Azərbaycanda uğurlu sənaye siyasəti həyata keçirilir

 

Prezident İlham Əliyev: Dövlət investisiyalarını da bizim üçün strateji əhəmiyyət daşıyan sənaye sahələrinə cəlb etməliyik

 

Prezident İlham Əliyevin müəyyənləşdirdiyi Azərbaycanın sosial-iqtisadi inkişaf strategiyasında qeyri-neft sektorunun inkişafının təmin edilməsi prioritet istiqamət təşkil edir. Bu sahənin inkişaf etdirilməsinə göstərilən davamlı dövlət qayğısının nəticəsidir ki, son illərdə ölkənin iqtisadi inkişaf dinamikasında qeyri-neft sektorunun çəkisi getdikcə artır. Son 10 ildə respublikamızda qeyri-neft sektoru 2,6 faiz artıb, cari ilin arxada qalan doqquz ayında isə bu sahədə 6 faiz artım müşahidə edilib. Sevindirici haldır ki, artıq ölkəmizdə istehsal olunan ümumi daxili məhsulda qeyri-neft sektorunun xüsusi çəkisi neft sektorunu üstələyərək 55 faizə yüksəlib. Prezident İlham Əliyev oktyabrın 8-də keçirilən Nazirlər Kabinetinin 2014-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı çıxışında ölkə iqtisadiyyatının çoxşaxəli olmasından, respublikada dayanıqlı inkişaf tempinin qorunub saxlanılmasından məmnunluğunu ifadə edərək deyib: “Bizim iqtisadiyyatımız çoxşaxəli iqtisadiyyatdır. Məhz buna görə iqtisadi artımımız davam edir. Baxmayaraq ki, hazırda neftin qiyməti də kəskin şəkildə aşağı düşür. Ancaq ölkəmiz qeyri-neft sektoru hesabına bundan sonra da inkişaf edəcək və bu, bizim inkişafımızı dayanıqlı edəcək. Yəni, bizim əsas məqsədimiz neft amilindən asılılığımızı maksimum dərəcədə azaltmaqqeyri-neft sektoru hesabına gələcəkdə Azərbaycanı inkişaf etdirməkdir”.

Ölkənin yeni inkişaf paradiqmaları sırasında qeyri-neft sektorunun əsas istiqaməti olan sənayeləşmə mühüm yer tutur

Ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə neft gəlirlərinin uğurla modern, innovasiyalara əsaslanan, elm tutumlu sənaye quruculuğuna yönəldilməsi siyasəti həyata keçirilir. Son illərdə bu sahənin intensiv inkişafının təmin edilməsi məqsədilə mükəmməl infrastruktur yaradılıb, ayrı-ayrı mövcud müəssisələr müasir texnologiyalar əsasında yenidən qurulub, yerli xammalla işləyən, eyni zamanda, ixrac potensialına malik olan yeni istehsalatlar yaradılması məqsədilə əməli tədbirlər həyata keçirilib. Nazirlər Kabinetinin yuxarıda haqqında bəhs olunan iclasında Prezident İlham Əliyev son illərdə ölkəmizdə sənaye quruculuğu istiqamətində görülən işləri xüsusi vurğulayaraq deyib: “Bu il “Sənaye ilidir və əlbəttə ki, sənaye istehsalının inkişafına xüsusi diqqət yetirilmişdir. Bir çox zavodlar, fabriklər, istehsalat sahələri açılmışdır”.

Ölkəmizdə uğurlu sənaye quruculuğu siyasətindən söhbət açarkən bu məqsədlə möhkəm hüquqi bazanın yaradılmasını ayrıca qeyd etmək lazımdır. Prezident İlham Əliyevin ölkəmizdə modern sənaye quruculuğu ilə bağlı nümayiş etdirdiyi güclü siyasi iradəyə uyğun olaraq qeyri-neft sahəsinin inkişafının hüquqi bazasını təmin etmək üçün əməli addımlar atılıb. Dövlət başçısı iqtisadiyyatın və regionların inkişafı üçün əlverişli şəraitin yaradılması, investisiyaların təşviqi və prioritet sahələrə yönəldilməsi, yeni yerlərinin açılması, müasir idarəetmə təcrübəsindən istifadə olunması, rəqabətqabiliyyətli mal və xidmətlərin təqdim edilməsi kimi məsələlərin həllinə nail olmaq məqsədilə hələ 2007-ci ildə “Azərbaycan Respublikasında xüsusi iqtisadi zonaların yaradılması haqqında” müvafiq Fərman imzalayıb. Ölkəmizdə “Xüsusi iqtisadi zonalar haqqında” ayrıca Qanun qəbul edilib. Bundan başqa, dövlət başçısının 24 aprel 2013-cü il tarixində imzaladığı Fərmanla “Sənaye parkları haqqında Nümunəvi Əsasnamə” təsdiqlənib. Bu sənəd sənaye parklarının yaradılması, idarə edilməsi və onlarda sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı məsələləri tənzimləyən çox mühüm baza sənədidir.

Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2014-cü ilin “Sənaye ilielan edilməsi ölkəmizdə sənaye sahəsinin üstün inkişafına göstərilən diqqətin daha bir ifadəsidir. Beləliklə, deyə bilərik ki, Azərbaycanda sənayeləşmə prosesinin keyfiyyətcə yeni mərhələsi başlanıb. Dövlət başçısının imzaladığı yuxarıda bəhs olunan Sərəncama uyğun olaraq, ölkəmizdə 2015-2020-ci illərdə sənayenin inkişafına dair Dövlət Proqramı hazırlanıb. Proqramda “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında müəyyən edilmiş sənayenin uzunmüddətli inkişaf istiqamətləri əsas götürülüb. Hazırda ölkədə cari il üçün təsdiq edilmiş Tədbirlər Planına əsasən, sənaye potensialının gücləndirilməsi, bu sahədə rəqabət qabiliyyətinin artırılması, kadr hazırlığının, elmi təminatın yaxşılaşdırılması, normativ hüquqi bazanın təkmilləşdirilməsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilir.

Ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla həyata keçirilən iqtisadiyyatın diversifikasiya siyasəti sayəsində respublikanın sənaye xəritəsi daha da zənginləşib, həmçinin, regionlar iqtisadi güc amilinə çevrilib. Belə ki, son 10 il ərzində ölkədə əsasən regionlarda olmaq şərti ilə 500-dən çox sənaye müəssisəsi, o cümlədən Sumqayıtda texnologiyalartekstil parkları, Naxçıvanda sement, mərmər və avtomobil, Qazaxda sement, Gəncədə alüminium, Goranboyda gipsgips məhsulları, Mingəçevirdə polietilen borular, elektron avadanlıqları, Sumqayıtda kağız emalı, bitki yağları, günəş panelləri, Masallıda və Abşeronda kərpic, Hacıqabulda seramik plitələr, Gədəbəy və Daşkəsəndə qızıl emalı, Oğuzda qarğıdalı emalı və qlükoza, İmişlidə şəkər, bitki yağları və qarışıq yem zavodları, Masallıda mebel fabriki, yüzlərlə digər tikinti materialı, mebel, emal, çörək və digər müasir müəssisələr fəaliyyətə başlayıb.

İnvestisiyalar strateji əhəmiyyət daşıyan sənaye sahələrinə yönəldilməlidir

Ötən il Bakıda istifadəyə verilən nəhəng gəmiqayırma zavodu ölkəmizdə aparılan uğurlu sənayeləşmə siyasətinə, investisiyaların strateji əhəmiyyət daşıyan sənaye sahələrinə yönəldilməsinə bariz nümunədir. Yeni gəmiqayırma müəssisəsi Azərbaycanın su nəqliyyatı vasitələrinə getdikcə artan tələbatını tam ödəmək gücündədir, eyni zamanda geniş ixrac imkanlarına malikdir. Artıq məssisəyə xarici ölkələrdən sifarişlər gəlməkdədir. Yeni gəmiqayırma zavodu ilə yanaşı, Prezident İlham Əliyevin 2007-ci ildə imzaladığı müvafiq Sərəncama əsasən Ələt qəsəbəsində birinci mərhələsi bu yaxınlarda istifadəyə verilən Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksi inşa olunur. Azərbaycan İnvestisiya Şirkətinin, ARDNŞ-nin və Niderlandın “Royal Haskoning” şirkətinin birgə əməkdaşlığı ilə yaradılan yeni liman kompleksinin birinci mərhələdə yükaşırma qabiliyyəti ildə 10 milyon ton yük və 50 min konteynerdən ibarət olacaq. İkinci mərhələdə limanın yükaşırma gücü 17 milyon ton yük və 150 min konteynerə, üçüncü mərhələnin yekununda isə 25 milyon ton yük və 1 milyon konteynerə çatdırılacaq. Limanda layihə üzrə logistika mərkəzinin yaradılması da mühüm əhəmiyyət kəsb edir. İlkin mərhələdə burada 100 min konteynerin saxlanması və yük sahiblərinə müxtəlif növ xidmətlərin göstərilməsi nəzərdə tutulub. Şübhə yoxdur ki, gəmiqayırma zavoduyeni liman kompleksi Azərbaycanın qeyri-neft sənayesinin və bütövlükdə regionun inkişafına, bölgədə əməkdaşlığın dərinləşməsinə sanballı töhfələr verəcək.

Prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasındakı çıxışında investisiyaların strateji əhəmiyyət daşıyan sənaye sahələrinə yönəldilməsinin zəruriliyini bir daha nəzərə çatdırıb. Dövlət başçısı vurğulayıb ki, Azərbaycan İnvestisiya Şirkəti bu sahədə işlərin böyük hissəsini öz üzərinə götürməlidir, eyni zamanda, xarici investorlar da sənaye quruculuğu prosesinə cəlb edilməlidir: “Azərbaycanın gələcək inkişafı sənayenin inkişafı ilə bağlı olmalıdır. Onu da nəzərə almalıyıq ki, hazırda Azərbaycan dövlətinin kifayət qədər vəsaiti var və dövlət investisiyalarını da bizim üçün strateji əhəmiyyət daşıyan sənaye sahələrinə cəlb etməliyik. Azərbaycan İnvestisiya Şirkəti, əlbəttə ki, bu işlərin böyük hissəsini öz üzərinə götürməlidir və biz xarici investorları cəlb etməklə bu işlərdə daha da yaxşı nəticələrə nail olacağıq”.

Yeni hədəf belədir: Azərbaycan inşaat materialları ilə özünü tam təmin etməlidir

Məlumdur ki, Prezident İlham Əliyev Azərbaycanda sənayeləşmənin mühüm konturlarını cızıb. Ölkədə hər cür infrastruktur təminatı ilə əhatə olunan sənaye klasterlərinin, texnoparkların yaradılması istiqamətində genişmiqyaslı layihələr icra olunur. Dövlət başçısı Nazirlər Kabinetinin haqqında bəhs olunan iclasındakı çıxışında isə sənayeləşmə siyasəti ilə bağlı qarşıya yeni hədəflər qoyub. Belə ki, Prezident İlham Əliyev Azərbaycanda inşaat materialları ilə respublikanın daxili tələbatını tam ödəmək üçün hər cür imkanpotensial olduğunu diqqətə çatdırıb: “Azərbaycanda kifayət qədər xammal da və artıq sənaye potensialımız da var. Həm özümüzü maksimum dərəcədə təmin etməliyik, həm də ixrac etməliyik. Burada alüminium, poladtökmə, metallurgiya sənayesinin inkişafı nəzərdə tutulurinkişaf etdirilir. Burada da böyük potensial var”.

Prezident İlham Əliyev ölkəmizdə ərzaq təhlükəsizliyinin təmin olunması məqsədilə tətbiq olunanuğurlu nəticəyə gətirib çıxaran təcrübənin inşaat materialları istehsalında da tətbiq olunmasının zəruriliyini önə çəkib. Məlumdur ki, bir neçə il bundan əvvəl Prezident İlham Əliyev ölkədə ərzaq təhlükəsizliyinə nail olunması təşəbbüsünü irəli sürüb. Bundan ötrü ölkəyə idxal olunan əsas ərzaq məhsullarının çeşidi və həcmi müəyyənləşdirilib. İdxalı yerli məhsullarla əvəzləmək üçün müvafiq sahələrə güzəştli kreditlər yönəldilib. Belə siyasətin nəticəsidir ki, hazırda Azərbaycan əsas ərzaq məhsulları ilə özünü tam təmin edir və hətta ölkəmizin ayrı-ayrı sahələr üzrə ixrac potensialı da yaranıb. Prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasındakı çıxışında bildirib ki, inşaat materiallarının istehsalında da eyni yanaşma tətbiq edilməlidir: “Əlbəttə ki, hər bir istehsal sahəsi üçün belə düşünülmüş yanaşma olmalıdır, var və sadəcə olaraq, biz bu işi daha da sürətlə təşkil etməliyik. Əlbəttə, biz bilirik ki, Azərbaycana hansı inşaat materialları idxal ediliro sahəyə daha da böyük üstünlük verməliyik. Necə ki, biz vaxtilə ərzaq məhsulları ilə bağlı eyni yanaşmanı tətbiq etmişik”.

Qeyd edək ki, son illərdə Azərbaycanda inşaat materiallarının istehsalı sahəsində də yaxşı təcrübə əldə olunub. Prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasındakı çıxışında yeni istifadəyə verilən müəssisələr hesabına Azərbaycanın sementə olan tələbatının 100 faiz daxili istehsal hesabına ödənilməsindən məmnunluğunu ifadə edərək bildirib: “Biz özümüzü sementlə artıq tam şəkildə təmin etmişik. Bu il istifadəyə verilən ən böyük yeni sement zavodu bu problemiaradan götürüb. Beləliklə, biz idxaldan asılılığımızı tam şəkildə aradan qaldırmışıq. Eyni zamanda, sement istehsalında əlavə həcmlər varixrac imkanlarımız da artacaq”.

 

Mübariz ABDULLAYEV

Yeni  Azərbaycan.-2014.- 22 oktyabr.- S. 2.