2014-cü ildə Azərbaycanda sənayenin inkişafı ilə bağlı ciddi addımlar atılacaq

 

 Prezident İlham Əliyev: Sənaye istehsalının artırılması ilə bağlı texnoparkların fəaliyyəti xüsusi əhəmiyyət daşıyır... Bu istiqamətdə bu il daha da ciddi addımlar atılmalıdır

 

Məlum olduğu kimi, son dövrlərdə Azərbaycanda neftdən əldə edilən gəlirlərin qeyri-neft sektorunun inkişafına yönəldilməsi istiqamətində əhəmiyyətli ardıcıl layihələr həyata keçirilib. Qeyri-neft sektorunun ən mühüm sahələrindən biri isə şübhəsiz ki, sənayedir. Ölkəmizdə güclü sənaye potensialının inkişafı üçün zəngin xammal bazasının mövcudluğu, nəhəng və çoxşəbəkəli sənaye kompleksinin imkanlarının səfərbər edilməsi bu sahənin son 5 ildə keyfiyyət və kəmiyyət baxımından sıçrayışına təkan verib.

Azərbaycanda sənayenin inkişafına neft sektoru impuls versə də, ümumilikdə maşınqayırma, metallurgiya, yeyintiemal müəssisələri, texnologiyalar, kimya kompleksi, mədənçıxarma və filiz müəssisələri bu sahənin əhəmiyyətli dərəcədə inkişaf meyilləri ilə müşayiət olunmasına imkan yaradıb. Ölkəmizdə sənayenin strukturuna diqqət yetirdikdə, qeyri-neft sənayesi sahələrinin artım tempinin daha yüksək olduğunu görmək mümkündür. Başqa sözlə, rəqabətədavamlı istehsalemal müəssisələrinin yaradılması, yerli istehsalın stimullaşdırılması, sahibkarlara güzəştli maliyyə yardımı mexanizmlərinin gücləndirilməsi, habelə sənaye potensialının möhkəmləndirilməsi istiqamətində görülən işlər inkişaf dinamikasını qeyri-neft sektorunun xeyrinə dəyişib.

Digər tərəfdən, ölkədə aparılan sənayeləşmə siyasəti, sosial infrastrukturun yenilənməsi istiqamətində görülən işlər, özəl sektorun fəaliyyətinin stimullaşdırılması və azad rəqabətin inkişafı üçün yaradılan əlverişli mühit yeni yerlərinin açılması baxımından əhalinin rifah halının yaxşılaşdırılması, eləcə də, vətəndaşlara göstərilən xidmətin keyfiyyətinin yüksəldilməsinə əhəmiyyətli təsir edib. Həmçinin, bütün bunlar sənayedə fəallığın artmasına, ölkədə özəl sektorun - kiçikorta sahibkarlığın inkişafına güclü təkan verib.

Göründüyü kimi, Azərbaycan hökuməti ölkədə qeyri-neft sektorunun mühüm bölməsi olan sənayenin inkişafına xüsusi əhəmiyyət verir. Təsadüfi deyil ki, Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxışı zamanı Prezident İlham Əliyev qeyri-neft sektorunun gələcək illərdə də inkişafını təmin etmək üçün hazırda ciddi proqramların icra edildiyini, həmçinin, növbəti illərdə də bu prosesin davam etdiriləcəyini vurğulayaraq 2014-cü ilin “Sənaye ili” olacağını elan edib: “Hesab edirəm ki, bu il ölkəmizin gələcək inkişaf dinamikasını müəyyən edən sənaye sahəsinə daha da böyük diqqət verilməlidir. Texnoparklar, yeni sənaye müəssisələri, ixrac yönümlü sənaye məhsullarının istehsalı, emal müəssisələrinin, böyük sənaye komplekslərinin yaranması - bütün bu işlər ölkəmizin gələcək inkişafını təmin edəcək, neft-qaz amilindən asılılığı daha da azaldacaq və ölkə iqtisadiyyatının dayanıqlı şəkildə inkişafını müəyyən edəcəkdir. Bütün bu amilləri nəzərə alaraq, Mən hesab edirəm ki, biz 2014-cü ili “Sənaye ilielan edək. Müvafiq Sərəncam imzalanacaqdır. “Sənaye ili”ndə sənayenin inkişafı ilə bağlı görüləcək konkret tədbirlər planı tərtib və təsdiq ediləcəkdir”.

Qeyd edək ki, respublikanın sənaye sahələrində 2013-cü ilin 11 ayında 30,8 milyard manatlıq məhsul istehsal olunub (2012-ci ilin eyni dövrü ilə müqayisədə 1,7 faiz artıb) və xidmətlər göstərilib, sənayenin qeyri-neft sahələrində 3,2 faizlik, neft sektorunda isə 1,3 faizlik artım müşahidə olunub. İstehsalın dörddə üç hissəsi mədənçıxarma, 20,1 faizi emal, 5,1 faizi elektrik enerjisi, qazbuxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,6 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı bölmələrində həyata keçirilib. Hesabat dövründə 39,5 milyon ton neft, 16,2 milyard kubmetr əmtəəlik təbii qaz hasil edilib. Qeyri-neft bölməsinin məhsullarından qida, içki, dəri və dəri məmulatlarının, ayaqqabıların, poliqrafiya, kimya, əczaçılıq, tikinti materiallarının, maşın və avadanlıqların, avtomobil və qoşquların, sair nəqliyyat vasitələrinin istehsalında daha çox artım əldə edilib. Rəqəmlərlə ifadə etsək, hesabat dövründə 39,5 milyon tonya 0,5 faiz çox xam neft, 16,2 milyard kubmetr, yaxud 2,7 faiz çox əmtəəlik qaz hasil olunub. Emal bölməsində isə qida məhsulları istehsalı 2,8 faiz, içki istehsalı 14,7 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 35,1 faiz, poliqrafiya məhsulları istehsalı 48,1 faiz, neft məhsulları istehsalı 6,2 faiz, kimya sənayesi məhsulları istehsalı 19,9 faiz, əczaçılıq məhsulları istehsalı 14,9 faiz, tikinti materialları istehsalı 16,9 faiz, maşın və avadanlıqların istehsalı 21,7 faiz artıb.

Ölkəmizdə aparılan sənayeləşmə siyasəti regionların dinamik inkişafına da ciddi təkan verib. Hazırda respublikanın müxtəlif bölgələrində, Sumqayıt, Gəncə, Bakı kimi iri şəhərlərində sənayeləşmə proqramının uğurlu icrası nəticəsində yeni böyük, kiçik istehsalemal sənayesi müəssisələri fəaliyyətə başlayıb, yeni yerləri açılıb. İlin 11 ayı ərzində Bakı şəhərində Gəmi təmiri və gəmiqayırma İstehsalat Birliyi, Gəmiqayırma zavodu, Sumqayıt şəhərində “GilanTekstil parkı, Polad Boru zavodu, Abşeron rayonunda Plastik qablar və priforminlər istehsalı və “Millasüd məhsulları və Dondurma istehsalı zavodları, Qazax rayonunda Sement zavodu, Gədəbəy rayonunda Yeni qızıl emalı zavodu, Qəbələ rayonunda Üzüm emalı zavodu, Heyvandarlıq-südçülük kompleksi, Hacıqabul rayonunda Seramik plitələr zavodu, İsmayıllı rayonunda Tikiş fabriki, Ağcabədi rayonundaAqat-Aqro” Heyvandarlıq kompleksi və digər obyektlər istismara verilib.

Həmçinin, ötən il oktyabrın 3-də Sumqayıtda “Sağlam qida” aqrar-sənaye kompleksinin açılışı olub. Bu iqtisadi qurum Sumqayıtın sənaye zonasında 7 hektar ərazidə istehsal və xidmət sahələrini əhatə edən 3 iri müəssisədən ibarət müasir aqrar-sənaye kompleksidir. Kompleksin tərkibinə çörək istehsalı zavodu, taxıl anbarı, un dəyirmanı kompleksi, həmçinin, qida məhsullarının saxlanılması, daşınması və satışı üzrə logistik mərkəz daxildir.

Yaxın gələcəkdə isə sənayeləşmə siyasəti çərçivəsində zəruri işlər, o cümlədən, yeni neft-qazneft-kimya kompleksləri ilə yanaşı, gəmiqayırma, gübrə zavodları və polad istehsalı kompleksinin yaradılması, alüminium sənayesinin inkişaf etdirilməsi və ilkin alüminium istehsalının artırılması davam etdiriləcək. Ölkədə və Cənubi Qafqazda ilk metanol zavodunun işə salınması da bura daxildir. Həmçinin, Balaxanı Sənaye, Sumqayıt Kimya Sənaye və Yüksək Texnologiyalar parklarının təşkili istiqamətində ardıcıl işlər aparılır. Bundan başqa, Mingəçevirin sənaye potensialı və investisiya qoyuluşu imkanları araşdırılır. Prezident İlham Əliyevin tapşırıqları ilə yaradılmış sənaye parkları innovativ və yüksək texnologiyalara əsaslanan müəssisələrin təşkil edilməsinə və sənaye istehsalının artmasına təkan verəcək. Bu parkların yaradılması iqtisadiyyatın modernləşməsini, innovativ iqtisadiyyatın formalaşmasını daha da gücləndirəcək.

Yeri gəlmişkən, Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı çıxışı zamanı Prezident İlham Əliyev deyib ki, “Sənaye istehsalının artırılması ilə bağlı texnoparkların fəaliyyəti xüsusi əhəmiyyət daşıyır. Bu istiqamətdə artıq ilkin nəticələr vardır. Sumqayıt Texnoparkı fəaliyyət göstərir. Yeni Kimya Texnologiya Parkı artıq fəaliyyətə başlayır. Digər şəhərlərdə, Mingəçevirdə texnoparkın yaradılması nəzərdə tutulur. Balaxanı Texnoparkının yaradılması prosesi gedir. Bu istiqamətdə bu il daha da ciddi addımlar atılmalıdır”.

Qeyd edək ki, dövlət başçısının müvafiq fərmanları ilə texnoparkların yaradılması, bu texnoparklarda müasir istehsal sahələrinin istifadəyə verilməsi ölkə iqtisadiyyatının gücləndirilməsinə, rəqabətədavamlı və keyfiyyətli məhsulların istehsal edilməsinə geniş imkanlar açıb. Sumqayıt Kimya Sənaye Parkının ərazisində ilk sərmayəçi olan “Azərtexnolayn” Məhdud Məsuliyyətli Cəmiyyətinin polad boru zavodu bu baxımdan mühüm əhəmiyyətə malikdir. Bu cür müasir istehsal müəssisələrinin istifadəyə verilməsi ölkə sənayesinin inkişafını daha da sürətləndirəcək. Belə müəssisələr həm də rəqabətədavamlı məhsul istehsal etməklə Azərbaycanda gedən iqtisadi inkişaf proseslərinə mühüm töhfə verir. Bununla da son illərdə ölkəmizdə həyata keçirilən iqtisadi islahatların uğurlarına, digər tərəfdən ölkədə iqtisadi inkişaf strategiyasının mühüm komponentlərinin daha keyfiyyətlə və uğurla icrasına təminat verir. Müəssisədə müxtəlif diametrli polad borular istehsal ediləcək. Layihəyə uyğun olaraq zavodda Türkiyə, Almaniya, İtaliyaÇin texnologiyası əsasında ildə 100 min ton polad borular istehsal olunacaq. Burada hazırlanacaq polad borular xam neft, təbii qazsu xətlərinin çəkilişində, neft emalı zavodlarında, sənaye boru xətti şəbəkələrinin yaradılmasında, polad konstruksiyaların yığılmasında istifadə olunacaq. Zavodda ildə 75 min ton müxtəlif diametrli polad borular, 60 min ton müxtəlif diametrli və yüksək təzyiqə davamlı hidrotexniki avadanlıq və 12 min ton xüsusi təyinatlı müxtəlif diametrli polietilen boruların istehsalı nəzərdə tutulub. Burada istehsal edilən poladpolietilen borular əsasən daxili bazarda olan tələbatın ödənilməsinə yönəldiləcək. Bu tələbat tam ödənildikdən sonra istehsal olunan boruların xaricə, o cümlədən, Rusiyaya, Qazaxıstana, Gürcüstana, Türkmənistana və digər ölkələrə ixrac edilməsi planlaşdırılır.

Eyni zamanda, Sumqayıt şəhərindəki sənaye zonası ərazisində ümumi sahəsi 168 hektar olan, zəruri infrastruktura və idarəetmə qurumlarına malik, müasir texnologiyaların tətbiqi yolu ilə rəqabətqabiliyyətli məhsullar istehsalı və xidmətlər göstərilməsi məqsədilə tikiləcək Sumqayıt Kimya Sənaye Parkı mühüm əhəmiyyət kəsb edir. Sənaye parkının əsas xüsusiyyətləri onun ən qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla yaradılması, sənaye zonalarının fəaliyyətini təmin edən müasir infrastrukturun formalaşdırılması, istehsalla elmin və təhsilin əlaqələrinin gücləndirilməsi, daha münbit investisiya mühitinin formalaşdırılması, qabaqcıl, müasir arxitekturaya və mühəndis həllərinə cavab verən bina və qurğuların tikilməsidir.

Sumqayıt Kimya Sənaye Parkının ərazisi iki hissəyə bölünməklə inzibati-sosial və sənaye zonalarından ibarət olacaq. Parkın sənaye zonasının 43 alt sənaye ərazisində orta hesabla 35-40 müəssisənin yerləşdirilməsi nəzərdə tutulur. Burada 7 minə qədər yeni daimi yerinin açılması gözlənilir. Sənaye zonası polimerlər, inşaat kimyası, avtomobil sənayesi kimyası, kənd təsərrüfatı kimyası, məişət kimyası və tibbi kimya alt sahələrinə bölünəcək. Sumqayıt Kimya Sənaye Parkının investisiya cəlbediciliyinin artırılması məqsədi ilə parkın rezidentləri 7 il müddətinə mənfəət, torpaq, əmlak vergilərindən, eyni zamanda, parka gətirilən avadanlıq və texnologiyalar əlavə dəyər vergisindən azad olunub.

Onu da vurğulamaq yerinə düşər ki, Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı çıxışı zamanı sənaye istehsalının artırılması ilə bağlı texnoparkların fəaliyyətinin xüsusi əhəmiyyət daşıdığını deyən dövlətimizin başçısı 2014-cü ildə metallurgiya sənayesinin inkişafı ilə bağlı ciddi addımların atılmalı olduğunu da vurğulayıb: “Bu, çox perspektivli bir sahədir. Xüsusilə nəzərə alsaq ki, metallurgiya sənayesinin inkişafı üçün bizdə kifayət qədər yerli xammal, təbii resurslar vardır. Müasir metallurgiya kombinatının tikintisi əlbəttə ki, çox böyük bir nailiyyət olacaqdır. Hesab edirəm ki, bu il bu sahəyə xüsusi diqqət göstərilməlidir”.

 

SEVİNC

Yeni  Azərbaycan.-2014.- 11 yanvar.- S.2.