AİSU-nun dünəni, bu günü və sabahı

 

Müasir müstəqil Azərbaycan Respublikasının sürətli tərəqqisinin əsasında duran faktorlardan birimodern cəmiyyət quruculuğu fonunda təhsil sektorunun intensiv inkişafıdır. Şübhəsiz, təhsil sektorunun inkişafı digər sahələrin də paralel tərəqqisinə mühüm töhfələr verir. Bu prosesdə aktiv rol oynayan faktorlar sırasında ölkəmizdə fəaliyyət göstərən ali təhsil müəssisələri xüsusi yer tutur. Bu cür ali təhsil ocaqlarından biri də Azərbaycan İctimai-Siyasi Universitetidir (ASİU). Bu ali təhsil müəssisəsinin rektoru ilə söhbətimizdə universitetin bu zamana qədərki fəaliyyəti, keçdiyi inkişaf yolu, ölkə təhsilinin tərəqqisinə verdiyi töhfələr və gələcək planlar barədə danışdıq. Beləliklə, müsahibimiz Azərbaycan İctimai-Siyasi Universitetinin rektoru, iqtisad elmləri doktoru, professor Rasim Nəbiyevdir.

Qeyd edək ki, Rasim Nəbiyev pedaqoji fəaliyyətinə 1973-ci ildə Bakı Dövlət Universitetində (o zaman Azərbaycan Dövlət Universiteti-red.) müəllim kimi başlayıb. Daha sonra universitetin Böyük Elmi Şurasının üzvü və fakültə dekanı seçilib, dövlət imtahan komissiyalarında sədr olub. Digər şəhərlərdə tələbə qəbulu üzrə komissiyanın məsul katibi, universitet partiya komitəsi nəzarət komissiyasının sədri kimi vəzifələrdə çalışıb.

R.Nəbiyev 2004-2009-cu illərdə Ali Attestasiya Komissiyasının iqtisadhüquq elmləri üzrə Ekspert Şurasının sədri olub. O, 1994-cü ildən Yeni Azərbaycan Partiyasının (YAP) üzvüdür. Partiyanın bu günə qədər keçirilən bütün qurultaylarına nümayəndə seçilib. 1998-ci ildən YAP Yasamal rayon təşkilatı idarə heyətinin üzvürektoru olduğu ali məktəbin ilk partiya təşkilatının sədri, 2000-ci ildən isə Yasamal Rayon Ziyalılar Cəmiyyətinin rəhbəridir.

Rasim Nəbiyevin 1988-ci ilin əvvəllərindən etibarən Dağlıq Qarabağ problemi ilə bağlı keçirilən ilk elmi konfransların təşəbbüskarı və təşkilatçısı kimi geniş fəaliyyəti Bakı Dövlət Universitetinin (BDU) Elmi Şurası tərəfindən yüksək qiymətləndirilib. O, ölkəmizin görkəmli dövlət və elm xadimləri olan Murtuz Ələsgərov, Yəhya Məmmədov, Teymur Vəliyev kimi ziyalılarla birlikdə daşnak xislətli akademik Aqanbekyanın 1987-ci ilin oktyabrında Dağlıq Qarabağla əlaqədar Fransa mətbuatındakı yazılarının yalanböhtan xarakterli mahiyyətinin ifşa olunmasında ziyalı və vətəndaşlıq borcunu şərəflə yerinə yetirib.

Rasim Nəbiyev BDU-da diplomat ixtisası üzrə kadrların hazırlanmasında da müstəsna xidmətlər göstərib. O, BDU-nun rektorluğunüfuzlu müəllimləri ilə bir sırada ölkənin baş ali təhsil müəssisəsində beynəlxalq münasibətlər, beynəlxalq hüquq, beynəlxalq iqtisadi münasibətlər, fəlsəfə və sosiologiya ixtisasları üzrə fakültələrin açılmasına səy göstərib. Onun təşəbbüsü sayəsində Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun alimləri Y.A.Yevseyev, F.İ.Puqaçov, V.V.Qladışev, Moskva Dövlət Maliyyə Akademiyasının professorları V.N.Şenayev, A.T.Qryaznova və başqaları bir neçə dəfə BDU-da olub, onlar universitetin elmi-pedaqoji potensialı, tədris-metodik və maddi-texniki bazasının diplomat kadrların hazırlanmasına cavab verdiyini əsas götürərək ixtisasların açılması təşəbbüsünü yüksək qiymətləndiriblər.

Azərbaycan təhsilinin inkişafındakı xidmətləri nəzərə alınaraq Rasim Nəbiyev BDU Elmi Şurası tərəfindən universitetin nəzdində yaradılan İctimai Siyasi Kollecə direktor vəzifəsinə tövsiyə edilib. 1993-cü il may ayının 22-də nazirliyin nəzdində fəaliyyət göstərmiş Dövlət Ali Ekspert Komissiyası bu təhsil müəssisəsinin Ali İctimai-Siyasi Kollec adı ilə müstəqil ali məktəb kimi fəaliyyət göstərməsinə icazə verib. 2005-ci ildən etibarən isə bu ali məktəb Azərbaycan İctimai-Siyasi Universiteti kimi fəaliyyət göstərir.

Təhsil sahəsində və ictimai fəaliyyətində qazandığı uğurlara görə Rasim Nəbiyev Yusif Məmmədəliyev adına mükafata, Təhsil Nazirliyinin və YAP Mərkəzi Aparatının fəxri fərmanlarına layiq görülüb, dəfələrlə təşəkkür alıb. O, hazırda Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının və Almaniyanın Avropa Təbiət Elmləri Akademiyasının İctimai elmlər bölməsinin həqiqi üzvüdür. Həmçinin UNESCO-nun nəzdində ASSİTEJ-Azərbaycan Milli Mərkəzinin İdarə Heyətinin üzvü, Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin vitse-prezidentidir. 1 monoqrafiya və 2 kitabın, 200-dən çox məqalənin müəllifidir. Hazırda “İnkişafın Azərbaycan Modeli” adlı kitabı üzərində çalışır.

- Rasim müəllim, rəhbərlik etdiyiniz Azərbaycan İctimai-Siyasi Universitetinin fəaliyyəti və ölkəmizdə təhsilin inkişafına verdiyi töhfələr haqqında nə deyə bilərsiniz?

- Azərbaycan İctimai-Siyasi Universitetinin fəaliyyətini öyrənmək üçün ilk növbədə, bu ali təhsil ocağının keçdiyi çətin və şərəfli yola nəzər salmaq lazımdır. Universitet qarşısına qoyduğu məqsədlər əsasında çətin və şərəfli yol keçərək Azərbaycan təhsilinin inkişafında mühüm rol oynayan əhəmiyyətli ali təhsil müəssisəsinə çevrilə bilmişdir.

1991-ci ilin iyun ayından fəaliyyətə başlamış Azərbaycan İctimai-Siyasi Universiteti (əvvəlki adı Ali İctimai-Siyasi Kollec) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 oktyabr 1997-ci il tarixli 204C saylı sərəncamı ilə dövlət qeydiyyatından keçərək özəl ali məktəb statusu almışdır. Xüsusi olaraq qeyd etmək istəyirəm ki, Azərbaycanda ilk “Heydər Əliyev məktəbi” Azərbaycan İctimai-Siyasi Universitetində yaradılıb. Bu məktəb Ulu öndər Heydər Əliyevin zəngin dövlətçilik irsinin öyrənilməsi və təbliği baxımdan böyük əhəmiyyət daşıyır.

Onu da əlavə edim ki, Azərbaycan İctimai-Siyasi Universiteti özünün elmi-pedaqoji potensialına görə respublikanın ən qabaqcıl təhsil müəssələrindən biridir. Bakalavrmagistr səviyyəsində kadr hazırlığı aparılan Universitetdə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi üzvləri Asəf Nadirov, Teymur Bünyadov, Vasim Məmmədəliyev kimi görkəmli alimlər çalışırlar. Ümumilikdə, AMEA-nın 14 həqiqi üzvü Azərbaycan İctimai-Siyasi Universitetində çalışmışdır. Sadalananlarla yanaşı, bunların sırasında Püstəxanım Əzizbəyova, İqrar Əliyev, Budaq Budaqov, Yəhya Məmmədov, Teymur Vəliyev, Kamal Talıbzadə, Telman Əliyev və digərlərinin də adını çəkə bilərik. Onu da deyim ki, universitetimizdə tədris aparan akademiklər sırasında Rusiya Elmlər Akademiyasının həqiqi üzvləri olan Məmməd Çıraqov və Nurəddin Kazımovun da adlarını çəkmək olar.

Universitetdə çalışan professor-müəllim heyətinin 51 faizi elmlər doktoru, professor, 37 faizi fəlsəfə doktoru, dosent, qalanları isə öz ixtisasları sahəsində tanınmış mütəxəssislərdir. Azərbaycanın görkəmli Xalq şairləri Nəriman Həsənzadə və Söhrab Tahir, yazıçı-dramaturq Akşin Babayev universitetdə oxuduqları mühazirələrlə tələbələrin rəğbətini qazanıblar.

Qeyd etdiyimiz kimi, Azərbaycan İctimai-Siyasi Universiteti ölkənin nümunəvi, qabaqcıl ali məktəblərindən biri kimi tanınır. Universitet 9 ixtisas üzrə ali təhsilli mütəxəssislərin hazırlanması ilə məşğuldur. Ali məktəbdə 3 fakültə, 8 kafedra (Azərbaycan dili və ədəbiyyatı, Avropa dilləri, Şərq dilləri, Jurnalistika, Tarix və regionşünaslıq, İqtisad fənləri, Sosial elmlər, pedaqogikapsixologiya, Təbiət fənləri) fəaliyyət göstərir. Müasir səviyyədə təchiz edilmiş linqofonkompüter kabinələri, kitabxana, idmankonfrans zalı tələbələrin xidmətindədir. Universitetin kafedraları respublikanın ali məktəbləri, habelə Rusiya, Ukrayna, Gürcüstan, Türkiyə, İran və digər ölkələrin uyğun ali məktəbləri ilə kadr hazırlığı sahəsində əməkdaşlıq edir, alimləri respublika və beynəlxalq elmi konfranslardasimpoziumlarda fəal iştirak edir. Yeri gəlmişkən, bir məqamı da əlavə edim ki, ingilis dili və ədəbiyyatı, ərəb dili və ədəbiyyatı ixtisaslarında təhsil alan tələbələr üçün mühazirələr ixtisas dilində oxunur.

Beləliklə, sadaladıqlarımızın nəticəsi kimi qeyd edə bilərik ki, İctimai-Siyasi Universitet Azərbaycanda elmi-pedaqoji kadr potensialının formalaşmasına və inkişafına, eləcə də müxtəlif sahələrdə ixtisaslı kadrların yetişməsinə əhəmiyyətli töhfələr verir.

Həmçinin biz kadrların ictimai fəallığına da xüsusi əhəmiyyət veririk. Təkcə onu deyim ki, universitet səviyyyəsində keçirdiyimiz böyük tədbirlərdə ASİU-nun tələbə-müəllim heyəti, eləcə də məzun və kadrlarımız fəal iştirak edirlər. Qeyd edim ki, universitetimiz olduqca böyük tədbirlərə ev sahibliyi edir. Məsələn, Nigar Rəfibəylinin 100 illiyi, Həsən bəy Zərdabinin 170 illiyi, Zöhrab Tahirin 80 illiyi yüksək səviyyədə qeyd edilmişdir. Həmçinin biz mühüm layihələrdə iştirak edirik. Məsələn, ASİU ilə Dövlət Gənc Tamaşaçılar Teatrının birgə təşkil etdiyiİlk tələbə bileti, teatr ilə tanışlığın ilk sevinci” layihəsi yüksək səviyyədə reallaşdırılır.

- Bəs özəl ali məktəb kimi dövlət qayğısını necə hiss edirsiniz?

- Əvvəla, qeyd etmək istəyirəm ki, universitetdə elmin müxtəlif sahələrində səmərəli kadr potensialının formalaşması və inkişafı üçün olduqca əlverişli şərait yaradılmışdır. Prezident İlham Əliyevin təhsilin inkişafına göstərdiyi xüsusi diqqət və qayğı Azərbaycan İctimai Siyasi Universitetindən də yan keçməmişdir. Müstəqillik illərində respublikanın bütün ali məktəbləri kimi Azərbaycan İctimai-Siyasi Universiteti də ölkəmizdə təhsilə göstərilən dövlət qayğısını daim hiss etmişdir. Göstərilən xüsusi diqqət və qayğı sayəsində universitetimizin maddi-texniki bazası daha da gücləndirilib. Əlavə edim ki, 2014-2015-ci tədris ilində Azərbaycan İctimai Siyasi Universitetində tədris prosesi şəhərin mərkəzində inşa edilən 7 mərtəbəli yeni korpusda aparılacaq.

- Yeri gəlmişkən, Azərbaycan təhsilinin hazırki səviyyəsi və perspektivini necə dəyərləndirirsiniz?

- Təhsil hər bir millətin inkişafının əsasında dayanan başlıca amillərdən biridir. Ona görə də təsadüfi deyil ki, dövlətlər müasir dövrdə təhsil sektorunun inkişafını prioritet məqsədlərdən biri kimi müəyyənləşdiriblər. Azərbaycanda hər bir sahədə müşahidə olunan mütəmadi inkişaf təhsil sektorunda da nəzərə çarpmaqdadır. Bu inkişafın əsasında isə, şübhəsiz, Ulu öndər Heydər Əliyevin ideyaları və həmin ideyaların işığında həyata keçirilən siyasi-strateji kurs dayanır. Həm 1969-1982-ci illərdə Azərbaycana rəhbərlik etdiyi dönəmdə, həm də ölkəmizin müstəqillik əldə etməsindən sonra Ulu öndər Heydər Əliyevin təhsil sahəsinə yüksək qayğı və diqqətinin fonunda təhsil sistemində milli dövlətçiliyin əsaslarını möhkəmlədən ardıcıl və effektiv islahatlar həyata keçirilib.

Bu gün isə məhz Ulu öndər Heydər Əliyevin miras qoyduğu, özündə yüksək norma və dəyərlər sistemini ehtiva edən ənənələr Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının yüksək diqqəti və effektiv göstərişləri əsasında atılan addımlar, icra edilən dövlət proqramları təhsil sistemində keyfiyyətcə yeni inkişaf meyillərinin əldə edilməsinə, yüksək nəticələrin qazanılmasına xidmət edir. Bu da, şübhəsiz, ölkəmizin milli kadr potensialının kəmiyyət və keyfiyyət baxımından yetişdirilməsi və təkmilləşdirilməsi işinə mühüm töhfələr verir.

- Rasim müəllim, Azərbaycan İctimai Siyasi Universitetinin kadrları ölkəmizdə elmin inkişafına, elmi tədqiqatların səmərəliliyinə hansı töhfələri verirlər?

- Azərbaycan İctimai Siyasi Universitetinin kadrları bu gün həm ictimai sektorda, həm də elm sahəsində səmərəli fəaliyyət göstərirlər. Bu, bir tərəfdən, onların keyfiyyətli təhsil almaları ilə əlaqəlidirsə, digər tərəfdən, vətənpərvər mühitdə ahəngdar şəxsiyyət kimi formalaşmaları ilə bağlıdır.

Qeyd etmək istəyirəm ki, universitet fəaliyyət göstərdiyi dönəmdə milli kadr potensialının formalaşdırılması, əsaslı kadr islahatlarının həyata keçirilməsi işinə əhəmiyyətli töhfələr vermişdir. Bunlarla yanaşı, ilk növbədə, Azərbaycan təhsilinin inkişafına bilavasitə töhfələr verən Azərbaycan İctimai-Siyasi Universitetinin maddi-texniki bazası davamlı olaraq yaxşılaşdırılmışdır. Azərbaycan İctimai-Siyasi Universitetindən məzun olan kadrlar cəmiyyətin ayrı-ayrı sahələrində, ictimai-sosial münasibətlər sistemində təmsil olunmaqla idarəetmənin müasir prinsipləri üzrə təşkilinə təkan verməkdədirlər. Azərbaycan İctimai-Siyasi Universitetinin səmərəli fəaliyyəti müxtəlif sahələr üçün yararlı, yüksəksəviyyəli kadr potensialının formalaşdırılması işinə də geniş imkanlar yaradır. Bu proses həm Azərbaycanda peşəkar kadr potensialının yetişdirilməsi, həm də gənclərin müxtəlif ölkələrdə təhsil almasına geniş şərait və imkanlar yaradılması vasitəsilə həyata keçirilir.

Qeyd edim ki, bu ali təhsil ocağının professor-müəllim heyəti, eləcə də məzunları müxtəlif sahələrə dair əsaslı elmi tədqiqatlar aparırlar. Başqa sözlə, alimlərimiz tərəfindən bugünədək kifayət qədər fundamental elmi araşdırmalar ortaya qoyulmuşdur. Onu da deyim ki, ölkəmizdə elmin sürətli inkişafı, elmi tədqiqatlara yüksək dəyər verilməsi və diqqət göstərilməsi əsaslı elmi araşdırmaların aparılmasına stimul verir. Bu araşdırmalar, eyni zamanda, idarəetmənin səmərəliliyinə də mühüm töhfələr bəxş edir. Bu gün siyasi, iqtisadi, mədəni, hərbi, sosial və digər sahələrdə idarəetmə ilə bağlı müxtəlif xarakterli əsərlər işıq üzü görməkdədir. Bu əsərlərdə müxtəlif cəmiyyət və dövlətlərin idarəetmə təcrübəsinin və modellərinin öyrənilməsi ilə yanaşı, konkret elmi-praktik və nəzəri-metodoloji tövsiyə və təkliflər yer alır ki, bütün bunlar konkret idarəetmə nümunəsi kontekstində strateji əhəmiyyət kəsb edir. Azərbaycan Respublikasında da müxtəlif sahələrdə idarəetmənin təşkili ilə bağlı elmi-nəzəri tədqiqatlar ortaya qoyulur və hər bir araşdırma nümunəsi yönəldiyi sahədə idarəetmənin təkmilləşdirilməsi üçün fundamental baza əhəmiyyəti daşıyır. Mən də bu sahədə araşdırmaların aparılmasını məqsədəmüvafiq hesab edirəm, buna görə də hazırda “İnkişafın Azərbaycan Modeli” adlı kitab üzərində işləyirəm. Məlumat üçün deyim ki, bu kitabda inkişafın Azərbaycan modelinin necə yaradıldığı və unikal əhəmiyyət kəsb etdiyi diqqətə çatdırılacaqdır. Bilirsiniz ki, Azərbaycan 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra çox ciddi problemlər qarşısında idi. Ölkəmizdə xaos və anarxiyanın hökm sürməsi nəinki müstəqil dövlət quruculuğunu mümkün etməmişdi, eləcə də Azərbaycanın dünyanın siyasi xəritəsindən silinməsi təhlükəsini ortaya çıxarmışdı. Amma 1993-cü ildə ikinci dəfə hakimiyyətə gələn Ulu öndər Heydər Əliyev Azərbaycanı dərin xaos və məhv olmaqdan xilas edərək yeni inkişaf yolunu açmış oldu. Məhz bundan sonra Ümummilli lider Azərbaycanın inkişaf modeli və konsepsiyasını müəyyənləşdirərək davamlı islahatlar həyata keçirməyə başladı. Nəzərinizə çatdırım ki, bu model olduqca unikal, bir o qədər də universal idi. Bildiyimiz kimi, o zaman bazar iqtisadiyyatının bir neçə modeli mövcud idi. Məsələn, Amerika modeli olan liberal bazar iqtisadiyyatı, İsveç modeli olan bazar iqtisadiyyatının sosial-demokrat modeli, eləcə də alman modeli olan sosialyönümlü bazar iqtisadiyyatı modelləri mövcud idi. Bu modelləri yalnız inkişaf etmiş ölkələrdə tətbiq etmək olardı. İqtisadiyyatı dağıdılmış, iqtisadiyyatın sahə və sferaları arasında inteqrativfunksional əlaqələrin tamamilə kəsilmiş olduğu, iqtisadi proseslərdə qeyri-müəyyənliyin kəskin şəkildə genişləndiyi Azərbaycanda bu modelləri tətbiq etmək qeyri-mümkün idi. Çətin və mürəkkəb dövrdə xalqın tələbi ilə hakimiyyətə gələn Ulu öndər Heydər Əliyev yeritdiyi düzgün siyasətlə, bütün sahələrdə əsaslı islahatlar həyata keçirməklə Azərbaycanı düşdüyü ağır vəziyyətdən çıxara bildi. Bu gün haqlı olaraq xalqımız Ulu öndər Heydər Əliyevi inkişafın Azərbaycan modelinin müəllifi hesab edir.

Qeyd etdiyimiz kimi, Ümummilli lider Heydər Əliyev ölkəmizi tərəqqi yoluna çıxarmaqla inkişafın Azərbaycan modelini yaradıb. Bu gün isə Heydər Əliyev siyasəti möhtərəm cənab Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davaminkişaf etdirilir. Bu gün Azərbaycanın dinamik iqtisadi inkişafı, o cümlədən həyata keçirilən iqtisadi siyasət və formalaşdırılmış iqtisadi inkişaf modeli inkişaf etməkdə olan ölkələr üçün nümunə kimi çıxış edir. Bütün bunların fonunda qarşıya daha ali bir məqsəd qoyulmuşdur: perspektivdə Azərbaycanın inkişaf etmiş ölkələr sırasına qatılması. Bunun üçün artıq konseptual əsaslar da formalaşdırılıb. Belə ki, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında milli inkişafın bütün əsasları, istiqamətləri, hədəflər və prioritetləri müəyyənləşdirilib, eyni zamanda, Azərbaycanın inkişaf etmiş ölkələr sırasına daxil olması nəzərdə tutulub. Başqa sözlə, Azərbaycanın inkişaf etmiş ölkələr sırasına çıxarılmasının əsas məqsəd kimi nəzərdə tutulduğu sənədin icra olunması nəticəsində respublikamızda iqtisadi inkişaf, sosial rifah, siyasi institutlaşma prosesləri daha üstün səviyyəyə çatacaq. Həmçinin elmin və təhsilin inkişaf etdirilməsi ilə elmtutumlu sferalarının, bilik iqtisadiyyatının formalaşdırılması, müxtəlif peşə sahələrinin yaradılması, eyni zamanda, intensiv istehsalı həyata keçirən sənaye obyektlərinin işə salınması və s. Azərbaycanın postsənaye erasına daxil olmasını labüdləşdirəcək.

- Məlumdur ki, rəhbərlik etdiyiniz universitet səmərəli elmi-pedaqoji fəaliyyəti ilə yanaşı, böyük xeyriyyəçilik işləri ilə də tanınır. Bu isə respublika ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilir. Bu barədə düşüncələrinizi bilmək istərdik...

- Bəli, biz səmərəli elmi-pedaqoji fəaliyyətlə yanaşı, bu sahədə xeyriyyə tədbirlərinin həyata keçirilməsinə, eləcə də mühüm tədqiqat əsərlərinin işıq üzü görməsinə yardım edirik. Qeyd edim ki, elmi, pedaqojiictimai sahədəki fəaliyyətimin məntiqi davamı olaraq xeyriyyəçilik işlərinə də diqqət yetirirəm. Rəhbərlik etdiyim ali məktəbdə yüzlərlə şəhid, qaçqın uşaqlarının universitet hesabına təhsil almaları üçün şərait yaradılmışdır. Respublikaya lazım olan, zəruri ehtiyac duyulan onlarla elmi əsərin, dərslik, dərs vəsaiti və proqramların çap olunmasına sponsorluq etmişəm. Rəhbərlik etdiyim ali məktəbin bilavasitə maliyyə yardımı ilə çap olunan “Ermənistanda Azərbaycan mənşəli toponimlərin izahlı lüğəti”nin giriş hissəsində mərhum akademik Budaq Budaqovun yazdığı bu sözləri diqqətinizə çatdırmaq istəyirəm: “Bu əsər... onun ilkin variantda yazılması üçün lazım olan maliyyə xərclərini öhdəsinə götürmüş Ali İctimai-Siyasi Kollecin rektoru Rasim Nəbiyevin qayğısı sayəsində ortaya çıxmışdır. R. Nəbiyevin yüksək vətəndaşlıq qeyrətini gələcək nəsillər, şübhəsiz ki, minnətdarlıqla xatırlayacaqlar”.

- Müsahibəyə görə təşəkkür edirik...

 

Nurlan QƏLƏNDƏRLİ

Yeni  Azərbaycan .-2014.- 17 yanvar.- S.6.