Nüfuzlu “Pakistan Observer” qəzeti Azərbaycan Prezidenti İlham Əliyevi “2013-cü ilin adamıelan edib

 

Pakistanın nüfuzlu ingilisdilli “Pakistan Observer” qəzeti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi “2013-cü ilin adamıelan edib. Qəzetin təsisçisi baş redaktoru, tanınmış ictimai-siyasi xadim Zahid Malikin nəşrin birinci səhifəsindəİlham Əliyev-2013-cü ilin adamı: Bütün sahələrdə sürətli inkişafı təmin edən nümunəvi Prezident modeliadlı xüsusi məqaləsi çap olunub. Məqalədə deyilir ki, Avrasiya məkanında özünü təsdiq etmiş parlaq siyasi xadim olan İlham Əliyev 2013-cü il 9 oktyabr tarixli seçkilərdə yenidən xalqın etimadını qazanaraq Azərbaycanın Prezidenti seçilib.

Materialda Zahid Malik Prezident İlham Əliyevlə 2005-ci il aprelin 6-da görüşdüyünü həmin dövrdən etibarən Azərbaycanda gedən bütün prosesləri yaxından izlədiyini vurğulayıb. Yazıda qeyd olunur ki, həmin görüşdə dövlət başçısı İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində Pakistanın tutduğu prinsipial mövqeyə görə minnətdarlığını bildirib.

Məqalədə deyilir ki, 1990-cı illərin əvvəllərində iqtisadiyyatı tənəzzülə uğrayan Azərbaycan hazırda regionun lider dövlətinə çevrilib. Zahid Malik Prezident İlham Əliyevin rəhbərliyi ilə həyatın bütün sahələrində yüksək tərəqqiyə nail olunduğunu, Azərbaycanın inamlı addımlarla inkişaf etdiyini diqqətə çatdırıb.

Müstəqil Azərbaycanın gənc ölkə olduğunu bildirən baş redaktor xarizmatik lider Heydər Əliyevin rəhbərliyi ilə 1990-cı illərin əvvəllərində Azərbaycanın demokratik inkişaf dövlət quruculuğu yoluna qədəm qoyduğunu qeyd edib, bu siyasətin İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib. Zahid Malik yazır ki, İlham Əliyev 2003-cü, 2008-ci 2013-cü illərdə keçirilmiş ümumxalq seçkilərində inamlı qələbə qazanaraq dövlət başçısı seçilib. Bir sıra aparıcı beynəlxalq təşkilatlar dövlətlərdən olan müşahidəçilər seçkilərin demokratik şəffaf keçirildiyini vurğulayıblar.

Məqalədə bildirilir ki, Qərbin aparıcı neft şirkətləri iləƏsrin müqaviləsiimzalandıqdan sonra Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf etməyə başlayıb. Neft yataqlarının istismarı istiqamətində həmin sazişə dair danışıqlarda İlham Əliyev aparıcı rol oynayıb, ölkə rəhbərliyinin həyata keçirdiyi müdrik neft strategiyasının icrası xalqın rifah halının yüksəlməsinə səbəb olub. Yazıda deyilir ki, bu siyasətin davamı olaraq sonra neft qazın nəqli marşrutları müəyyən edilib, Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri tikilib, Azərbaycan qazının Avropaya nəqlini təmin edəcək Trans-Anadolu (TANAP) Trans-Adriatik (TAP) layihələri icra olunmaqdadır. Neft strategiyası çərçivəsində görülən işlər nəticəsində ölkə 78 milyard dollar məbləğində mənfəət əldə edib, bir vaxtlar qaz idxal edən Azərbaycan bu məhsulun ixracına başlayıb. Qeyd olunub ki, ölkədə tikilmiş 14 yeni elektrik stansiyası Azərbaycanın elektrik enerjisinə olan tələbatını tam təmin edib eyni zamanda, ixrac imkanları yaradıb.

Yazıda ölkəmizin nəqliyyat siyasətindən danışılır, Mərkəzi Asiya regionundan Avropaya mallarının daşınmasını təmin edəcək Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin istismara verilməsi ilə Azərbaycanın regionun aparıcı nəqliyyat mərkəzinə çevriləcəyi bildirilir.

“Pakistan Observer”in məqaləsində qeyd edilir ki, hazırda Azərbaycan regionun ən böyük investoruna çevrilib. Materialda Prezident İlham Əliyevin idmanın inkişafına göstərdiyi qayğıdan, bu sahədə əldə edilmiş uğurlardan da söhbət açılır.

Zahid Malik Prezident İlham Əliyevin Azərbaycanın dövlət maraqlarına söykənən balanslaşdırılmış xarici siyasət yürütdüyünü, Pakistanla münasibətlərə xüsusi önəm verdiyini qeyd edib. Məqalədə bildirilir ki, iki ölkə arasında qədim tarixə, ümummilli, mədəni dini dəyərlərə əsaslanan əlaqələr inkişaf etdirilir, dövlətlərimiz beynəlxalq təşkilatlarda qarşılıqlı olaraq bir-birilərinin mövqelərini dəstəkləyirlər.

Zahid Malik Pakistan ilə əlaqələrin yaradılması inkişafında Prezident İlham Əliyevin böyük xidmətləri olduğunu qeyd edib. Məqalədə deyilir ki, müdrik siyasi xadim, dərin biliyə malik olan İlham Əliyev, eyni zamanda, yüksək mədəniyyət sahibi gözəl ailə başçısıdır.

Məqalənin sonunda qeyd edilir ki, Prezident İlham Əliyev regionda sülhün əməkdaşlığın təmin olunması istiqamətində yüksək səylər göstərir.

Zahid Malik məqaləni bu sözlərlə bitirir: “Məhz sadalanan uğurlarına görə Azərbaycan Prezidenti İlham Əliyev “2013-cü ilin adamıadına layiq görülmüşdür bu münasibətlə Onu təbrik edir, bütün Azərbaycan xalqına ən xoş arzularımızı çatdırırıq”.

 

Yeni Azərbaycan.-2014.- 8 yanvar.- S.2.