsr olunmuş “dəyirmi masalarda qlobal problemlərin həlli baxımından əhəmiyyətli müzakirələr aparılmasının təqdirəlayiq olduğunu deyən millət vəkili əlavə edib ki, xüsusilə də “Multikulturalizmin müqayisəli tədqiqləri: nəzəriyyədən humanist təcrübəyə doğru”, “Humanizm postmodern dövrün başlıca dəyəri kimi” və “İnnovativ inkişafda fənlərarası inteqrasiyanın rolu” mövzularında fikir mübadiləsinin aparılması böyük əhəmiyyət daşıyır: “Multikulturalizmhumanizm məsələləri bütün xalqlar üçün xüsusi önəm daşıyır. XXI əsrdə sivilizasiyalararası dialoq çərçivəsində multikulturalizm ənənələrinin bərqərar olunması, humanizm dəyərlərinin möhkəmlənməsi qlobal çağırış kimi çıxış edir. Bu məsələnin Azərbaycanda keçirilən mötəbər beynəlxalq tədbirdə müzakirə olunması əlmatədar haldır, çünki tolerantlıq nümunəsi kimi tanınan Azərbaycan cəmiyyətində multikulturalizm ənənələri təşəkkül tapıb.

Digər tərəfdən, “İnnovativ inkişafda fənlərarası inteqrasiyanın rolumövzusunda müzakirələrin aparılması dünyada elm siyasətinin, elm və təhsilin ayrı-ayrı ölkələrin inkişafına mühüm töhfələr verməsi baxımından əlamətdardır. Elmin inkişafı, o cümlədən, fənlərarası inteqrasiyanın sürətləndirilməsi qlobal müstəvidə bəşəriyyət üçün əhəmiyyət və aktuallıq kəsb edir”.

Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü, partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov da IV Bakı Beynəlxalq Humanitar Forumunun nəticələrini yüksək qiymətləndirib. Onun sözlərinə görə, bu Forum Azərbaycanın qlobal miqyasda yerirolunu, beynəlxalq əməkdaşlıq və dialoq mərkəzi kimi çıxış etdiyini bir daha göstərdi: “Ölkəmizdə mötəbər beynəlxalq tədbirlərin keçirilməsi təsadüfi deyil. Çünki beynəlxalq iqtisadiyyata uğurla inteqrasiya olunan, dünyada tolerantlıq nümunəsi kimi tanınan Azərbaycan dünya miqyasında müsbət imicə malikdir. Azərbaycan, eyni zamanda, təhlükəsizlik və sabitlik baxımından müsbət nümunə kimi çıxış edir. Məhz buna görə də ölkəmiz ən müxtəlif beynəlxalq tədbirlərə uğurla ev sahibliyi edir”.

A.Hüseynov IV Bakı Beynəlxalq Humanitar Forumunda ayrı-ayrı “dəyirmi masalar çərçivəsində müzakirəyə çıxarılmış məsələlərin böyük maraq doğurduğunu da diqqətə çatdırıb: “Forumda “Rəqəmsal dövrdə medianın transformasiyası: inkişafın yeni meyilləri”, “Texnologiyaların konvergensiyası və gələcəyin konturları: XXI əsrin əsas çağırışları” kimi bu günə qədər kifayət qədər müzakirə olunmamış məsələlər ətrafında fikir mübadiləsinin aparılması xüsusi vurğulanmalıdır. Qeyd etmək istəyirəm ki, bu məsələlər hələ uzun müddət bəşəriyyət üçün aktual müzakirə mövzusu kimi çıxış edəcək, çünki bu gün texnologiyaların konvergensiyası, o cümlədən, medianın transformasiyası XXI əsrin çağırışları sırasında yer alır”.

Siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Elşad Mirbəşiroğlu isə bildirib ki, IV Bakı Beynəlxalq Humanitar Forumu qlobal problemlərin aktiv müzakirə platforması oldu: “Forum çərçivəsində müxtəlif məsələlər müzakirə edildi, müasir dövrün reallıqları və çağırışlarını ifadə edən fikirlər səsləndirildi. Hesab edirəm ki, IV Bakı Beynəlxalq Humanitar Forumunun nəticələrini bütün iştirakçı tərəflər üçün səmərəli və müsbət qiymətləndirmək olar”.

Politoloq əlavə edib ki, dünyanı maraqlandıran humanitar məsələlərin müzakirə olunduğu Forumda XXI əsrin əsas çağırışlarına müvafiq məsələlər ətrafında “dəyirmi masa”ların keçirilməsi ekspertlər tərəfindən yüksək qiymətləndirildi: “Davamlı inkişafekoloji sivilizasiyamövzusunda keçirilən “dəyirmi masada XXI əsrdə milli və beynəlxalq inkişafın başlıca kriteriya və əsaslarının müzakirə predmetinə çevrilməsi xüsusilə təqdirəlayiqdir. Çünki davamlı inkişaf ayrı-ayrı milli dövlətlər üçün konseptualstrateji əhəmiyyət kəsb edir. Bu baxımdan, inkişafın milli modelini formalaşdıran Azərbaycan üçünbu məsələ xüsusi önəmə malikdir. Bilirsiniz ki, Azərbaycan dövləti həm insan inkişafı, həm də ölkə daxilində ayrı-ayrı sahələrin tərəqqisi üçün elmi əsaslara söykənən kompleks xarakterli islahatlar həyata keçirir. Bu islahatlar fonunda əldə edilən inkişaf dünya miqyasında müsbət təcrübə kimi çıxış edir. Eyni zamanda, davamlı insan inkişafı kontekstində “qara qızıl”ın insan kapitalına çevrilməsi istiqamətində görülən işlər müstəsna əhəmiyyət kəsb edir”.

XXI əsrdə ekoloji sivilizasiya məsələsinin aktuallıq kəsb etdiyini deyən E. Mirbəşiroğlu əlavə edib ki, forumda bu istiqamətdə əsas diqqət beynəlxalq əməkdaşlığa yönəldilib: “Azərbaycan regional və beynəlxalq miqyasda ekoloji təhlükəsizliyin təmin olunması yönündə aktiv əməkdaşlıq əlaqələrini uğurla davam etdirir. Ölkəmizin bu prosesə fundamental töhfələr verməsi yüksək qiymətləndirilir. Hesab edirəm ki, bu məsələnin müzakirəyə çıxarılması XXI əsr reallıqlarının fonunda olduqca vacib idi”.

Beynəlxalq dərəcəli iqtisadçı ekspert, Azərbaycan Turizm İnstitutununMarketinq” kafedrasının müdiri Anar Eminov isə bildirib ki, IV Bakı Beynəlxalq Humanitar Forumunda bəşəriyyət qarşısında duran mühüm strateji vəzifələr müzakirə edildi: “Mən bu kontekstdə “Qloballaşmanın çağırışları: ənənə və transformasiya arasında” mövzusunda “dəyirmi masa”nın keçirilməsinə xüsusi toxunmaq istəyirəm. Məlumdur ki, son illərdə baş verən pozitiv tendensiyalar Azərbaycanın artıq keçid periodunun stabillik fazasına doğru hərəkət etdiyini göstərir: Bildiyimiz kimi, bu hərəkət əsasən qloballaşma siyasəti vasitəsilə həyata keçirilir. Lakin bu proses iqtisadiyyatın real sektorundakı struktur irəliləyişlə paralel getməzsə, effektiv olmaz. Ona görə də bir sıra aparıcı iqtisadçılar gələcəkdə də stabilliyin qorunmasının əsas yollarından biri kimi respublikaya irihəcmli investisiyaların cəlb olunması, beynəlxalq forumların keçirilməsi tədbirlərini görürlər. Bununla yanaşı, iqtisadi inkişafın davam etdirilməsində və dünyanın üzləşdiyi bir sıra problemlərin daha da kəskinləşməsinin qarşısının alınmasında beynəlxalq forumlardakı müzakirə olunmuş məsələlər mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan, IV Bakı Beynəlxalq Humanitar Forumunun ikinci günündə AMEA-nın Mərkəzi Kitabxanasında “Qloballaşmanın çağırışları: ənənə və transformasiya arasında” mövzusunda keçirilən paneli xüsusi qiymətləndirirəm. Beynəlxalq Humanitar Forum iştirakçıları arasında belə bir müzakirə təşkil etmək xüsusi olaraq təqdir edilir”.

Bakı Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsinin professoru, iqtisad elmləri doktoru Vahid Abbasovun sözlərinə görə, Azərbaycan qlobal iqtisadi məkanda vacib tərəfdaş kimi tanınır və ölkəmizdə beynəlxalq tədbirlərin keçirilməsi dövlətin artan nüfuzundan xəbər verir: Humanitar Forum Azərbaycan reallıqlarının dünya ictimaiyyəti tərəfindən müşahidə edilməsi, o cümlədən, siyasi, iqtisadi, ekoloji, mədəni müstəvidə tərəfdaşlıq əlaqələrinin sıxlaşdırılması baxımından böyük əhəmiyyət kəsb etdi. Forumda iştirak edən bütün dövlətlərin daxilixarici siyasətinə, o cümlədən, dünya iqtisadiyyatının aktual problemlərinə həsr olunmuş əhəmiyyətli məsələlər müzakirə olundu. “Qloballaşmanın çağırışları: ənənə və transformasiya arasında”, “Texnologiyaların konvergensiyası və gələcəyin konturları: XXI əsrin əsas çağırışları” mövzusunda səsləndirilən fikirlər dünya iqtisadiyyatının, eləcə də, qlobal iqtisadi məkanda təmsil olunan dövlətlərin qarşısında duran təməl vəzifələri bir daha aktuallaşdırdı. Bütövlükdə, IV Bakı Beynəlxalq Humanitar Forumunun nəticələrini yüksək qiymətləndirirəm”.

 

əvvəli var

 

Yeni  Azərbaycan.-2014.- 11 oktyabr.- S. 4.