“Əsrin müqaviləsi” - Azərbaycanın sürətli iqtisadi inkişafının təməli...

 

Sentyabrın 20-si Azərbaycanda “Əsrin müqaviləsi”nin imzalanmasının 20-ci ildönümü tamam olur. Məlum olduğu kimi, Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra bir çox ciddi çətinliklərlə üzləşmişdi. Ümummilli lider Heydər Əliyevin xalqın tələbi ilə 1993-cü ildə yenidən hakimiyyətə qayıtmasından sonra bu çətinliklər aradan qalxdı və Azərbaycanın başının üstündən təhlükə sovuşdu. Ölkəmizin müstəqilliyinin möhkəmlənməsi üçün qətiyyətli addımlar atıldı. Ulu öndər Heydər Əliyevin gərgin fəaliyyəti nəticəsində ölkəmizdə siyasi sabitlik bərqərar oldu, atəşkəs əldə edildi, irimiqyaslı iqtisadi islahatlara başlanıldı. Bununla da ölkədə maliyyə vəziyyəti sabitləşdi, iqtisadiyyata cəlb olunan investisiyaların həcmi ildən-ilə artdı, xalqın həyat səviyyəsi yaxşılaşmağa başladı. Həmin dövrdə respublikamızın qarşılaşdığı iqtisadi çətinliklərin həlli yollarından biri də məhz neftqaz hasilatının artırılması idi.

Ulu öndər o dövrdə ölkəmizin gələcək inkişafını Qərb şirkətləri ilə milli maraqlara söykənən əməkdaşlığın qurulmasında görürdübir çox çətinliklərə baxmayaraq, qısa bir müddətdə bu möhtəşəm konsepsiyanı gerçəkləşdirməyə nail oldu. Onun tapşırığı ilə xarici neft şirkətlərini Azərbaycanın neft sənayesinə birgə işə cəlb etmək üçün müxtəlif səviyyələrdə danışıqlar aparıldı, xarici investorlarda Azərbaycanla bağlı olan inamsızlıq sindromu aradan qaldırıldı və neft sənayesinə sərmayə qoyuluşu üçün dərin inam yarandı.

1994-cü il fevralın 4-də Ümummilli lider “Azərbaycan Respublikasında dəniz neftqaz yataqlarının işlənilməsinin sürətləndirilməsi haqqında” Sərəncam imzaladı. Bu sənəd respublikamızın dəniz neftqaz yataqlarının kəşfində və işlənməsində xarici neft şirkətlərinin iştirakına dair bütün detalları özündə əks etdirirdi və sərmayəçilərin neft sənayesində iştirakına geniş şərait yaratdı. Bundan sonra dünyanın aparıcı xarici neft şirkətlərinin - “AMOKO”, “British Petroleum”, “Statoyl”, “Penzoyl”, “Remko”, “Yunokal”, “Mak Dermott”, “Türk Neft Şirkəti”nin Azərbaycan hökuməti ilə səmərəli və konkret nəticələri olan danışıqları intensivləşdi. Artıq 1994-cü ilin aprel-may aylarında xarici neft kompaniyaları Xəzərin Azərbaycana məxsus “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının kəşfi, həmçinin, işlənməsi ilə əlaqədar öz təkliflərini və investisiya proqramlarını hazırlamağa başladılar. Xarici dövlətlər dünyanın neft möcüzəsi olan Azərbaycanla uzunmüddətli sazişin imzalanmasına can atırdılar. 1994-cü il sentyabrın 14-də imzalanan “Xəzərin Azərbaycan sektorunda neft yataqlarının birgə işlənməsi haqqında xarici neft şirkətləri konsorsiumu ilə danışıqların yekunları barəsində” Fərman artıq beynəlxalq sazişin imzalanmasının qətiləşməsi demək idi. Nəhayət, 1994-cü il sentyabrın 20-də Bakıda dünyanın 11 transmilli neft şirkəti ilə çağdaş tarixə “Əsrin müqaviləsi” kimi düşən qlobal neft müqaviləsinin təntənəli şəkildə imzalanması ilə Xəzər dənizi hövzəsində və bütün postsovet məkanında beynəlxalq əməkdaşlığın bünövrəsi, həmçinin, ölkəmizin enerji təhlükəsizliyinin möhkəm təməli qoyuldu. “Əsrin müqaviləsi”nin imzalanması ilə Azərbaycanın inkişaf strategiyasının, uzunmüddətli tərəqqi konsepsiyasının əsası qoyuldu.

Bu gün 20 yaşı tamam olan bu müqavilə ölkəmizin qısa zaman kəsiyində inkişaf yoluna qədəm qoymasını təmin etməklə yanaşı, Azərbaycanda qeyri-neft sektorunun inkişafına xüsusi təkan verdi, Azərbaycanın dünya iqtisadi məkanına inteqrasiyasını gücləndirdi. Bu gün Azərbaycan öz inkişaf sürətinə görə nəinki regionda, dünyada seçilən dövlətlərdən sayılır. O baxımdan ki, az bir zamanda dövlət büdcəsinin 10 dəfələrlə artması, qeyri-neft sektorunun yüksək sürətli inkişafı bir daha sübut etdi ki, “Əsrin müqaviləsi” ölkəmizin inkişafında böyük rol oynadı.

Bu gün məhz “Əsrin müqaviləsi”nin sayəsində iqtisadiyyatımız sürətlə inkişaf edir

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov bildirib ki, “Əsrin müqaviləsi”nin müstəqil dövlətimizin inkişafında yerirolu danılmazdır. Onun sözlərinə görə, bu müqavilə Ümummilli liderimiz Heydər Əliyevin uzaqgörən, müdrik və qətiyyətli siyasəti nəticəsində imzalanıb. Məhz xarici dövlətlərin Ulu öndərə inamı nəticəsində “Əsrin müqaviləsi” 1994-cü ildə imzalandı: “Müqaviləni imzalayan transmilli şirkətlər ABŞ, İngiltərə, Türkiyə, Rusiya və digər böyük dövlətləri təmsil edirdilər. Bu gün məhz “Əsrin müqaviləsi”nin sayəsində iqtisadiyyatımız sürətlə inkişaf edir. Çünki neftdən gələn gəlirlər iqtisadiyyatın digər sahələrinə yönəldilir. Qeyd edim ki, Prezident İlham Əliyev “Əsrin müqaviləsi” imzalanarkən ARDNŞ-nin birinci vitse-prezidenti idi. Təbii ki, bu müqavilənin imzalanması prosesində cənab İlham Əliyevin də müstəsna xidmətləri var”.

E.İbrahimov onu da qeyd edib ki, hazırda Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri vasitəsilə Azərbaycan regionda həm də enerji tranzitinin mühüm tərkib hissəsinə çevrilib. Millət vəkili bildirib ki, bu gün güclənən Azərbaycan təkcə Cənubi Qafqazda yox, Avropada çox böyük nüfuz sahibidir: “Avropa dövlətləri çalışır ki, boru kəmərləri onların ərazilərindən keçsinbundan qazanc əldə etsinlər. Ukrayna hadisələrinə görə Avropa Rusiyadan ehtiyat edir ki, onlara qaz problemi yaradıla bilər. Ona görə də, enerji məsələsi və ölkəmizin düzgün enerji siyasəti dünyada Azərbaycanın əhəmiyyətini daha da artırır. TANAP və TAP layihələri də “Əsrin müqaviləsi”nin davamı hesab oluna bilər. Bu layihələr vasitəsilə qardaş Türkiyə, Gürcüstan və digər ölkələr mənfəət əldə edirlər. Bir vaxtlar Azərbaycan başqa ölkələrdən kredit axtarırdı. Amma indi Şərqi Avropa ölkələrinə, Balkan dövlətlərinə böyük sərmayələr yatırırıq. Bu, Azərbaycanın iqtisadi gücüdür. İqtisadi güc siyasi gücümüzü də əhəmiyyətli dərəcədə artırır. Azərbaycan xarici siyasət yürüdərkən, prioritetləri müəyyənləşdirərkən heç bir kənar təsirləri nəzərə almır. Nəzərə alınan yalnız Azərbaycan dövlətinin və millətinin maraqlarıdır”.

Neft sektorundan əldə olunan vəsaitin qeyri-neft sektoruna yatırılması Azərbaycanın hərtərəfli inkişafına şərait yaradıb”

Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev bildirib ki, 20 il geriyə nəzər salanda Azərbaycanın ümumi inkişafı, tərəqqisi, dünyanın ictimai-siyasi həyatında, o cümlədən iqtisadiyyatında yerinin necə möhkəmlənməsi mənzərəsi gözümüzün önündə canlanır. Onun sözlərinə görə, bütün bunlar Azərbaycan dövlətinin, Ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi, cənab Prezidentimizin apardığı modern siyasi inkişaf strategiyası ilə bağlıdır. Bu siyasətin kökündə isə, heç şübhəsiz ki, iqtisadi amil dayanır və bu iqtisadi amilin ən başlıca əsası 1994-cü il sentyabrın 20-də imzalanmış “Əsrin müqaviləsi”dir: “Bu müqavilə XX əsrdə, deyərdim ki, ən böyük miqyasastrateji əhəmiyyətə malik müqavilə idi. Müqavilənin imzalanmasının əsasında isə qeyd-şərtsiz Ümummilli liderimiz Heydər Əliyevin siyasi uzaqgörənliyi, dünya siyasətində yeri, nüfuzu və cəsarəti dayanırdı. Həmin dövrdə bu müqaviləni imzalamaq o qədər də asan deyildi. Çünki müqavilənin imzalanmasına və həyata keçirilməsinə istər ölkə daxilində, istərsə də ölkə xaricində əngəl törədə bilən qüvvələr vardı. Həmin qüvvələr istəmirdi ki, Azərbaycan nefti müstəqil dövlətimizin inkişafına, xalqımızın sosial-iqtisadi rifahına xidmət göstərsin. Həmin qüvvələrin özlərinin şübhəli konyunktur maraqları vardı. Amma bütün bunların hamısı Heydər Əliyevin siyasi iradəsinin qarşısında aciz idi. Ulu öndər Heydər Əliyev böyük uzaqgörənliklə “Əsrin müqaviləsi”nin imzalanmasının Azərbaycanın inkişafına nə qədər güclü təkan verəcəyini və bu inkişafın əsasında dayanacağını müəyyənləşdirdi. Ümummilli liderimiz Heydər Əliyev deyirdi ki, son nəticədə biz Azərbaycanın dünyaya günəş kimi doğduğunu gördük”.

Millət vəkili vurğulayıb ki, bu müqavilə Azərbaycanın sosial-iqtisadi həyatında da böyük rola malik oldu, Azərbaycanın büdcəsi 10 dəfələrlə artdı: “Azərbaycanın valyuta ehtiyatları, Dövlət Neft Fondunun ehtiyatları dəfələrlə artıb. ÜDM-in yüksək sürətlə yüksəlməsi, əhalinin əməkhaqlarının, pensiyaların və müavinətlərin dəfələrlə artması göz önündədir. Dünya dövlətlərinin əksəriyyətində belə artım tendensiyası yoxdur. Bu, “Əsrin müqaviləsi”nin çox düzgün şəkildə işlənməsinin bariz nümunəsidir. Ölkəmizdə yoxsulluq 5,4 faizə, işsizlik 5 faizə enib. “Əsrin müqaviləsi”ndən gələn neft vəsaitlərindən düzgün şəkildə istifadə olunması bu inkişafı şərtləndirib. Neft sektorundan əldə olunan vəsaitin qeyri-neft sektoruna yatırılması, regionların inkişafını təmin etmək, qeyri-neft sektorunu inkişaf etdirmək siyasəti Azərbaycanın hərtərəfli inkişafına şərait yaradıb”.

M.Quliyev bildirib ki, neft müqavilələri Azərbaycanın təkcə iqtisadi deyil, həm də siyasi cəhətdən böyük uğurlar qazanmasını şərtləndirib: “Azərbaycanın dünyanın ən böyük siyasi təşkilatının -BMT-nin Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, iki dəfə bu quruma sədrlik etməsi ölkəmizin beynəlxalq miqyasda nüfuzunun artmasının göstəricisidir. Bu müqavilə, eyni zamanda, siyasi xarakter daşıyırdı, Azərbaycanın beynəlxalq imicinin formalaşması və gələcəkdə dünyada tanınmasında böyük rola malik idi. Bu, çox böyük uğur idi. Hesab edirəm ki, bundan sonrakı 10 ildə də bu müqavilə Azərbaycan xalqına böyük uğurlar gətirəcək”.

“Əsrin müqaviləsi” Azərbaycanın uzunmüddətli inkişafına əsaslı zəmin yaradıb

Yeni Azərbaycan Partiyasının (YAP) İqtisadi məsələlər komissiyasının sədr müavini, partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov isə bildirib ki, 20 il əvvəl dünya geosiyasi məkanında “Əsrin müqaviləsi” ilə uğurluolduqca mühüm bir tarixi başlanğıca imza atan Azərbaycanın həyata keçirdiyi milli enerji siyasəti, enerji diplomatiyası, ilk növbədə, respublikamızın təhlükəsizliyini təmin edib, çoxşaxəli enerji marşrutları sisteminin yaradılmasına əlverişli zəmin yaradıb, dünyanın enerji xəritəsini dəyişib: “BTC nəhəng neft marşrutu kimi regionda əsas ixrac boru kəmərinə çevrildi. Qazaxıstan və Türkmənistanın dünya bazarına çıxması və enerji təhlükəsizliyi sisteminə qoşulmasında bu kəmərin flaqman olması öz təsdiqini tapdı. Qazaxıstan neftinin Xəzər dənizi və respublikamızın ərazisindən nəql edilməsi və BTC neft boru kəməri vasitəsilə dünya bazarına çıxarılması mühüm əhəmiyyət daşıdı və qazax nefti bu kəmərlə dünya bazarına çıxarıldı. 2010-cu ildə isə Türkmənistan öz neftini BTC ilə nəql etməyə başladı. Beləliklə, Bakı-Tbilisi-Ceyhan regionun enerji xəritəsini dəyişdi”.

A.Hüseynov bildirib ki, “Əsrin müqaviləsi” həm karbohidrogen ehtiyatlarının miqdarına, həm də qoyulan sərmayələrin həcminə görə, dünyada bağlanan ən iri sazişlər siyahısına daxil olub: “Müstəqil Azərbaycanın Qərb şirkətləri ilə ilk neft müqaviləsini imzalamasından sonra regiondünya dövlətləri üçün çox strateji əhəmiyyətə malik layihələrin həyata keçirilməsi üçün açıq qapı yarandı. Bu sazişin imzalanması Azərbaycan və dünya üçün çox strateji əhəmiyyət daşıyan layihələrin həyata keçirilməsində əsas rol oynadı. 2011-ci ildə Avropa Komissiyasının sədri Xose Manuel Barrozunun respublikamıza səfəri zamanı Avropa İttifaqı ilə Azərbaycan arasında strateji enerji əməkdaşlığına - “Cənub” qaz dəhlizinə dair memorandumun, 2012-ci ildə Türkiyə ilə Azərbaycan arasında Trans-Anadolu boru kəməri - TANAP-a dair tarixi sazişin, 2013-cü ilin iyul ayında Trans-Adriatik boru kəməri (TAP ) layihəsi ilə bağlı Qərb şirkətləri ilə tarixi sənədin və nəhayət 2013-cü ilin dekabr ayında “Şahdəniz-2” layihəsinə dair yekun investisiya sazişinin imzalanması da məhz 20 il öncə əsası qoyulmuş yeni neft strategiyasının məntiqi nəticəsi hesab edilə bilər”.

YAP Qaradağ rayon təşkilatının sədri onu da qeyd edib ki, “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycanın milli gəlirlərinin artmasında da mühüm rol oynayıb: “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycanın milli gəlirlərinin artması, neft gəlirlərinin iqtisadiyyatın digər sahələrinə yönəldilməsi, iqtisadiyyatın şaxələndirilməsi və Azərbaycanın strateji valyuta ehtiyatlarının artmasında da mühüm rol oynayıb. Azərbaycan hökuməti neft gəlirlərinin xərclənməsini ölkənin inkişafı üçün prioritet hesab edirbu sahədə şəffaflığın təmin edilməsini başlıca məqsədlərdən sayır. “Əsrin müqaviləsi” bu gün Azərbaycanda qara qızılın insan kapitalına çevrilməsi üçün mühüm bir vasitə olub. Həmçinin, neft gəlirləri iqtisadiyyatın şaxələndirilməsinə və qeyri-neft sektorunun inkişafına dərin zəmin yaradıb və hazırda qeyri-neft iqtisadiyyatının inkişafının əsas sütununu təşkil edir”.

Bu müqavilə müstəqilliyimizin qarantına çevrildi

İqtisadçı-ekspert, Azərbaycan Turizm İnstitutununMarketinq” kafedrasının müdiri Anar Eminov bildirib ki, ölkəmizin təbii resurs potensialı və tranzit potensialının bir-birini tamamlamasının ən yaxşı nümunəsi olan layihələrdən başlıcası Ümummilli liderimiz Heydər Əliyevin memarı olduğu və ölkə iqtisadiyyatının bütün önəmli sahələrində inkişafın əsasını qoyan, 1994-cü ilin sentyabrında imzalanmış “Əsrin müqaviləsi”dir ki, onun imzalanması ilə respublikanın iqtisaditranzit-kommunikasiya əhəmiyyəti xeyli dərəcədə artıb. Onun sözlərinə görə, “Əsrin müqaviləsi” çərçivəsində Xəzər dənizinin Azərbaycan sektorunda hasil olunan xam neftin dünya bazarına çıxışını təmin etmək üçün inşa edilən Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri ölkəmizə mühüm dividendlər gətirib: “Azərbaycan və Xəzər hövzəsinin karbohidrogen ehtiyatlarının dünya bazarlarına çıxarılması - BTC layihəsinin həyata keçirilməsi olduqca həssas və əlverişli mövqedə yerləşən respublikamızın öz təbii - resurs potensialından maksimum şəkildə istifadəyə nail olması, xüsusən zəngin neftqaz ehtiyatlarını dünya ölkələrinə nəql etməklə enerji təminatı və təhlükəsizliyi sahəsində mühüm faktora çevrilməsinə ciddi təsir edib. Bununla yanaşı, həmin dövrdə müstəqilliyimizin qorunub möhkəmləndirilməsi-yenicə müstəqillik əldə etmiş və çətin sosial-iqtisadi, siyasi durumda olan ölkəmiz üçün bu cür qlobal əhəmiyyətli layihənin kənar müdaxilə olmadan, öz milli maraqlarımıza uyğun şəkildə gerçəkləşdirilməsi və iri miqyasda birbaşa və dolayı xarici investisiyanın cəlb edilməsi respublika hakimiyyətinin qarşısında duran prinsipial əhəmiyyətli məsələlərdən biri idi”.

A.Eminov bildirib ki, “Əsrin müqaviləsi”nin imzalanması ilə ölkəmizə çoxsaylı və arasıkəsilməz kapital axını baş verdi. Bu proses öz-özlüyündə inflyasiya, yoxsulluq, işsizlik kimi neqativ halların aradan qaldırılmasına, o cümlədən, əhalinin sosial rifah səviyyəsinin yaxşılaşdırılmasına rəvac verdi: Dünya ölkələri ilə ikitərəfli və çoxşaxəli münasibətlərin qurulması - BTC boru kəməri layihəsinin həyata keçirilməsi ölkəmizi Avropa ölkələrinin karbohidrogen ehtiyatlarına olan tələbatlarının ödənməsində əsas iştirakçılardan birinə çevirməklə yanaşı, həm də həmin ölkələrlə uzunmüddətli perspektivdə geniş və hərtərəfli əlaqələr qurulması üçün böyük imkanlar yaratdı. Ümummilli lider Heydər Əliyevin qətiyyəti, apardığı uğurlu neft diplomatiyasının nəticəsi olan “Əsrin müqaviləsi” dünyanın bir sıra aparıcı dövlətlərinin, transmilli enerji şirkətlərinin respublikamıza cəlb edilməsində və buraya investisiyalar yatırmasında katalizator funksiyası daşıdı. Bu qlobal əhəmiyyətli sazişin imzalanması neft sənayemizdə əsaslı infrastruktur dəyişikliklərinin həyata keçirilməsinə, o cümlədən, onun keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoymasına rəvac verdi. “Əsrin müqaviləsi” ölkəmizin tranzit potensialının realizasiyası və bilavasitə ölkə iqtisadiyyatının dayanıqlı inkişaf trendinin əldə olunması istiqamətində həyata keçirilmiş silsilə layihələrin ilkin və təkanverici mərhələsi kimi olduqca əhəmiyyətlidir. Bu müqavilə yaxın və uzaq gələcəyə hesablanmış məqsədyönlü siyasətin dayaq sütunlarından biri olmaqla, imzalandığı mürəkkəb tarixi zaman kəsiyində müstəqilliyimizin qarantına çevrildi. Ulu öndər Heydər Əliyevin dərindən düşünülmüş neft strategiyası nəticəsində Azərbaycan Xəzər dənizinin nəhəng enerji potensialını ilk mənimsəyən və regionun inkişafında keyfiyyətcə yeni iqtisadi modeli formalaşdıran, AvropaAsiya arasında siyasi və ticarət əlaqələrinin genişləndirilməsində, Qafqaz nəqliyyat dəhlizinin inkişafında, İNOQEYT, TRACECA və digər nəhəng layihələrin gerçəkləşməsində Xəzəryanı və Qafqaz regionunda mühüm rol oynayan bir dövlətə, dünyanın neft mərkəzlərindən birinə çevrildi”.

 

Pərviz SADAYOĞLU

Yeni Azərbaycan.-2014.- 19 sentyabr .- S.5.