Böyük Britaniya Azərbaycanla əməkdaşlığa böyük önəm verir

 

İki ölkə rəsmilərinin səfərləri mütəmadi xarakter daşıyır belə görüşlərdən biri 2013-cü ilin martında baş tutub. Xatırladaq ki, həmin dövrdə Prezident İlham Əliyev Böyük Britaniyanın Xariciİttifaq məsələləri üzrə Ofisi katibinin daimi müavinidiplomatik xidmətin rəhbəri Saymon Freyzerin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə Azərbaycan ilə Böyük Britaniya arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə olunub, enerji sahəsində əməkdaşlığın önəmi qeyd edilib, “bpnin Azərbaycandakı uzunmüddətli uğurlu fəaliyyəti vurğulanaraq, neft-qaz sənayesində yaradılan şəffaflıq yüksək qiymətləndirilib. Görüşdə, həmçinin, Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələrin inkişaf perspektivləri, iki ölkənin Avroatlantik strukturlarda təhlükəsizlik sahəsində səmərəli əməkdaşlığı ətrafında fikir mübadiləsi aparılıb.

Bundan əlavə, Saymon Freyzerin başçılıq etdiyi nümayəndə heyəti səfər çərçivəsində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla da görüş keçirib. Nazir Elmar Məmmədyarov Azərbaycan ilə Böyük Britaniya arasında mövcud çoxşaxəli münasibətlərin səviyyəsindən məmnunluq bildirərək siyasi, iqtisadi, enerji sahələrində əlaqələrin daha da genişləndirilməsi üçün imkanların olduğunu vurğulayıb. İki ölkə arasında, xüsusilə enerji sektorunda qarşılıqlı-faydalı əməkdaşlığa diqqət çəkən nazir, dinamik iqtisadi inkişaf nəticəsində artıq Azərbaycanın Böyük Britaniya iqtisadiyyatına sərmayələr yatırdığını nəzərə çatdırıb.

Saymon Freyzer öz növbəsində görüşə görə təşəkkürünü bildirərək ölkəsinin Azərbaycanla əməkdaşlığa böyük önəm verdiyini deyib. O, Böyük Britaniya iqtisadiyyatına Azərbaycan tərəfindən sərmayələrin yatırılmasını təqdir etdiklərini və bunun davam etdirilməsinin arzu olunduğunu bildirib. Britaniyalı diplomat Azərbaycanın Əfqanıstanda sülhsabitliyin bərpasına verdiyi töhfəni, eləcə də, ölkəmizin BMT Təhlükəsizlik Şurasındakı fəaliyyətini yüksək qiymətləndirib.

Görüşdə, həmçinin, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan nazir Elmar Məmmədyarov sülh prosesi haqqında ətraflı məlumat verib. Nazir Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan torpaqlarının işğalının davam etməsini status-kvonun möhkəmlənməsinə yönəlmiş addım kimi qiymətləndirib və münaqişənin həllinə nail olmaq üçün, ilk növbədə, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasının vacibliyini vurğulayıb. Ermənistan siyasi və hərbi dairələri tərəfindən Xocalı hava limanından uçuşların həyata keçiriləcəyi ilə bağlı səslənən bəyanatlarla əlaqədar nazir qeyd edib ki, bu, Azərbaycan hava məkanının kobud surətdə pozulmasıdır və bütün müvafiq beynəlxalq qanunvericilik, xüsusilə də Çikaqo konvensiyası Azərbaycanın bu məsələdəki mövqeyinin haqlılığını göstərir.

Ümumiyyətlə, Azərbaycan və Böyük Britaniya rəsmiləri arasında keçirilən görüşlərdə müxtəlif sahələrdə əməkdaşlığa imkan yaradan 20-dən artıq sənəd imzalanıb. Bu sənədlər içərisində iki ölkə arasında rabitə, energetika, müdafiə sahələri üzrə, məhdudiyyətsiz hərəkət azadlığı haqqında memorandumları, iki ölkənin xarici işlər nazirləri, habelə Azərbaycanla Britaniya arasında dostluq və əməkdaşlıq haqqında bəyannamələri, hava əlaqələri, təhsil, elm və mədəniyyət sahəsində, sərmayələrin təşviqi və qorunması haqqında sazişləri, eləcə də, neft-qaz ehtiyatlarının istismarı ilə bağlı layihələrin gerçəkləşməsinə xidmət edən çoxsaylı müqavilələri qeyd etmək olar. Hər iki ölkənin parlamentlərində isə dostluq qrupu fəaliyyət göstərir.

İki ölkə arasında imzalanan sənədlərdən söz düşmüşkən, qeyd edək ki, oktyabrın 3-də Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Birləşmiş Krallığın Müdafiə Nazirliyi arasında Qərargah danışıqları keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, tədbirdə iki ölkə arasında müdafiə sahəsində əməkdaşlığın cari vəziyyəti və perspektivləri müzakirə olunub, regional təhlükəsizlik məsələləri barədə fikir mübadiləsi aparılıb. Danışıqların yekunu olaraq “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Birləşmiş Krallığın Müdafiə Nazirliyi arasında 2015/2016-cı maliyyə ili üzrə hərbi əməkdaşlıq Planı” imzalanıb. Sənədi Azərbaycan tərəfdən Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi, general-mayor Hüseyn Mahmudov, Birləşmiş Krallıq tərəfdən isə Müdafiə Nazirliyinin NATO və Geniş Avropa İdarəsinin İkitərəfli Əlaqələr Qrupunun rəhbəri xanım Debbi Brazers imzalayıblar.

Yuxarıda da vurğulandığı kimi, Azərbaycanla Böyük Britaniya arasındakı əlaqələrdə enerji sahəsində əməkdaşlıq xüsusi yer tutur. Təsadüfi deyil ki, 1994-cü il sentyabrın 20-də imzalanan “Əsrin müqaviləsi” əsasında neft yataqlarının işlənməsində ən böyük pay sahiblərindən biri məhz bu ölkəyə məxsus “bp” şirkəti idi. Enerji sahəsində qarşılıqlı maraqlara xidmət edən əməkdaşlıq bu gündavam etdirilir.

Britaniyanın rəsmi şəxsləri mütəmadi olaraq Xəzər NeftQaz sərgilərində iştirak edirlər. 2003, 2004-cü illərdə Xəzər NeftQaz sərgilərində iştirak etmək məqsədilə Britaniya parlamentinin üzvü, sənaye və energetika məsələləri üzrə dövlət naziri Brayn Vilson Azərbaycanda səfərdə olub. 2005-ci il mayın 25-də Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin rəsmi açılış mərasimində də bu ölkədən olan rəsmi nümayəndələr iştirak ediblər.

Eyni zamanda, bu il sentyabrın 20-də Bakıda keçirilən “Əsrin müqaviləsi”nin 20 illiyinə və “Cənub” qaz dəhlizinin təməlinin qoyulmasına həsr olunmuş təntənəli mərasimdə Böyük BritaniyaŞimali İrlandiya Birləşmiş Krallığının ticarət və investisiyalar üzrə dövlət naziri Lord Livinqston da iştirak edib. Bütün bunlar Britaniyanın Azərbaycanla əməkdaşlığa verdiyi yüksək önəmin göstəricisidir.

Qeyd etmək yerinə düşər ki, iki ölkənin iqtisadi əlaqələrinin möhkəmlənməsində 2009-cu ildə yaradılan Britaniya-Azərbaycan Biznes Şurasının fəaliyyətinin də əhəmiyyəti böyükdür. Şura mütəmadi olaraq Londonda biznes tədbirləri keçirir, Britaniya şirkətlərinin nümayəndələrinin Azərbaycana səfərlərini təşkil edir. Beləliklə, hazırda Azərbaycanda çoxlu sayda böyük, ortakiçik Britaniya şirkətləri fəaliyyət göstərir. Bu şirkətlərin əksər hissəsi neftqaz sahəsində fəaliyyət göstərsə də, bu əməkdaşlıq son illərdə pərakəndə satış, informasiya texnologiyaları, layihələrin idarə olunması, maliyyə-bank xidmətləri və kənd təsərrüfatı kimi sahələrə doğru genişlənir. Bu gün Azərbaycanın modernləşməsində Britaniya təcrübəsi və sənayesinin imkanlarından istifadə olunurheç də təsadüfi deyildir ki, paytaxt Bakıda aparılan bir sıra tikinti layihələri, məhz Britaniyanın məsləhətçi və layihə idarəetmə şirkətləri tərəfindən idarə olunur.

Böyük BritaniyaŞimali İrlandiya Birləşmiş Krallığının ticarət və investisiyalar üzrə dövlət naziri Lord Livinqstonun qeyd etdiyi kimi, Britaniya şirkətləri Azərbaycanda birbaşa xarici sərmayənin ən böyük mənbəyidir. Qonaq deyib ki, neftqaz sahəsi daxil olmaqla 500-dən artıq Britaniya şirkəti burada çalışır və gələcəkdə bu rəqəmi artırmaq niyyətindəyik. Təbii ki, Böyük Britaniya Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi və infrastrukturun yaxşılaşdırılması üçün enerjidən başqa, digər sahələrə də sərmayə qoyur.

Bu məqam oktyabrın 2-də İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə keçirilən Azərbaycan-Böyük Britaniya biznes forumunda da vurğulanıb. Tədbirdə hər iki tərəfdən rəsmi şəxslərlə yanaşı, sənaye, təhsil, kommunikasiya, konsaltinq və digər sahələrdə fəaliyyət göstərən 60-dan çox adamı iştirak edib.

AZPROMO-nun rəhbəri Rüfət Məmmədov iştirakçılara Azərbaycan iqtisadiyyatı, ölkəmizin Böyük Britaniya ilə ticarət-iqtisadi əlaqələrinə dair məlumat verib. Qeyd edilib ki, ölkəmizdə uğurla həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində davamlı iqtisadi inkişafmakroiqtisadi sabitlik təmin olunub, əlverişli biznesinvestisiya mühiti yaradılıb. Rüfət Məmmədov Böyük Britaniya adamlarını bu imkandan yararlanmağa, Azərbaycan sahibkarları ilə fəal əməkdaşlığa dəvət edib.

Böyük Britaniyanın Ticarət və İnvestisiya Departamentinin beynəlxalq ticarət müşaviri Mark Hiqins adamları arasında keçirilən görüşlərin və biznes forumların əhəmiyyətini qeyd edib, birbaşa təmasların iqtisadi əməkdaşlığın inkişafına, eləcə də yeni əlaqələrin qurulmasına töhfə verəcəyini bildirib. Biznes forumunda AZPROMO-nun nümayəndəsi Azərbaycanın biznes mühitiinvestisiya imkanlarına, britaniyalı adamları isə təmsil etdikləri şirkətlərin fəaliyyətinə dair təqdimatlarla çıxış ediblər.

 

  əvvəli var

 

Nadir AZƏRİ

Yeni  Azərbaycan.-2014.- 11 oktyabr.- S. 8.