Azərbaycan beynəlxalq əməkdaşlığın mühüm mərkəzlərindəndir

 

                             Prezident İlham Əliyev: Bakı və Azərbaycan artıq dünyanın multikulturalizm, tolerantlıq, dözümlülük mərkəzlərindən birinə çevrilibdir

 

Məlum olduğu kimi, inkişaf edən Azərbaycan siyasi, iqtisadi mədəni cəhətdən nəinki regional, hətta qlobal dialoq məkanına çevrilməkdədir. Ölkədə hər il bir neçə mötəbər beynəlxalq siyasi, iqtisadi, yaxud mədəni-humanitar tədbirlər keçirilir. Müxtəlif ölkələdən çoxlu sayda nüfuzlu dövlət və din xadimlərinin, elm adamlarının qatıldığı bu cür tədbirlər Azərbaycanın dünyada tanıdılması, həmçinin müsbət imicinin formalaşdırılması baxımından çox böyük önəm kəsb edir. Azərbaycana gələn qonaqlar ölkəmizdəki tolerant mühitin, eləcə də, inkişafın, sosial sabitliyin şahidi olurlar.

MƏDƏNİYYƏTLƏRARASI DİALOQUN İDEAL MƏKANI

Sirr deyil ki, Azərbaycana beynəlxalq miqyasda çox böyük maraq var. Bu maraq həm də ölkəmizin yerləşdiyi coğrafi mövqenin əhəmiyyəti və Şərqlə Qərb sivilizasiyalarının qovuşduğu məkan olması ilə əlaqədardır. Eyni zamanda, Azərbaycanda mövcud olan sabitlik, inkişaf, demokratiya mühiti ölkəmizin beynəlxalq səviyyədə siyasi, iqtisadi, humanitar sahələrdə dialoqun aparılmasında daha təşəbbüskar mövqedən çıxış etməsinə imkan verir və 2013-cü il Azərbaycanın dünyada vacib mədəni, humanitar dialoq mərkəzlərindən birinə çevrilməsi baxımından çox uğurlu bir il olub.

Beləliklə, ötən il ölkəmizdə baş tutan beynəlxalq tədbirlər sırasında II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunu, “Gələcəyə baxış” Azərbaycan-ABŞ Forumunu, İCAPP-ın Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə yaradılan Qadın Qolunun Bakıda 1-ci iclasını, paytaxtımızda Dünya İqtisadi Forumunun keçirilməsini və III Beynəlxalq Bakı Humanitar Forumunu qeyd etmək olar. Bu cür beynəlxalq tədbirlərdə dünyanın müxtəlif ölkələrindən olan yüzlərlə nüfuzlu siyasi xadim, ayrı-ayrı sahələr üzrə ekspertlər, həmçinin, mətbuat nümayəndələri bir araya gələrək müxtəlif məsələlər üzrə dialoq, fikir mübadiləsi aparır, qərarlar qəbul edirlər.

Bu məqamda qeyd etmək yerinə düşər ki, II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Azərbaycanın dünyadakı yerinin möhkəmləndiyini bir daha nümayiş etdirib. Bu Forum Azərbaycanın mədəniyyətlərin inteqrasiyasına verdiyi töhfələrdən xəbər verir. Əslində, ölkəmizin qlobal mədəniyyətlərarası dialoq mərkəzinə çevrilməsi heç də təsadüfi xarakter daşımır. Belə ki, Azərbaycan tolerantlıq və multikulturalizm diyarı olaraq humanitar və mədəniyyət sahələrində də qlobal əməkdaşlıq üçün əlverişli məkandır. Azərbaycan bu gün dünyaya istər tolerantlıq, istərsə də iqtisadi inkişaf baxımından yeni model bəxş edib. Məlum olduğu kimi, hazırda, dünyanın bir sıra inkişaf etmişinkişaf etməkdə olan ölkələrində fərqli mədəniyyətlərin toqquşması nəticəsində xoşagəlməz tendensiyalar meydana çıxır. İslamofobiya, irqçilik, ksenofobiya kimi təhlükəli meyillərin bəzən süni şəkildə alovlandırılması bu cür toqquşmaları daha da dərinləşdirir, nəticədə, insan haqlarının pozulması halları artır, sosial sabitlik pozulur.

Azərbaycanda isə bu proseslərin tamamilə əksini müşahidə etmək mümkündür. Belə ki, Azərbaycan toplumu müxtəlif konfessiyalaretnik qruplar arasında qarşılıqlı anlaşma, sülhsevərlik, tolerantlıq kimi insani dəyərlərə sahibdir. Xalqımızın kökündən, milli-mənəvi dəyərlərindən irəli gələn xoşgörü və tolerantlıq əsrlər keçsə də, dəyişməyərək, müasir cəmiyyətimizin ayrılmaz xarakterik xüsusiyyətinə çevrilib.

Təqdirəlayiq haldır ki, müstəqil Azərbaycan Respublikasının konstitusion əsasları xalqımızın əsrlərdən gələn bu kimi yüksək mənəvi dəyərlərinə söykənir. Azərbaycan Konstitusiyasının və digər müvafiq qanunlarının müddəaları da ölkəmizdəki tolerant mühiti hüquqi baxımdan əsaslandırır. Məsələn, Konstitusiyanın 18-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasında din dövlətdən ayrıdır və bütün dini etiqadlar qanun qarşısında bərabərdir. “Vicdan azadlığı” adlı 48-ci maddədə isə hər kəsin istədiyi dinə etiqad etməkdə azad olduğu əksini tapıb.

Beləliklə, Azərbaycanda qanun insanlara dini seçimetiqad etdiyi dinə məxsus ayinləri yerinə yetirməyə imkan verir. Bu, etnik mənsubiyyətindən, dinindən, cinsindən asılı olmayaraq, hər bir kəsə aiddir. Bunlar onu göstərir ki, Azərbaycanda həyata keçirilən dövlət quruculuğu prosesində milli dəyərlər, xalqın mədəni-psixoloji inkişaf səviyyəsi hər zaman nəzərə alınır. Azərbaycandakı mövcud hüquqi sistemsosial dəyərlər bundan sonra da uzun illər boyu tolerantlıq və multikulturalizmin əsl nümunəsi kimi ölkəmizin dünyadakı mövqeyini qoruyub saxlamağa imkan verir.

Bir sözlə, Azərbaycan mədəniyyətlərin inteqrasiyası və tolerantlıq təcrübəsinə malik olan bir ölkədir. Bu səbəbdən də, mədəniyyətlər, sivilizasiyalarkonfessiyalar arasında zəngin əməkdaşlıq ənənələri olan Azərbaycan belə formatda tədbirlərin keçirilməsi üçün ideal yerdir.

Bu məsələni daim diqqətdə saxlayan Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı nitqində ötən ildə Bakıda keçirilən II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun və III Beynəlxalq Humanitar Forumun əhəmiyyətindən bəhs edərək, bu tədbirlərə dünyanın tanınmış siyasətçilərinin, elm xadimlərinin qatıldığını söyləyib. Dövlət başçısı qeyd edib ki, artıq Azərbaycan dünya gündəliyində dözümlülük, tolerantlıq, humanitar əməkdaşlıq məsələləri ətrafında öz böyük rolunu ortaya qoyub: “Bakı və Azərbaycan artıq dünyanın multikulturalizm, tolerantlıq, dözümlülük mərkəzlərindən birinə çevrilibdir. Artıq beynəlxalq ictimaiyyət də bunu qəbul edir, dəstəkləyir”.

Bir çox nüfuzlu beynəlxalq mədəniyyət və idman müsabiqələrinin, tədbirlərin respublikamızda keçirilməsi bu fikri təsdiqləməklə yanaşı, həm də ölkəmizin inkişafından, dünyaya açıq olmasından xəbər verir. Bütün bunların məntiqi nəticəsi kimi, Azərbaycan dünya sivilizasiyalarının qovuşmasının və multikulturalizmin nəzərə çarpan nümunəsi kimi dünyada tanınır.

ÖLKƏMİZ YÜKSƏK BEYNƏLXALQ SİYASİ VƏ İQTİSADİ NÜFUZA MALİKDİR

Onu da qeyd edək ki, ölkəmiz təkcə humanitar, mədəni sahələrdə deyil, siyasi, iqtisadi məsələlərdə də yeni qlobal mərkəz rolunu oynayır. Azərbayanın 2011-ci ildə 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi ölkəmizin dünyada böyük hörmətə malik olduğunu göstərdi, 2012-2013-cü illərdə qurumdakı uğurlu fəaliyyəti isə nüfuzunu daha da artırdı.

Həmçinin, 2013-cü ildə dünyanın nüfuzlu siyasi xadimlərinin, dövlət və hökumət başçılarının, iri şirkətlərin rəhbərlərinin qatıldığı Dünya İqtisadi Forumunun Bakıda keçirilməsinin əhəmiyyətini xüsusi vurğulamaq lazımdır. Qeyd edək ki, Davos Forumunun Bakıda keçirilməsi heç də təsadüfi deyil. Azərbaycan özünün dünyaya açıq olduğunu daxildə həyata keçirdiyi iqtisadi islahatlarla, yerlixarici investorlara yaradılan əlverişli biznes mühiti ilə, beynəlxalq miqyasda isə gerçəkləşdirdiyi nəhəng enerji layihələri ilə sübuta yetirib. Bu hadisə Azərbaycanın qlobal iqtisadiyyatda artan rolunun beynəlxalq səviyyədə qəbul olunması deməkdir. Davos Forumuna ev sahibliyi etməklə Bakı şəhəri regionalqlobal iqtisadi, siyasi məsələlərin ən yüksək səviyyələrdə müzakirə platformasına çevrilib.

Təsadüfi deyil ki, Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı nitqində ötən ilin əlamətdar hadisələrindən bəhs edərkən Bakıda keçirilən Davos Forumuna da toxunub. Dövlət başçısının sözlərinə əsasən, dünyanın bir nömrəli iqtisadi qurumu olan Davos Forumunun toplantısının Bakıda keçirilməsi ölkəmizin önəmini artırdı, beynəlxalq imicini möhkəmləndirdi və Azərbaycanı dinamik, müasir dövlət kimi bir daha dünya ictimaiyyətinə təqdim etdi.

Beləliklə, bu gün Azərbaycan müsbət beynəlxalq imicə malik, nüfuzlu və hörmət sahibi olan, hər bir məsələdə öz sözünü deyə bilən müstəqil dövlətdir. Bu isə həyata keçirilən səmərəli daxilixarici siyasət kursu sayəsində ölkəmizin siyasi, iqtisadi, humanitar sahələrdə beynəlxalq mövqelərinin möhkəmlənməsinin aydın göstəricisidir.

 

Hülya MƏMMƏDLİ

Yeni  Azərbaycan.-2014.- 11 yanvar.- S.4.