Əsrin müqaviləsi: Azərbaycanda sənayenin inkişafında yeni mərhələnin başlanğıcı

 

Müasir müstəqil Azərbaycanın yüksək inkişaf mərhələsinə çıxmasında, milli-iqtisadi təhlükəsizliyinin möhkəmlənməsində və zəngin iqtisadiyyata malik olmasında neft amilinin xüsusi rolu var. Neft sərvətlərinin mənimsənilməsi, işlənilməsi və nəqli, ən əsası isə düzgün, düşünülmüş iqtisadi strategiyaya uyğun neft siyasətinin həyata keçirilməsi respublikamızın hazırkı tərəqqi mərhələsinə çatmasına dərin əsaslar yaradıb.

Sirr deyil ki, Azərbaycanın neft sənayesi tarixində və iqtisadi-siyasi həyatında tarixi dönüş nöqtəsi, məhz müstəqillik əldə olunduqdan sonrakı dövr - Ulu öndər Heydər Əliyevin hakimiyyətinin ikinci dönəminin ilk illəri hesab olunur. Bu dövrə kimi neft milli faktordan daha çox, ümumittifaq sənayesinin strateji sahəsi rolunu oynayırdı. Həmin dövrdə hakimiyyətdə olan səriştəsiz insanların bacarıqsızlığı, intriqalardaxili sərvətlər uğrunda mübarizə, hərc-mərclik Azərbaycan neft diplomatiyasının uğurlarının üstündən xətt çəkmişdi. 1992-ci ildə Bakıda səfərdə olanbp” şirkətinin prezidenti Con Braun neft sahəsində əməkdaşlığın perspektivlərinə dair ətraflı müzakirələr aparsa da, kontraktın imzalanmasında tərəddüd edirdi. Çünki respublikada siyasi-iqtisadi sabitlik kövrək idi, iqtidarın qətiyyətsiz siyasəti xarici investorlarda inam və etibarı azaldırdı. Heç bir əcnəbi sərmayəçi Azərbaycana investisiya qoymağa ürək etmirdi, onlarda yatırdıqları pullara təminat verilib-verilməyəcəyi barədə tərəddüdlər yaranmışdı.

Belə bir vəziyyətdə yeganə çıxış yolu Qərb dövlətləri ilə uzunömürlü əməkdaşlığa təminat verə biləcək, Azərbaycanın milli maraqlarını qoruyacaq, güclü siyasi xarizmatik liderin olması ilə bağlı idi. Bu lider Ulu öndər Heydər Əliyev idi. Ulu öndər Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı Azərbaycanın siyasiiqtisadi həyatında, eləcə də, neft strategiyasının müəyyənləşməsində əsaslı dəyişikliklərin başlanğıcını qoydu. Beləliklə, 1994-cü il sentyabrın 20-də Bakıda “Gülüstan” sarayında dünyanın 8 ölkəsindən 11 iri neft şirkəti ilə “Əsrin müqaviləsi” adlanan beynəlxalq saziş imzalandı. Bununla da, Azərbaycanın dünya iqtisadi sisteminə inteqrasiyasının və ölkənin enerji təhlükəsizliyinin möhkəm təməli qoyuldu. Ulu öndər həmin sazişin respublikamızın iqtisadi, siyasi, sosial, humanitar, ictimai həyatında böyük dəyişikliklərə səbəb olacağını bildirdi: “1994-cü ildən Azərbaycan dövləti özünün yeni neft strategiyasını həyata keçirirbu strategiyasının da əsas mənası, əsas prinsipləri Azərbaycanın zəngin təbii sərvətlərindən, o cümlədən, neftqaz sərvətlərindən Azərbaycan xalqının rifahı naminə daha da səmərəli istifadə etməkdən ibarətdir”.

Ulu öndər Heydər Əliyev neft strategiyasının əsas istiqamətlərindən biri kimi, Azərbaycan neftinin dünya bazarlarına nəqlini vacib hesab edirdi. Bu sahədə Azərbaycanın mənafelərinin uzunmüddətli şəkildə qorunması genişmiqyaslı beynəlxalq iqtisadi əməkdaşlığın inkişafı, regionda neft hasilatının artması ilə əlaqədar neftin dünya bazarlarına nəqlinin təmin edilməsi üçün strateji əhəmiyyətli Şərq-Qərb marşrutunun yaradılmasından ibarət idi. 1999-cu il noyabrın 18-də ATƏT-in İstanbul Zirvə görüşü çərçivəsində Ulu öndər Heydər Əliyev, Gürcüstan Prezidenti Eduard Şevardnadze və Türkiyə Cümhuriyyətinin Prezidenti Süleyman Dəmirəl tərəfindən “Xam neftin Azərbaycan Respublikası, Gürcüstan və Türkiyə Cümhuriyyətinin ərazilərilə Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri vasitəsilə nəql edilməsinə” dair saziş imzalandı. Eyni zamanda, Azərbaycan Respublikası, Gürcüstan, Türkiyə Cümhuriyyəti, Qazaxıstan Respublikası və Amerika Birləşmiş Ştatlarının prezidentləri bu layihəni dəstəkləyən “İstanbul Bəyannaməsi”ni imzaladılar.

Tarixi gün Avrasiyada ilin siyasət adamı”...

...Tarixi gün gəlib yetişdi. 2006-cı il mayın 28-də Azərbaycan nefti Ceyhan limanına çatdı iyulun 4-də neftlə yüklənmiş ilk tanker buradan yola salındı. İyulun 13-də Türkiyənin Ceyhan şəhərində XXI əsrin ən böyük enerji layihəsi olan Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin təntənəli açılış mərasimi keçirildi.

Heç təsadüfi deyil ki, boru kəmərinin açılışı ərəfəsində Prezident İlham ƏliyevAvrasiyada ilin siyasət adamıelan edildi. Bütün dünya bu həqiqəti qəbul etdi ki, “Əsrin müqaviləsi”nin memarı Ulu öndər Heydər Əliyevdirsə, onun qlobal nəqliyyat strategiyası kimi reallığa çevrilməsinin, Azərbaycanın regionda strateji tərəfdaş statusunu qazanmasının təminatçısı isə cənab İlham Əliyevdir.

Azərbaycanın dövlət başçısı atdığı qətiyyətli addımları ilə bölgədə sülhün sabitliyin təşəbbüskarı olduğunu sübut etdi.

BTC nəhəng neft marşrutu kimi regionda geocoğrafi üstünlüyünü artıraraq daha geniş əraziyə malik transkommunikasiya dəhlizinə çevrildi. Qazaxıstan Türkmənistanın dünya bazarına çıxması enerji təhlükəsizliyi sisteminə qoşulmasında bu kəmərin flaqman olması öz təsdiqini tapdı. Qazaxıstan neftinin Xəzər dənizi respublikamızın ərazisindən nəql edilməsi BTC neft boru kəməri vasitəsilə dünya bazarına çıxarılması mühüm əhəmiyyət daşıdı. 2010-cu ildə isə Türkmənistan öz neftini BTC ilə nəql etməyə başladı.

Xəzəri Avropa ilə birləşdirən yeni enerji dəhlizləri...

Bakı-Tbilisi-Ceyhan” “Bakı-Tbilisi-Ərzurumkəmərinin çəkilişinə yol açmaqla, yeni enerji dəhlizlərinin reallaşmasına zəmin yaratmaqla yanaşı, həm bölgədə tam başqa geosiyasi-coğrafi mənzərənin yaranmasına səbəb oldu. Digər tərəfdən, Azərbaycanın enerji siyasəti 2010-cu ildən başlayaraq qaz faktorunun fonunda yeni məzmun kəsb etdi AbşeronÜmidqaz yataqlarının kəşfi, transenerji sazişlərinin imzalanması karbohidrogenlərin nəqlinin həm diversifikasiyası, həm coğrafiyasının genişlənməsinə imkan yaratdı.

2011-ci ildə Avropa Komissiyasının sədri Xose Manuel Barrozunun respublikamıza səfəri zamanı Avropa İttifaqı ilə Azərbaycan arasındaCənubqaz dəhlizinə dair Anlaşma Memorandumunun imzalanması respublikamızın birbaşa təşəbbüskarlığı sayəsində bölgədə yeni iri enerji layihələrinin həyata keçirilməsi üçün güclü zəmin oldu.

2011-ci ildə Türkiyə ilə Azərbaycan arasında imzalanmış Transanadolu Qaz Boru Kəməri (TANAP) layihəsinə dair saziş Azərbaycanın regional enerji coğrafiyasında yerini daha da möhkəmləndirdi. Həmin sazişCənub dəhlizienerji şəbəkəsinin ən mühüm komponentlərindən biri olmaqla, yeni-yeni dəhlizlərin yaradılmasına geniş üfüqlər açdı bunun davamı, məntiqi sonluğu Transadriatik boru kəmərinin (TAP ) imzalanması oldu. Azərbaycan dövlətiŞahdəniz 2” konsorsiumu ilə birgə qazın Qərbə nəqli üçün ən rentabelli olması, təhlükəsizlik, səmərəlilik kommersiya baxımından Transadriatik boru kəməri (TAP) layihəsinin düzgün yaxşı seçim olmasına qərar verdi.

Beləliklə, Azərbaycan xarici neft-qaz kompaniyalarının qətiyyəti siyasi iradəsi nəticəsində regionun geosiyasi-iqtisadi xəritəsini dəyişən, enerji tarixinə qızıl hərflərlə yazılan ən mühüm hadisə geniş komponentləri ilə daha strateji mərhələyə keçid aldı. TAP “Şahdəniz”, “Ümid”, “Abşeron”, “Alov”, “İnam digər zəngin qaz yataqlarının uzunmüddətli, bir neçə onilliklər Avropaya nəqlinə imkan verən ən strateji nəhəng kommunikasiya infrastrukturu deməkdir TAP layihəsi birbaşa Xəzər dənizini Avropa ilə əlaqələndirəcək.

Azərbaycanın neft-qaz flaqmanı, milli brendi -SOCAR...

Azərbaycanın qlobal enerji sektorunda güclü iştirakçıya çevrilməsi milli şirkətlərin rolunun artmasını, xarici transmilli şirkətlərlə ciddi tərəfdaşlıqda əsas aktorlardan biri olmasını şərtləndirmişdir. Respublikamızın enerji siyasətinin həyata keçirilməsində yaxından iştirak edən milli kompaniyanın - Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) geniş şaxəli fəaliyyəti bu qurumun qlobal kontekstdə neft-qaz sektorunda güclü tərəfdaş kimi qəbul olunmasına səbəb olmuşdur. SOCAR Azərbaycanın milli brendi, ölkəmizin ən böyük transmilli şirkəti kimi Azərbaycan daxilində xarici ölkələrdə böyük investisiya layihələri həyata keçirməklə ölkəmizin beynəlxalq aləmdə nüfuzunun daha da güclənməsində mühüm rol oynamaqdadır.

SOCAR-ın fəaliyyət planı milli enerji siyasətinin genişlənməsi fonunda hər il artıb, coğrafi baxımdan planetar bir miqyas alıb. Şirkət Azərbaycan ərazisindəki neft qaz yataqlarının axtarışı, kəşfiyyatı işlənməsi, neftin, qazın qaz kondensatının hasilatı, emalı nəqli, neft neft-kimya məhsullarının, qazın daxili xarici bazarlarda satışı, ölkə ərazisində sənayenin əhalinin təbii qazla təchizatını həyata keçirir. Şirkətin iştirakı ilə yaradılmış birgə müəssisələr, alyanslar, əməliyyat şirkətləri neft-qaz sənayesinin müxtəlif sahələrində fəaliyyət göstərir. SOCAR-ın Gürcüstan, ABŞ, Türkiyə, Rumıniya, Avstriya, İsveçrə, Qazaxıstan, Böyük Britaniya, İran, Almaniya, Ukrayna Belçikada nümayəndəlikləri, İsveçrə, Sinqapur, Vyetnam, Nigeriya s. ölkələrdə treydinq şirkətləri təsis olunub.

SOCAR həm Azərbaycanın investor ölkəyə çevrilməsində, potensial iri sərmayəçi kimi çıxış etməsində mühüm rol oynayıb.

Milli enerji strategiyası yeni iqtisadiyyatın təməl nöqtəsi kimi...

Milli enerji strategiyasının hazırda yeni mərhələyə qədəm qoyduğu Azərbaycan Xəzər-Mərkəzi Asiya regionunun karbohidrogen ehtiyatlarının Şərq-Qərb dəhlizi vasitəsilə dünya bazarına çatdırılmasında əsas tədarükçü ölkədir. Azərbaycanın qaz ehtiyatları kəşf edilmişdən qat-qat çox dəyərləndirilir və yaxın gələcəkdə ixrac imkanları bir neçə dəfə artacaq, bundan sonra hələ uzun zaman ölkəmizin Avropa üçün əhəmiyyəti prioritet olaraq qalacaq. Hətta gələcəkdə daha çox qaz ixrac etmək üçün yeni-yeni layihələrin reallaşdırılması qaçılmaz görünür. Cənub-Şərqi Avropa ölkələrinin ehtiyaclarını qarşılayan Azərbaycan qazı gələcəkdə Mərkəzi Avropa ölkələrinin də enerji asılılığının azaldılmasına kömək olacaq.

Milli enerji siyasəti Azərbaycanın neft sənayesinin infrastrukturunun yeniləşməsinə, sənayenin yeni, güclü infrastrukturunun yaranmasına səbəb olacaqdır. Bu strateji xəttə uyğun olaraq respublikamızın iqtisadiyyatının digər sahələrinə sərmayələr axını təmin ediləcək, yeni, müasir texnologiyalar əldə olunacaq. Neft strategiyasının müasirperspektiv inkişaf qanunauyğunluqları ölkədə iqtisadiyyatın tamamilə modernləşməsinə səbəb olacaq, innovativ iqtisadiyyatın formalaşmasını, sənayeləşmənin geniş vüsət almasını və postindustrial cəmiyyətin formalaşmasını təmin edəcəkdir. Ölkədə qurulmuş sivilizasiyalı cəmiyyətin qanunları çərçivəsində işləyəcək sahibkarların sanballı bir təbəqəsi formalaşacaqdır. Xarici şirkətlərin ödədiyi vergilərdən büdcəyə mədaxil xeyli artacaqdır. Müxtəlif sənaye və xidmət sahələrində minlərlə yeni yeri açılacaqdır.

 

Aqşin ŞAHİNOĞLU

Yeni  Azərbaycan.-2014.- 2 sentyabr.- S. 6.