Bizim məqsədimiz doğma
torpaqlarımıza qayıtmaqdır
Müsahibimiz Milli Məclisin
deputatı Elman Məmmədovdur
- Elman müəllim, başa vurduğumuz 2013-cü il ölkəmiz üçün bir çox uğurlarla yadda qaldı. Ötən il ərzində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində atılan addımları necə qiymətləndirirsiniz?
- Bilirsiniz ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ölkəmizin yeganə ciddi problemidir. Bu gün ölkəmiz hərtərəfli şəkildə inkişaf edir, amma Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində torpaqlarımızın 20 faizinin işğal olunması inkişafımızın daha da sürətlənməsinə başlıca maneədir. Dövlət rəhbərliyi ölkəmizin ərazi bütövlüyünün təmin olunması üçün bütün imkanlarını səfərbər edib və hazırda münaqişənin həlli üçün danışıqlar aparılır.
Prezident İlham Əliyevin rəhbərliyilə yürüdülən xarici siyasətdə Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsi prioritet yer tutur. Məhz dövlət başçısının elan etdiyi hücum diplomatiyası sayəsində bu istiqamətdə ciddi nəticələr əldə olunub. Məlum olduğu kimi, iki il idi ki, prezidentlər səviyyəsində görüş keçirilmirdi. Ötən ilin noyabr ayında belə bir görüş keçirildi. Bu amil sülh prosesinin irəliyə aparılması üçün yeni imkanlar yarada bilər. Eyni zamanda, 2013-cü ildə il dünyanın bir sıra dövlətlərinin parlamentlərində, beynəlxalq təşkilatlarda Ermənistanın işğalçı siyasətini ifşa edən qətnamələr, qərarlar qəbul edilib.
Azərbaycanın hücum
diplomatiyası nəticəsində Ermənistanın xarici siyasəti iflasa
uğradılıb və işğalçı dövlət
dalana dirənib. Azərbaycan regional siyasətini elə aparır ki, Ermənistan seyt-not vəziyyətində qalıb. Bunun nəticəsində
isə işğalçı
ölkədə sosial-iqtisadi
problemlər daha da dərinləşib, mühacirətin sürəti
dəfələrlə artıb.
Yəni 2013-cü il ərzində də Azərbaycan bu məsələdə nəinki bir addım geri çəkilməyib, əksinə
mövqeyini daha da gücləndirib. Prezident İlham Əliyevin həyata keçirdiyi hücum diplomatiyası nəticəsində işğalçı
Ermənistan dalana dirənib.
Problem bundadır ki,
ATƏT-in Minsk qrupunun həmsədri
olan dövlətlər,
eləcə də müvafiq beynəlxalq qurumlar işğalçı
Ermənistana qarşı
ciddi tədbirlər görmür, hətta bəzi hallarda onu himayə edirlər. Ona görə də,
Ermənistan öz xarici havadarlarına güvənərək münaqişənin
sülh yolu ilə həllini uzadır. Amma nəzərə almalıdır ki, Azərbaycan güclü dövlətdir, onuün güclü ordusu var və öz
torpaqlarını işğaldan
azad etməyə qadirdir.
- Həmsədrlər münaqişənin
həlli ilə bağlı mütəmadi
olaraq bəyanatlar verirlər. Bu bəyanatlara
münasibətiniz necədir?
- Həmsədrlərin hərəsi
bir dövləti təmsil edir. Bu dövlətlərin də strateji maraqları var. Həmin dövlətlərin nümayəndələri
özbaşına deyil
ki? Həmsədrlər elə bil ki, böyük bir teatrın mahir rejissorları tərəfindən idarə
olunan aktyorlardır.
Onların vaxtaşırı
bəyanat verərək,
“hər şey yaxşıdır, irəliləyiş
var, bu il
qızıl ildir” və s. demələri dünya ictimaiyyətini aldatmaqdır. Çünki onları 1 milyondan
çox məcburi köçkünün hansı
vəziyyətdə yaşaması,
bu insanların öz doğma torpaqlarına qayıtmaq istəyi deyil, münaqişənin həllində
vasitəçi kimi əldə etdikləri titulları, səfir vəzifəsi, yaxşı
maaşları və xarici ölkələri gəzmələri maraqlandırır.
Həmsədrlər bu imtiyazları
əldən verməmək
üçün yalan
məlumatlar yaymaqla məşğuldurlar. Odur
ki, onların münaqişənin həlli
istiqamətində heç
bir iş görmədikləri və
dünya ictimaiyyətini
aldatdıqlarına dair
dövlət qurumları,
qeyri-hökumət təşkilatları,
bütövlükdə Azərbaycan
ictimaiyyəti həmsədr
dövlətlərin rəhbərliyinə
müraciət etməlidir.
Onu da demək istəyirəm ki, həmsədr dövlətlərin maraqları
bir-birilə toqquşur. Çox zaman
onlar haqq-ədalət
tərəfindən yox,
öz maraqlarından çıxış edirlər.
1992-ci ildən Ermənistanın tərəfini
tutublar. Onlar yalnız
ermənilərin dediyini
deyib Azərbaycanı
güzəştə məcbur
etmək istəyirlər.
Amma vaxtı ilə Ulu öndər Heydər Əliyevin, hazırda isə Prezident İlham Əliyevin də birmənalı olaraq qeyd etdiyi kimi,
Azərbaycanın ərazi
bütövlüyü danışıqlar
predmeti deyil və olmayacaq. Torpaqlarımızın bir qarışını
da güzəştə
getməyəcəyik. Azərbaycanın güzəşti
odur ki, ermənilərə yüksək
statuslu muxtariyyət versin. Əslində, ATƏT-in qərarlarının
icra mexanizmi yoxdur. Ona görə də,
işğalçılıqdan əl çəkməsi üçün erməniləri
məcbur etmək çətindir. Amma münaqişə
ilə bağlı
BMT Təhlükəsizlik Şurasının
qətnamələri icra
olunarsa, Ermənistanı
məcbur etmək olar ki, işğal
etdiyi torpaqları tərk etsin.
- Ötən ilin noyabr ayında Azərbaycan və Ermənistan prezidentlərinin
görüşü keçirildi.
Həmsədrlər dövlət başçılarının
növbəti görüşünün
keçirilməsinə çalışırlar.
Dağlıq Qarabağın azərbaycanlı
icmasının danışıqlar
prosesinə münasibəti
necədir?
- Danışıqlar həmişə
lazımdır. Amma danışıqları
apara-apara gücümüzü
daha da artırmalıyıq.
Prezident İlham Əliyevin dediyi kimi, güclü
iqtisadiyyat, güclü
ölkə, güclü
orduya sahib olmaq Azərbaycanın mövqeyini
gücləndirir. Biz bu siyasəti daim yürütməliyik.
Bu, vacib amildir.
Kimin gücü varsa, danışıqlarda onun sözü kəsərli olur. Biz bu
məntiqə əsaslanmalıyıq.
Mənə elə gəlir
ki, biz nəticədə
təcavüzkarı danışa-danışa
yerində oturdacağıq.
Əks halda, torpaqlar hansı yolla olursa olsun, işğaldan
azad ediləcək.
- Ermənilər xalqımıza
qarşı qətliamlar,
vəhşiliklər törədiblər.
Gələcəkdə torpaqlar işğaldan
azad olunandan sonra ermənilərlə birgə yaşayış
çətin olmayacaq
ki?
- Zaman hər şeyi həll edir. Müharibə nəticəsində 30 min şəhid vermişik.
Amma nəzərə alsaq ki, dünyada, Avropada nə qədər müharibələr
olub, qanlar tökülüb. Bu gün isə Avropa bir ailə
kimi yaşayır.
Şəxsən mən ermənilərlə
bir yerdə yaşamaq istəmərəm,
çünki ermənilər
doğmalarımı öldürüblər.
Amma bu, mənim istəyimdən asılı
deyil. Beynəlxalq qayda-qanunlara əməl
etməliyik. Birgə yaşamağa
məhkumuq. Amma biz Azərbaycan
qanunları, Konstitusiyası
çərçivəsində bərabərhüquqlu yaşamalıyıq.
Keçmiş SSRİ dövründə isə bərabərhüquqlu
yaşamamışıq. 1923-cü ildən 1991-ci ilə qədər Dağlıq Qarabağda hüqüqu pozulanlar azərbaycanlılar olub.
Məsələn, Vilayət Partiya
Komitəsi kimi nəhəng strukturda cəmi 4 azərbaycanlı
ştatı var idi. Eləcə də, Əsgəran,
Mardakert, Hadrut rayonlarının partiya komitələrinin hərəsində
cəmi 1 azərbaycanlı
ştatı var idi. Digər qurumlarda da belə olub.
- Elman müəllim, Dağlıq
Qarabağın azərbaycanlı
icması Azərbaycan
həqiqətlərinin dünya
ictimaiyyətinə çatdırılması
istiqamətində nə
kimi işlər görür?
- Əsas məqsədimiz
daha yüksək səviyyədə təşkilatlanmaq,
daha yaxşı fəaliyyət göstərmək
üçün səylərimizi
artırmaqdır. Biz Dağlıq
Qarabağın azərbaycanlı
icması olaraq Prezident İlham Əliyevin Ermənistan-Azərbaycan
münaqişəsinin həlli
ilə bağlı apardığı işlərə
kömək etmək istiqamətini götürməliyik,
Ona dayaq olmalıyıq. Qarabağ həqiqətlərinin,
ermənilər tərəfindən
başımıza gətirilən
müsibətlərin dünyaya
çatdırılması, Xocalı soyqırımını,
təcavüzkarı tanıtmaq,
son nəticədə torpaqlarımızı
işğaldan azad etmək üçün
biz beynəlxalq aləmlə
çox işləməliyik.
Xaricə ünvanladığımız müraciətlərdə
Ermənistanın təcavüzü
nəticəsində 1 milyondan
artıq soydaşımızın
qaçqın və məcburi köçkün
vəziyyətinə düşdüyünə,
onların hüquqlarının
pozulduğuna dair faktlar öz əksini tapmalıdır. Bu, hamımızın üzərinə
düşən vəzifədir
və həmin vəzifəni də özümüzə borc bilib icra etməliyik.
Qeyd etdiyim istiqamətdə bir çox işlər görülüb
və hazırda da davam edir.
Bizim məqsədimiz doğma torpaqlarımıza qayıtmaqdır
və inanırıq ki, dövlətimizin həyata keçirdiyi uğurlu siyasət nəticəsində buna
nail olacağıq.
Yeni Azərbaycan.-2014.- 9 yanvar.- S.4.