Azərbaycan gələcəyə dinamik inkişaf tempi ilə irəliləyir

 

            Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu daxilixarici siyasət kursu başa vurduğumuz 2013-cü ildə də mühüm nailiyyətlərin əldə edilməsini şərtləndirdi

 

Məlum olduğu kimi, hazırda Azərbaycan öz iqtisadi inkişaf tempinə görə dünya miqyasında ən sürətlə inkişaf edən ölkələr sırasında avanqard mövqedə qərarlaşıb. Şübhəsiz, dinamik iqtisadi tərəqqinin əsasında rasional və dəqiqliklə proqnozlaşdırılmış daxilixarici siyasət kursu dayanır. Milli maraqlarımıza müvafiq olan təkmil iqtisadi inkişaf modellərinin uğurla tətbiq olunması və adekvat nəticələrin əldə edilməsı, əhalinin sosial rifah halının yaxşılaşdırılmasına və siyasi sabitliyə xidmət edən sosial-siyasi islahatların mütəmadi qaydada həyata keçirilməsi, qanunvericilik bazasının zənginləşdirilməsi, vətəndaş cəmiyyəti, hüquqi dövlətin inkişafına maksimum əlverişli şəraitin yaradılması və digər bu kimi tədbirlər dövlətimizin inkişafını dinamikintensiv surətdə təmin edən faktorlar qismində çıxış edir.

Qeyd etmək lazımdır ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu daxilixarici siyasət kursu başa vurduğumuz 2013-cü ildə də mühüm nailiyyətlərin əldə edilməsini şərtləndirib. Belə ki, sosial, iqtisadi, mədəni sahələrdə əhəmiyyətli tədbirlər görülüb, mühüm siyasi-hüquqi islahatların həyata keçirilməsi sayəsində ölkəmiz demokratik inkişaf yolunda qətiyyətlə irəliləyib və Azərbaycanın beynəlxalq mövqeyi daha da möhkəmlənib. Ümumilikdə, Azərbaycanın ötən ildə əldə etdiyi nailiyyətlərin ölkəmizin inkişafı və perspektivi baxımından əhəmiyyətini anlamaq üçün bir sıra məsələlərə toxunmaq məqsədəmüvafiqdir.

Seçkilərin nəticəsi Azərbaycanın demokratik dəyərlərə sadiq olduğunu göstərdi

Ötən il ictimai, siyasihüquqi nöqteyi-nəzərdən ölkəmiz üçün ən əlamətdar hadisələrdən biri prezident seçkiləri oldu. Ümumilikdə, seçkilərin nəticələri Azərbaycan xalqının cənab İlham Əliyevi alternativsiz lider kimi dəyərləndirdiyini bir daha göstərdi. Əminliklə qeyd etmək olar ki, Prezident İlham Əliyevin seçicilərin 84,54 faizinin dəstəyini qazanmaqla növbəti möhtəşəm qələbəyə imza atması xalqımız tərəfindən Azərbaycanın son 10 ildə keçdiyi yola, qazandığı uğurlara, daxilixarici siyasət kursuna, bu kursu həyata keçirən dövlətimizin başçısının fəaliyyətinə verilən ən yüksək qiymətdir. Dünya Azərbaycanlılarının Həmrəylik GünüYeni il münasibətilə Azərbaycan xalqına təbrikində bu məsələyə toxunan Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan xalqı seçkilərin keçirilməsinə yüksək qiymət vermişdir: “Seçkilərdə Azərbaycan xalqının iradəsi tam şəkildə öz əksini tapmışdır. Mənə yenidən böyük diqqət və dəstək göstərdiyi üçün doğma xalqıma minnətdaram. Azərbaycan xalqını bir daha əmin etmək istəyirəm ki, Mən bundan sonra da ölkəmizin uğurlu inkişafı, gələcəyi üçün var gücümlə çalışacağam”.

Onu da qeyd etmək lazımdır ki, ötən il oktyabrın 9-da keçirilən prezident seçkiləri həm də ölkəmizin demokratik dəyərlər və ənənələrə sadiq olduğunu sübuta yetirdi. Seçkilərin azad, şəffaf və ədalətli keçirilməsi ölkəmizdəki siyasi sistemin demokratik dəyərlərə əsaslandığını nümayiş etdirdi. Bütün bunlarla yanaşı, seçkiləri izləyən beynəlxalq müşahidəçilər və müşahidə missiyaları da sözügedən prosesin təqdirəlayiq olduğunu bildirdilər.

Bütövlükdə, mühüm siyasi-hüquqi islahatların həyata keçirildiyi Azərbaycan demokratik inkişaf yolunda qətiyyətlə irəliləməkdədir. Dövlətimizin başçısının qeyd etdiyi kimi: “Ölkəmizdə siyasi islahatlar davam etdirilirdavam etdiriləcəkdir. Azərbaycanda demokratik cəmiyyətin qurulması istiqamətində çox müsbət addımlar atılır, qanunun aliliyi təmin edilir, bütün azadlıqlar vardır. Azərbaycan siyasi islahatların aparılması istiqamətində də qabaqcıl ölkələrin birinə çevrilməkdədir”.

Azərbaycan iqtisadiyyatının dinamik inkişafı davam edir

Ötən ilin mühüm nailiyyətlərindən biri də Azərbaycan iqtisadiyyatının öz dinamik inkişafını davam etdirməsi olub. Həyata keçirilən iqtisadi islahatlara paralel olaraq makroiqtisadi sabitlik qorunub saxlanılıb, iqtisadiyyatın diversifikasiyası, qeyri-neft sektorunun və regionların inkişafı sürətlənib, valyuta ehtiyatlarının səmərəli idarə edilməsi və milli valyutanın sabitliyi təmin olunub, sahibkarlığa dövlət dəstəyi gücləndirilib, özəl bölmənin inkişafı üçün azad rəqabət və münbit investisiya mühiti yaradılıb, əhalinin sosial rifahı daha da yaxşılaşıb.

Ümumilikdə, 2013-cü ilin 11 ayı ərzində istehsal edilən ümumi daxili məhsulun (ÜDM) həcmi əvvəlki ilin eyni dövrünə nisbətən 5,7 faiz artaraq 52,1 milyard manata çatıb. Onun 63,5 faizi istehsal, 30,2 faizi xidmət sahələrinin, 6,3 faizi isə məhsula və idxala xalis vergilərin payına düşür. ÜDM-nin hər nəfərə həcmi 5604,2 manatya 7142,8 ABŞ dollarına bərabər olub. Təbii ki, bütün bu nailiyyətlər son 10 ildə həyata keçirilən sosial-iqtisadi inkişaf kursunun davamı və əhəmiyyətli nəticələri kimi səciyyələndirilməlidir. Prezident İlham Əliyev bu məsələyə toxunaraq qeyd edib ki, son on il ərzində iqtisadiyyatımız 3,4 dəfə artmışdır ki, bu, dünya miqyasında ən böyük göstəricidir: “Bir milyon 200 mindən artıq yeni yeri açılmışdır. Yoxsulluğun azaldılmasında böyük nailiyyətlər əldə edilmişdir. Hazırda yoxsulluğun səviyyəsi beş faizdən bir qədər çoxdur. İşsizliyə qarşı mübarizə gözəl nəticələr vermişdir. Azərbaycanda işsizliyin səviyyəsi beş faizdən aşağıdır”.

Onu da qeyd edək ki, səmərəli iqtisadi strategiya sosial siyasətin də uğurluluğunu təmin edib. Ötən il vətəndaşların maddi rifah halının yaxşılaşdırılması istiqamətində görülən tədbirlər - əməkhaqları və pensiyaların artırılması, vətəndaşların əmanətlərinin kompensasiya şəklində qaytarılması əhəmiyyətli nəticələr kimi dəyərləndirilməlidir.

Kosmos sənayesinin inkişaf etdirilməsi prioritet məsələlərdəndir

Ötən il ərzində həm də “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı”nın həyata keçirilməsi istiqamətində mühüm işlər görülüb. Mühüm addım kimi Azərbaycanın Yerətrafı orbitə peyk çıxarmaq təşəbbüsünü qeyd etmək lazımdır. Ötən ilin fevralında “Azərspace-1” ilk Azərbaycan peyki fəzaya buraxılıb. Hazırda ölkəmizdə kosmos sənayesinin inkişaf etdirilməsi istiqamətində işlər aparılır. Bu peyk ölkəmizin qlobal informasiya cəmiyyətinə inteqrasiya olunmasında əhəmiyyətli rol oynayacaq. Eyni zamanda, kommersiya əhəmiyyəti baxımından əldə olunacaq gəlirlər ölkə iqtisadiyyatının inkişafına güclü təsir göstərəcək. Dövlətimizin başçısı Dünya Azərbaycanlılarının Həmrəylik GünüYeni il münasibətilə Azərbaycan xalqına təbrikində bu barədə qeyd etmişdir: “Bu il Azərbaycan kosmik dövlətə çevrildi. İlin əvvəlində “Azərspace-1” peykinin fəzaya buraxılması tarixi nailiyyətdir. Bu, onu göstərir ki, ölkəmiz böyük işlərə, böyük uğurlara imza atır. Kosmik sənayenin inkişafı ölkəmizin ümumi, intellektualiqtisadi potensialını bir daha təsdiqləyir”.

Korrupsiyaya qarşı mübarizə diqqət mərkəzindədir

2013-cü ili xarakterizə edərkən toxunulması lazım olan mühüm məsələlərdən birikorrupsiyaya və rüşvətxorluğa qarşı amansız mübarizənin davam etdirilməsidir. Effektiv inzibati tədbirlərin görülməsi sayəsində korrupsiyanın meydanının daraldılması və bu cür neqativ hallara yol verən şəxslərin cəzalandırılması təqdirəlayiq hal kimi dəyərləndirilməlidir. Onu da qeyd etmək lazımdır ki, “ASAN xidmət”in səmərəli fəaliyyət göstərməsi də korrupsiya və rüşvət hallarına son qoyulması baxımından əhəmiyyətli oldu.

Prezident İlham Əliyev korrupsiyaya qarşı mübarizə məsələsinə toxunaraq qeyd edib ki, korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə 2013-cü ildə daha da böyük miqyasda aparılmışdır: “Biz daha da böyük uğurlara nail olmuşuq. Korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə bizim siyasətimizin əsas istiqamətlərindən biridir. Burada həm cəza tədbirləri, inzibati tədbirlər öz rolunu oynayır, eyni zamanda, sistem xarakterli islahatlar da bu sahədə böyük irəliləyişə nail olmaq üçün bizə imkan yaratmışdır. İlin əvvəlində yaradılmış “ASAN xidmət”in fəaliyyətini Mən xüsusilə qeyd etmək istəyirəm. Qısa müddət ərzində cəmiyyətdə böyük rəğbət qazanmış “ASAN xidmət” bu gün dünyada da özünü Azərbaycan brendi kimi təsdiqləyir. İl ərzində bu xidmətə beş yüz mindən artıq vətəndaş müraciət etmişdir. Gələcəkdə “ASAN xidmət”də göstərilən xidmətlərin sayı artırılacaq və eyni zamanda, elektron xidmətlərin sayı da artırılmalıdır”.

Azərbaycanın beynəlxalq iqtisadi reytinqi pozitivdir

Vurğulamaq yerinə düşər ki, bütün bunlara paralel olaraq ölkəmizin beynəlxalq iqtisadi reytinqi davamlı surətdə artır. Qeyd etdiyimiz kimi, son on ildə həyata keçirilən səmərəli iqtisadi siyasət ötən ilin göstəricilərinə də əhəmiyyətli dərəcədə təsir etmişdir. Şübhəsiz, bu gün Azərbaycan bütün beynəlxalq hesabatlarda öncül mövqelərdə dayanır. Məsələn, Azərbaycan Dünya Bankının adambaşına düşən Ümumi Milli Gəlir təsnifatına görə, “yuxarı orta gəlirli” ölkələr kateqoriyasına yüksəlib, həmçinin BMT İnkişaf Proqramının müvafiq hesabatına əsasən, “yüksək insan inkişafı” ölkələri qrupuna daxil olub. “Fitch Ratings”, “Standard & Moody’skimi beynəlxalq reytinq agentliklərinin tədqiqatları isə göstərir ki, Azərbaycanın kredit reytinqi əhəmiyyətli dərəcədə yaxşılaşıb. Dünya İqtisadi Forumunun 2013-2014-cü il üzrə “Dünya Rəqabətlilik Hesabatı”nda bildirilir ki, Azərbaycan qlobal rəqabət qabiliyyətlilik indeksinə görə 7 pillə irəliləyib və 148 dövlət arasında 39-cu yerdə qərarlaşıb.

Qlobal iqtisadiyyatın böhran dövrünü yaşadığı və yüksək rəqabət mühiti ilə səciyyələnən bir vaxtda Azərbaycanın 7 pillə irəliləyərək dünyanın 50 ən rəqabətqabiliyyətli iqtisadiyyatı sırasına daxil olması ölkədə aparılan məqsədyönlü sosial-iqtisadi inkişaf siyasətinin əyani göstəricisi və dövlətimizin beynəlxalq nüfuzunun artmasının nümunəsi kimi qiymətləndirilə bilər. Bundan əlavə, Azərbaycan makroiqtisadi mühit göstəricisinə görə 8-ci, əmək bazarının səmərəliliyi göstəricisinə görə 30-cu, texnoloji hazırlıq səviyyəsinə görə 50-ci, innovasiyalara görə isə 51-ci yerdə qərar tutub.

Moods Investors Services” beynəlxalq reytinq agentliyi Azərbaycan Respublikasının istiqrazlarına təyin etdiyi “Ba1” reytinqini təsdiq edərək xarici valyuta üzrə “Ba2” və yerli valyuta üzrə “A3” reytinqlərinin proqnozunun “sabit”dən “pozitiv”ə qaldırılması barədə qərar qəbul edib. Bunlar dövlətin fiskal dayanıqlığını təmin edən işlərin, o cümlədən Azərbaycan Respublikası Dövlət Neft Fondunun aktivlərinin, qeyri-neft sektorunun inkişafına dövlət investisiyalarının həcminin əhəmiyyətli dərəcədə artımı hesabına əldə edilib.

Prezident İlham Əliyev bu məsələ barədə qeyd etmişdir: “Beynəlxalq aparıcı reytinq agentlikləri hətta böhranlı illərdə Azərbaycanın kredit reytinqlərini artırmışlar. Dünyanın bir nömrəli iqtisadi forumu olan Davos İqtisadi Forumu ölkələrin rəqabət qabiliyyətliliyinə görə Azərbaycanı 39-cu yerə layiq görmüşdür. Bu, çox böyük nailiyyətdir, çox böyük nəticədir, onu göstərir ki, ölkəmiz uğurla inkişaf edir. İqtisadiyyatımız çoxşaxəli iqtisadiyyatdır, təkcə neft amilinə bağlı deyildir. Son illər ərzində apardığımız iqtisadi islahatlar, iqtisadi siyasət ölkə iqtisadiyyatının şaxələndirilməsinə gətirib çıxarmışdır. Əminəm ki, növbəti illərdə iqtisadi sahədə daha da böyük uğurlar əldə ediləcəkdir. Bizim iqtisadi siyasətlə bağlı proqramımız ardıcıl şəkildə icra edilir”.

Azərbaycan etibarlı strateji tərəfdaş kimi...

Həyata keçirilən çoxvektorlupraqmatik xarici siyasət nəticəsində 2013-cü ildə Azərbaycanın beynəlxalq nüfuzu daha da artıb, eləcə də ölkəmizin beynəlxalq arenadakı mövqeyi möhkəmlənib. Mühüm beynəlxalq tədbirlərə ev sahibliyi etməsi, regional və beynəlxalq təhlükəsizliyə əhəmiyyətli töhfələr verməsi, ölkəmizin bilavasitə iştirakı ilə strateji əhəmiyyətli layihələrin gerçəkləşdirilməsi beynəlxalq arenada mühüm nailiyyətlərin əldə olunmasını şərtləndirib. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Bizim beynəlxalq mövqelərimiz möhkəmləndirilmişdir. Azərbaycanın həm ikitərəfli və həm də çoxtərəfli formatda beynəlxalq əlaqələri artmış, güclənmişdir. Biz iştirak etdiyimiz bütün beynəlxalq təşkilatlarda fəal siyasət aparmışıq və böyük beynəlxalq dəstək qazanmışıq. Bu il Azərbaycan BMT Təhlükəsizlik Şurasındakı fəaliyyətini başa çatdırır. İki il ərzində Azərbaycan dünyanın bir nömrəli qurumu olan BMT Təhlükəsizlik Şurasında çox fəal iştirak etmişdir. Beynəlxalq hüququ, ədaləti müdafiə etmişdir”.

Bu istiqamətdə ötən ili səciyyələndirərkən ilk növbədə ölkəmizin Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasına (TŞ) üzvlüyü uğurla başa vurmasını qeyd etmək lazımdır. Bu dövrdə BMT TŞ-də dünyanı narahat edən bir sıra mühüm məsələlər - beynəlxalq terrorçuluqla mübarizə, Suriyadakı vəziyyət və s. müzakirə olunub. 2012-ci ilin may ayının əvvəllərində Prezident İlham Əliyevin Sədrliyi ilə keçirilən iclasda müzakirə olunanTerror aktlarının beynəlxalq sülh və təhlükəsizliyə yaratdığı təhdidlər” mövzusu məhz Azərbaycanın təşəbbüsü ilə gündəliyə daxil edilmişdi. İclasda çıxış edən dövlət başçısı qlobal miqyasda əməkdaşlıq və birgə səy tələb edən terrorçuluqla mübarizənin önəmini qeyd edərək Cənubi Qafqaz regionunda bu problemin başlıca mənbəyi olan Ermənistanın dövlət siyasətinin mahiyyətini də ifşa etmişdi. Beləliklə də, Azərbaycan Prezidenti Ermənistan hakimiyyətinin işğalçı və terrorçu siyasətini ən yüksək kürsüdən aparıcı dünya dövlətlərinin liderlərinin diqqətinə çatdırmışdı.

Bununla yanaşı, ötən ildə ölkəmizin bilavasitə iştirakı ilə regional miqyaslı, qlobal əhəmiyyətli layihələrin həyata keçirilməsi Azərbaycanın etibarlı strateji tərəfdaş kimi tanındığını bir daha sübuta yetirib. Təkcə TAP, TANAP və “Şahdəniz-2” layihələrinin gerçəkləşdirilməsi ilə bağlı səsləndirilən fikirlər bunu deməyə əsas verir. Yeri gəlmişkən, bu kontekstdə 2013-cü ilin ən yaddaqalanuğurlu nəticələrindən biri kimi dekabrın 17-də Bakıda “Şahdəniz-2” üzrə yekun investisiya qərarının imzalanması mərasimini qeyd etmək olar. “Şahdəniz-2”nin təsdiq edilməsi layihənin artıq reallaşdırılma mərhələsinə qədəm qoymasından xəbər verir. Ümumilikdə, Avropada yeni enerji xəritəsi formalaşdıracaq bu layihə enerji təhlükəsizliyi kontekstində regional və beynəlxalq təhlükəsizliyə mühüm strateji töhfədir. Yeri gəlmişkən, beynəlxalq ictimaiyyət də “Şahdəniz-2” layihəsini XXI əsrin enerji təhlükəsizliyinə mühüm töhfələr verəcək əsas strateji layihə kimi dəyərləndiriblər.

Onu da qeyd etmək lazımdır ki, Azərbaycanın yüksək beynəlxalq nüfuzunu göstərən mühüm faktorlardan biri də ötən il ölkəmizin bir sıra beynəlxalq tədbirlərə ev sahibliyi etməsi oldu. Belə ki, Üçüncü Beynəlxalq Humanitar Forumuİkinci Mədəniyyətlərarası Dialoq Forumuna ev sahibliyi edən Azərbaycana beynəlxalq ictimaiyyətin yüksək maraq göstərməsi ölkəmizin beynəlxalq əməkdaşlıq və dialoq mərkəzi olduğunu bir daha sübut etdi. Prezident İlham Əliyevin vurğuladığı kimi: “Azərbaycan bu il dünyanın humanitar mərkəzi kimi özünü bir daha təsdiq etdi. Bu il Azərbaycanda Üçüncü Beynəlxalq Humanitar Forumu, İkinci Mədəniyyətlərarası Dialoq Forumu keçirilmişdir. Bu iki tədbir dünya ictimaiyyətinin diqqətini özünə cəlb etmişdir. Azərbaycan artıq dinlərarası, millətlərarası dialoqun aparılması üçün özünü bir mərkəz kimi göstərir. Ölkəmizdə mövcud olan dinimilli dözümlülük, tolerantlıq, bütün xalqların bir ailə kimi yaşaması bizim böyük nailiyyətimizdir, böyük sərvətimizdir, böyük üstünlüyümüzdür. Deyə bilərəm ki, ölkəmizin bu sahədə təcrübəsi dünyada öyrənilir və təqdir edilir”.

Dağlıq Qarabağ münaqişəsinin həlli strateji prioritet kimi...

Vurğulamaq gərəkdir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ölkəmiz tərəfindən ötən ilyorulmaz fəaliyyət davam etdirilib. Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Parisdə və Krakovda (Polşa) görüşləri baş tutub. Həmçinin noyabrın 19-da Azərbaycan və Ermənistan prezidentlərinin Vyanada görüşü keçirilib. Ermənistanın qeyri-konstruktiv mövqeyinibir sıra aparıcı dövlətlərin münaqişəyə ikili yanaşmasını sürdürdüyü bir vaxtda Azərbaycan istər diplomatik, istərsə də iqtisadi vasitələrlə işğalçı Ermənistana qarşı təzyiq siyasətini həyata keçirməkdədir. Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində görülən işlərin uğurlu nəticəsi, Ermənistanın regiondakı bütün layihələrdən kənarda qalması, daxilindəki sosialiqtisadi böhranların dərinləşməsi Azərbaycanın işğalçını bütün sferalarda təcrid etmək siyasətinin nailiyyətləridir.

Göründüyü kimi, rəsmi Bakı münaqişənin həlli istiqamətində özünün diplomatik resurslarından maksimum surətdə istifadə edir. Azərbaycan münaqişənin həllinə sülh yolu ilə - diplomatik vasitələrlə nail olmağa çalışır. Amma bu, o demək deyil ki, danışıqlar prosesi istənilən nəticəni verməyəcəyi təqdirdə, Azərbaycan digər bir metoda, hərbi güc tətbiqinə baş vurmayacaq. Azərbaycanın mübarizəsi haqq işidir və özündə beynəlxalq hüquq normalarına əsaslanan prinsipləri və dəyərləri ehtiva edir. Bu mübarizənin məntiqi və qanunauyğun sonluğa çatması-ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi üçün Azərbaycan dövləti hər bir vasitə və metoda baş vuracaq. Bu, ölkəmizin beynəlxalq hüquq normalarına əsasən təsbit olunmuş ali hüququdur.

Yeri gəlmişkən, bu məsələyə də toxunan Prezident İlham Əliyev qeyd edib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Başqa variant ola bilməz: “Azərbaycan heç vaxt imkan verməyəcək ki, bizim torpağımızda ikinci süni erməni dövləti yaradılsın. Əminəm ki, ölkəmizin ərazi bütövlüyü bərpa ediləcəkdir və işğal edilmiş bütün torpaqlarda Azərbaycan vətəndaşları yaşayacaqlar. Gələcəkdə isə azərbaycanlılar bütün tarixi torpaqlara qayıdacaqlar. Mən buna əminəm, buna şübhə etmirəm. Buna nail olmaq üçün biz daha da güclü olmalıyıq, daha da güclü orduya malik olmalıyıq və iqtisadi inkişafı təmin etməliyik”.

 

Yeni  Azərbaycan.-2014.- 8 yanvar.- S.3.