Ötən ilin sosial-iqtisadi uğurları 2014-cü ildə də davamlı, sürətli inkişafa əlverişli zəmin yaradır

 

Prezident İlham Əliyev: 2013-cü ildə ölkəmizin dinamik inkişafı təmin edilmişdir. Qarşımızda duran bütün məsələlər öz həllini tapmış və ölkəmizin hərtərəfli inkişafı davam etmişdir

 

Bu gün Azərbaycan dünya miqyasında ən sürətlə inkişaf edən ölkələr sırasında özünəməxsus yer tutur. Ölkəmizdə aparılan uğurlu, məqsədyönlü siyasət nəticəsində ildən-ilə daha yüksək inkişaf göstəriciləri nümayiş etdirən iqtisadiyyatın formalaşdırılması ölkədə işgüzar fəallığın daha da yüksəldilməsinə, yoxsulluğun azaldılmasına əlverişli şərait yaradıb, əhalinin etibarlı sosial müdafiəsini, maddi-rifah halının əhəmiyyətli dərəcədə yaxşılaşdırılmasını təmin edib. Əvvəlki illərdə olduğu kimi, Azərbaycanda həyata keçirilən məqsədyönlü siyasət respublikamızın 2013-cü ili bütün makroiqtisadi parametrlər üzrə dünyada yüksək inkişaf templəri ilə başa vurmasına səbəb olub. Məsələn, 2013-cü ilin 11 ayının yekunlarından da görmək olar ki, Azərbaycanda makroiqtisadi sabitlik qorunub saxlanılıb, iqtisadiyyatın diversifikasiyası, qeyri-neft sektorunun və regionların inkişafı sürətlənib, valyuta ehtiyatlarının səmərəli idarə edilməsi və milli valyutanın sabitliyi təmin olunub, sahibkarlığa dövlət dəstəyi gücləndirilib, özəl bölmənin inkişafı üçün azad rəqabət və münbit investisiya mühiti yaradılıb, əhalinin sosial rifahı daha da yaxşılaşıb. Belə ki, 2013-cü ilin 11 ayı ərzində istehsal edilən ümumi daxili məhsulun (ÜDM) həcmi əvvəlki ilin eyni dövrünə nisbətən 5,7 faiz artaraq 52,1 milyard manata çatıb. Onun 63,5 faizi istehsal, 30,2 faizi xidmət sahələrinin, 6,3 faizi isə məhsula və idxala xalis vergilərin payına düşür. ÜDM-in hər nəfərə həcmi 5604,2 manatya 7142,8 ABŞ dollarına bərabər olub.

Beləliklə, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən daxilixarici siyasət kursu Azərbaycanı nəinki regionun liderinə, eyni zamanda, dünyanın sürətlə inkişaf edən dövlətinə çevirib. Dünyada hökm sürən maliyyə böhranı dövründə belə yüksək inkişaf göstəriciləri nümayiş etdirən ölkəmiz 2013-cü ildə də sosial-iqtisadi inkişaf yolunda uğurlu addımlar atıb. Belə ki, ötən il iqtisadi qüdrətinə görə dünyanın inkişaf etmiş dövlətləri üçün qlobal maliyyə və iqtisadi böhranın yenə də davam etməsi və iqtisadi artım templərinin azalması, işsizliyin artması ili kimi xarakterizə olunsa da, 2013-cü il Azərbaycan üçün bir çox sahələrdə uğurlu inkişaf dövrü kimi yadda qalıb.

Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik GünüYeni il münasibətilə Azərbaycan xalqına təbrikində 2013-cü ildə həyata keçirilən sosial-iqtisadi islahatların mühüm nəticələr verdiyini və ölkəmizdə davamlı inkişafın müşahidə edildiyini vurğulayıb: “2013-cü ildə ölkəmizin dinamik inkişafı təmin edilmişdir. Qarşımızda duran bütün məsələlər öz həllini tapmış və ölkəmizin hərtərəfli inkişafı davam etmişdir. 2013-cü il ölkəmiz üçün çox uğurlu il olmuşdur. Ölkəmizin bütün istiqamətlər üzrə inkişafı hər bir Azərbaycan vətəndaşını sevindirir”.

Qeyd etmək lazımdır ki, 2013-cü ildə makroiqtisadi siyasətin uğurları iqtisadiyyatda neftdən kənar sahələrin əhəmiyyətli inkişafına impuls verib. Yəni, ötən ildə iqtisadiyyatın artım dinamikasını şərtləndirən başlıca faktorlardan biri neftdən kənar sahələrin əvvəlki illərlə müqayisədə daha yüksək inkişafın müşahidə olunması ilə xarakterizə oluna bilər. Belə ki, ölkəmizdə rəqabətədavamlı istehsalemal müəssisələrinin yaradılması, yerli istehsalın stimullaşdırılması, sahibkarlara güzəştli maliyyə yardımı mexanizmlərinin gücləndirilməsi, habelə sənaye potensialının möhkəmləndirilməsi istiqamətində görülən işlər inkişaf dinamikasını qeyri-neft sektorunun xeyrinə dəyişib. Məsələn, cari ilin 11 ayı ərzində iqtisadiyyatın neft-qaz sektorunda istehsal olunmuş ÜDM-in həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,3 faiz, qeyri-neft sektorunda isə 9,5 faiz artıb. Qeyri-neft ÜDM-nin xüsusi çəkisi 56 faiz təşkil edib.

Ölkə iqtisadiyyatının investisiya cəlbediciliyinin yüksəlməsini təmin edən amillər arasında iqtisadiyyatın şaxələndirilməsi, sahibkarlığın inkişafı və sənaye potensialının gücləndirilməsi xüsusi yer tutur. Bu baxımdan Azərbaycan iqtisadiyyatında inkişaf göstəriciləri arasında sənayenin çəkisi də artmaqdadır. Cari ilin 11 ayı ərzində sənaye sahəsində məhsul istehsalı keçən ilin yanvar-noyabr ayları ilə müqayisədə 1,7 faiz artaraq 30,8 milyard manata çatıb. Sənayenin neft sektorunda məhsul istehsalı 1,3 faiz, qeyri-neft sektorunda isə 3,2 faiz artıb.

Mədənçıxarma bölməsində yanvar-noyabr aylarında 39,5 milyon tonya 0,5 faiz çox xam neft, 16,2 milyard kub metr, yaxud 2,7 faiz çox əmtəəlik qaz hasil olunub. Emal bölməsində isə qida məhsulları istehsalı 2,8 faiz, içki istehsalı 14,7 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 35,1 faiz, poliqrafiya məhsulları istehsalı 48,1 faiz, neft məhsulları istehsalı 6,2 faiz, kimya sənayesi məhsulları istehsalı 19,9 faiz, əczaçılıq məhsulları istehsalı 14,9 faiz, tikinti materialları istehsalı 16,9 faiz, maşın və avadanlıqların istehsalı 21,7 faiz artıb.

Bütövlükdə, respublikanın müxtəlif bölgələrində, Bakıda sənayeləşmə proqramının uğurlu icrası nəticəsində yeni böyük, kiçik istehsalemal sənayesi müəssisələri fəaliyyətə başlayıb, yeni yerləri açılıb. Ötən ilin 11 ayı ərzində Bakı şəhərində Gəmi təmiri və gəmiqayırma İstehsalat Birliyi, Gəmiqayırma zavodu, Sumqayıt şəhərində “GilanTekstil parkı, Polad Boru zavodu, Abşeron rayonunda Plastik qablar və priforminlər istehsalı və “Millasüd məhsulları və Dondurma istehsalı zavodları, Qazax rayonunda Sement zavodu, Gədəbəy rayonunda Yeni qızıl emalı zavodu, Qəbələ rayonunda Üzüm emalı zavodu, Heyvandarlıq-südçülük kompleksi, Hacıqabul rayonunda Seramik plitələr zavodu, İsmayıllı rayonunda Tikiş fabriki, Ağcabədi rayonundaAqat-Aqro” Heyvandarlıq kompleksi və digər obyektlər istismara verilib.

Ümumiyyətlə, Azərbaycan hökuməti hesabat dövründə bütün sahələrdə iqtisadi fəallığı artırmağa nail olub. 2013-cü ildə respublikamızda nəzərdə tutulan bütün infrastruktursosial layihələr də uğurla icra edilib. Ölkəmizdə bütün investisiya proqramları vaxtında yerinə yetirilib. Respublikamızın sosial-iqtisadi inkişafını müəyyən edən dövlət proqramlarının uğurlu icrası sayəsində bölgələrin inkişafı istiqamətində əhəmiyyətli addımlar atılıb. Yeni məktəblər, xəstəxanalar, istirahət mərkəzləri, turizm obyektləri istifadəyə verilib. İşsizlikyoxsulluğun səviyyəsi azaldılıb. Dövlət başçısının da qeyd etdiyi kimi, bütövlükdə Azərbaycanda iqtisadi inkişafı göstərən statistik göstəricilər yüksəkdir: “İqtisadi siyasətə gəldikdə, bu sahədə son on il ərzində Azərbaycan kimi inkişaf edən ikinci ölkə olmamışdır. Bütün beynəlxalq maliyyə qurumları və statistik məlumatlar bunu təsdiqləyir. Son on il ərzində iqtisadiyyatımız 3,4 dəfə artmışdır ki, bu, dünya miqyasında ən böyük göstəricidir. Bir milyon 200 mindən artıq yeni yeri açılmışdır. Yoxsulluğun azaldılmasında böyük nailiyyətlər əldə edilmişdir. Hazırda yoxsulluğun səviyyəsi beş faizdən bir qədər çoxdur. İşsizliyə qarşı mübarizə gözəl nəticələr vermişdir. Azərbaycanda işsizliyin səviyyəsi beş faizdən aşağıdır”.

Əlbəttə ki, ötən ilin makroiqtisadi göstəriciləri respublikamızın düşünülmüş iqtisadi strategiyasının davam etdirilməsinin məntiqi nəticəsidir və bir daha hökumətin bu istiqamətdə qətiyyətini təsdiq edir. Öz növbəsində, uzunmüddətli iqtisadi siyasət, 2014-cü ildə də davamlı inkişaf üçün əlverişli zəmin yaradır. Azərbaycan hökumətinin 2014-cü ildə həyata keçirəcəyi iqtisadi siyasətin başlıca hədəfləri respublikamızın inkişaf strategiyasının davamlılığını təmin etməkdən, eləcə də, makroiqtisadi tarazlığı, yüksək inkişaf dinamikasını və maliyyə sabitliyini qoruyub saxlamaqdan ibarət olacaq.

 

SEVİNC

 

Yeni  Azərbaycan.-2014.- 9 yanvar.- S.2.