Azərbaycan demokratik inkişaf yolunda qətiyyətlə irəliləyir

 

Ötən il şəffaf, ədalətli, demokratik şəraitdə keçirilən seçkilərin nəticəsi xalqın öz gələcəyini güclü, müstəqil inkişafa malik rifah dövlətinin yaradılmasının qarantına - Prezident İlham Əliyevə etibar etdiyini göstərdi

 

Məlum olduğu kimi, 2013-cü ilin yekunları hazırda Azərbaycan cəmiyyətində geniş şəkildə müzakirə olunmaqdadır. Başa çatan il ölkəmizdə bütün sahələrdə uğurların əldə edilməsi ilə yadda qaldı. Və heç şübhəsiz ki, ötən ilin ən mühüm hadisəsi Azərbaycanda növbəti prezident seçkilərinin keçirilməsi oldu. Xatırladaq ki, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev bu seçkilərdə də parlaq qələbə qazandı, növbəti 5 il üçün dövlətimizin başçısı seçildi.

Ötən il baş tutan seçkilərdə Azərbaycan vətəndaşlarının mövqeyi bir daha onu bariz şəkildə nümayiş etdirdi ki, ölkəmizdə Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət xalqımız tərəfindən birmənalı şəkildə müdafiə olunur. Daha dəqiq desək, xalqla hakimiyyətin vəhdəti özünü açıq şəkildə göstərir. Cənab İlham Əliyevin seçkilərdə seçicilərin 84,54 faizinin dəstəyini qazanması bu faktı bir daha təsdiqləyir. Bu, əslində, Azərbaycanın son 10 ildə keçdiyi yola, qazandığı uğurlara, daxilixarici siyasət kursuna, bu kursu həyata keçirən Prezident İlham Əliyevin fəaliyyətinə verilən ən yüksək qiymətdir. Onu da qeyd edək ki, prezident seçkilərinin azad və şəffaf keçirilməsi ölkəmizdə demokratiyanın təntənəsini bir daha nümayiş etdirdi. Belə ki, on minlərlə yerli müşahidəçilərlə yanaşı, 1400 nəfərə yaxın beynəlxalq müşahidəçilərin də mütləq əksəriyyəti ötən il oktyabrın 9-da keçirilmiş prezident seçkilərinin demokratik, beynəlxalq standartlara uyğun olduğunu bəyan etdilər.

Ümumiyyətlə, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən daxili siyasət kursunun əsaslarına diqqət yetirərkən tərəddüdsüz qeyd etmək olar ki, Azərbaycan demokratik inkişaf indeksinə görə yüksək səviyyədə qiymətləndirilən ölkələr sırasında yer alır. Demokratik dəyərlərin və təsisatların təşəkkül tapması, mütəmadi surətdə yenilənərək inkişaf etdirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının təmin və müdafiə edilməsi kimi təməl strateji istiqamətlər müstəqil Azərbaycan dövlətinin milli siyasət kursunun əsasını təşkil etməkdədir. Bütün bunların fonunda isə hazırda Azərbaycan demokratik inkişaf yolunda irəliləyən avanqard ölkələr sırasında yer almaqdadır. Ölkəmizdə demokratiyaonun başlıca atributları olan vətəndaş cəmiyyəti və hüquqi dövlətin mütləq komponentlərinin təşəkkül tapması və inkişafını təmin edən başlıca amil isə mütəmadi surətdə sistem-struktur islahatlarının həyata keçirilməsidir. Məhz bütün bunların qanunauyğun nəticəsidir ki, Qərbin aparıcı demokratik dövlətləri və təşkilatları Azərbaycanın demokratiya yoluna sadiq qaldığını və demokratikləşmə prosesini sürətləndirdiyini bəyan etməkdədirlər. Digər tərəfdən, insan və vətəndaş hüquq və azadlıqlarının yüksək səviyyədə təmin və müdafiə olunması demokratikləşmə prosesininoperativeffektiv səciyyə almasını şərtləndirir. Odur ki, əminliklə söyləmək olar ki, bütün bunların fonunda Azərbaycan demokratik inkişaf yolunda qətiyyətlə irəliləyir.

Bu məqamda onu da vurğulamaq yerinə düşər ki, Prezident İlham Əliyev şəxsiyyəti modern cəmiyyətdə lider obrazının ən mühüm cəhətlərini özündə birləşdirir. Sirr deyil ki, lider cəmiyyətdə mənəvi birliyi təmin edən, müəyyən əhval-ruhiyyənin, ideya və dəyərlər sisteminin formalaşmasına təsir göstərən mühüm qüvvədir. Xalqın lideri, ilk növbədə, insanları ümumi ideya, prinsip, məqsəd ətrafında birləşdirməyi bacarmalıdır. Ulu öndər Heydər Əliyevin yetkin bir məfkurə kimi xalqımıza təqdim etdiyi azərbaycançılıq ideologiyasının əsasını təşkil edən dövlətçilik, vətənpərvərlik, ənənələrə bağlılıq prinsipləri bu gün milli birliyin əsas təminatçısı kimi çıxış edir. Bu prinsiplərə sadiqliyini qoruyub saxlayan Prezident İlham Əliyev isə Öz fəaliyyəti ilə Heydər Əliyev ideyalarının layiqli davamçısı olduğunu göstərməklə yanaşı, innovasiyalara tez uyğunlaşmaq bacarığı, dəyişən qlobalregional reallıqlar şəraitində ölkənin stabil milli maraqlarını qoruya bilmək qabiliyyəti ilə Özünün əsl siyasi lider olduğunu isbatlayıb.

Prezident İlham Əliyev həm də siyasi səriştəsi, idarəetmə bacarığı yüksək səviyyədə olan, cəmiyyətdə böyük nüfuza və hörmətə malik olan siyasi liderdir. Dünya və Azərbaycan təcrübəsi də göstərir ki, xalq arasında böyük nüfuzu olan dövlət və hökumət başçıları müxtəlif daxili və beynəlxalq situasiyalarda milli birliyi, iradəni, sabitliyi qoruyub saxlamaqda, xalqı arxasınca aparmaqda, vətəndaşları konkret hədəfə doğru səfərbər etməkdə, hakimiyyətdaxili harmoniyanı və balansı təmin etməkdə, qısaca desək, liderlik funksiyalarını yerinə yetirməkdə çətinliklə üzləşmir. Əksinə, ölkələr əksər hallarda sürətli inkişafa, rifaha məhz nüfuzlu liderlərin rəhbərliyi dövründə nail olurlar. Çünki belə liderlərə cəmiyyət böyük inam bəsləyir və onun göstərdiyi yolda irəliləyir. Əgər bu yol özünü ilk addımlarda doğruldursa, onda liderin nüfuzuona olan inam daha da artır.

Beləliklə, Azərbaycandakı sosial, ictimai-siyasi mühiti öyrənən xarici qurumların da gəldiyi ilk qənaət ondan ibarət olur ki, ölkədə tam sosial-siyasi sabitlik mövcuddur, əhali dövlətin siyasətindən razıdır. Son 10 il müddətində bütün sahələrdə görülən işlər, qazanılan uğurlar onu göstərir ki, Azərbaycan doğru yolda irəliləyir, Azərbaycan xalqı düzgün seçim edib. Ümummilli liderin əsasını qoyduğu inkişaf xətti Azərbaycan Respublikasının güclü dövlətə çevrilməsinə və əbədi mövcudluğuna, Azərbaycan xalqının rifahına, firavan yaşayışına və inkişafına görə dünya xalqları içərisində ön sıralarda dayanmasına hesablanıb. Ulu öndərin müəyyənləşdirdiyi yol aydındır və xalqımız bu yolun ölkəni hansı gələcəyə apardığını yaxşı bilir.

Məhz bu səbəbdəndir ki, 10 il bundan əvvəl Azərbaycan xalqı Ümummilli liderin yolunu davam etdirməyi qarşısına məqsəd qoyan cənab İlham Əliyevi özünün Prezidenti kimi gördüzaman göstərdi ki, xalq öz seçimində yanılmayıb. Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan qarşıya qoyduğu bir çox məqsədlərinə nail olub. Prezident İlham Əliyevin ölkəni idarə etdiyi dövrdə, bir zamanlar yalnız xəyal kimi görünən nəhəng enerji layihələri, ölkənin hər yerində abadlaşma, müasirləşmə, Azərbaycanın dünyada tanınması və milli maraqlara xidmət edən çoxsaylı digər məqsədlər artıq gerçəkliyə çevrilib. O da məlumdur ki, bu müddət ərzində Azərbaycanı yolundan döndərməyə, xalqı aldatmağa yönələn cəhdlər, ölkənin inkişafına yaradılan süni maneələr də olub. Lakin dövlət başçısının liderlik xüsusiyyətləri, siyasi iradəsi, möhkəm dövlət-xalq birliyi, vətəndaşların Prezidentin ətrafında sıx birləşməsi və ümumi gücün vahid məqsədə yönləndirilməsi nəticəsində formalaşan milli iradə sayəsində xalqımız bütün sınaqlardan uğurla çıxıb.

Bir sözlə, cənab İlham Əliyevin ötən il keçirilən prezident seçkilərində böyük üstünlüklə qalib gəlməsinin əsasında da xalqın iradəsi, inamı və seçimi dayanır. Seçkilərdə yüksək fəallıq göstərən Azərbaycan seçicisi bir daha təsdiq etdi ki, xalq bundan sonra da Heydər Əliyev yolunun davam etdirilməsini istəyir. Siyasi plüralizm, şəffaf, ədalətli, demokratik şəraitdə baş tutan seçkilərin nəticəsi xalqın öz gələcəyini güclü, müstəqil, hərtərəfli inkişafa malik rifah dövlətinin yaradılmasının qarantına - Prezident İlham Əliyevə etibar etdiyini göstərdi. Və əminliklə demək olar ki, öz yolunda inamla irəliləyən Azərbaycanın növbəti 5 ildə də yeni-yeni nailiyyətlər qazanacağı şübhəsizdir.

 

Nardar BAYRAMLI

 

Yeni  Azərbaycan.-2014.- 9 yanvar.- S.3.